90
Sistemdə
baş verən xətalar, temperaturun
dəyişməsi və s. NCC vasitəsi ilə yadda saxlanılır və
funksional parametrlərlə birlikdə mətn şəklində
sənədləşdirilir.
Burada
kompyuterin
əlavə
imkanlarından
istifadə etmək üçün, onu H700
lövhəsinə qoşmaq olar.
Müasir sobalarda təhlükə yarada biləcək proseslərə
həm optik, həm də akustik nəzarət sistemi tətbiq
olunur (işıq və səslə). Bu cür həyacan siqnalları,
həmçinin, SMS vasitəsi ilə cavabdeh və məsul
şəxslərin mobil telefonlarına göndərilə bilər.
91
4.
Yüksək tezlikli cərəyanın tətbiqi ilə
detalların emalı texnikası
4.1.
Səthi emal texnikasının tətbiqi ilə
detalların emalının aktuallığı
Maşınların
uzunömürlülüyü
əsasən
onların
tribotexniki səthlərinin davamlılığı
ilə müəyyən
olunur. Bu baxımdan bir çox hallarda materialın
səthinin emalı geniş maraq doğurur. Adətən,
materialların səthinə yüksək möhkəmlik, bərklik,
yeyilməyə və korroziyaya davamlılıq, çatlamaya
müqavimət və s. kimi tələblər qoyulur.
Bu tələblərlə
yanaşı detalın özəyi yüksək plastikliyə və zərbə
özlülüyünə malik olmalıdır ki, bu da adətən,
azaldılmış kövrəkliklə təmin olunur.
Detalın səth təbəqəsində
yüksək bərklik müxtəlif
səthi emal texnologiyaları ilə əldə oluna bilər.
Məsələn, poladın azotlanması ilə 900-1300kq/mm
2
,
termodiffuziyalı
xromlama
ilə
poladlarda
1600kq/mm
2
-a qədər, çuqunlarda isə 1900 kq/mm
2
-a
qədər bərklik almaq mümkündür. Məlumdur ki,
poladların bərkliyi artdıqca, onların xüsusən abraziv
yeyilməyə qarşı müqaviməti kəskin şəkildə artacaqdır.
Ən çox yeyilməyədavamlılıq xromlanmış poladlarda,
sonra azotlanmış, sementlənmiş, sianlanmış və
nəhayət tablanmış legirli
və karbonlu poladlarla əldə
olunur. Amma, səthin emalında tətbiq olunan bir çox
92
proseslər zamanı detalın həcmi qızması texnoloji
prosesin gedişində arzuolunmaz
təsirlərə gətirib
çıxardığından, yalnız səthi qızdırmaqla (yüksək
tezliklli
cərəyanla,
elektrokontakt,
qaz-alov,
konsentrasiya olunmuş enerji axını və s. üsullarla
yalnız səthin qızdırılması) ona lazımi tribotexniki
xüsusiyyətlərin
verilməsi
mütəxəsislər
üçün
maraqlıdır.
Dostları ilə paylaş: