23
Tanınmış ədiblərdən Cəfər Cabbarlı ailəsi ilə erməni
bandalarının hücumuna məruz qalmış, döyüşlər evlərindən
azacıq yuxarı, “Ceyran bağçası”
deyilən yerdə getdiyindən
qadınları, uşaqları və qocaları “qar anbarı” adlanan sığınacaqda
gizlətmişdi. Bir gün sonra isə daha təhlükəsiz yerə − Xızıya
aparmaq məqsədilə anası Şahbikə xanımı, əmisi qızı Sona
xanımı, böyük qardaşı Hüseynqulunun qızlarını və qonşuları
Məşədi Əbdülkərim kişi ağır yaralanmış, ailə üzvləri təsadüf
nəticəsində ölüm kabusundan xilas olmuşdur.
Tənqidçi, nasir, jurnalist Seyid Hüseyn yazırdı ki, “Mart
hadisələri zamanında İsmailiyyə binasından çox da uzaq
olmayan bir məhlədə erməni əsgərləri
tərəfindən mühasirə
edilmişdim... Pulemyotların dırıltısını, topların gurultusunu
eşidirdim” (“İstiqlal” qəzeti, 1335, 4 şubat).
Erməni bandalarının həbs edərək 3 gün Mailov teatrında
saxladığı və yandırmaq istədiyi 4000 nəfər azərbaycanlıların
içərisində böyük dramaturq Hüseyn Cavid də olmuşdur.
Özünümüdafiə dəstələrinin ermənilərinin bəd niyyətlərindən
xəbər tutması və hadisəyə müdaxiləsi nəticəsində qanlı aksiya
həyata keçirilməmişdir.
Tanınmış şair, nasir və pedaqoq Hacı Səlim Səyyahın ən
yaxın qohumları və dostları mart faciəsinin qurbanı olmuşdur.
Üzeyir
Hacıbəyov,
Məhəmməd Hadi, Mirzə Bala
Məmmədzadə, İbrahim Xəlil və digər sənətkarların, aydınların,
söz adamlarının mart faciəsinin şahidləri olduqları müxtəlif
səpkili əsərlər yazdıqları oxuculara məlumdur.
1918-ci ilin Mart soyqırımı gənc olmasına
baxmayaraq, Cəfər
Cabbarlının yaradıcılığında xüsusi yer tuturdu. O, əsasən
Çəmbərəkənd qəbiristanlığında, indiki Şəhidlər xiyabanında
dəfn olunan Mart faciəsi qurbanlarının xatirəsini anmaq üçün
“Dur, ey xalq olan millət” sərlövhəli bir mərsiyə də yazmışdır.
Dərvişlər, əsasən, gənclər bu mərsiyəni şəhidlərin 7-sində və
24
40-da məscidlərdə və küçələrdə günahsız
qurbanlar üçün göz
yaşı tökmək, əslində isə xalqı maskalı düşmənə qarşı
səfərbərliyə çağırmaq məqsədilə oxuyurdular.
Dostları ilə paylaş: