F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


Şəkil 6.31. Qabaqcadan qazla qızdırmaqla, valın səthinə



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə70/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

 
Şəkil 6.31. Qabaqcadan qazla qızdırmaqla, valın səthinə 
QOQ altında, lentşəkilli elektrodla örtükçəkmə. 
QOQ altında qaynaq zamanı, səthdə yüksək fiziki - 
mexaniki xüsusiyyətlərə malik, hamar örtüklər alınır 


152 
ki, bu da üsulun yuxarıda qeyd olunmuş üstünlükləri 
ilə əlaqədardır. Üsul istehsal və təmir zamanı səthlərə 
aralıq təbəqənin, yeyilməyə və korroziyaya qarşı 
davamlı örtüklərin çəkilməsi üçün müxtəlif istehsal 
sahələrində (kimya və nüvə aparatlarında, tikinti və su 
elektrik stansiyalarının qurğularında, armaturların 
istehsalında, 
tikinti 
maşınlarında, 
yayma 
diyircəklərində) geniş yayılmışdır. Səthlərinə yüksək 
legirli örtüklər gətirilən zaman çatların əmələ gəlməsi 
mümkün olan (məsələn, yüksək karbonlu poladlar) 
hissələrin səthi əvvəlcə əsas örtüklə detal (alt örtük) 
arasına aralıq təbəqə çəkilir. 
Lentin 
enindən 
asılı 
olaraq 
örtükçəkmə 
məhsuldarlığı da dəyişir. Məsələn, 60mm endə olan 
0,5mm qalınlıqlı massiv lentlər adətən, 650A 
cərəyanla, 5mm qalınlıqda örtük aldıqda, 0,3m
3
/saat 
örtükçəkmə 
məhsuldarlığı 
ilə 
qaynaq 
edilir. 
Məhsuldarlığı daha da yüksəltmək üçün lentşəkilli 
elektrodun eni 180mm- ə qədər artırıla bilər. Bu halda 
cərəyanın qiymətinin artması ilə yaranan güclü maqnit 
sahəsi örtükdə boşluqlar əmələ gətirir ki, bunun da 
qarşısını məsələn, əlavə xarici maqnit sahəsi 
yaratmaqla alırlar. 
QOQ altında böyük qaynaq vannaları əmələ 
gəldiyindən, bu üsulla yalnız diametri ən azından 
500mm olan dairəvi hissələrə üfüqi vəziyyətdə 
örtükçəkmə əməliyyatı mümkündür (əyri səthlərdə). 
Kiçik diametrli və enli dairəvi hissələrə örtükçəkmədə, 
əsasən, 1-2mm qalınlıqda və 1025mm endə olan 


153 
doldurulmuş lentşəkilli elektrodlar tətbiq olunur. 
Doldurulmuş lentlər ona görə tətbiq olunur ki, bu cür 
tərkibli massiv (bütöv) lentlərin istehsalında alınan 
material elə yüksək bərklikli ola bilər ki, onu yayma 
üsulu ilə almaq mümkün olmaz. Belə doldurulmuş 
məftillərin tətbiqi ilə yeyilmə intensivliyini kəskin 
azaltmaq mümkündür.

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin