9
Görkəmli şəxsiyyətlərin 31 Mart soyqırımı haqqında
söylədikləri fikirlər:
Son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü
şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı
siyasəti nəticəsində xalqımız ağır
məhrumiyyətlərə və
məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən
belə qeyri-insani siyasət nəticəsində Azərbaycanlılar indi
Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları
tarixi etnik torpaqlarından didərgin salınaraq
kütləvi qətl və
qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi
mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
Qarşımızda duran əsas vəzifələrdən biri son əsrdə xalqımıza
qarşı həyata keçirilən soyqırımı haqqında
indiki və gələcək
nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə
bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq,
onun ağır nəticələrinin aradan qaldırılmasına
və bir daha belə
halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə
yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik.
Heydər Əliyev,
Ümummilli lider
Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb
və olmayacaqdır. Azərbaycan ərazi bütövlüyü bərpa ediləcəkdir,
Azərbaycan xalqı Dağlıq Qarabağda
və ətraf bölgələrdə
yaşamış, yaratmışdır. Bugünkü Ermənistan dövləti tarixi
Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı,
Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır.
Biz heç vaxt
imkan verə bilmərik ki, doğma torpağımız olan Dağlıq
Qarabağda ikinci erməni dövləti yaradılsın.
Tarixdə artıq bir dəfə Azərbaycanın əzəli torpaqlarında
erməni dövləti yaradılmışdır, o da bugünkü Ermənistandır. O
10
torpaqlar bizim doğma ata-baba topraqlarımızdır. İrəvan xanlığı,
Zəngəzur mahalı – bütün o adlar Azərbaycan toponimləridir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Türk
demokratiyasının qafasında partladılan toplar,
müsəlmanlara edilən ədalətsizlik Azərbaycan fikrini daşıyanları,
muxtariyyat və istiqlal əqidəsi ilə yaşayanları məhv etmək üçün
idi.
Dostları ilə paylaş: