42
2.4.
Səthin almaz hamarlama üsulu ilə
emalı xüsusiyyətləri
Bu üsulla səthin
yüksək keyfiyyəti təmin edilir,
resurs artır və detalın kontakt möhkəmliyinin
artırılması ilə onun yeyilmısi azaldılır (əsasən
diyirlənmə şəraiti üçün). Almazla hamarlama
(sığallama) və vibro-hamarlamanın
səmərəliliyi
bilavasitə seçilmiş alətin xarakteristikasından, onun
keyfiyyətindən, davamlılığından, etibarlılığından və s.
asılıdır. Daha çox səmərə tablanmış səthlərdə
müşahidə olunur və prosesin diqqətli emalı tələb
olunur.
Hamarlayıcının işçi
hissəsi intensiv sürüşmə
sürtünməsinə məruz qalır və kontakt sahəsində yüksək
temperatur təsir edir. Hamarlama zamanı əmələ gələn
qüvvələr, hamarlayıcının səthində yüksək kontakt
təzyiqi yaratdığından, onun materialı yüksək bərkliyə,
yeyilməyə qarşı davamlılığa, sıxılmada yüksək
möhkəmlik həddinə, metalın səthi üzrə aşağı sürtünmə
əmsalına, yaxşı
emal olunmaya, yüksək istilik
tutumuna və istilikkeçirməyə malik olmalıdır.
Qeyd olunan bütün bu tələblərə almaz material
yüksək səviyyədə cavab verir və onun fiziki-mexaniki
xüsusiyyətləri
başqa
materiallarla
müqayisədə
qaneedicidir. Almazın
bərkliyi bərk ərintilərin
bərkliyindən 6 dəfə və alət poladlarının bərkliyindən
isə 10 dəfə böyükdür. Ən yüksəl elastiklik moduluna
(720-940Gpa) malikdir. İstilikkeçirmə əmsalının
43
yüksək olması (0,35kal/c∙sm∙
0
C), alət poladlarına
nisbətən
istiliyin
kontakt
sahəsindən
uzaqlaşdırılmasına imkan verir. Emal zamanı
praktik
olaraq deformasiya olunmur və tətbiq olunan müəyyən
radiusun (praktik olaraq tətbiq olunan almaz sferaların
radiusu- 0,05-3,5mm) səthdə izi stabil alınır. Amma,
almazın bərkliyi onun yüksək yeyilməyədavamlılığına
imkan versə də, onun kövrəkliyini artırır. Sıxılmaya
qarşı yüksək möhkəmliyə malik olsa da,
əyilmə
möhkəmliyi alət poladları üçün nəzərdə tutulan
materialların möhkəmliyindən geri qalır.
Səthi hamarlama zamanı normal qüvvə 49-294N
qəbul olunur ki, bu da
diyirləmə üsulu ilə emala
nisbətən xeyli aşağıdır. Almaz ucluq, kürə formalı
gövdəyə aşağı ərimə temperaturuna malik (600-
650
0
C), gümüş materialla lehimlənir.
Dostları ilə paylaş: