F. Q. Vahidov, T. B. Ağayev


dini şüur, dini fəaliyyət, dini təşkilatlar



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə119/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   131
sosiologiya

dini şüur, dini fəaliyyət, dini təşkilatlar. 
Dini şüur ictimai şüurun spesifık formasıdır; Dini şüur nisbi müstəqilliyə malikdir, onun öz inkişaf məntiqi 
vardır. O, dini ideologiyanı və psixologiyanı əhatə edir. 
Dini ideologiya ən  əvvəl din fəlsəfəsini nəzərdə tutur. Din fəlsəfəsi dünya, təbiət, cəmiyyət və insan 
haqqında dini müddəaların məcmusu kimi çıxış edir. Dini ideologiya din fəlsəfəsi ilə yanaşı teologiyanı  və dini 
istiqamətli müxtəlif cür iqtisadi, siyasi, hüquqi nəzəriyyələri özündə birləşdirir. Dini psixologiya isə dini 
nümunələrin, ideyaların, təsəvvürlərin, emosiyaların, əhval-ruhiyyələrin və s. spesifik sintezidir. Dini 
[306 - 307]
 
psixologiyanın varisliyində adət və  ənənələrin rolu böyükdür. Yeri gəlmişkən qeyd edək ki, dini şüurun hər iki 
səviyyəsi (ideologiya və psixologiya) qarşılıqlı surətdə bir - birinə təsir göstərir. Mütəxəssislər bu təsir prosesində 
dini psixologiyanın aparıcı, müəyyənedici rolunu qeyd edirlər. 
Dini şüur dini fəaliyyətdə təzahür edir. Bu fəaliyyətin isə kult və kultdankənar formaları mövcuddur. Dini 
kult dini inamların reallaşdırılması səyidir. Kult xüsusi hərəkətlər sistemidir; həmin hərəkətlərin köməyi ilə insanlar 
fövqəltəbii varlığa, onların inamının predmeti olan münasibətlərə təsir göstərməyə çalışırlar. 
Adətən kultun iki növünü ayırd edirlər: magiya və  rəhm dilənən kult. Magiya real surətdə mövcud olan, 
müəyyən xassə  və  əlaqələrə malik olması güman edilən predmetlərə  təsiri nəzərdə tutur. Rəhm dilənən kultda 
yüksək varlığın, yəni allahın obrazı  əsasdır. Bu kultun müxtəlif formaları mövcuddur: dini mərasimlər, qurban 
kəsmə, dua, dini bayramlar və s. Kultdankənar fəaliyyət mənəvi və praktik sferalarda həyata keçirilir. Dini 
ideyaların işlənib hazırlanması, teologiya müddəalarının sistemləşdirilməsi və  şərhi, ilahiyyat əsərlərinin 
yaradılması - bütün bunlar, kultdankənar mənəvi dini fəaliyyəti təşkil edir. Praktik dini fəaliyyətə isə missionerlik 
fəaliyyəti, ilahiyyat fənlərinin tədrisi, dini təşkilatlarda və institutlarda idarəetmə  fəaliyyəti, dini təbliğat və s. 
aiddir. 
Dinin spesifikası dini münasibətlərdə  də özünü göstərir. Dini münasibətlər sosial münasibətlərin tərkib 
hissəsi olub, insanların dini fəaliyyəti prosesində onların dini şüuruna uyğun olaraq təşəkkül tapır. Dini fəaliyyətin 
növündən asılı olaraq, bu münasibətləri kult və kultdankənar münasibətlər kimi nəzərdən keçirmək olar. İctimai 
münasibətlər sistemində həmin münasibətlərin vəziyyəti və yayılması dinin cəmiyyətdəki digər institutlar içərisində 
tutduğu yerlə, onun ictimai həyat sferalarına təsiri ilə bilavasitə bağlıdır. 
Əhalinin dindarlıq səviyyəsi dini münasibətlərin vəziyyətinin 
[307 - 308]
 çox mühüm xarakteristikasıdır. 
Adətən dindarlıq anlayışı insana xas olan və onun fövqəltəbii varlığa inamında, itaətində  təzahür edən müəyyən 
əlamətlərin məcmusunu ifadə edir. Dindarlığın dərəcəsini, səviyyəsini, xarakterini müəyyən etmək üçün dini 
şüurun, dini davranışın müxtəlif göstəricilərindən istifadə olunur, fərdin və ya qrupun dini əsasda daxil olduğu
qoşulduğu münasibətlər təhlil edilir. Bu halda dindarlığın dərəcəsi onu göstərir ki, dinin ayrıca şəxsə, sosial qrupa 
təsiri necədir; dindarlığın səviyyəsi onu göstərir ki, məlum regionda, sosial - qrupda dindar və qeyri-dindar əhalinin 


122 
 
nisbəti necədir; dindarlığın xarakteri isə bu və ya digər dini konfessiyanın, sosial qrupların dindarlığının 
spesifikasını, fərqini üzə çıxarır. 
Aparılmış sosioloji tədqiqatların nəticələrinə əsasən qeyd etmək olar ki, dinin xalqın mədəniyyətinə, adət və 
ənənələrinə nüfuzu insanların daha geniş dairəsinin dini fəaliyyətdə  iştirakına səbəb olur. Onlar bu fəaliyyəti öz 
milli mədəniyyətinin, adət və  ənənələrinin müəyyən hissəsi kimi qiymətləndirirlər. Dərin tarixi kökləri olan din 
insanların həyat tərzinə nüfuz edərək, onların milli xüsusiyyətlərinin formalaşmasında böyük rol oynamış, digər 
sosial institutlara fəal təsir göstərmişdir. 
Din müxtəlif funksiyalar yerinə yetirir. Bunlar müxtəlif mənbələrdə bir-birindən fərqli göstərilir. Aşağıdakı 
funksiyalardan bəhs etmək olar: 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin