F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


  Elektroqövs üsullarında istifadə



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə71/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

6.13. 
Elektroqövs üsullarında istifadə 
olunan örtük və köməkçi materiallar 
Örtük materialının seçilməsində detalların istismar 
şəraiti nəzərə alınmaqla ilk növbədə yeyilməyə və 
korroziyaya qarşı davamlı səth materiallarının 
seçilməsi ilə yanaşı, həmçinin seçilmiş örtük materialı 
örtüklə əsas arasında kifayət qədər ilişməni təmin 
etməli, möhkəm, oyuqsuz və çatsız birləşmə sahəsinə 
malik 
olmalıdır. 
Bundan 
əlavə 
birləşmənin 
temperatura və yorulmaya qarşı davamlılığı da tələb 
olunur. Bütün bu amillər əsasən, seçilmiş örtük 
materialından, 
örtükçəkmə 
növündən 
və 
texnologiyasından, ətraf mühitin təsirlərindən asılı 
olur. Növbəti alt fəsillərdə qaynaq əməliyyatlarının 
(birləşdirmə və örtükçəkmədə) növündən asılı olaraq, 
örtük və köməkçi materiallar haqqında qısa məlumat 
veriləcəkdir.


154 
6.13.1.
Cubuqşəkilli elektrod 
Adi əl ilə elektroqövs qaynaq üsulunda tətbiq 
olunan çubuqşəkilli posa ilə örtülmüş elektrodların 
özəyinin diamteri 1,5-8mm, uzunluğu isə 250-450mm 
olur. Elektrodun diametrinin seçilməsi, əsasən əridilən 
detalın qalınlığından və örtükçəkmə vəziyyətindən 
asılıdır. Nəzərə almaq lazımdır ki, diametrin artması 
ilə cərəyanın qiyməti, istiliyin miqdarı, yanma 
dərinliyi və ərimə məhsuldarlığı artır.
Çubuqşəkilli elektrod təyinatından asılı olaraq 
müxtəlif kimyəvi tərkibə malik özək məftildən və 
onun üzərinə çəkilmiş mineral təbəqədən ibarətdir. 
Mineral örtüklər bərk köməkçi maddə kimi aşağıdakı 
vəzifəni yerinə yetirirlər: 
-
alışma xüsusiyyətlərini və qövsün stabilliyini 
yaxşılaşdırmaq üçün işıq qövsü uzunluğunun 
ionlaşdırılması; 
-
hava atmosferinin mənfi təsirlərinə qarşı 
qoruyucu qaz əmələ gətirmək; 
-
elektrik qövsünin arxa tərəfində soyuyan 
qaynaq tikişini havanın daxil olmasından 
qoruyur və əmələ gələn posa soyumanı 
ləngidir; 
-
tərkibində olan qatqılar hesabına qaynaq 
materialına metallik təsir edir. Belə ki, 
deoksidasiya hesabına zərərli maddələri (S, P, 
O
2
), özünə birləşdirir və əsas materialı 
legirləyir; 


155 
-
dəmir ovuntusu əlavə edilmiş mineral təbəqə 
hesabına “yüksək məhsuldarlıqlı elektrodlar” 
qaynaq sürətini artırır. 
Örtüklərin ayrıca dörd növü və bəzən onların 
kombinasiyası tətbiq olunur (turşu-A, rutil-R, qələvi-
B, selluloza-C) və hər bir növ qaynaq keyfiyyətinə 
müxtəlif cür təsir edir. Elektrodlar içərisində, əsasən 
qələvi örtüklü elektrodalar hidrogenə qarşı aktiv olub, 
onunla reaksiyaya girir və qaynaq zamanı örtüklərdə 
çatlar əmələ gətirir. Bunun qarşısını almaq üçün 
elektrodlar nəmdən qorunmalıdır.
Əgər elektrodlar nəmlənmişsə, onlar qaynaq 
əməliyyatından 
əvvəl 
150-200
0

qızdırılaraq 
qurudulmalıdır.
Örtükçəkmə əməliyyatı üçün müxtəlif legirli 
cubuqşəkilli elektrodlar tətbiq olunur. Legirsiz və az 
legirli elektrodlarda, adətən legirsiz içlik məftili 
istifadə olunur və legirləyici elementlər mineral 
örtüyün tərkibinə qoşulur. Yüksək legirli elektrodlarda 
isə legirləyici elementlər elektrodun özək məftilində 
və yaxud örtükdə ola bilər.


156 

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin