Tədbirin sonunda iştirakçılar təqdim olunan kitablar haqqında
öz fikirlərini bildirirlər.
Azərbaycan tarixinə qanlı hərflərlə həkk olan soyqırımla
əlaqədar oxucular məktəblərdə divar qəzeti hazırlaya bilər.
Bunun üçün kitabxanaçı kitabxanaya gələn daimi oxucularla bir
həftə ərzində “Qan dəryası” adlı divar qəzeti hazırlayır.
Əvvəlcə oxucular bu mövzudan bəhs edən ədəbiyyatlarla tanış
olub, məlumat toplayırlar. Hər oxucu bu mövzuda öz fikrini
15
divar qəzetində qeyd edir və slayd hazırlayır. Ən yaxşı rəy
bildirən, slayd hazırlayan oxucu kitabxananın müdriyyəti
tərəfindən mükafatlandırılır.
Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı ilə
əlaqədar kitabxanalarda keçiriləcək tədbirlərdən biri də “Vətən
haqqında bir az ” adlı şeir müsabiqəsidir. Kitabxanaçı ilk olaraq
mövzu ilə bağlı bir neçə şeir kitabını məktəblilərə təqdim edir.
Məktəblilər müəyyən etdikləri şeiri əzbərləyərək təyin edilmiş
tarixdə kitabxanaya gəlirlər. Qonaqlar və münsiflər öz yerini
aldıqdan sonra kitabxanaçı hər kəsi salamlayaraq tədbirə keçid
alır. O, ilk olaraq erməni təcavüzü, Azərbaycanın dəfələrlə
rastlaşdığı zorakılıqdan və ən faciəli səhifəmiz olan soyqırımdan
bəhs edir. Eyni zamanda bu mövzuda yazılmış əsərlər və
kitablardan söhbət açır.
Kitabxanaçı: Azərbaycanlılara qarşı soyqırım siyasətinin
təzahürləri son yüzillikdə daha qabarıq şəkildə özünü büruzə
verməsinə baxmayaraq, bu əməllərin başlanğıcı çox-çox
əvvəllərə gedib çıxır. Xalqımızın zaman-zaman başına gətirilən
faciələrin, bəlaların kökləri daha dərindir. Üç yüz ildən artıq bir
dövrdə bu siyasət ayrı-ayrı vaxtlarda, müxtəlif formalarda
həyata keçirilsə də, məzmun, qayə etibarilə bir məqsədə xidmət
edib.
1828-ci il fevralın 10-da Təbriz-Tehran yolunun üstündə
yerləşən Türkmənçay kəndində Rusiya–İran müqaviləsi
bağlandı. Martın 20-də Rusiya hökmdarı I Nikolay bu
müqaviləni təsdiq etdi və elə ertəsi gün yeni inzibati vahid
İrəvan və Naxçıvan xanlıqları əraziləri əsasında “Erməni
vilayəti” yaradıldı. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə
əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın
himayəsinə keçmək hüququ verildi. Əslində, ermənilərin
Qafqaza köçürülməri işinə ondan bir il əvvəl hazırlıq
aparılmışdı, yəni 1827-ci ildə İrandan Azərbaycan
ərazilərinə
16
köçürülən yüzlərlə erməni ailəsi üçün yerlərdə hər cür şərait
yaradılırdı.
1828-1829-cu illərdə Rusiya-Osmanlı müharibəsindən sonra
da ermənilər Türkiyədən tarixi Azərbaycan torpaqlarına
köçürülürdülər. Hətta bu iş üçün 1829-cu ildə Rusiya tərəfi
xüsusi komitə təşkil etmiş və 12 maddəlik ümumi qaydalar
müəyyənləşdirmişdi. Bu təkzibolunmaz faktı xatırlatmaq
istərdik ki, azərbaycanlılara qarşı son üç yüz ildə soyqırım
siyasətinin keçirilməsinin əsas səbəbkarları indiki Ermənistanda
yaşayan ermənilər və onların sələfləridir. O sələflər ki, onların
hamısı vaxtilə İrandan, Türkiyədən, daha sonra Suriyadan,
Livandan, Yunanıstandan Bolqarıstandan, Rumınyadan, Qərbi
Azərbaycana – indiki Ermənistana köçüb gəliblər, bəzən də
gətiriliblər. Məhz bu proseslərin nəticəsi olaraq 1905-1906-cı
illərdə azərbaycanlılara qarşı təkcə Qərbi Azərbaycanda deyil,
Şimali və Şərqi
Azərbaycanda da soyqırım tədbirləri keçirməyə
müvəffəq oldular...
Təkcə Cənubi Azərbaycanın Urmiya şəhəri və onun
ətraf ərazilərində ermənilər 150 minə yaxın Azərbaycan
əhalisini qətlə yetirmişlər. Məhz bu proseslərin davamı və ən
yüksək zirvəsi kimi 1988-1990-cı illərdə Ermənistanda
azərbaycanlıların kökünü kəsmək və “türksüz Ermənistan”
yaratmaq məqsədilə soydaşlarımıza qarşı əsrin ən ağır və qəddar
vəhşilikləri həyata keçirildi... Azərbaycanlılara qarşı soyqırım
siyasəti həyata keçirilərkən bu iş bütün dövrlərdə və bütün
hallarda əvvəlcə deportasiya, onun ardınca da soyqırımların
başlanması ilə müşayiət olunmuşdur. Adətən, köçürülmələr
soyqırımlarla başlanmış, soyqırımlarla tamamlanmışdır.
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan
şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən
soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə
qovulurdu. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən
17
kobudcasına pozulur, ana dilində təhsil almalarına əngəllər
törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi.
Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika
tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla
əvəzolunma prosesi baş verirdi. Saxtalaşdırılmış erməni tarixi
gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq
üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı. Böyük humanist
ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti
ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni
ideologiyasının təqiblərinə məruz qalırdı.
Kitabxanaçının çıxışından sonra iştirakçılar bir-bir səhnəyə
yaxınlaşaraq öz şeirlərini deməyə başlayır.
I iştirakçı Təhməz Tənhanın “Əsas qəsbkar hayeslər” adlı şeiri
söyləyir:
Yayıldı ermənilər bütün dünyaya,
Hansı dövlətləri misal çəkim mən,
Onlara şahiddir hər dağ, hər qaya,
Səslərə səs verir hər bir qitədən.
İslam dünyasının hər bucağında,
Erməni diasporu təşkil olundu.
Onların işinin hər qurluşunda,
Rusiya tükənməz dayaq dururdu.
Hansı ki, daha çox fitnəkardılar.
Onlardan istərdim misal çəkim mən,
Faktları yazmağa ixtiyarım var.
Tarixdən götürürəm həmin faktları,
Yalan sözləri mən yazmaram heç vaxt,
Qoy bilsin kainat, o əclafları,
Onların ucundan olmuşuq bədbəxt...
II iştirakçı Eldar İsmayılın “Yoxdu, yox” adlı şeirini söyləməyə
başlayır:
18
Torpağımız qıyma-qıyma doğranıb,
Sinəmizə yad gülləsi dəyibdi,
Bir oba var qədim Qazax yurdunda,
Babam ona Karvansara deyibdi,
Məndən ötrü bil İçevan yoxdu, yox!
Zəngəzurun saçlarına düşüb dən,
Bu fəlakət tariximin inadı...
Dərələyəz silinərmi tarixdən?
İrəvandı İrəvanın ilk adı,
Məndən ötrü bil Yerevan
yoxdu, yox!
Qılıncımı vaxtsız qoysam qınıma,
Bağışlamaz torpaq məni, yer məni.
Gərək yadı mən bələyim qanına,
Məndən ötrü özgə düşmən yoxdu, yox!..
III iştirakçı
Təhməz Tənhanın “Yanvar günləri” adlı şeirini
deməyə başlayır:
Yadımdadır o gün,
Yanvar günləri.
Tutaraq küçələri ermənilər,
Körpə-körpə uşaqları,
Öldürmüşdülər,
Qulaq, burun yox,
Tanınmazdı sifətləri,
Bir nişan yox...
IV iştirakçı “Vətən” adlı şeiri söyləyir:
Bu Vətəndir, ulu Vətən!
Sərhədləri köksümüzdən
Məndən, səndən-hamımızdan
Bircə kömək gümanı var.
19
Bu Vətənin
O tay, bu tay davası var.
Ay-ulduzlu bayrağının
Qızıl qandan boyası var!..
V iştirakçı B. Vahabzadənin “Gülüstan” poemasından bir parça
söyləyir:
“Gülüstan” yarandı düz qırx il əvvəl
“Şəhidlər” nəticə, “Gülüstan” təməl.
Azadlıq verilməz bilək bir kərə
Azadlıq alınar, budur doğru yol.
Axı “Gülüstan” dan ta “Şəhidlər” ə
Gedən uzun yoldu keçilən bu yol...
VI iştirakçı B. Vahabzadənin “Şəhidlər”
poemasından bir
parça söyləyir:
Şəhidlər bu torpağa, xalqa səcdə qıldılar,
Haqsızlığın üstündən haqqa körpü saldılar.
Vətəni sevmək üstdə günahkar sayıldılar,
Vətəni sevmək niyə günah olmuş, ay Allah?
Özgənin əlindədir xeyirimiz, şərimiz,
Sərvətimiz daşındı, hey soyuldu dərimiz.
Gözümüz üfüqdədir, açılmır səhərimiz,
Bizə düşən səmada gün tutulmuş,
ay Allah?..
VII iştirakçı X. Rzanın “Mən Azərbaycanam” şeirindən bir
parça söyləyir:
Dinləyin, dinləyin, mən bir kamanam,
Şərqin sinəsindən qopan fəğanam.
Uzaq əsrlərin dərinliyindən
Sabaha üz qoyan sonsuz karvanam.
Sovqatı, bəxşişi açıq sinidə,
20
Ağzının sonuncu tikəsini də
Dosta bağışlayan, düşmənə verən
Dumanlı Təbrizəm, çənli Zəncanam
Hər şeyi alınıb tükənsə belə,
Eşqi tükənməyən Azərbaycanam!
Tədbirin sonunda münsiflər heyəti qalibləri müəyyənləşdirir.
Sonda isə qalib və digər iştirakçılara mükafat verilir.
Azərbaycan xalqına qarşı törədilən 1918-ci il Mart soyqırımı
yubileyi ilə əlaqədar kitabxanada “Qanlı tarix rəsmlərdə” adlı
Dostları ilə paylaş: |