F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


Şəkil 6.23. Qoruyucu qaz mühitində metal (QQM) əritmə



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə65/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

 
Şəkil 6.23. Qoruyucu qaz mühitində metal (QQM) əritmə 
qurğusunun yandırıcı başlığı. 
 
Tətbiq olunan qazın növündən və emal 
parametrlərindən asılı olaraq, müxtəlif növ elektrik 
qövsləri fərqləndirilir. Əsas kriteriya əmələ gələn 
ərimiş metal damcısının ölçüsü və ərimiş metal 
damcısının səthə qısa qapanma ilə və ya qısa qapanma 
olmadan düşməsidir. Burada üç növ elektrik qövsü 
fərqləndirilir: qısa, püskürdücü və fırlanan elektrik 
qövsləri. Bunları emal gərginliyi və cərəyanın 
qiymətindən asılı olaraq aşağıdakı şəkillərdə əyani 
təsvir etmək olar. 
Əl ilə QQM qaynağı üçün
başlığın konstruksiyası 
Məftilitələyin QQM-başlıq 
[Fronius]


140 
 
 
Şəkil 
6.24. 
Müxtəlif 
növ 
elektrik 
qövslərinin 
xarakteristikası. 
CO
2
qaz mühitində qaynaq zamanı alınan fırlanan 
elektrik qövsü, qısa elektrik qövsü ilə müqayisədə 
qeyri-stabildir (metal damcısının sağa-sola hərəkəti). 
Bu zaman metal sıçramaları ilə yanaşı, həmçinin 
kobud tikiş alınır. CO
2
mühitində legirləyici 
elementlərin qazla reaksiyasını nəzərə alaraq, bu qazla 
yalnız legirsiz materiallar əridilir.
Qısa elektrik qövsünün əsas xüsusiyyətləri 
bunlardır: 

elektrod və qaynaq vannası arasında dövrü 
qısaqapanma və elektrik qövsünün zamanca 
sönməsi baş verir; 

yüksək qısaqapanma cərəyanı, qısaqapanma 
körpüsünü kəsir və işıq qövsü yenidən alışır ki, 
bu da ərimiş metalın sıçramasına səbəb olur; 
Yüksək enerjili qısa elektrik qövsü 
Qısa elektrik qövsü 
Yüksək enerjili püskürdücü
elektrik qövsü 
Cərəyan 
G
ər
gi
nl
ik
Fırlanan elektrik 
qövsü 
Keçid sahəsi 
Püskürdücü elektrik 
qövsü 
Qaynaq materialı: G3Si1-1.2mm; Qoruyucu 
qaz: Ar/He/CO
2
/O
2
-65/26.5/8/0.5 


141 

aşağı qaynaq cərəyanı və gərginliyi, qısa 
elektrik qövsü ilə emal aparılır; 

nazik lövhələrin qaynağında tətbiq olunur. 
Püskürdücü elektrik qövsünün əsas xüsusiyyətləri 
bunlardır: 

qısaqapanmasız, narın damcılı düşmə; 

artan qaynaq gərginliyi və aktiv qaz qarışığı ilə 
həyata keçirilir; 

damcının düşmə tezliyi cərəyanın tezliyi ilə 
artır; 

kiçik özlülüklü qaynaq vannası; 

qalın lövhələrin üfiqi vəziyyətdə qaynağı. 
Fırlanan işıq qövsünün əsas xüsusiyyətləri 
bunlardır: 

yüksək gərginlik >39V və cərəyanla >400A 
yerinə yetirilir; 

yüksək məftil sürəti və əritmə gücünə malikdir; 

yumşaq, uzun, azad məftil sonu müşahidə 
olunur; 

elektrik qövsünün təzyiqi məftil sonunu fırladır 
və nəticədə enli qaynaq vannası alınır;

çox qalın təbəqələrin qaynağı üçün səmərəlidir. 
Qeyd olunan elektrik qövsləri ilə yanaşı impulslu 
elektrik qövsü də mövcuddur və belə elektrik qövsləri 
növbəti xüsusiyyətlərə malikdir:

aşağı qiymətli əsas cərəyan və yüksək impuls 
cərəyanı arasında dövrü dəyişmə; 


142 

bir impulsda bir və ya bir neçə damcının 
ayrılması mümkündür; 

bir impulsda bir damcı əmələ gələrsə stabil və 
sıçrayışsız proses baş verir; 

qalın elektrodla qaynaq vannasını yaxşı 
nəzarətdə saxlamaq olur; 

istiliyin əmələ gəlməsi qısa elektrik qövsü 
sahəsinə uyğundur;

nazik lövhələrin qaynağı. 
Qeyd olunduğu kimi impulslu elektrik qövsü ilə 
qaynaq zamanı, enerjinin qaynaq vannasına az 
(düzgün) verilməsi ilə əlaqədar olaraq, sakit və 
sıçrayışsız ərimə prosesi əldə etmək mümkündür. 
Hətta, qısa elektrik qövsü və qalın məftillə nazik 
lövhələri qaynaq etmək olar.

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin