27
səth qatında gərginliyi 2-3 dəfə artırır.
Həmçinin,
tribotexniki səthlərdə kontakt gərginlikləri fəaliyyət
göstərir və detalın yeyilməsi
bu gərginliklərin təsiri
altında səth təbəqəsindən başlayır.
Hissələri yeyilmiş və əsaslı təmirə dayanmış,
müasir avtomobillərin kütləsi yeni avtomobillə
müqayisədə 1-2 kq az olur.
Buradan belə nəticəyə
gəlmək olar ki, tribotexniki səthlərdə 1-2 kq
yeyilməyədamlı bahalı material və ya səthə texnoloji
proseslər
tətbiq
etməklə,
maşınların
uzunömürlülüyünü xeyli artırmaq mümkündür.
Səthdə tələbə uyğun olaraq, friksion və antifriksion
örtük təbəqələrinin alınması üçün aşağıda
verilmiş
müxtəlif tribotexniki üsullar tətbiq oluna bilər:
a)
səthin mexaniki möhkəmləndirilməsi;
b)
səthin termiki bərkidilməsi;
c)
səthin əridilməsi;
d)
səthin əridilib legirlənməsi;
e)
ionla örtmə;
f)
termokimyəvi emal;
g)
kimyəvi buxar çökdürmə (CVD);
h)
fiziki buxar çökdürmə (PVD);
i)
qalvanik və kimyəvi çökdürmə;
j)
ərintiyə batırma
k)
səthə
material tökmə;
l)
səthə bişirmə;
m)
termomexniki püskürtmə;
n)
üstəəritmə;
o)
sürtünmə ilə örtükçəkmə.
28
a, b və c üsulları vasitəsi ilə səthin yalnız
strukturunu dəyişdirərək onun yeyilməyədavamlılığını
yüksəldirlər.
d, e və f üsulları vasitəsi ilə səthdə yeni örtük
materialı və əsas materialın qarışığından
ibarət
qoruyucu təbəqə alınır.
Qeyd olunmuş üsullar haqqında ətraflı məlumatlar
ayrı-ayrı fəsillərdə veriləcəkdir.
Dostları ilə paylaş: