F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


  Yüksək tezlikli cərəyanla materialların



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə43/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

4.2. 
Yüksək tezlikli cərəyanla materialların 
emalı fizikası 
İnduksiya üsulu ilə səthi qızdırma, induksiya 
qurğusu ilə alınan yüksək tezlikli cərəyanın, işçi alət 
olan induktorlardan axması ilə, onlar arasında 
yerləşdirilmiş metalın səthində dəyişən maqnit 
sahəsinin təsirindən yaranan, səth üzrə qısaqapanmış 
induksiya cərəyanı hesabına baş verir. YTC-la 
materialın qızdırılması sxematik olaraq şək.4.1.-də 
təsvir olunmuşdur. 
İnduktordan keçən dəyişən cərəyan ətrafında 
dəyişən maqnit sahəsi yaradır. Faradeyin ikinci 
qanununa əsasən dəyişən maqnit sahəsi cərəyan 
keçirici detalın səthinə təsir etdikdə, orada induksiya 
cərəyanı əmələ gətirir. Bu halı transformatorun 
yüklənmiş iş rejmi ilə müqayisə edərək, induktorları 
birinci, detalı isə ikinci dolaq kimi qəbul etmək olar. 


93 
İnduktorun təsir sahəsində olan detala induksiya 
olunan cərəyan Coul-Lens qanununa əsasən səthdə 
temperatur yaradacaqdır. 
Şəkil 4.1. YTC-la materialın qızdırılmasının sxematik 
təsviri. 
 
“Skin effektinə” görə enerjinin 90%- i səth 
təbəqəsində toplana bilər ki, bu təbəqənin də qalınlığı 
(a) cərəyanın tezliyindən (f), mühitin- detalın maqnit 
nüfuzluğundan (µ) və qızdırılan detalın elektrik 
müqavimətindən (ρ) asılıdır: 
f
/
10
5
a
6





(4.1.) 
Cərəyanın səthə nüfuzetmə dərinliyi temperatur 
artdıqca, detalın maqnit nüfuzluğunun azalması ilə 
artır. Xüsusən material “Küri temperaturu”nu (768
0
C) 
keçdikdə, onun maqnit nüfuzluğunun kəskin azalması, 
İnduktor (mis boru) 
Soyuducu su 
Dəyişən cərəyan 
Tablama 
Püskürdücü 
Maqnit sahəsi 
Bərkidilmiş səth 
Qızdırılan səth 


94 
belə ki, detalın ferromaqnit vəziyyətindən paramaqnit 
vəziyyətinə keçməsi (µ=1) nəticəsində cərəyanın 
nüfuzetmə və bununla da detalın emal dərinliyi 
artacaqdır (düstur 4.1.).
Tablama o materiallarda mümkündür ki, onlar 
tablama üçün əlverişli olsunlar. Məsələn, karbonlu 
poladlar əsasən təkibində >0,3% karbon olduqda, 
tablama üçün yararlı hesab olunur.
Adi poladın səthində 1mm qalınlıqda tablanmış 
təbəqə almaq üçün optimal tezlik 50-60kHs, 2mm 
təbəqə almaq üçün təxminən 15kHs və 4mm təbəqə 
almaq üçün təxminən 4kHs qəbul olunur. Əlbəttə ki, 
emal 
dərinliyi 
materialın 
fiziki-mexaniki 
xüsusiyyətlərindən asılı olaraq, eyni tezlikdə müxtəlif 
materiallar üçün müxtəlif olacaqdır (düstur 4.1.).
Tablama dərinliyinin optimal qiyməti detalın iş 
şəraitindən asılıdir. Əgər detal yalnız yeyilməyə 
işləyərsə, onda tablanmış təbəqənin qalınlığı əsasən 
1,5-3mm, 
yüksək 
kontakt 
gərginliyində 
və 
pardaqlamanın tələb olunduğu halda isə 4-5mm qəbul 
olunur. Böyük kontakt yüklənmələrinə məruz qalan 
soyuq yayma vallarında tablanmış təbəqənin qalınlığı 
>10-15mm-ə çata bilər. Adətən, hesab olunur ki, 
tablandırılmış təbəqənin en kəsik sahəsi ümumi en 
kəsik sahəsinin 20%- dən çox olmamalıdır. Dişli 
çarxlar üçün təbəqənin qalınlığı dişin modulunun 0,2-
0,3- nü təşkil etməlidir.


95 

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin