159
məftillərdə daha da
güclü parametrlərlə işləmək
mümkün olduğundan, onlar massiv məftillərlə
müqayisədə iqtisadı baxımdan daha da səmərəlidir.
Qoruyucu ovuntu altında qaynaq zamanı
xüsusi
metallik reaksiya məqsədi ilə qələvi əsaslı məftillər
tətbiq olunur. Çoxməftilli qaynaq zamanı doldurulmuş
məftillər massiv məftillərlə birgə tətbiq oluna bilər ki,
bununla da səthin legirlənməsi təmin olunur.
Doldurulmuş
məftillərlə
yanaşı
üstəəritmə
əməliyyatlarında doldurulmuş lentlər də tətbiq olunur.
Öz-özünü qoruyan doldurulmuş məftillər, onların
tətbiqində qoruyucu qaz istifadə olunmamasına
baxmayaraq, bu günə
qədər praktiki olaraq geniş
tətbiq olunmur. Çünki, bu məftillərlə iş zamanı daha
çox tüstü və zəhərli qaz əmələ gəlir.
Metal ovuntusu ilə doldurulmuş məftillərin tətbiqi
getdikcə genişlənir. Belə məftillərdə doldurma
dərəcəsini yüksəltməklə, məhsuldarlığı
massiv
məftillərlə müqayisədə daha da artırmaq mümkündür.
6.13.4. Qoruyucu qazlar
Qaynaq əməliyyatlarında istifadə olunan qoruyucu
qazlar onların kimyəvi reaksiya əmələgətirmə və
müxtəlif üsullar üçün yararlı olmalarından asılı olaraq
standart daxilində çeşidlərə ayrılırlar. Helium və arqon
kimyəvi baxımdan qeyri-aktiv olduğu halda, hidrogen,
160
oksigen və karbon dioksid qaynaq vannasında
müxtəlif cür fəaliyyət göstərib, örtük və ya birləşdirmə
materiallarının keyfiyyətinə və qaynaq tikişinin
həndəsəsinə təsir edirlər. Oksidləşmənin qarşısını
almaq üçün əlvan metallar
praktik olaraq qoruyucu
təsirsiz qaz altında əridilirlər. Yüksək legirli poladların
əridilməsində tərkibində kiçik miqdarda O
2
və CO
2
olan qazlar tətbiq olunur. Azlegirli poladlar isə
tərkibində
yüksək faizli CO
2
olan qazlarla əridilir.
Legirsiz poladlar təmiz CO
2
qazı mühitində əridilə
bilərlər. Aktiv qazlar ucuz olmaqla yanaşı,
həmçinin
yanma, oyuq əmələgəlmə və birləşmə xarakterlərinə
müsbət təsir edirlər.
Dostları ilə paylaş: