F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə12/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

 
2. Plastiki 
deformasiya ilə materialların 
emalı 
2.1. 
Səthin plastiki deformasiya ilə 
möhkəmləndirilməsinin aktuallığı 
Detalların yeyilməyədavamlılığının yüksəldilməsi 
üçün daha çox sadə texnoloji və səmərəli üsul 
mexaniki bərkitmə, yəni səthin plastiki deformasiya 
etdirilməsi ilə möhkəmləndirilməsidir. Bu bərkitmə 
üsulunun texnoloji üstünlüyünə az əmək tutumu, 
detalların termiki emal sexinə daşınmaması və 
mexaniki sexdə istehsal axınının pozulmaması, səthi 
kəsmədən emal və kəsmə zamanı əmələ gələn mənfi 
təsirlərin olmaması və s. aiddir.
Səthin plastiki deformasiyası ilə bərkidilməsi çox 
da baha olmayan metaldan hazırlanmış detalların 
kifayət qədər möhkəmliyini təmin etməyə imkan verir 


29 
ki, bununla da yüksək legirli poladların tətbiqindən 
imtina oluna bilər. Üsul poladdan, çuqundan, 
alüminiumdan, manqan və titan ərintilərindən
bürüncdən, 
tuncdan, 
bərk ərintilərdən və s. 
hazırlanmış detallara tətbiq olunur.
Təcrübələrdən əldə olunmuş məlumatlara əsasən, 
səthi plastiki deformasiya üsulu ilə emal olunan 
detallar abraziv yeyilməyə qarşı effektli deyildir. 
Səthin plastiki deformasiya ilə bərkidilməsi o şəraitdə 
səmərəlidir ki, detallar axıcılıq həddi daxilində 
yüklənirlər.
Bərkitmə nəticəsində maşınqayırma üçün səciyyəvi 
olan, mürəkkəb formalı detalların dözümlülük həddi 2, 
ani gərginlik konsentrasiyası ilə yüklənmiş detallarda 
isə 3 dəfəyə qədər artırılır. Həmçinin, kiçik radiuslu 
qaltelləri bərkitməklə, qaltel sahəsinin və valın en 
kəsiyinin eyni möhkəmliyini təmin etmək olar.
Səthin 
plastiki 
deformasiya 
ilə 
möhkəmləndirilməsi dyirlətmə, qırma axını və almaz 
hamarlama üsulları ilə yerinə yetirilir. Bir sıra detallar 
üçün möhkəmləndirmə standartlara görə aparılmalıdır. 
Məsələn, dəmiryol nəqliyyatı vasitələrinin resor və 
yayları qırma axını, oxları isə diyirlətmə ilə bərkidilir; 
bütün gəmilərin üzgəc valı diyirlətmə ilə emal olunur;
dişli çarxların dişlərinin emalında, bu üsulla yanaşı 
yüksək tezlikli cərəyan da tətbiq olunur. 


30 

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin