161
formasında, CO
2
isə 10, 20 və 30kq kütlədə, maye
şəklində polad ballonlara doldurulur.
Havada 0.9%
arqon
vardır və təmiz arqonun
alınması üçün havanı parçalayırlar. Bu yaxşı ionlaşan
qaz olub, stabil və sakit əriməyə imkan verir. Aşağı
istilikkeçirməyə malik olduğundan isti cərəyan keçirən
elektrik qövsü əmələ gətirir. İstilik
keçirmənin zəif
olması ilə əlaqədar olaraq, yanma dərinliyi az alınır
çünki, elektrik qövsünün kənarı
onun mərkəzindən
soyuq olur.
Helium
daha yüksək istilikkeçirməyə malik
olduğundan, elektrik qövsündə istiliyin miqdarı
bərabər paylanır. Amma,
ətrafa daha çox istilik
ötürülməsi hesabına itgilər baş verir. Bu qazın elektrik
keçirmə qabiliyyəti aşağı olub, ionlaşma potensialı
yüksək olduğundan, ionlaşması
üçün daha yüksək
gərginlik tələb olunur. Buna görə də bu qazın tətbiq
olunduğu qaynaq vannası isti və axıcı olub, qazlardan
yaxşı təmizlənir. Qeyd olunanları
nəzərə alaraq,
helium istiliyi yaxşı keçirən metalların xüsusən mis və
alüminiumun qaynağında daha da yararlıdır. Bundan
əlavə yüksək istilikkeçirmə hesabına
nisbətən böyük
qaynaq sürəti alınır. Sıxlığının az olması ilə əlaqədar
olaraq, qaz sərfinin təxminən üç dəfə artımı
nəzərə
alınmalıdır.
Dostları ilə paylaş: