164
7. Elektrokimyəvi üsullarla
örtük
çökdürmə
7.1. Üsulun prinsipi
və aktuallığı.
Örtük
çökdürmə vasitələri
Maşın
hissələrinin
işçi
səthlərinin
yeyilməyədavamlılığını yüksəltmək üçün tətbiq
olunan metodlar içərisində elektrokimyəvi və ya
qalvanik və kimyəvi örtüklərin çəkilmə texnologiyası
geniş
yayılmışdır.
Elektrokimyəvi
üsulla
örtükçökdürmə zamanı alınan təbəqənin qalınlığı digər
üsullarla müqayisədə aralıq mövqedə yerləşir ki, bu da
üsulun tətbiq sahəsinin
genişləndirilməsinə imkan
yaradır (şək. 7.1.).
Şəkil 7.1. Müxtəlif üsullarla ötükçəkmədə alına biləcək
qoruyucu təbəqələrin qalınlığı
10
-5
10
-4
10
-3
10
-2
10
-1
1
10
100
galvanisch Cr
Schichtdicke [mm]
Bedampfen
Sputtern
Ionenplattieren
CVD / PECVD
Plasmapolymerisation
galvanisch Ni
chemisch Ni
Flammspritzen
Plasmaspritzen
Lichtbogenspritzen
Auftragschweissen
Walzplattieren
Schmelztauchen
P
V
D
Ərintiyə batırma
Diyirlədib yapışdırma
Elektroqövs üsulu ilə püskürtmə
Plazma üsulu ilə püskürtmə
Qaz-alov üsulu ilə püskürtmə
Kimyəvi üsulla nikel çəkmə
Qalvanik üsulla nikel çökdürmə
Qalvanik üsulla xrom çökdürmə
Plazma polimerləşdirmə- PECVD
CVD/ PECVD
İonla örtmə
Katod tozlandırma
Adi buxar cökdürmə
Örtüyün qalınlığı
Səthə metal əritmə
165
Səthin elektrokimyəvi üsullarla emalında əsas
məqsəd aşağıdakılardan ibarətdir:
-
korroziyaya qarşı davamlılıq;
-
oksidləşməyə qarşı davamlılıq;
-
yeyilməyə qarşı davamlılıq;
-
aralıq (bufer) təbəqə almaq;
-
dekorativ görünüş vermək;
-
lehimlənəbilən təbəqənin alınması;
-
bərkliyin artırılması;
-
cərəyan keçiriciliyinin yüksəldilməsi;
-
sürtünmə əmsalının azaldılması (artırılması);
-
təmir və bərpa.
Səthlərinə örtük çökdürüləcək detalların batırıldığı
elektrolit, daxilində ion birləşmələri olan turşu və ya
qələvi, sulu və ya susuz məhlullardır.
Bunlara metal
sulfat və ya metal xlorid, turşu, mürəkkəb sianidlər və
ya metal-oksid birləşmələri, əsaslar aiddir. Elektrolitin
tərkibinə daxildir:
-
metal daşıyıcı (duzlar);
-
ötürücü duzlar (məsələn, xloridlər anodu həll
edərək cərəyan şiddətinin artmasını mümkün
edirlər);
-
puffer material (sabit
pH- qiymətini saxlamaq
üçün);
-
islatma maddəsi (məsələn, tenzidlər qaz
qabarcıqlarını və çirk hissəciklərini həll edir);
-
parıldadıcı
vasitələr (üzvi maddə olub,
müntəzəm və narın təbəqə almağa imkan verir);
166
-
köpük azaldan (köpük
əmələgətirən təsirləri
azaldır);
-
gərginlik azaldan;
-
kompleks əmələgətirən (həll olmamalı və metal
ionlarını maskalamalı).
Mendelyev cədvəlində elektrokimyəvi üsullarla
sulu məhluldan çökdürüləbilən elementlər aşağıdakı
şəkildə təqdim olunmuşdur. Bu elementlər üzvi
məhluldan və ya əridilmiş duzdan (ionic Liquids)
çökdürülə bilər
Dostları ilə paylaş: