F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


  Səthin diyirlətmə və vibrodiyirlətmə



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə13/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

2.2. 
Səthin diyirlətmə və vibrodiyirlətmə 
üsulları ilə emalı texnikası 
 
Üsulun xüsusiyyətləri.
Diyirlətmə ilə hamarlama
xüsusən fırlanan hissələr üçün rahatdır. Əməliyyat 
əsasən torna dəzgahlarında sadə tərtibatla həyata 
keçirilir. Kütləvi istehsalda isə xüsusi dəzgahlarda 
yerinə yetirilir. Ağır maşınqayırmada, əsasən təmir 
zamanı dəzgahdankənar qurğu tətbiq olunur.
Bərkidilən təbəqənin dərinliyi (a), bərkidilən 
detalın radiusunun 2-10%- i qədər seçilir. Diyircəyin 
(kürənin) tələb olunan sıxma gücü 
T
2
a
2
P



T


bərkidilən poladın axıcılıq həddidir. Bu zaman qəbul 
olunur ki, diyircəyin detalla ilkin toxunması nöqtədə 
baş verir. 
Adətən, hamarlama sürəti <20-30m/dəq şərtinə 
əsasən qəbul olunur. Böyük sürətlərdə bərkitmə 
dərinliyinin bir qədər azalması mümkündür. Oxboyu 
veriş, adətən diyircəyin yaratdığı vahid qanovun (izin) 
eninin (b) ≈0.1- i qədər qəbul olunur (veriş≈0.1b). 
Məhsuldarlığı artırmaq lazım gəldikdə, verişi 0.8b- yə 
qədər yüksəltmək olar. 
Diyircəklə hamarlayaraq, vallar oxlar o cümlədər
dirsəkli vallar, generatorun rotorları, torsionlar, millər, 
preslərin sütunları, plunjerlər, yastıqların həlqələri və 
s. bərkidilir. Bu üsulla valların dözümlülük həddini 
müstəvi hissələrdə 20-40%, yastıqaltı hissələrdə 80-
100%, qaltellərdə 60-100%, qaynaq olunmuş vallarda 
2 dəfə, yivlərdə 2-3 dəfə artırmaq olar. Vaqon və 


31 
lokomativlərin 
oxlarını 
hamarlayaraq, 
onların 
dözümlülük həddini 2-2,2 dəfə yüksəltmək olar. Dizel 
mühərrikinin 
yüksək 
möhkəmlikli, 
çuqundan 
hazırlanmış dirsəkli valını hamarlayaraq, bərkliyi 1,8-
1,9 dəfə artırılmışdır.
Bərkitmə səmərəliliyi çox kiçik detallardan 
başlayaraq, 600mm və daha da böyük diametrli 
detallarda geniş yayılmışdır. Bəzi təcrübi nəticələrə 
əsasən bərkitmə dərəcəsi valın diametrinin artması ılə 
artır.
Ağır maşınqayirmada qaltelin hamarlanması 
zamanı, 
diyircəyin profilinin radiusu qaltelin 
radiusundan kiçik götürülür və bərkimə profil üzrə 
verişlə həyata keçirilir. Həmçinin, böyük radiuslu 
qalteli diyirlətmə, oxboyu veriş olmadan, üç müxtəlif 
radiuslu diyircəklə aparılır. Qeyd etmək olar ki, valın 
qaltelə birləşən kiçik diametrli silindrik hissəsinin 
diyirlədilməsi səmərəlidir.
Məlumdur ki, valın səthinə paslanmayan poladın, 
tunc və bürüncün əridilməsi onun möhkəmlik həddini 
kəskin azaldır. Paslanmayan poladla üstəəridilmiş 
örtükləri diyirlətdikdə, möhkəmlik həddini 2 dəfə, 
tunc və mis halında isə >1,5 dəfə artırmaq olar.
Səthin emalının keyfiyyətinə yüksək tələb 
qoyulduqda, bərkitmədən sonra, sonuncu mexaniki 
emal vacibdir və bu zaman diyircəyin bir keçidi ilə 
əlavə diyirlətmə tətbiq olunur.
Yeyilmənin 
baş 
verdiyi 
yüksək 
dəyişən 
gərginliklər altında işləyən detallar üçün, kombinasiya 


32 
olunmuş bərkitmə üsulu tətbiq etmək olar. Məsələn, 
teplovozun dizel mühərrikinin dirsəkli valını azotlama 
və 
diyircəklə 
diyirlətməklə 
onun 
yeyilməyədavamlılığını 5 dəfə, möhkəmliyini isə 25-
30% artırmaq olar.
Dəmiryol 
nəqliyyatı 
vasitələrinin diyircəkli 
yastıqlarının tablanmış içəri həlqələrinin diyircəklə 
hamarlanması (həlqədə istismar zamanı sınma baş 
verdiyini 
nəzərə 
alaraq), 
həlqənin 
əyilməyə 
dözümlülük həddini 70% artırır.
Diyircək 
və 
kürəciklə 
səthlərin 
plastiki 
deformasiyası müxtəlif tərtibatların köməyi ilə torna 
(torna formalı xüsusi) və yonma dəzgahlarında həyata 
keçirilir. Bu cür tərtibatlar bir və ya bir neçə 
deformasiyaetdirici elementlərdən hazırlanır. 
Deformasiyaetdirici element üzərində təzyiq, 
mexaniki (yay), pnevmatik (hava) və hidravlik (maye) 
üsullarla yaradılır. Hidravlik mexanizmlər böyük 
pəstahların səthində kifayət qədər deformasiya 
dərinliyi almaq üçün, böyük qüvvə tələb olunduqda 
tətbiq olunur. 
Deformasiyaetdirici 
konstruksiyanın 
gövdəsi 
qüvvə mexanizminin növünə görə təyin olunur. 
Maşınqayirmada tətbiq olunan, deformasiyaetdirici 
tərtibatın konstruksiyasını iki əsas növə bölmək olar: 
deformasiyaetdirici elementlə emal olunan səth 
arasında “sərt” və deformasiyaetdirici elementlə emal 
olunan səth arasında “elastik” əlaqə yaradan 
konstruksiya.


33 
Deformasiyaetdirici element və emal olunan səth 
arasında “sərt” əlaqə yaradan mexaniymlərin 
quruluşunun sadə olmasına baxmayaraq, bu emal 
üsulu ilə səthin homoqen möhkəmliyi alınmır və buna 
görə də geniş tətbiq olunmur. 
Deformasiyaetdirici element və emal olunan səth 
arasında “elastik” əlaqə yaradan mexanizmin tətbiqi 
ilə səthi diyirlədərək, hamarlama geniş yayilmışdır. 
Səthi deformasiyaetdirici əlaqə yay, pnevmo və ya 
hidravlik qüvvə mexanizmləri ilə təmin olunur. Bu 
halda səthə düşən normal qüvvə sabit qaldığından, 
praktik olaraq pəstahın forması dəyişmir. Tərtibatda 
olan xətalar belə bərkitmənin nəticələrinə təsir etmir. 
Həmçinin, onu da qeyd etmək lazımdır ki, pəstahda 
olan forma xətaları bu üsulla düzəldilə bilmir.
Fırlanan detalları səthi plastik deformasiya ilə emal 
zamanı pəstaha fırlanma hərəkəti verilir və 
deformasiyaetdirici element (kürə, diyircək, almaz 
ucluq) pəstahın oxu boyunca hərəkət etdirilir. 

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin