F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


Şəkil 18.1. Qaynaq arabacığı və qaynaq arabacığının konsol



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə127/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

 
Şəkil 18.1. Qaynaq arabacığı və qaynaq arabacığının konsol 
üzrə hərəkəti. 


288 
Yandırıcı başlığın hərəkəti üçün daha çox istifadə 
olunan qurğular sütun formasındadır (şək. 18.2.). 
Sütunlar vasitəsi ilə yandırıcı başlıq qaynaq yerində 
mövqeləşdirilir və qaynaq hərəkətləri irəli-geri və 
fırlanma mexanizmləri vasitəsi ilə reallaşdırılır. 
Həmçinin, böyük detalların səthlərinə örtük çəkmək 
və onları birləşdirmək üçün qaynaq körpüləri tətbiq 
olunur. Qaynaq körpüsü rels üzrə hərəkət edən iki 
sütundan və sütunların traversi üzrə hərəkət edən 
arabacıqdan ibarətdir. Arabacığa yandırıcı başlıq 
bağlanıb, detalın eni üzrə hərəkət etdirilir.
Şəkil 18.2. Qaynaq sütunu və qaynaq körpüsü. 
Döndərmə mexanizmləri əsasən, əyri səthli 
detalların əridilməsi zamanı tətbiq olunur. Sərbəstlik 
dərəcəsinin çox olması, qaynaq prosesinin keyfiyyət 
və rahatlığını təmin edir (məsələn, qaynaq vannasını 
üfüqi vəziyyətdə saxlamaqla). Belə ki, dönmə 
tərtibatının rels üzərində yerləşməsi, onun detalla 
birgə bir mövqedən başqasına keçməsinə imkan verir.


289 
Kütləvi istehsal zamanı tətbiq olunan müasir 
qurğularda yandırıcı başlığın hərəkətinin avtomatik 
idarə olunması tələb olunur ki, bu halda hərəkət 
qismən mexaniki, mexaniki elektrik, tutum və 
induktiv vericilərlə həyata keçirilir. Başqa bir tərəfdən 
fotodiod, kamera şəklində optik sensorlar, tətbiq 
olunur ki, bunlar da qaynaq vannasının parlaqlığını və 
ya qaynaq vannası ilə tikiş arasındakı parlaq/tünd 
fərqini siqnallara çevirib, qaynaq başlığını idarə 
edirlər. Başqa bir halda qaynaq gərginliyinin və ya 
cərəyanının mütləq və cari qiymətlərinin (olmalı və 
mövcud qiymətləri) müqayisəsi əsasıında qaynaq 
başlığı idarə olunur. Həmçinin, ölçmə lazer şüası da 
idarəetmədə tətbiq oluna bilər. Xatırlanan bu 
üsullardan yalnız bəziləri praktik olaraq istehsalatda 
geniş tətbiq olunurlar.
Mexaniki 
üsulla qaynaq başlığını hərəkət 
etdirdikdə, diyircəkli təkər detal üzərində yerləşdirilir 
və arabacığın mövqeyinə elektrik siqnalı nəzarət 
etmir. Əməliyyat mürəkkəbləşdıkcə, prosesə nəzarət 
tələbi yaranır ki, bunu da elektrik sensorları ilə həyata 
keçirirlər (mexatronik sistem). Arabacığın mövqeyi 
elektrik siqnalları vasitəsi ilə dəyərləndirilib, ona 
növbəti məqsədli mexaniki hərəkət verilir.
Yandırıcı başlığın vəziyyətinə nəzarət və onun 
düzgün mövqeləşdirilməsi üçün, daha da dəqiq üsullar 
olan elektrik qövsündən axan cərəyana nəzarət və 
detalın maqnitlənməsi kimi ilkin siqnallar qəbul 
olunur. Qiymətlərin olmalı və mövcud parametrləri 


290 
müqayisə 
olunaraq, idarəedici sistem qaynaq 
başlığının hərəkət və istiqamətini nəzarətdə saxlayır.
Əritmə 
əməliyyatlarının 
texniki-iqtisadi 
göstəricilərinin yüksəldilməsi məqsədi ilə robotla 
qaynaq əməliyyatları tətbiq olunur. Robot sözü 
slavyan dilindən alınmış və “ağır iş” mənasını verir. 
Sənaye robotları sərbəst proqramlaşdırıla bilən və 
müxtəlif istiqamətlərdə idarə olunan qurğulardır. 
Qaynaq əməliyyatı zamanı tətbiq olunan robotlar 
üçdən çox ox üzrə hərəkətə malik olmalı, sərbəst 
proqramlaşdırılıb, qaynaq əməliyyatını yerinə yetirə 
bilməlidir. Oxlar robotun idarə və nəzarət olunan 
hərəkət üzvləridir. Bu gün tətbiq olunan robotlar bir 
qayda olaraq altı sərbəstlik dərəcəsinə malikdirlər. 
Robotla yerinə yetirilən mexaniki hərəkətlərin 
təkrarlanma 
dəqiqliyi 
±0.2mm-dir. 
Hərəkət 
dəqiqliyinə nəzarət etmək üçün əlavə olaraq elektrik
lazer və induktiv sensorlar geniş tətbiq olunur.
Əritmə zamanı, “robot şəbəkəsinə” robotla yanaşı 
həmçinin, analoq idarə olunan və ya proqramlaşdırıla 
bilən qaynaq qurğuları və bir çox hallarda proqramla 
idarə olunan mövqeləşdirici köməkçi mexanizmlər 
qoşulur. Bu cür cəm periferiya qurğuları bir çox 
hallarda robotun qiymətindan baha başa gəlir. Bu 
səbəbdən də prosesin avtomatlaşdırılması zamanı 
onun əhəmiyyətindən, işin zəhərli təsirlərindən, 
məhsula olan tələbatdan asılı olaraq, bu cür istehsal 
reallaşdırılır.


291 

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin