F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


  Səthin almaz hamarlama üsulları ilə emalı



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə19/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

2.5. 
Səthin almaz hamarlama üsulları ilə emalı 
texnikası və vasitələri 
Konstruktiv xüsusiyyətlərinə görə almaz ucluğun 
bərkidildiyi, elastik əlaqəli tutqaclar dinamometrli, 
yaylı, hidravlik və xüsusi olurlar. 
Aşağıdakı şəkildə təsvir olunmuş dinamometrli 
tutqaclar həm xarici və həm də daxili səthlərin 
hamarlanmasında tətbiq oluna bilər.


44 
Şəkil 2.9. Xarici (a) və daxili (b) səthlərin emalı üçün 
dinamometrli tutqac. 
Yaylı hamarlayıcı tutqacın təsviri aşağıdakı şəkildə 
verilmişdir.
Şəkil 2.10. Slindrik və yan səthlərin emalı üçün universal 
yaylı tutqac: 
1- gövdə, 2- tutqac, 3- yay, 4- lövhə, 5- induktor, 
6- sıxıcı yiv.
 
Səthlərin emalı fırlanan və tərpənməz vəziyyətdə 
olan pəstahlarda aparıla bilər. Buna misal olaraq
aşağıdakı konstruksiyanı göstərmək olar. Emal 


45 
zamanı, morze konusuna malik olan bu tutqacı
dəzgahda bərkidərək, detala fırlanma hərəkəti verilir. 
Şəkil 2.11. Yuvaların emalı üçün yaylı tutqac: 
1- tutqac, 2- 
yay, 3- nizamlayıcı yiv. 
Formalı və konusşəkilli səthlərin emalı üçün 
köcürtmə prinsipinə əsasən detalla deformasiyaedici 
element arasında kontakt təmin olunur (şək. 2.12.).
 
Şəkil 2.12. Formalı və konusşəkilli səthlərin emalı üçün 
hamarlama sxemi: 
1- hamarlayıcı, 2- mil, 3- gövdə, 4- həlqə, 
5, 6, 8- bloklar, 7- kanat, 9- yük.
 
 
Qeyri dairəvi səthlərin emalında (yumruqcuq, 
ekssenrik və s.) tutqac iki yaya malik olmalıdır (şək. 
2.13.). Bunlardan biri (4) hamarlayıcı (1) oturan mili 
(2), digəri (3) isə yastığı (5) sıxır. Qüvvənin qiyməti 
vint (6) vasitəsi ilə tənzimlənir.


46 

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin