170
7.3. Elektrokimyəvi üsulla səthə
örtükç
ökdürmə texnikasının sxematik analizi
7.3.1.
Kimyəvi çökdürmə
Kimyəvi üsulla səthə örtükçəkmə əməliyyatı
elektrokimyəvi üsulun bir növü olub,
burada elektrik
cərəyanı tətbiq olunmur və detalın üzərində əmələ
gələn örtük detalın səthi ilə kimyəvi qarşılıqlı
təsirdə
olan mühitin hesabına baş verir (şək. 7.6.).
Şəkil 7.6. Kimyəvi üsulla səthə örtükçökdürmə prinsipi.
Daşıyıcı
Detal
Örtükçəkmə üçün elektrolit
171
Kimyəvi örtükçəkmə
üsulunun xüsusiyyətlərinə
aiddir:
•
heç bir cərəyan mənbəyinə ehtiyac yoxdur;
•
səthinə örtük çəkilən
detal reduksiyaedicidir
(elektronlarını verir) və ya;
•
çökdürüləcək metal ionları uyğun reaksiya
maddəsi olaraq, elektrolit şəklində hazırlanır;
•
təbəqənin qalınlığı 1mkm- dən kiçik və 100
mkm- ə qədər alına bilər;
•
bərabər qalınlıqlı
təbəqə və qüsursuz künclərə
malik örtük;
•
katodlu
çökdürmə
ilə
müqayisədə
az
məsaməlilik, yeyilməyə və korroziyaya qarşı
yüksək davamlılıq.
Dostları ilə paylaş: