XV FƏSİL
HÜQUQ SOSİOLOGİYASI
1. Hüquq sosiologiyasının predmeti
Hüquq sosiologiyası hüquq elmləri ilə sosiologiyanın qovuşuğunda yerləşən bilik sahəsidir. O, ümumi
sosiologiyanın tərkib hissəsi kimi onun mövcud vasitələrindən faydalanır (anket sorğusu, müşahidə, müqayisə,
testlər, eksperiment və s.); fəlsəfə, sosial psixologiya, statistika, riyaziyyat kimi bilik sahələrindəki nailiyyətlərə
arxalanaraq, hüquqi münasibətlərin öyrənilməsinə fənlərarası mövqedən yanaşır. Sosioloji yanaşma hüququn və
hüquqi hadisələrin tədqiq edilməsində ehkamçı və sırf normativ baxışları aradan qaldırır. O, sistemli və funksional
üsullara əsaslanaraq normayaratma, qanunvericiliyin səmərəliliyi, ədalət mühakiməsinin qeyri-formal mexanizmi,
hüquq və qanunvericilik barədə əhalinin rəyi, hüquqi düşüncənin (şüurun) təşəkkül tapması, hüquqi sosiallaşma və
s. kimi məsələləri geniş şəkildə öyrənir.
Sözün geniş mənasında götürdükdə hüquq sosiologiyası hüquqi aktların və ayrı-ayrı normaların real
fəaliyyətini, adətlər, əxlaq, qrup dəyərləri və yönümlər, ictimai rəy və s. daxil olmaqla, bütövlükdə sosial
tənzimləmə fonunda və onunla birgə təhlil edir. O, hüquqi məna kəsb edən sosial-hüquqi hadisələri və hüquqi
xarakterli müxtəlif amilləri (ailə, mülkiyyət məsələləri, təsərrüfat müqavilələri, dövlətin planlı-tənzimləyici
fəaliyyəti və i.a.) kompleks şəkildə götürür. Hüquq sosiologiyasında qanunların və ayrı-ayrı normaların
səmərəliliyinin, hüququn əsas sosial funksiyalarının - tənzimləyici, tərbiyəvi, plan - proqnostik funksiyalarının,
hüquq və ədalət məhkəməsi barəsində ictimai rəyin öyrənilməsinə, hüquqi peşələrin nüfuzuna və s. xüsusi diqqət
yetirilir.
[262 - 263]
Hüquqa ictimai həyatın dinamizmini təmin edən vasitə kimi sosioloji yanaşma XIX əsrin ikinci yarısında
əvvəlcə Avropada formalaşmış, sonra isə ABŞ-da daha geniş yayılmışdır. Hüququn sosioloji nəzəriyyəsinin
nümayəndələri C. Lyüi, R. Paund, D. Frenk olmuşlar. Bu siyahıya həm də R. fon İcrinq (Almaniya), L. Dyüqi və
F. Ceni (Fransa), E. Erlix (Avstriya - Macarıstan), S. Muromtsev (Rusiya) daxildirlər.
Sosioloji istiqamətin inkişafında uzun illər Harvard hüquq məktəbinin dekanı olmuş Amerika hüquqşünası
Rosko Paund (1870-1964) da mühüm rol oynamışdır. Onun fikrincə, hüquq hər şeydən əvvəl faktiki hüquq qaydası
və məhkəmənin fəaliyyət prosesidir.
Sosioloji istiqamətin müxtəlif variantlarının səciyyəvi cəhətini hakimin mülahizəsinin azadlığı ideyası təşkil
edir. Onun nümayəndələri hüquqa «anlayışların hüquqşünaslığı» adlandırdıqları formal - ehkamçı, normativ
yanaşmanı tənqid edirdilər. Onlar hüquqa «hərəkətdə» və tətbiqolunma prosesi qismində yanaşırdılar.
Aralarındakı müxtəlifliyə baxmayaraq, sosioloq-hüquqşünasların baxışlarında ümumi cəhət ondan ibarətdir
ki, onların hamısı normalardan asılı olmayaraq əmələ gələn və mövcud olan «hüquqi» münasibətlərin məcmusunu:
həyatda formalaşmış «sosial qayda» və ya «hüquq qaydasını», nəticə etibarilə isə «hökumətin, məhkəmələrin və
digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin faktiki fəaliyyət tərzini» əsas götürürlər.
Hüquq sosiologiyasının müsbət məqamını hüquqi tənzimləmədə baş verən real proseslərin nəzərə
alınmasına istiqamətlənmə, onların konkret - sosioloji üsullar əsasında öyrənilməsi təşkil edir.
Hazırda Azərbaycanın hüquq doktrinası özünün nəzəri tədqiqatlardakı bəzi fərqlərinə baxmayaraq, normativ
yanaşmadan hüquq sisteminin sosioloji dərketmə üsullarına keçidlə səciyyələnir. Hüquq sosiologiyasının müxtəlif
aspektləri
[263 - 264]
Azərbaycan alimlərinin bir çox tədqiqatlarının mövzusu olmuşdur.
Hüquq sosiologiyası hüququn sosial funksiyalarını hüquqi aktların qəbul olunması və ictimai həyatda tətbiq
edilməsi ilə bağlı məsələlərin öyrənilməsinə istiqamətləndirir. Huqüqi tənzimləmənin sosial nəticələri və sosial
səmərəliliyinin aşkara çıxarılması ən ciddi və mürəkkəb problemlərdən biridir. Çünki qanunvericilik aktlarının və
digər normativ aktların hazırlanması ilə yanaşı həm də müvafiq qanunverici və hüquqyaratma orqanlarının
fəaliyyətinin öyrənilməsini nəzərdə tutur. O, həm də müxtəlif ölkələrdə və müxtəlif tarixi dövrlərdə bu proseslərin
təbiətini, istiqamətini və fərqini göstərir.
Sosial-hüquqi tədqiqatların predmetini hüquqi aktların tərtib edilməsi zamanı, yəni sosial münasibətlərin
hüquqi normalar dilinə çevrilməsinin hazırlanması prosesində, eləcə də son həddə - hüquqi göstərişlərin şəxsiyyətin
sosial davranışına keçirilməsi və gerçəkləşməsi gedişində təşəkkül tapan ictimai münasibətlər təşkil edir.
Hüquq elmində konkret sosioloji tədqiqatlar sosial təsirin, hüquq və onun institutlarının səmərəliliyinin
öyrənilməsinə, hüququn ictimai münasibətlərə, praktikaya təsirinin və eləcə də sosial amillərin hüquqa müqabil
təsirinin aşkar olunmasına yönəlir. Sosiologiyanın bilavasitə tədqiqat predmetini isə ictimai münasibətlərin
təşəkkülü və inkişafına təsir edən sosial amillərin qarşılıqlı əlaqəsinin sistemi və mexanizmi təşkil edir.
106
Beləliklə, sosiologiyanın predmeti ilə hüquqşünaslığın predmeti nəinki bir-biri ilə təmasdadır, bunlar həm
də qismən üst-üstə düşürlər. Bununla belə, istər sosiologiyanın, istərsə də hüquqşünaslığın predmetinin hər birinin
öz spesifikliyi vardır. Nəticədə sosiologiyaya və eyni zamanda (hüquqla tənzimləndiyindən) hüquq elmlərinin
obyektinə daxil olan ictimai münasibətlər müxtəlifcür, fərqli aspektlər və üst-üstə düşməyən nöqteyi-nəzərlərdən
öyrənilir. Hüquq elmini ilk növbədə müvafiq ictimai münasibətin hüquqi forması,
[264 - 265]
onun subyektlərinin
hüquq və vəzifələrinin məzmunu maraqlandırır. Sosiologiya isə bu və ya digər ictimai hadisənin sosial mənşəyini,
sosial yerini və sosial funksiyalarını aydınlaşdırır. Hüquqşünas ailə-nikah münasibətlərini səciyyələndirərkən əsas
diqqəti ər-arvadın hüquqi vəziyyətinə, uşaqların hüquq və vəzifələrinə yetirir. Sosioloqu isə ilk növbədə ailə
üzvlərinin faktiki qarşılıqlı münasibətləri, yəni onların bir-birinə qarşı rəğbət və ya nifrəti, qarşılıqlı
dəyərləndirmələri, məhəbbət və dostluq hissləri və bu hisslərin insanların davranışındakı müxtəlif təzahürləri
maraqlandırır. Bu halda o, bütün bu vəziyyətləri (halları) həm onların sosial amillərlə şərtlənməsi nöqteyi-
nəzərindən, həm də müasir cəmiyyətdə ailənin funksiyaları və roluna təsiri baxımından nəzərdən keçirir.
Hüquqi münasibətlər cəmiyyətin iqtisadi, siyasi, təşkilati, ailə və s. münasibətləri ilə qırılmaz surətdə
bağlıdır. Hüquq sosiologiyası kimi müstəqil fənnin və elmi istiqamətin zəruriliyi hər şeydən əvvəl məhz bununla
müəyyən olunur.
Real həyatda faktiki münasibətlərin, hüquq normalarının və hüquq münasibətlərinin qarşılıqlı əlaqəsi
çoxşaxəlidir, lakin burada iki əsas tərəfı ayırmaq vacibdir. Birincisi, hüquq normalarının əmələ gəlməsi
mexanizminə aiddir. Məlumdur ki, onlar bir tərəfdən mövcud faktiki münasibətlər əsasında təşəkkül tapır, digər
tərəfdən isə bu münasibətləri qanunvericilik iradəsinə uyğun olaraq, ictimai inkişafın meyllərini, cəmiyyətin və
dövlətin ehtiyaclarını və vəzifələrini nəzərə almaqla özünəməxsus şəkildə əks etdirir.
Hüquq normalarının həyatın tələblərini nə dərəcədə düzgün əks etdirməsi, onların real vəziyyətə uyğun
olub-olmaması, faktiki ictimai münasibətlərin gələcək inkişafına zəmin yaradıb-yaratmaması, zəruri münasibətləri
təsbit edib-etməməsi və sair məsələlər hüquq normalarının sosial baxımdan şərtləndiyini göstərir və hüquqi
münasibətlərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir.
[265 - 266]
Hüquqi münasibətlərlə faktiki ictimai münasibətlər arasındakı qarşılıqlı əlaqələrin ikinci tərəfı hüququn,
onun institutları və normalarının sosial təsiri və sosial səmərəliliyinin öyrənilməsi ilə bağlıdır. Burada həm də
hüquq və onunla tənzimlənən ictimai münasibətlər arasında olan əks əlaqə özünü büruzə verir.
Hüququn sosial təsiri onun sosial amillərlə şərtlənməsinin öyrənilməsi ilə ayrılmaz surətdə bağlıdır. Bu iki
hadisə arasında sıx qarşılıqlı əlaqə mövcuddur. Belə ki, bu və ya digər hüquq norması həyatın tələblərindən irəli
gəlmirsə, onun tətbiqinin müsbət nəticə verəcəyinə inanmaq olmaz. Digər tərəfdən, yalnız hazırkı qanunvericiliyin
səmərəliliyinin öyrənilməsi əsasında onun gələcək mövcudluğu ilə bağlı faydalı təkliflər irəli sürmək mümkündür.
Hüququn sosial şərtlənməsi onun normalarının yaranması yollarının kim tərəfındən təklif edilməsi ilə
bağlıdır. Burada həm də hüquq normalarının qəbul olunması və dəyişdirilməsi məsələləri, habelə bu dəyişikliyin
hansı faktiki şərtlərdən irəli gəlməsi, qərarlarını necə yerinə yetirilməsi (icrası və səmərəliliyi) mühüm yer tutur.
Əslində hüquqyaratma prosesi və onun hər bir mərhələsi formaca hüquqi, məzmunca sosial-siyasi
fəaliyyətdir. Məhz bu fəaliyyətdə hüququn təşəkkülü qanunauyğunluqları, onun sosial şərtlənməsi, tarixi reallığın
obyektiv xüsusiyyətləri ilə qanunvericinin subyektiv təsəvvürləri arasındakı əlaqə konkret şəkildə üzə çıxır.
Aparılmış sosioloji tədqiqatlar göstərir ki, qərarların qəbulu mexanizminin fəaliyyətində bir çox çətinliklər
ortaya çıxır. Belə ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda hüquq yaradıcılığı bir sıra səhvlər və
çatışmazlıqlarla müşayiət olunmuşdu. Bunlara misal olaraq, cinayət və mülki qanunvericiliyində qanunların işlənib
hazırlanması və hüquq-mühafızə orqanlarında islahatların aparılmasının vahid konsepsiyasının olmamasını,
islahatların prioritetlərinin bəzən təhrif olunmasını, onların birtərəfliliyini, humanistləşdirilmə
[266 - 267]
ideyasının şişirdilməsini, qanunların ümumpreventiv əhəmiyyətinin inkar edilməsini və s. göstərmək olar. Bu,
ölkədə kriminal vəziyyətin xarakterində və dinamikasında uyğunsuzluğa gətirib çıxardı. Cinayət hüququ
normalarının ümumprofılaktik funksiyalarının zəif işləməsi, cəzasızlığın artması və cinayətkar aləmin sıralarının
çoxalması, ictimai rəydə qanunun gücsüzlüyü, mütəşəkkil cinayətkarlığın qarşısının alınmazlığı barədə fıkrin
formalaşması, vətəndaşlarda onların hüquqlarının və qanuni mənafelərinin dövlət tərəfindən müdafıəsinə
inamsızlığın artması, cəmiyyətin kriminallaşması prosesinin güclənməsi də bu qəbildəndir.
Hüquqyaratma prosesində həm də onun subyektlərinə böyük əhəmiyyət verilir. Qərarların hazırlanması,
müzakirəsi, qəbulu və icrasında əhalinin geniş iştirakı bu aktların məzmununda onların maraqlı olmasını təmin edir.
Belə ki, Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiya layihəsinin müzakirəsində 4 milyondan
artıq insan iştirak etmişdi, 8 min məktub alınmışdı. Konstitusiya layihəsinin ayrı-ayrı maddələrinin
dəqiqləşdirilməsi, təkmilləşdirilməsi və onlara əlavələr edilməsinə yönəlmiş 3 min təklif irəli sürülmüşdü (Bax:
«Azərbaycan» qəzeti, 7 noyabr 1995-ci il).
Hazırda demokratik prosedurun və qərarların qəbulu amili kimi ictimai rəyin əhəmiyyəti getdikcə artır.
Söhbət rəylərin, dəyərlərin və göstərişlərin sadəcə mərkəzləşməsindən deyil, əhalinin müxtəlif sosial qruplarının
mənafelərini, ehtiyaclarını ifadə edən səlahiyyətli ictimai rəydən gedir. Belə ki, müasir şəraitdə 17-27 yaşlı gənc
107
nəslin maraqlarının mənzərəsini dəqiqləşdirmək üçün aparılan sosioloji tədqiqatlarda belə bir sual qoyulmuşdu:
«Fikrinizcə, bu gün gənclər üçün həyatda ən vacib olan nədir?». Sorğunun nəticələri pul, təhsil və peşə, iş mənsəbi,
Dağlıq Qarabağ probleminin həlli və həzz almağın başlıca yer tutduğunu göstərir. Gənclərdə praqmatik və
hedonistik əhval-ruhiyyənin xeyli güclü olması açıq-aşkar görünür.
Deməli, gənclərin maraqlarının istiqamətlərini və
[267 - 268]
ümidlərini öyrənərək, onların yaxın gələcəkdə
iqtisadi, siyasi, sosial və mənəvi həyatının mümkün yollarını yüksək ehtimalla proqnozlaşdırmaq olar.
Empirik tədqiqatlar həm də hüquqyaratma prosesinin müxtəlif mərhələlərində sosial amillərin rolunun aşkar
edilməsinə və nəzərə alınmasına yardım edir. Bu, yeni hüquqi sənədin yaradılmasının obyektiv səbəblərinin
müəyyən olunması, qanun layihəsinin mətninin hazırlanması, onun müzakirəsi, qanunverici orqan tərəfindən
baxılması üçün təqdim edilməsi və qanuni qüvvəyə minməsi əməliyyatlarının hər birinə aiddir.
Hüquqyaratma prosesinin sosial amillərinin öyrənilməsi metodologiyası sistemli (struktur-funksional) və
sosioloji təhlil prinsipləri üzərində qurulur. Bu halda hüquqyaratmanın sosial mexanizminə aid olan hüquqi anlayış
və kateqoriyalar empirik məlumatın toplanılması, işlənilməsi və keyfıyyət-kəmiyyət təhlili kimi sosioloji tədqiqat
mərhələləri ilə üzvi surətdə əlaqələndirilməlidir.
Sosial - hüquqi tədqiqatların proqramlarına konkret məsələlərin daxil edilməsi hüququn tələblərinə riayət
edilməsi məqsədi ilə tərbiyəvi, stimullaşdırıcı, profılaktik və məcburedici təsir tədbirlərinin səmərəliliyini
yüksəldir. Bu, həm də dövlət orqanlarının həmin sahədəki işini obyektiv qiymətləndirmək imkanı verir.
Empirik tədqiqatın nəticələri onun ilkin konsepsiyasının nəzəri əsaslarının, mühakimə və fərziyyələrinin
doğruluğunu təsdiq və ya təkzib edir.
2. Şəxsiyyətin hüquqi sosiallaşması
İnsanın mahiyyəti cəmiyyətlə birgə dəyişir və inkişaf edir. Bu, onun sosial mühitlə ayrılmaz əlaqədə
olduğunu sübut edir.
Qeyd olunan proses həm də sosiallaşma ilə sıx bağlıdır. Sosiallaşma təkcə şəxsiyyətin, insanın və sosial
mühitin
[268 - 269]
əlaqə formalarından ibarət deyildir. O, həm də cəmiyyətin yetkinlik dərəcəsindən asılı olan
mürəkkəb prosesdir. Onun məzmununda insanı cəmiyyətdə qəbul edilmiş anlayışlar, dəyərlər, sosial normalar
sisteminə və digər mədəniyyət dəyərlərinə cəlb etmək məqsədilə müxtəlif sosial institutların məqsədyönlü
fəaliyyəti əsas yer tutur. Bununla yanaşı həmin proses insanın bir şəxsiyyət kimi həmin istiqamətə yönəlmiş fərdi
fəaliyyətini də ehtiva edir.
Sosiallaşma gedişində fərd tərəfindən onun yaşadığı cəmiyyətin mədəniyyət sisteminin əsas nailiyyətlərinin
mənimsənilməsi baş verir.
Hüquqi sosiallaşma ümumi sosiallaşmanın zəruri və mühüm istiqamətini təşkil edir, onunla hissə və tam
kimi nisbətdədir. Onun mahiyyəti insanın, vətəndaşın cəmiyyətin strukturunda öz ictimai rolunu, yerini daha dərin
dərk etməsi deməkdir. Hüquqi sosiallaşmanın əsas xüsusiyyətləri onun konkret olması, dəqiq müəyyənliyi,
münaqişə səbəblərinin mərkəzində olması, mövcud informasiyanı şəxsiyyətin sosial statusu və cəmiyyətdəki roluna
uyğun olaraq qiymətləndirməsi hesab olunur.
Qeyd etmək lazımdır ki, məlumat mənbələri nə qədər əhəmiyyətli olsa da, onların verdiyi məlumatlar əhali
tərəfındən kor-koranə deyil, ciddi tənqidi surətdə qəbul olunur. Sosioloji tədqiqatların nəticəsinə görə, oxucuların
yalnız 48%-i qəzetlərdə yazılanlara inanır.
Fərdin sosiallaşması prosesinin ayrılmaz tərkib hissəsini siyasi və hüquqi tərbiyə təşkil edir. Onun məqsədi
insanlarda müvafıq biliklər sistemi, inam, sosial cəhətdən fəal davranış motivlərini və vərdişlərini
formalaşdırmaqdır. Hüquqi tərbiyə dedikdə dövlətin, onun orqanlarının və qulluqçularının, ictimai təşkilatların və
əmək kollektivlərinin əhalidə hüquq düşüncəsi və hüquq mədəniyyətinin formalaşdırılmasına və artırılmasına
yönəlmiş məqsədyönlü, sistemli fəaliyyəti başa düşülür. Bu işdə hüquqi tədris və hüquqi tərbiyə bir-biri ilə üzvi
vəhdətdə çıxış edır. Tərbiyəvi xarakter
[269 - 270]
daşıyan tədris prosesində vətəndaşın şəxsiyyət düşüncəsi,
hüquqi görüşləri, əxlaqi idealları, dəyər yönümləri fasiləsiz surətdə zənginləşir. Bu prosesdə insan hüquqi biliklərin
daim genişlənməsi və dərinləşməsinin zərurət olduğunu dərk edir. Hüquqi tədris və tərbiyə şəxsiyyətin vahid
inkişafı prosesinin ayrılmaz hissələridir. Hazırda Azərbaycanda hüquqi dövlət quruculuğu ideyasının getdikcə daha
dolğun gerçəkləşdiyi bir şəraitdə bunların rolu və əhəmiyyəti durmadan artır.
Hüquqi tədris və tərbiyə müxtəlif formalarda həyata keçirilir. Bu prosesdə əldə edilmiş biliklər fərdin dəyər
istiqamətlərinin sosial məqsədinin formalaşmasına köməklik edir. Onlar şəxsiyyətin şüurlu (düşünülmüş)
fəaliyyətinin tənzim edilməsində də mühüm rol oynayır və onun hüquqi düşüncəsinin əsası kimi çıxış edir. Sonra,
insanın müxtəlif siyasi hadisələrə münäsibətinin formalaşmasında, onun cəmiyyətdə davranışın
müəyyənləşdirilməsində də onların rolu böyükdür. Şəxsiyyətin ümummədəni inkişafı, sosial normaların gerçəkliyə
çevrilməsi, normativ tələblərin vərdişə, fəal davranışa keçməsi kimi proseslərin sürəti də hüquqi tərbiyənin
səviyyəsindən və keyfiyyətindən çox asılıdır.
108
Sosioloqların və hüquqşünasların apardığı tədqiqatlar göstərir ki, hüquqi tərbiyənin səmərəliliyi ictimai
həyatın bütün sahələrində qanunlara riayət etmək ehtiyacının reallaşması səviyyəsi ilə ölçülür. Qanuna riayət
etməyi ictimai zərurət kimi dərk etmək və öz davranışında onun tələblərinə düşünülmüş şəkildə əməl etmək indi
həmişəkindən daha vacibdir.
Hüquqi tərbiyədə bu və ya digər qrupun maraqlarının dərk edilməsi, onun nüfuz və şərəfinin qorunub
saxlanılması çox mühüm rol oynayır. Burada əsas məsələ həmin maraqların cəmiyyətin ümumi maraqlarına nə
dərəcədə uyğun gəlməsindən ibarətdir. Bu maraqların dərk edilməsi və prinsipial cəhətdən uzlaşdırılması hüquqi
normalara uyğun olaraq baş verir. Həmin maraqlar üst-üstə düşmədikdə isə şəxsiyyət, eləcə də qrup cəmiyyətin
hüquqi tələblərinin əleyhinə
[270 - 271]
çıxa bilir ki, bu da mütləq onların münasibətlərində toqquşmalara gətirib
çıxarır.
Tərbiyə nəzəriyyəsində belə bir fikir hamı tərəfindən qəbul edilmişdir ki, özünütərbiyə yaxşı təşkil olunmuş
tərbiyənin nəticəsidir. Onun əsas məzmunu şəxsiyyətin dəyişməyə, özündə arzu olunan xüsusiyyətləri
formalaşdırmağa yönəlmiş daxili fəallığın dərk edilməsindən ibarətdir. Hüquqi özünütərbiyə istənilən mənfi xarici
təsirə davam gətirmək üçün müəyyən siyasi, hüquqi və əxlaqi prinsiplərin, dəyərlərin, sosial və hüquqi davranış
normalarının qavranılmasını, inkişafını və möhkəmləndirilməsini nəzərdə tutur.
Sosiallaşma cəmiyyətin bütün həyat sahələrini, o cümlədən də siyasəti əhatə edir. Siyasi sosiallaşmaya
ikitərəfli proses kimi baxılmalıdır. Onun birinci tərəfini fərdə siyasi məlumatın, biliklərin verilməsi, onun mövcud
siyasi dəyərlər sisteminə cəlb edilməsi, ictimai münasibətlər sisteminə daxil olmaqla sosial təcrübəni, normaları və
rolları qavraması təşkil edir. İkinci tərəf isə sosial-siyasi mühitə daxil olma prosesində fərdin aktiv fəaliyyəti
sayəsində onun mövcud ictimai münasibətlər sistemini daha da inkişaf etdirməsini nəzərdə tutur.
Səxsiyyətin siyasi sosiallaşması prosesində sosioloji baxımdan cəmiyyət aşağıdakı məsələləri həll edir: a)
fərdlərdə onların öz ictimai funksiyalarını yerinə yetirə bilməsi üçün lazım olan bacarıq və xüsusiyyətlərin
formalaşdırılması; b) fərdin ictimai-siyasi özünügerçəkləşdirmə sisteminə daxil edilməsi; c) sosial-siyasi
münasibətlər sistemində fərdlər tərəfindən müvafıq sosial rolların yerinə yetirilməsi; ç) mövcud ictimai
münasibətlərin və birinci növbədə siyasi münasibətlərin inkişaf etdirilməsi və zənginləşdirilməsi.
Siyasi sahədə sosiallaşma şəxsiyyətin təşəkkülü və inkişafına böyük təsir göstərir. O, insanın siyasi
münasibətlər və siyasi fəaliyyət subyekti kimi təşəkkülü prosesinin bütün tərəflərini əhatə edir. Onun son nəticəsi
şəxsiyyətin sosial-siyasi fəallığı ilə onun yaradıcılığının sintezini ifadə edən
[271 - 272]
yüksək siyasi mədəniyyətin
formalaşmasıdır.
Beləliklə, sosiallaşma prosesi insanın məqsədyönlü fəaliyyətindən, sosial praktikanın və insanların
ünsiyyətinin xarakterindən, onun tutumunun və məzmununun şüurlu şəkildə dəyişdirilməsi imkanlarından, habelə
tərbiyəsinin təşkilindən asılıdır.
3. Şəxsiyyətin hüquqi davranışı
Hüquqi davranış fərdi və kollektiv subyektlərin şüurlu nəzarətində olan, hüquq normaları ilə nəzərdə tutulan
və hüquqi nəticələrə səbəb olan, sosial cəhətdən əhəmiyyətli davranışdır. O, vətəndaşların məişətdə, işdə,
şəxsiyyətlərarası münasibətlərdə təzahür edən əsas davranış növünü təşkil edir. Hüquqi davranışın əlamətləri
bunlardır: o, qanunvericilikdə müəyyən edilmiş normalar çərçivəsində həyata keçirilir; sosial cəhətdən faydalıdır,
ictimai maraq və məqsədlərə zidd deyildir (bu onun obyektiv məzmununu ifadə edir), dərk edilmiş xarakter daşıyır
(bu onun subyektiv tərəfıni ifadə edir).
Sosial əhəmiyyət dərəcəsinə görə hüquqi davranışı aşağıdakı növlərə ayırmaq olar:
Dostları ilə paylaş: |