F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5.04 Kb.
PDF просмотр
səhifə24/24
tarix22.07.2017
ölçüsü5.04 Kb.
1   ...   16   17   18   19   20   21   22   23   24

 
2002, c. 136. 

124 
 
3.  Normativ - etalon ünsürü. Bu, insan fəaliyyətini onun normalaşdırılması baxımından səciyyələndirir. 
Mədəni norma davranışın, mənəvi fəallığın müəyyən standartıdır. Konkret mədəniyyəti təmsil edən adamlar öz 
fəaliyyətində bu normalara istinad edirlər. Normalar fəaliyyətin müəyyən mədəniyyətə xas olan çox mühüm 
prinsiplərini təsbit edirlər. Cəmiyyətdə  mədəni normaların daimi yeniləşməsi prosesi gedir. Lakin ictimai 
praktikanın müxtəlif sahələrində yeniləşmənin 
[313 - 314] 
sürəti fərqlidir. Mədəni innovasiyaların bir qismi zaman 
keçdikcə normaya çevrilə bilər. Bunun üçün həmin innovasiya əhalinin əsas hissəsi tərəfındən bəyənilməli, qəbul 
edilməli, bir neçə nəslin həyat prosesində təkrar istehsal olunmalıdır. 
Mədəni praktikada mədəni nümunələrin özünəməxsus yeri vardır. Onların məzmunu dünya haqqında 
informasiyanı, onu qiymətləndirmə  məqammı, burada insanın fəaliyyət üsulunu və s. əks etdirir. Mədəni 
nümunələrin təşəkkülü müxtəlif cür baş verir. Bədii yaradıcılıqda, dini praktikada onların çoxluğu daha çox hiss 
olunur. Geniş diapazona malik müxtəlif mədəni hadisələr (məsələn, maddi predmetlər, insanların davranış 
maneraları, zahiri xarakteristikaları, incəsənətin janr və üslub xüsusiyyətləri, iqtisadi münasibətlərin formaları, 
siyasi mədəniyyət təzahürləri və s.) mədəni nümunələr ola bilər. Etnomilli mədəniyyət nümunələri xüsusilə 
davamlıdır. 
Konkret mədəniyyət nümayəndələrinin fəaliyyətindəki mədəni nümunələrin, normaların bütöv 
komplekslərini mədəni özək adlandırmaq qəbul olunmuşdur. Bu, əsrlər  ərzində qorunub saxlanılan fenomendir, 
xalqın fərdi mahiyyəti ilə  sıx bağlıdır. Mədəniyyətin özəyi onun ayrı-ayrı komponentlərinin münasibətlərini 
nizamlayan özünəməxsus katalizatordur; o, məlum mədəniyyətin digər mədəniyyətlərlə qarşılıqlı  təsirində onun 
identikliyini mühafızə edib saxlamağa imkan verir. 
Mədəni normalarla və nümunələrlə müqayisədə adətlər daha bütöv xarakterə malikdir. Mədəni 
tənzimləmənin bir forması olan adətlər adamların konkret davranışını sosial cəhətdən  əhəmiyyətli vəziyyətlərdə 
ifadə edir. Ənənə anlayışı adətlərlə müqayisədə daha geniş məna kəsb edir. O, təkcə davranış stereotiplərini deyil, 
həm də nəsildən - nəslə ötürülən sosial-mədəni irsin bütün həcmini əhatə edir. Ənənələr zamanın tələblərinə uyğun 
olaraq, dəyişikliklərə uyğunlaşa bilər. Onlarda sabitləşdirici və dinamik ünsürlər sıx 
[314 - 315]
 çulğalaşmışdır. 
Onlar yeni ünsürləri özündə birləşdirə bilər, formaca və  məzmunca dəyişə, yeniləşə bilər.  Ənənələrdə xalqın 
təcrübəsini nəsildən-nəslə ötürmək, başqa xalqların praktikasındakı faydalı ünsürləri seçmə qaydasında əks etmək 
xüsusiyyəti vardır. 
Rituallar, mərasimlər mühüm nizamlayıcı  əhəmiyyətə malikdir. Ritual-mərasim davranışı xeyli dərəcədə 
formallaşmışdır. Böyük simvolik mənası olan belə davranış sosial əlaqələrin möhkəmlənməsində, mədəni varisliyin 
qorunub saxlanılmasında müəyyən rol oynayır. 
Normativ-etalon ünsürün müxtəlif vahidlərini müqayisə etsək, onların müəyyən fərqlərini görmək olar. Belə 
ki, konkret insanın yerinə yetirdiyi mədəni normalar və nümunələr bir çox cəhətdən avtomatik xarakter alır. Onlar 
insan fəaliyyətinin bütün tərəflərinə  dərindən nüfuz etmişlər. Adətlər,  ənənələr, rituallar, mərasimlər isə  mədəni 
norma və nümunələr komplekslərindən ibarət olub, daha çox demonstrativ xarakterə malikdir. 
4. İnformasion ünsür. Bu ünsür ətraf aləm haqqında məlumatları ifadə edir. Həmin məlumatlar gerçəkliyin 
başa düşülməsində qeyri-müəyyənliyi azaldır. Mədəni normalar, işarələr və simvollarla yanaşı biliklər, təsəvvürlər 
və s. mühüm informasiya imkanların malikdir. Hər bir xalqın miflərdə, incəsənətdə, gündəlik təsəvvürlərdə və s.-də 
formalaşdırdığı, təsbit etdiyi dünya mənzərəsi informasion ünsürün ayrılmaz tərkib hissəsidir. O, müxtəlif 
amillərdən (xalqın tarixi praktikası, təbii landşaft, beynəlxalq  əlaqələr və s.) ibarətdir. Elmi fikir bu mənzərənin 
formalaşmasına öz töhfəsini verir. 
Keçmiş  və indiki mədəniyyətlərin çox geniş  rəngarəngliyindən danışmaq olar. XIX əsrdən başlayaraq, 
tədqiqatçılar müxtəlif xalqların müxtəlif tarixi dövrlərə aid olan mədəniyyətlərini müqayisəli şəkildə öyrənməyə, 
onlarda təkrar olunan ünsürləri,  ən mürəkkəb kompleksləri ayırd etməyə  cəhd göstərmişlər. Bu əsasda 
mədəniyyətin universal modelini 
[315 - 316]
 yaratmaq kimi mürəkkəb vəzifəni reallaşdırmağa çalışmışlar. Lakin 
nəticədə  mədəniyyətin fundamental xarakteristikalarını sadalamaq və nəzərdən keçirmək yolu ilə getmişlər. Belə 
xarakteristikalar müxtəlif müəlliflərdə müxtəlifdir (4-dən təxminən 50-yə  qədər). Tədqiqatçıların universal hesab 
etdikləri ünsürlər və xüsusiyyətlər sırasına bunlar aiddir: dil, nitq, sosial təşkil, qohumluq sistemləri, birgə əmək və 
əmək bölgüsü, böyüməkdə olan nəslin təlimi və təhsili, müəyyən qadağanlar sistemi, dəfn mərasimləri, dini kultlar, 
adətlər və s. 
Tədqiqatçılar mədəniyyət universalilərini də ayırd edirlər. Mədəniyyət universaliləri dünya mənzərəsinin hər 
bir xalqın mədəniyyətinə xas olan fundamental kateqoriyaları kimi nəzərdən keçirilir. 
Araşdırmalar göstərir ki, istər universal modelin, istərsə  də  mədəni universalilərin  əsası insanın davamlı 
antropoloji xarakteristikalarına, habelə onun mövcudluq şəraitinə söykənir. Lakin bu ümumiliklə yanaşı çoxsaylı 
fərqli  əlamətlər də vardır.  İnsan birlikləri müxtəlif təbii və sosial həyat  şəraitində yaşadıqlarına və ona 
uyğunlaşmalı olduqlarına görə onların mədəni inkişafı bir-birindən fərqli xüsusiyyətlər kəsb etmişdir. Müxtəlif 
mədəniyyətlərin ümumbəşəri əsası rəngarəng etnik-milli və mədəni-sivilizasion xarakteristikalarla, xüsusiyyətlərlə 
tamamlanır. 

125 
 
Mədəniyyəti müxtəlif  əsaslara görə  tərkib hissələrə ayırırlar. Lakin araşdırmalar göstərir ki, təklif edilən 
variantlar çox zaman bütün mədəniyyətin tərkibini deyil, yalnız onun ayrı-ayrı məkanlarını və ya altsistemlərini əks 
etdirir. 
Mədəniyyətin quruluşunun  ən sadə modeli onun maddi və  mənəvi mədəniyyətə ayrılmasıdır. Belə 
təsnifatdan həm gündəlik praktikada, həm də elmdə geniş istifadə olunur. Maddi mədəniyyət dedikdə, 
mədəniyyətin bütün predmetləri və maddi obyektləri,  əlaqə kanalları (yollar, informasiya şəbəkələri), habelə 
mədəni praktikaya qoşulmuş təbii - landşaft hadisələri başa düşülür. Mənəvi mədəniyyət dedikdə isə 
[316 - 317]
 
mənəvi sərvətlərin (obrazlar, biliklər, təsəvvürlər, dəyərlər, simvollar və s.) geniş məkanı başa düşülür. 
Mədəniyyətdə müxtəlif məzmun - tarixi qatları və tərkib hissələri ayırd etmək baxımından onun bölgüsü də 
təklif edilmişdir. Bu halda qeyd edilir ki, qədim dünyanın mədəniyyətlərindən başlayaraq, sosial diferensiasiyanın 
dərinləşməsi zəminində xalq mədəniyyəti fenomeni formalaşmışdır, Müasir şəraitdə bu mədəniyyətin dəqiq 
cızılmış hüdudları yoxdur. Bu anlayış daha çox bəzi etnik və ya ümummilli invarianta, ənənələrdə təsbit olunan və 
inkişaf etdirilən dəyər-normativ və  məna məzmunlarının məcmusuna müncər edilir. Xalq mədəniyyətinin 
yaradıcıları  həm aşağı  təbəqələr, həm də müxtəlif təbəqələrin nümayəndələridir.  İnsanın öz mədəniyyətinə 
mənsubluq  şüuru, öz xalqına mənəvi yaxınlığı, müasir sosial kontekstdə xalq ənənələrinə adaptasiyası indiki 
şəraitdə xalq mədəniyyətinin mühüm xarakteristikalarıdır. 
Kütləvi mədəniyyət yeni dövrün fenomenidir. Bu fenomen obyektiv surətdə industrializasiya prosesləri ilə 
təşəkkül tapır və hazırda postindustrial, informasion mədəniyyətə keçidin təsiri altında inkişaf edir. Kütləvi 
mədəniyyət son əsrlərdə Qərbi Avropa xalqlarının obyektiv inkişaf qanunauyğunluğunu əks etdirir. Bu prosesdə adi 
ənənəvi mədəniyyət geniş miqyaslı birliklərin, habelə konkret subyektlərin tələbatlarını ödəyə bilmədi. Ona görə də 
müxtəlif fəaliyyət sahələrində kütləvi mədəniyyətin rəngarəng təzahürləri meydana gəlirdi. Kütləvi ümumtəhsil 
məktəblərinin formalaşması, kütləvi kommunikasiya vasitələrinin inkişafı, siyasi həyatda kütləvi hərəkatların və 
partiyaların meydana gəlməsi, kütləvi istehlakçı  tələbatlarının, standartlarının qərarlaşması  və s. - bütün bunlar 
kütləvi mədəniyyətə ehtiyacı  şərtləndirirdi. Kütləvi mədəniyyət məhsulları peşəkarlar - kütləvi tələbat, təhsil, 
siyasət, kütləvi incəsənət, reklam sahəsində çalışan mütəxəssislər tərəfındən yaradılır. Bu məhsullar bütün dünyaya 
yayılır; onların bir çoxunda etnik-milli 
[317 - 318]
 əlamət axtarmaq mənasızdır. Həmin məhsulların hazırlanması 
daha çox kommersiya məqsədlərinə tabe edilmişdir. 
Əksmədəniyyət özündə elə ustanovkalar cəmləşdirir ki, onlar hakim mədəniyyətə qarşı durur, inkişafın 
alternativ prinsiplərini, yəni mənəvi yönümləri irəli sürür. Əksmədəniyyət hadisəsi xalqların inkişafını 
dinamikləşdirən amillərdən biri kimi XX əsrin ikinci yarısında tədqiqatçıların diqqətini cəlb etmişdir.  Əvvəlki 
fəaliyyət normalarının, mənəvi yönümlərin zəifləməsi və yenilərinin doğulması çox zaman ictimai təbəqələşməyə, 
müəyyən sosial qüvvələrin fəallaşmasına səbəb olur. Bu dəyişikliklər ideyalarda, bütöv təbəqələrin fəaliyyətində 
aydın ifadə olunduqda cəmiyyətdə yeniləşmə meylləri güclənir. Nəticədə  əksmədəniyyətin formalaşması üçün 
zəmin yaranır. Yeni təsəvvürlər müəyyən dövr ərzində əsas nümunələrə münasibətdə innovativ xarakterini saxlayır, 
lakin zaman keçdikcə onların xeyli hissəsi hakim mədəniyyətə inteqrasiya oluna bilər. 
Mədəniyyətin quruluşunu onda müxtəlif submədəniyyətlərin olması baxımından nəzərdən keçirmək olar. 
Submədəniyyətlər hakim mədəniyyətin tərkib hissələri olub, öz normativ quruluşu, dəyərləri,  ənənələri ilə 
bütövlükdə mövcud mədəniyyətdən fərqlənirlər. Onlar sosial birliklərlə - mədəniyyətin daşıyıcıları ilə sıx bağlıdır. 
Bu halda şəhər və  kənd submədəniyyətini, habelə silklərin, təbəqə  və siniflərin submədəniyyətini ayırd edirlər 
(məsələn, mühüm əlamətlərə görə Qərbi Avropada cəngavər mədəniyyəti, sonra zadəgan mədəniyyəti, daha sonra 
isə burjua mədəniyyəti ayırd edilmişdir). Keçmişdə əkinçi xalqların kəndli mədəniyyəti üçün spesifik həyat tərzi
xüsusi təsərrüfat formaları və əmək ritmi, habelə bədii praktikanın folklor növləri (miflər, nağıllar, atalar sözləri, 
incəsənətin tətbiqi növləri və s.) səciyyəvi olmuşdur. Hazırda Asiyanın, Cənubi Amerikanın, Afrikanın bir sıra 
ölkələrində həmin mədəniyyət qalmaqdadır. 
Müasir  şəraitdə  həyat fəaliyyətinin stratifikasiya formaları  əsasında submədəniyyətlərin formalaşması 
prosesi 
[318 - 319]
 nəzərə çarpmır. Məsələn, orta sinfin müxtəlif təbəqələri arasında mədəni fərqlər həyat tərzinin 
mədəni üslub xüsusiyyətlərinin fərqliliyinə müncər edilir. Lakin müasir cəmiyyətdə sosial meyarlara görə ayırd 
edilən bir sıra submədəniyyətlər inkişaf etməkdədir. Məsələn, tədqiqatçılar elitar mədəniyyəti - cəmiyyətin 
imtiyazlı qruplarının submədəniyyətini, yoxsulluq mədəniyyətini - ən yoxsul qrupların elitar mədəniyyətə  əks 
qütbdə inkişaf edən mədəniyyətini, gənclər submədəniyyətini - müasir şəhər mühitində formalaşan və  gəncləri 
əhatə edən mədəniyyəti, etnik-milli submədəniyyətləri (xüsusən milli-etnik tərkibi rəngarəng olan ölkələrdə), 
habelə ərazi (regional) submədəniyyətlərini ayırd edirlər. 
Tədqiqatçılar mədəniyyətin quruluşunun bütöv modellərini də  işləyib hazırlamışlar. Bu halda həmin 
modellərin tərkib hissələri vahid meyarlara görə ayırd edilir. Belə olduqda ayrı-ayrı hissələr arasında qarşılıqlı 
surətdə əlaqəli olan münasibətləri görmək mümkündür. Mədəniyyətin morfoloji modeli bu baxımdan diqqəti cəlb 
edir. Həmin modeldə  təsnif üçün tarixi formalaşma və funksional-məzmun müstəqilliyi kimi meyarlar 
götürülmüşdür. 

126 
 
Morfoloji modeldə mədəniyyətin iki səviyyəsi qeyd olunur: adi (gündəlik) mədəniyyət və ixtisaslaşdırılmış 
mədəniyyət.  İnsanların təşkili üsulları, mədəni təcrübənin qorunub saxlanılması  və istifadə edilməsi bu 
səviyyələrdə bir -birindən fərqlənir. 
Adi mədəniyyət insanların gündəlik həyat dünyasını mühafızə etməklə bağlıdır.  İnsan həyatının ilk 
günündən son gününə qədər onun hüdudlarında (ailədə, yaxın dostlarının əhatəsində, qeyri-formal qarşılıqlı təsir 
prosesində) inkişaf edir. Burada fəaliyyətin sərt təlimati formaları yoxdur, insanın fəallığı dəyişkən xarakter daşıyır, 
öz mənafe və tələbatlarının reallaşmasına yönüm əsas cəhətdir. 
İxtisaslaşdırılmış mədəniyyət ictimai əmək bölgüsü ilə əlaqədardır, fəaliyyətin sistemli - təsisatlı sferalarının 
(əmək, idarəetmə, təhsil, xidmət, peşəkar incəsənət və s.) olmasını 
[319 - 320]
 nəzərdə tutur. Burada fəaliyyət daha 
rasional xarakter daşıyır; insana hər şeydən əvvəl işçi, vəzifəli şəxs kimi yanaşılır. 
Mədəniyyətin hər iki səviyyəsi şaquli bölgü üzrə funksional baxımdan müstəqil sferaların ayırd edilməsi ilə 
tamamlanır: təsərrüfat mədəniyyəti; siyasi mədəniyyət; hüquqi mədəniyyət; dini mədəniyyət; fəlsəfı  mədəniyyət; 
bədii mədəniyyət (incəsənət); elmi mədəniyyət; rekreasiya sferası (sağlamlığın qorunmasına yönəlmiş  mədəni 
fəaliyyət sahəsi). 
Qeyd edilən vahidlərlə yanaşı  mədəni praktikanın elə sahələri də ayırd edilir ki, onların vəzifəsi 
mədəniyyətin bütün səviyyə və sferaları arasında əlaqəni təmin etməkdir. Buraya təhsil sferası, kütləvi informasiya 
vasitələri, habelə mədəniyyət müəssisələri (arxivlər, kitabxanalar, muzeylər, konsert zalları və s.) aiddir. 
Mədəni praktikanın səviyyələri və sferaları müəyyən funksiyaların həyata keçirilməsi ilə əlaqədardır. Sosial 
praktikada onların hamısı çoxsaylı əlaqə və münasibətlərlə bir-birini tamamlayır. Deməli, onlar arasında keçilməz 
hüdudlar yoxdur. 
Mədəniyyət statik sistem deyildir; o, daim dəyişir, yeniləşir, müxtəlif hadisə  və proseslərlə  zənginləşir. 
Mədəniyyətin özünəməxsus dinamikası dedikdə elə  dəyişikliklər başa düşülür ki, onlar nizamlı xarakter daşısın, 
məzmun baxımından müəyyənliyə malik olsun, əsas ictimai meyllərin istiqamətinə uyğun gəlsin. 
Bəşəriyyətin mədəni təkamülünün tarixi mərhələləri belə dövrləşdirilir: ibtidai cəmiyyətin mədəniyyəti; 
qədim dünya mədəniyyəti; orta əsrlər mədəniyyəti; yeni dövr mədəniyyəti. Buna uyğun olaraq, müxtəlif xalqların 
mədəni praktikasının bir neçə  mərhələsi və modifıkasiyası ayırd edilir: arxaik tipli mədəniyyət (adətən yazısı 
olmayan mədəniyyətdir); ənənəvi tipli mədəniyyət; müasir tipli mədəniyyət. 
Ənənəvi və müasir mədəniyyətlər təsərrüfat məşğuliyyətinin aparıcı formalarından və iqtisadiyyatın inkişaf 
dərəcəsindən asılı olaraq, aşağıdakı kimi təsnif edilə bilər: ənənəvi 
[320 - 321]
 tipli mədəniyyət - torpaqbecərmə 
mədəniyyəti; köçəri (yaxud yarıköçəri) heyvandarlıq mədəniyyəti; oturaq heyvandarlıq mədəniyyəti; müasir tipli 
mədəniyyət - industrial cəmiyyət mədəniyyəti; postindustrial cəmiyyət mədəniyyəti. Mədəniyyətin tarixi tipləri 
insanın ictimai təkamülünün xüsusiyyətlərini başa düşməyə kömək edir. 
Mədəni dəyişikliklərin bir sıra amilləri mövcuddur. Mədəni dəyişikliklərin amilləri dedikdə, məlum 
dəyişikliklərin əsasını təşkil edən, onları reallaşdıran hərəkətverici qüvvələr, mənbələr və şərait başa düşülür. Aydın 
məsələdir ki, bu və ya digər amilin fəaliyyəti müəyyən tarixi şəraitdə ön plana keçə bilər. 
Mədəni dəyişikliklərin əsasını təşkil edən başlıca amillər aşağıdakılardır: 
a) təbii-ehtiyat amilləri. Bu amillər mədəniyyətin bir çox sahələrinə (təsərrüfat məşğələləri, əmək alətlərinin 
təkmilləşməsi, əhalinin həyat tərzi) ciddi təsir göstərir. 
b)  mədəniyyət formalarının məkan yerləşməsi. Onların tam yerləşməsi  ərazinin mədəni baxımdan 
mənimsənilməsini sürətləndirir. 
c) müxtəlif mədəniyyətlərin qarşılıqlı  təsiri. Bu, bir mədəni birliyin digərinə nüfuz etməsinə  və qarşılıqlı 
zənginləşməyə imkan verir. 
ç) sosial institutlar və münasibətlər. Amillərin bu qrupu bəzi mədəni dəyişiklikləri dinamikləşdirir. 
d) mənəvi-ideya amilləri. Bu, mədəni fəaliyyətin ideyalarını, dəyərlərini, bütöv proqramlarını əhatə edir. 
e) rasional tədqiqatlar və idarəetmə. Müasir şəraitdə real vəziyyəti aşkara çıxarmaq və mədəni yeniləşməyə 
kömək etmək üçün rasional tədqiqatlar aparmağın, idarəetməni optimallaşdırmağın əhəmiyyəti getdikcə artır. 
Mədəni dinamika müxtəlif formalarda həyata keçirilir. Bu formalar mədəni dəyişikliklərin istiqamətinə, 
məzmununa, intensivliyinə, nəticələrinə görə bir-birindən fərqlənir. Dəyişikliklərin aşağıdakı formalarını qeyd 
etmək olar: 
[321 - 322]
 
1) tsiklik, yaxud dalğavari dəyişikliklər. Bu halda mədəni praktika öz inkişafında müxtəlif mərhələlərdən
fazalardan, tsikllərdən keçir. 
2) mütərəqqi (proqressiv) dəyişikliklər. Bu halda dəyişikliklər yüksələn xətlə sosial baxımdan 
məqsədəuyğun mədəni keyfiyyətlərin toplanması şəraitində baş verir. 
3) qeyri-mütərəqqi (reqressiv) dəyişikliklər. Bunlar mütərəqqi dəyişikliklərə  əksdir; belə  dəyişikliklər 
mədəniyyətin məqsədəuyğun keyfıyyətlərinin azalmasını, böhranlı əlamətlərin artmasını, xaosun yaranmasını sübut 
edir. 

127 
 
4)  mədəni partlayış. Bu, durğunluğa  əks olan, nəticələri çətin proqnozlaşdırılan rəngarəng və sürətli 
dəyişikliklərlə, qeyri-sabit sosial-mədəni proseslərlə xarakterizə olunur. 
5)  mədəni durğunluq. Bu, uzunmüddətli dəyişməzlik, süstlük vəziyyəti ilə  səciyyələnir. Bəzən mədəni 
dinamikanın xarakterini və istiqamətini müəyyənləşdirmək çox çətin olur. Baş verən dəyişikliklərin mənasını 
aydınlaşdırmaq üçün müəyyən vaxt tələb olunur. Nəzərə almaq lazımdır ki, mədəniyyətin zənginləşməsi kimi 
ümumi proses çərçivəsində onun ayrı-ayrı hissələrinin tənəzzülü, yaxud deqradasiyası baş verə bilər. Məsələn, 
universal şəhər mədəniyyəti normalarının geniş yayılması əslində əyalət mədəniyyətinin tənəzzülünə səbəb olur. 
6) mədəni böhran. Bu vəziyyət üçün xaotik meyllərin artması, ziddiyyətlərin çoxalması, sosial praktikanın 
bu və ya digər sahəsində ənənələrlə innovasiyalar arasında ayrılığın olması səciyyəvidir. 
7)  mədəni fəlakət. Böhran dərinləşərək, mədəni fəlakətə keçə bilər. Bu halda praktikanın bu və ya digər 
sahəsinin, bəzən bütün mədəniyyətin  əvvəlki qaydada fəaliyyəti mümkün olmur, mədəni varislik itir. Tarixən 
ərazilərin hərbi işğalı nəticəsində bütöv mədəniyyətlərin yoxa çıxmasına dair faktlar məlumdur. 
Mədəni dəyişikliklərin rəngarəng formaları sübut edir ki, mədəni dinamika ən müxtəlif, ziddiyyətli 
proseslərin,
 [322 - 323]
 meyllərin qarşılıqlı əlaqə və təsiri şəraitində baş verir. Çox mühüm dinamik meyllərin aşkar 
və gizli keyfiyyətləri, təzahürləri dəqiq müəyyənləşdirilməli, əsaslı keyfiyyət təhlili aparılmalıdır. 
Azərbaycan mədəniyyəti çoxəsrlik  ənənələri olan, keyfiyyət spesifikliyini qoruyub saxlayan, dinamik 
inkişaf edən mədəniyyətdir. Müstəqillik şəraitində öz tərəqqisi üçün yeni imkanlar əldə edən bu mədəniyyət dünya 
mədəniyyətinin nailiyyətlərindən yaradıcılıqla istifadə etməklə daha da yeniləşir, zənginləşir. 
[323-324] 

128 
 
 
Ədəbiyyat siyahısı 
 
Azərbaycan dilində 
 
1. Abdullayev E.  Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində. B., 2004. 
2. Abdullayev Ə. . Dil, siyasət, sosial tərəqqi. B., 1985. 
3. Abbasova Q. Y.  Elmin və təhsilin sosiologiyası. B., 2002. 
4. Abbasova Q., Hacıyev Z.  Sosial fəlsəfə. B., 2001. 
5. Ağayev T. B.  Sosiologiyaya dair sxemlər. B., 2002. 
6. Azərbaycan Respublikasının Konstitusiyası. B., 1995. 
7. Azərbaycan Respublikasının ailə məcəlləsi. B., 2006. 
8. Azərbaycanın statistik göstəriciləri. B., 2006. 
9. Cavadova H. Q.  G. Zimelin sosioloji konsepsiyası. B., 2007. 
10. Cozef E.  Stiqlitz. Qloballaşma və onun doğurduğu narazılıqlar. B., 2004. 
11. Demokratiya: gediləsi uzun bir yol. B., 2002. 
12. Əfəndiyev M.  Siyasi və hüquqi təlimlər tarixi. B., 2002. 
13. Əfəndiyev M. , Şirinov A.  Sosiologiyanın nəzəri problemləri. B., 2001. 
14. Əmirov M.  İlham Əliyev. Bizim siyasətimiz bizim işimizdi. B., 2007. 
15. Əliyev H. Ə.  Müstəqilliyimiz əbədidir. B., 1997, 2004. 
16. Əzimov K. A. , Həsənov R. M.  Sosiologiya. B., 2003. 
17. Fəlsəfə ensiklopedik lüğəti. B., 1997. 
18. Xəlilov S. S.  Lider. Dövlət. Cəmiyyət. B., 2001. 
19. Xəlilov S. S.  Təhsil, təlim, tərbiyə. B., 2005. 
20. Hüquq ensiklopedik lüğəti. B., 1991. 
21. İmanov H. R.  Fəlsəfənin əsasları. B., 2007. 
22. Quliyev R.  Sosiologiya: nəzəriyyə və tədqiqat metodologiyası. B., 1995. 
23. Quliyev T. Ə.  Əməyin iqtisadiyyatı. B., 2003. 
24. Quliyev T. Ə.  İdarəetmənin əsasları. Bakı, 1993. 
[324 - 325]
 
25. Qurbanov F.  Elmə sinergetik yanaşma. B., 2005. 
26. Mehdiyev R.  Azərbaycan: tarixi müstəqillik fəlsəfəsi. B., 2001. 
27. Məmmədova A. N.  Sosial ekologiya. B., 2007. 
28. Məmmədov Ə.  Elmi idrak və onun inkişaf dialektikası. B., 1998. 
29. Mərdanov M. , Quliyev Ə.  Azərbaycan Respublikasının dövlət rəmzləri. B., 2001. 
30. Ümumi sosiologiya. Professor Z. T. Qalenkovanın redaktorluğu ilə. Tərcüməçi fəl.e.d., prof. Rüstəmov 
İ. B. , 2007. 
31. Rüstəmov İ.  Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri. B., 2001. 
32. Şəfiyev Ü.  Konfliktologiya: siyasi - sosioloji təhlil. B., 2002. 
33. Şirəliyev H. , Əhmədov Ə.  Politologiya. B., 1997. 
34. Şirəliyev H. , Vahidov F.  Ahəngdar inkişaf etmiş şəxsiyyətin formalaşması. B., 1987. 
35. Sosiologiya. B., 1994. 
36. Vahidov F.  Ağayev T.  Sosiologiya. B., 2005. 
 
Rus dilində 
37. Аббасова К. Я.  Философия в современной системе культуры. Б., 2007. 
38. Абдулатипов П. Г.  Природа и парадоксы национального «Я»., М., 1991. 
39. Антонов А. И. , Медков В. М.  Социология семьи. М., 1996.

40. Антонов А. И.  Микросоциология семьи. М., 1998. 
41.  Андреев  Ю. П. ,  Коржевская  Н. М.   и  др.  Социальные  институты:  Содержание,  функции, 
контроль. Свердловск., 1989. 
42. Амелин В. Н.  Социология политики. М.,1992. 
43. Аристотель. Политика. М., 1995. 
[325 - 326]
 
44. Арон Р.  Этапы развития социологической мысли. М., 1993. 
45. Асмолов А. Г.  Психология личности. М., 1990. 
46. Ахмедли Дж. Т. , Рагимов А. А.  Измерение и анализ данных в социологии. Б., 2002. 
47. Бабаков В. Г.  Кризисные этносы. М., 1993. 
48. Бжезинский 3.  Великая шахматная доска. М., 1999. 

129 
 
49. Беляева Л. А.  В поисках «среднего класса» // Соц. ис-след. 1999. №7. 
50. Бердяев Н.  О человеке, его свободе и духовности: Избр. труды. М., 1999. 
51. Бромлей Ю. В.  Очерки теории этноса. М.,1983. 
52. Буданцев Ю. П.  Социология средств массовой информации. М., 1997. 
53. Бурдье П.  Социология политики. М.,1993. 
54. Валентей Д. И. , Кваша А. Я.  Основы демографии. М., 1989. 
55. Вебер М.  Основные понятия стратификации // Соц. исслед. 1994. № 5. 
56. Виханский О. С.  Стратегическое управление. М.,1999. 
57. Волков Ю. Г.  Социология. М, 2004. 
58. Галкин А. А.  Тенденции изменения социальной структуры. //Соц.исслед. 1998. № 10. 
59. Гараджа В. И.  Социология религии. М., 1996. 
60. Гелнер Э.  Нации и национализм. М., 1991. 
61. Гидденс Э.  Социология. М., 1999. 
62. Гревцов Ю. И.  Очерки теории и социологии права: Учебное пособие. СПб; 1996. 
63. Ерасов Б. С.  Социальная культурология. М., 1996. 
64. Зеленов Л. А.  Социология города: для вузов. М., 2000. 
65. Земски М.  Семья и личность. М., 1999. 
66. Зиммел Г. К.  Социология религии //Избранное: В 2 т. М., 1996. 
67. Иванов В. Н. , Сергеев В. К.  Человек, культура, город. М., 2002. 
[326 - 327]
 
68. Иманов Г.  Социально - классовая структура развитого социализма. Б., 1985. 
69. Ионин Л. Г.  Социология культуры. М., 1996. 
70. Карбонье Ж.  Юридическая социология /Пер. с франц./. М., 1986. 
71.  Клямкин  И. М.   Политическая  социология  переходного  общества  (Политические  исследования, 
1993. №4.) 
72.  Козлов  В. А. ,  Суслов  Ю. А.   Конкретно-социологические  исследования  в  области  права: 
Учеб.пособие. Л., 1981. 
73. Конфликтная этничность и этнические конфликты. М., 1994. 
74. Кравченко А. И.  История менеджмента. М., 2000. 
75. Кравченко А. И.  Социология. М., 2006. 
76. Кравченко А. И.  Социология. Общий курс. М., 2002. 
77. Кудрявцев В. Н. , Казитирчук В. П.  Современная социология права: Учебник. М., 1995. 
78. Малиновский Б.  Магия, наука и религия. М., 1998. 
79. Маскаленко В. В.  Социализация личности. Киев, 1996. 
80. Медков В. М.  Демография. М., 2004. 
81. Мертон Р. Социальная теория и социальная структура //Соц.исслед. 1992. № 2,3,4. 
82. Межэтнические отношения и конфликты в постсоветских государствах. М., 1999. 
83. Менеджмент организации. М., 1995. 
84. Михайлова Л. И.  Социология культуры. М., 1999. 
85. Национальные процессы в СССР. М., 1991. 
86. Парсонс Т.  О структуре социального действия. М., 2000. 
87. Пригожий А. И  Организация: система и люди. М., 1983. 
88. Пригожий А. И.  Социология организации. М. , 1980. 
89. Радугин А. А. , Радугин К. А.  Социология: Курс лекций. М.,2001. 
90. Россия и ее соседи. Соотношение национальных интересов внутри СНГ. М., 1999. 
[327 - 328]
 
91. Руткевич М. Н.  Макросоциология. М., 1995. 
92. Рысь Ю. И. , Степанов В. Е.  Социология. М., 2005. 
93. Современная западная социология. Словарь. М., 1990. 
94. Сорокин П. А.  Система социологии. М., 1993. 
95. Сорокин П. А.  Социальная стратификация и мобильность//Человек. Цивилизация. Общество. М., 
1992. 
96. Социальное расслоение и социальная мобильность. М., 1999. 
97. Социальные структуры и социальные субъекты. М., 1992. 
98. Социология. М., 2002. 
99. Социология. Основы общей теории. М., 2002. 
100. Социология. Учебник. М., 2002. 
101. Социология семьи: Учебник / Под ред. проф. А. И. Антонова. М., 2005. 

130 
 
102.  Тихонова  Н. Е.   Динамика  социальной  стратификации  в  постсоветском  обществе 
//Общественные науки и современность. 1997. № 5. 
103. Томилин В. Ф.  Сельская среда обитания: социология, экология, экономика. Акмола, 1992. 
104. Тощенко Ж. Т.  Социология. Общий курс. М, 2001. 
105.  Трансформация  социальной  структуры  и  стратификация  российского  общества.  Изд. 3-е.  М., 
2000. 
106. Удальцова М. В.  Социология управления: учебное пособие. Москва-Новосибирск, 1999. 
107. Уткин Э. А.  Конфликтология. Теория и практика. М.,1998. 
108. Филиппов Ф. Р.  Социология образования. М., 1989. 
109. Фомичев П. Н.  Социологические теории национализма. М., 1991. 
ПО. Фрейд З. . «Я» и «Оно»: Труды разных лет. Тбилиси, 1991. 
111. Фролов С. С.  Социология. М., 2002. 
112. Харчев А. Г. , Мацковский М. С.  Современная семья и ее проблемы. М., 1999. 
[328 - 329]
 
113. Черкасов В. В. , Третьяк В. И.  Управленческая деятельность менеджера. Основы менеджмента. 
Киев, 1998. 
114. Широкова И. Г.  Конспект лекции. М., 2001. 
115. Юдин Ю.  Политические партии и право в современном государстве. М., 1998. 
116. Ядов В. А.  Стратегия социологического исследования. М., 1998
.[329 - 330]
 

131 
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
BAKI DÖVLƏT UNİVERSİTETİ 
 
 
F. Q. Vahidov, T. B. Ağayev 
SOSİOLOGİYA 
 
(Ali məktəblər üçün dərs vəsaiti) 
 
 
 
Texniki redaktor: fəlsəfə elmləri nəmizədi,dosent 
Aygün Məmmədova 
 
Kompüter tərtibatçısı: 
Azadə İmanova 
 
 
Yığılmağa verilmişdir 01.02.2008 
Çapa imzananmışdır 12.03.2008 
Kağız formatı 60x84 116 
Hh həcmi 21 
Tiraj 1000 
 
Təknur MMC-nin mətbəəsində çap edilmişdir 
Ünvan: H. .Cavid 31 
1   ...   16   17   18   19   20   21   22   23   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə