F. Köçərli adına Respublika Uşaq Kitabxanası 31 Mart – tariximizin göz yaşı



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə11/14
tarix08.06.2022
ölçüsü1,03 Mb.
#61022
1   ...   6   7   8   9   10   11   12   13   14
31 Mart – tariximizin göz yaşı

Tədbir şagirdlərin mövzuya uyğun şeirləri ilə sonlanır.
31 Mart Soyqırımı Günü ilə əlaqadar olaraq, kitabxanada
keçirilən tədbirlərdən biri də “Al qana boyanmış bahar günləri”
adlı anım gecəsidir. Gecə oxuculara həmin günün mahiyyətini 
daha da yaxından tanıtmaq üçün nəzərdə tutulur. Anım gecəsinə
tarixçilər, tarixi şəxsiyyət və siyasətçilər, ictimai elm xadimləri, 
yazarlar, tarix müəllimləri, Xocalı faciəsinin canlı şahidləri 
dəvət olunur. İlk olaraq 31 Mart soyqırımı ilə bağlı slayd verilir. 
Slayddan sonra aparıcılar gecəyə keçid alırlar.
I aparıcı: Salam dəyərli qonaqlar, tədbir iştirakçıları! 31 Mart 
soyqırımı Günü ilə əlaqədar şanlı tarix dolu qan yaddaşımızdan 
qopub gələn anım gecəsinə xoş gəlmisiniz. Biz bu gün sizlərlə 


33 
dünənimizə, lap yaxın keçmişimizə qayıtmaq istəyirik. O, 
keçmişimizə ki, ata-analarımız, nənə-babalarımız o anların lap 
yaxından şahidi olmuşdular. O ağır, qanlı-qadalı günlər ömür 
səhifəmizdən gəlib keçib. O keçmişimiz ki, tariximizə tarix 
yazılıb – 31 Mart Soyqırımı Günü. O tarix ki, son iki əsrdə 
Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata 
keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində
xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz 
qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani 
siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan 
ərazidən, min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından 
didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, 
xalqımıza məxsus minlərlə tarixi, mədəni abidə və yaşayış 
məskəni dağıdılıb viran edilmişdir.
II aparıcı: Tarixin hələ tam açılmamış səhifələrindən biri olan 
bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş 
kütləvi qətl kimi qiymətləndirilməlidir. Tarixi faktlar sübut edir 
ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə
həyata keçirilmiş bu soyqırım siyasəti nəticəsində soydaşlarımız 
qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlandırılan öz 
doğma torpaqlarından didərgin salınmışlar. Ümumiyyətlə,
XIX 
əsrin sonlarından başlayaraq ermənilərin Azərbaycan xalqına 
davamlı şəkildə apardığı terror və soyqırım siyasəti bu gün 
də Dağlıq Qarabağda, Ermənistanla həmsərhəd bölgələrdə 
həyata keçirilməkdədir. Cənubi Qafqaz bölgəsində sülhün, 
siyasi sabitliyin, birgəyaşayış qaydalarının təhlükə mənbəyinə 
çevrilən və terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan
Respublikası tarixən bu coğrafiyada törətdikləri qanlı olayları 
yenidən dirçəldir, günahsız insanlara, qocalara, uşaqlara, qarşı 
soyqırım siyasətindən əl çəkmək istəmir. 
I aparıcı: 1930-cu illərdə azərbaycanlıların bir qismi 
düşünülmüş repressiyalara məruz qalıb, tarixi torpaqları olan 


34 
sonralar Ermənistan ərazisinə daxil edilən qədim İrəvan 
xanlığlarından və digər yerlərdən Orta Asiya ərazisinə sürgün 
ediliblər. 
Aprel ayında Quba qəzasına göndərilmiş daşnak dəstəsinin
komandiri Hamazasp bildirmişdir: “Mən erməni xalqının 
qəhrəmanı və müdafiəçisiyəm... Buraya qayda yaratmaq və 
Sovet hakimiyyətini qorumaq üçün gəlmişəm... Mənə Xəzər 
dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv 
etmək əmri verilmişdir”. 
Arxivlərdə erməni vəhşiliyini təsdiqləyən sənədlər var. Bunları 
eynilə sizlərə təqdim edirik. 
General Harvurd Amerika Senatına verdiyi 16 oktyabr 
1999-cu il tarixli məlumatında yazırdı: “Qara dənizdən İran
ərazisinə qədər gəzdim, amma erməni məlumatını təsdiq edən 
heç bir şey tapmadım”. Əslində, arxivlərdə dünya dövlətlərinin
bir çox görkəmli alimlərinin, səyyahlarının da erməni yalanını, 
qəddarlığını, hiyləgərliyini ifşa edən yüzlərlə sənəd var. Çox
təəssüf ki, ermənilərin arxasında dayanan bəzi dövlətlər
arxivlərin açılmasına heç vaxt meyilli olmayıblar. Çalışıblar
ki, ermənilərin törətdikləri qanlı cinayətləri ört-basdır etsinlər.
Dünya tarixinə nəzər salsaq, bəlkə də, ermənilər qədər 
vəhşilik törədən ikinci bir millət görmərik. Ötən əsrin bütün 
dönəmlərində − 1905-1907, 1918-1920, 1946-1948-ci illərdə
törədilən cinayətlər də, soydaşlarımıza verilən işgəncələr
də bir-birinə bənzər olub. Ermənilər körpələri divara 
mismarlayıblar. Qadınları lüt-üryan halda saçlarından asıb nişan 
alıblar. Kimin gülləsi tapşırılan hədəfə dəyərmişsə, ona böyük
mükafat verilərmiş. İnsanları qaynar su ilə yandırıb sonra 
cəsədlərini itlərə atarmışlar. Ən dəhşətlisi də budur ki, qaniçən
Stepan Şaumyan Bakıda otura-otura bütün daşnaklara başçılıq 
edirdi. Onun oğlu isə daşnak liderindən biri kimi 
pulemyotçuların başında dayanırdı.


35 
... O vaxtdan çox illər ötməsinə baxmayaraq, erməni xisləti 
dəyişməyib. “Daşnaksütyun” partiyasının qanlı əməlləri davam 
edir və yenə günahsız azərbaycanlılar ağır işgəncələrə məruz 
qalırlar. Ermənilərin qaniçən əməlləri sanki bir proqram üzrə
icra olunur. Bu gün də Xocalıdan çəkilən lentləri dünyaya 
yayımlayıb özlərini ölən, qırılan tərəf kimi göstərirlər. Bəlkə də, 
ən dözülməzi elə budur. Ermənilərin saysız-hesabsız qanlı 
cinayətləri var, onlar tarix qarşısında cavab verməlidirlər. Təkcə 
Kəlbəcərin Ağdaban kəndində törətdikləri əməllər bəs edər ki, 
erməni qaniçənləri beynəlxalq məhkəmə qarşısına çıxarılsın. 
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdaban kəndi 
tamamilə erməni quldurları tərəfindən yandırılmış, 779 nəfər 
dinc sakinə qeyri-insani işgəncələr verilmişdir. 67 nəfər qətlə 
yetrilmişdir. 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 
nəfər qadın diri-diri odda yandırılmışdır.
II aparıcı: Quba Soyqırımı üzərində Memorial Kompleksi
açılmamış sirlərdən xəbər verən yerdir. Bu məzarlıq 2007-ci il
aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir. 
2007-ci ilin iyulundan Azərbaycan Milli Akademiyasının 
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən
məzarlıqda başlanılan geniş tədqiqat işlərinə 2008-ci ilin
sentyabrında yekun vurulmuşdur. Məzarlığın 1918-ci ildə
ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının
nəticəsi olduğu müəyyən edilmişdir.
2009-cu ildə Azərbaycan Prezidentinin sərəncamından sonra
Nazirlər Kabineti kütləvi qətl qurbanlarının xatirəsinin
əbədiləşdirilməsinə dair tədbirlər planı hazırladı. Kütləvi 
məzarlığın yerləşdiyi ərazidə xatirə kompleksinin ucaldılması
və abadlıq işlərin aparılmasına başlanıldı.
I aparıcı: Biz problemin beynəlxalq hüquq normaları əsasında 
ədalətli həlli üçün çalışırıq. Ermənistanı da elementar hüquq 
normalarına əməl etməyə, reallıq hissini itirməməyə məqbul həll 


36 
variantları istiqamətində addımlar atmağa çağırırıq. Lakin o da 
aydın və birmənalı qəbul edilməlidir ki, münaqişənin həllinin 
təməl prinsipi Azərbaycanın ərazi bütövlüyü, məcburi 
köçkünlərin doğma yaşayış yerlərinə qaytarılması olmalıdır.
Biz azərbaycanlılara qarşı ermənilərin törətdiyi təcavüz və 
soyqırımının dünya dövlətlərinin parlamentləri, beynəlxalq 
təşkilatlar tərəfindən tanınmasına və pislənməsinə çalışmalıyıq. 
Həm də bu zaman erməni şovinist millətçilərindən fərqli olaraq 
bundan siyasi, maddi və ya maliyyə kompensasiyaları qazanmaq 
üçün faydalanmaq istəmirik. Bizim maddi sərvətlərimiz kifayət 
qədərdir. Odur ki, biz sülh şəraitində yaşamaq, ölkəmizi inkişaf 
etdirmək, tarixi ədalətin və həqiqətin bərpa olunmasını, işğal və 
soyqırımı siyasəti həyata keçirənlərin tanınmasını və ifşa 
olunmasını istəyirik. Düşünürük ki, indiki zamanda digər 
xalqlara və dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etmək tarixi 
anaxronizmdir və bu hərəkət həmin xalqın özünə ciddi fəlakət 
gətirən bir bəladır.
II aparıcı: İndi ermənilər özlərini məzlum millət kimi qələmə 
vermək üçün dəridən-qabıqdan çıxır, dünya ictimaiyyətinə
yanlış məlumat verməkdən usanmırlar. Halbuki tarixi sənədlər, 
araşdırmalar göründüyü kimi, bunun tam əksini sübut edir. 
Bizim yolumuz düzgün, amallarımız, məqsədlərimiz saf və 
təmizdir. Biz xalqımızın tarixini, dünəninin və bu günün 
həqiqətlərini hamının daha yaxşı bilməsinə və qəbul etməsinə 
çalışmalıyıq. Bunun üçün Azərbaycan hökuməti, bütün 
vətəndaşlarımız, xarici ölkədəki azərbaycanlı icmaları səylərini 
birləşdirməli, daha ardıcıl və səmərəli iş aparmalı, təsirli
tədbirlər görməlidirlər. Bir daha soyqırımı qurbanlarının əziz 
xatirəsini dərin hüznlə yad edir, onlara Allahdan rəhmət diləyir, 
xalqımıza ümummili vəzifələrimizin həlli yolunda uğurlar
arzulayırıq.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin