F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


Şəkil 6.21. Qoruyucu qaz mühitində metal əritmə (QQM)



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə64/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

Şəkil 6.21. Qoruyucu qaz mühitində metal əritmə (QQM) 
üsulunun sxematik təsviri (a) və məftilötürən mexanizm (b). 
 
QQM qaynağı zamanı sonsuz məftil, dolaqdan 
tədricən yandırıcı başlığa diyircəklər vasitəsi ilə 
itələnir və elektrik qövsündə əridilir. Yandırıcı başlıq 
onda əlavə inteqrasiya olunmuş ucluq vasitəsi ilə, 
ərimiş metalı atmosferin mənfi təsirlərindən qorumaq 
üçün ərimə sahəsini əlavə əhatəedici qazla təmin edir. 
300A- cərəyandan başlayaraq, istilik şüalanmasının 
artması ilə əlaqədar olaraq, yandırıcı başlıq su ilə 
soyudulur.
1. Metal 
2. Qaynaq tikişi 
3. Məftilötürən 
4. Məftil dolağı 
5. Qaz ucluğu 
6. Kontakt borusu 
7. Qoruyucu qaz 
8. Elektrik qövsü 










138 
 
Şəkil 6.22. Qoruyucu qaz mühitində metaləritmə (QQM) 
qurğusunun sxemi və ümumi görünüşü. 
Tam mexanikləşdirilmə və avtomatlaşdırılmanın 
mümkünlüyü ilə əlaqədar olaraq, üsul geniş sahələrdə 
tətbiq oluna bilər. Metaləritmənin məhsuldarlığı 
cubuqşəkilli elektrodla əritməyə nisbətən yüksək olsa 
da, ovuntu altında olan metaləritmə üsulundan 
aşağıdır. Elektroqövsün alışması məftilin emal olunan 
metala toxunması ilə başlayır.
Qoruyucu qazın tərkibində heç bir stabilləşdirici 
olmadığından, dəyişən cərəyanla metal qaynağı 
aparila bilmir çünki, elektrik qövsü cərəyanın hər sıfır 
qiymətindən sonra yenidən yandırılmalıdır. Burada 
əsasən sabit cərəyanla qaynaq aparılır və müsbət qütb 
elektroda qoşulur. Bu zaman yanma prosesi sakit 
gedir. Elektrodun mənfi qütbə qoşulması isə qazda 
turbulentlik əmələ gətirə bildiyindən, bu cür qoşulma 
tətbiq olunmur.
Məftilötürən yığım 
Cərəyan mənbəyi 
Transformator 
Su ilə 
soyutma 
Suya 
nəzarət 
İdarə 
etmə 
Qoruyucu 
qazın idarə
olunması 


139 

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin