15. Boyama
texnikası və boyalar
15.1. Boyaların funksiyası və boya materialı
Boyalar optik dizayn vermə, işarələmə və digər
funksional məqsədlər üçün tətbiq olunurlar. Boyaların
tətbiqinin
aktuallığını
əsaslandıran
funksional
məqsədlərə daxildir:
•
korroziyaya qarşı davamlılıq/iqlimin mənfi
təsirlərindən qoruma;
•
kimyəvi təsirlərə qarşı davamlılıq;
•
yeyilməyə qarşı davamlılıq;
•
xüsusi funksiyalar.
Boyanın tərkibi təbəqə əmələ gətirən, uçucu və
qeyri-uçucu, doldurucu, piqment, üzvi həlledici,
köməkçi və s. maddələrdən ibarətdir. Boyama
əməliyyatlarında toz, şəffaf, nəm, su, elektroçökdürmə
boyalarından və təbəqə əmələ gətirən birləşdirici
vasitələrdən istifadə olunur.
15.2. Boyama
üsulları və texnikası
Boyanın səthə çəkilməsi fırça, püskürtmə,
elektrostatik, batırma, üzərinə axıtma və s. üsullarla
yerinə yetirilə bilər. Fiziki güc hesabına əl ilə boyama
əməliyyatları müxtəlif növ və ölçülü fırçalarla aparılır.
260
Boyanın
detalın
səthinə
püskürdülməsi
əməliyyatları şək. 15.1.- də verilmiş üsullarla
reallaşdırıla bilər. Bu üsullarla boya maddəsi
tozlandırılıb detalların səthinə doğru sürətləndirilərək,
səthə adheziyalı və mexaniki birləşmə hesabına
yapışır. Püskürdülən boya ucluğu ilə detal arasında
elektrik sahəsi yaratmaqla, boyanın səthə yapışma
effektini yüksəltmək mümkündür.
Şəkil 15.1. Püskürtmə/tozlandırma ilə boyama üsulları.
Pnevamatik püskürtmə üsulu ilə boyama zamanı
şək. 15.2.- də verilmiş püskürtmə tapançalarından
istifadə olunur.
Köməkçi qazın hesabına ucluqdan
püskürmə
Ucluqdan püskürmə
Hidravlik
Pnevmatik
Elektrik qüvvəsi
Mərkəzdənqaçma qüvvəsi
|