152
ki, bu da üsulun yuxarıda
qeyd olunmuş üstünlükləri
ilə əlaqədardır. Üsul istehsal və təmir zamanı səthlərə
aralıq təbəqənin, yeyilməyə və korroziyaya qarşı
davamlı örtüklərin çəkilməsi
üçün müxtəlif istehsal
sahələrində (kimya və nüvə aparatlarında, tikinti və su
elektrik stansiyalarının qurğularında, armaturların
istehsalında,
tikinti
maşınlarında,
yayma
diyircəklərində) geniş yayılmışdır. Səthlərinə yüksək
legirli örtüklər gətirilən zaman çatların əmələ gəlməsi
mümkün olan (məsələn, yüksək karbonlu poladlar)
hissələrin səthi əvvəlcə əsas örtüklə detal (alt örtük)
arasına aralıq təbəqə çəkilir.
Lentin
enindən
asılı
olaraq
örtükçəkmə
məhsuldarlığı da dəyişir. Məsələn, 60mm
endə olan
0,5mm qalınlıqlı massiv lentlər adətən, 650A
cərəyanla, 5mm qalınlıqda örtük aldıqda, 0,3m
3
/saat
örtükçəkmə
məhsuldarlığı
ilə
qaynaq
edilir.
Məhsuldarlığı daha da
yüksəltmək üçün lentşəkilli
elektrodun eni 180mm- ə qədər artırıla bilər. Bu halda
cərəyanın qiymətinin artması ilə yaranan güclü maqnit
sahəsi örtükdə boşluqlar əmələ gətirir ki,
bunun da
qarşısını məsələn, əlavə xarici maqnit sahəsi
yaratmaqla alırlar.
QOQ altında böyük qaynaq vannaları
əmələ
gəldiyindən, bu üsulla yalnız diametri ən azından
500mm olan dairəvi hissələrə üfüqi vəziyyətdə
örtükçəkmə əməliyyatı mümkündür (əyri səthlərdə).
Kiçik diametrli və enli dairəvi hissələrə örtükçəkmədə,
əsasən, 1-2mm qalınlıqda və 1025mm endə olan
153
doldurulmuş lentşəkilli elektrodlar tətbiq olunur.
Doldurulmuş lentlər ona görə tətbiq olunur ki, bu cür
tərkibli massiv (bütöv) lentlərin istehsalında alınan
material elə
yüksək bərklikli ola bilər ki, onu yayma
üsulu ilə almaq mümkün olmaz.
Belə doldurulmuş
məftillərin tətbiqi ilə yeyilmə intensivliyini kəskin
azaltmaq mümkündür.
Dostları ilə paylaş: