1
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI
AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI
Fakultə : «Əmtəəşünaslıq»
Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi
B U R A X I L I Ş I Ş I
Mövzu: Mineral yapışdırıcı materialların ekspertizasının
keçirilmə qaydaları
Işin rəhbəri: dos. X.M.Abbasova
Tələbə: Abbasquliyeva Aynur Nizam
Bölmə: azərbaycan
Qrup: 310
«Təsdiq edirəm»
Kafedra müdiri :__________ prof.Ə.P.HƏSƏNOV
B A K I 2015
2
MÜNDƏRICAT
GIRIŞ
3
1. Mineral yapışdırıcı materialların keyfiyyətini formalaşdıran
amillər
4
2. Mineral yapışdırıcı materialların təsnifatı və çeşidi
10
3. Mineral yapışdırıcı materialların keyfiyyətinin
qiymətləndirilməsi
35
4. Mineral yapışdırıcı materialların keyfiyyət göstəriciləri və
onların təyin olunması
42
5. Mineral yapışdırıcı materialların qablaşdırılması, daşınması və
saxlanması
48
NƏTICƏ VƏ TƏKLIFLƏR
51
ƏDƏBIYYAT
53
3
G I R I Ş
Peşəkar fəaliyyəti növü kimi ekspertiza xalq təsərrüfatının müxtəlif
sahələrində çox geniş tətbiq edilir. Keyfiyyət ekspertizası uzun illərdir ki, malların
keyfiyyətinin qiymətləndirilməsində müvəffəqiyyətlə tətbiq edilir. Ekspertiza
bütün sahələrdə həlli xüsusi bilik tələb edən məsələnin tədqiqi deməkdir.
Əmtəə ekspertizasının məqsədi xidmətin xüsusiyyətinin əsasını təşkil edən
miqdari və sıra qiymətləndirilməsini, eləcə də onlara təsir edən proseslərin
qiymətləndirilməsinin aparılmasıdır. Lakin çox vaxt mal ölçüyə uyğun
gəlmədiyinə görə peşəkar ekspert mülahizələrinə əsaslanır. Ona görə də
məmulatların keyfiyyəti, istehlakçıların tələbinin tam ödənilməsinin müəyyən
edilməsi, ekspertin qarşısında duran vacib məsələlərdən biridir. Müasir dövrdə
məişətimizi mineral yapışdırıcılarsız təsəvvür etmək mümkün deyil.
Mineral yapışdırıcı maddələr inşaatda geniş istifadə edilir. Mineral
yapışdırıcıların ekspertizası çox böyük diqqət tələb edir. Mineral yapışdırıcı nə
qədər keyfiyyətli olsa belə, onun keyfiyyətinin qorunub saxlanılmasında
daşınmasının və qablaşdırılmasının böyük əhəmiyyəti var. Çünki bu şərtlərə əməl
etmədikdə mal keyfiyyətini itirə bilər və tamamilə korlana bilər. Ona görə də hər
bir ekspert mineral yapışdırıcılarla işləyərkən çox ehtiyatlı olmalı və mal
saxlanılan yerdə hər şeyə - şəraitə, temperatura, nəmliyə fikir verəndən sonra
keyfiyyəti yoxlanmalıdır. Ona görə də mən öz buraxılış işimdə mineral yapışdırıcı
maddələrin
çeşidini,
keyfiyyətini
formalaşdıran
amillərdən
keyfiyyət
göstəricilərindən və ekspert qiymətləndirilməsindən məlumat vermişəm.
4
1. MINERAL YAPIŞDIRICI MATERIALLARIN KEYFIYYƏTINI
FORMALAŞDIRAN AMILLƏR
Mineral yapışdırıcı materialların keyfiyyətinin formalaşmasına onların
hazırlandığı maddələrin keyfiyyət göstəricilərinin istehsal rejiminin düzgün
aparılması, həmçinin daşınma və saxlanma şərtləri təsir göstərir.
Havada bərkiyən əhəngə karbonat suxurlarının yandırılması yolu ilə alınan
məhsuludur. Yandırılma şəklində başlıca olaraq kalsium oksigendən və
maqnezium oksidi qatqısından ibarət ağ, yaxud boz parçalar əldə edilir. Bu
məhsula sönməmiş topa əhəng deyilir.
Topa əhəngi döyəndə narın əhəng əldə edilir. Sönməmiş əhəngi az miqdarda
suda (əhəng çəkilənə nisbətən 70-100%) emal edildikdə narın toz şəklinə düşür ki,
buna da plyonka deyilir. Burada aşağı keyfiyyətli əhəng alınır, çünki buna kül
qarışır.
Əhəng çoxlu suda, yəni əhəng çəkilənə nisbətən 3-4 qat artıq suda əhəng
xəmirinə, yaxud əhəng südünə çevrilir.
Ilk xammal arasıkəsilmədən yanan şaquli şaxta peçlərində 900-1200
0
temperaturda atmosfer təzyiqində yandırılır. Burada temperaturun dərəcəsi əhəngin
tərkibindəki kənar qatışıqların miqdarından asılıdır. Kənar qatışıqlar az olduğu
üçün əhəng daha yüksək temperaturda yandırılır ki, bu da əhəngin keyfiyyətinin
formalaşmasına mühüm təsir edir.
Əhəng yandırılan zaman əhəng daşında aşağıdakı reaksiya üzrə istilik
udulmaqla dissosasiya gedir.
CaCO
3
+ 42,5 kkal = CaO + CO
2
Burada yanacaq yerinə daş kömür, antrosit, yaxud qaz tətbiq olunur.
Bərk yanacaq tətbiq olunanda peçlər tökmə üsulu ilə işləyir, yəni yanacaq
təbəqələrlə, hər təbəqə arasında əhəng daşı tökməklə verilir.
5
Burada aşağı keyfiyyətli əhəng alınır, çünki buna kül qarışır. Qaz peçlərində
kül olmadığına görə yandırılan əhəngin keyfiyyəti yüksəlir.
Əhəng yandırılan zaman çalışmaq lazımdır ki, əhəngdaşı parçaları bərabər
qaydada yansın.
Əhəngin yarımçıq və ya həddən artıq yanması halları o zaman baş verir ki,
əhəngdaşı parçaları müxtəlif irilikdə, yaxud peçin temperaturunu həddən artıq
yüksək və ya ondan olan xəmirin miqdarını azaldır, habelə əhəngin sönməsini
ləngidir.
Əhəngin sönməsi nəticəsində suyun miqdarından asılı olaraq əhəngi ya toz,
yaxud da süd halına düşür. Toz halına salınması üçün sönməmiş əhəngin çəkisinə
nisbətən nəzəri olaraq 32%, təcrübi olaraq isə bundan 2-3 dəfə artıq, yəni 64-69%
su götürülsün ki, bu da əhəngin yağlılıq dərəcəsindən asılıdır.
Kənar qatqı az olduqda əhəng yağlı sayılır və onun sönməsi üçün artıq su
lazımdır.
Gips yapışdırıcıları gips daşının (CaSO
4
2H
2
O), yaxud gips anhidridinin
(CaSO
4
), habelə kimya sənayesinin bəzi tullantılarının emalı nəticəsində əldə
edilir.
Gips yapışdırıcılarının əsas istehsal prosesi termiki emaldan, yəni gipsin
qaynadılmasından ibarətdir. Bu zaman aşağıdakı reaksiya üzrə gips daşının
dehidratlaşması prosesi gedir.
2(CaSO
4
2H
2
O)=2(CaSO
4
0,5H
2
O)
13H
2
O
Gips daşının termiki emalı odadavamlı boruları olan qazanlarda, fırlanan
peçlərdə, buxarvermə cihazlarında, habelə şaxtaşəkilli, halqavari, kameralı və yağlı
peçlərdə aparılır. Son zamanlarda gips daşının içərisindən isti qaz keçən kürəvi və
yaxud aerobil dəyirmanlarda asılı vəziyyətdə olaraq emal edilməsi üsulu geniş
yayılmışdır. Bu üsul gips daşının dehidratlaşmasını təmin edir və gipsi tonklonlara
aparır ki, buradan da o, bunkerlərə daxil olub, orada saxlanılır.
6
Gips daşı 170-200
0
C temperaturda yandırıldıqda o qədər də möhkəm
olmayan, tez bərkiyən məhsul (inşaat gipsi) əmələ gəlir. Gips daşı 600
0
C-dən
yuxarı temperaturda yandırılanda möhkəmliyi yüksək olub, ləng bərkiyən
yapışdırıcı maddə alınır (yüksək dərəcədə davamlı gips və s.).
Gipsin özünü tutması və bərkiməsi prosesinin ləngidilməsi üçün yarımsulu
gipsin suda həllolma qabiliyyətini aşağı salan maddələrə (keratin, sümüklə ət
yapışqanı, boraks, pazsin, sulfid spirti və s.) tətbiq edilir.
Gipsin bərkiməsini sürətləndirmək üçün 2 sulu gips, natrium uporid və digər
duzlar tətbiq olunur. Bunlar gips xəmiri və yaxud məhlula qatılanda hazır
kristallaşma mərkəzləri əmələ gətirir ki, bunlar da məhluldan 2 sulu gips
kristallarının çökməsini sürətləndirir.
Maqnezium yapışdırıcısına kaustik və maqnezit kaustik dolomit daxildir ki,
bunlar
maqnezit
dolomitin
bərkimə
dərəcəsinə
çatdırması
şərti
ilə
yandırılmasından əldə edilir.
Kaustik maqnezitin keyfiyyəti materialın yandırılması prosesinin sürətindən
və temperaturundan, habelə onun parçalarının irilik və xırdalıqlarından asılıdır. Bu
material yandırılan zaman xüsusi çəkisi 3,1-3,42 sm
3
tam bircinsli məhsul əldə
etmək məqsədi güdülür.
Yandırma prosesi yastı, kameralı, şaxtalı və fırlanan peçlərdə aparılır.
Şaxtalı və fırlanan peçlərdə yandırılan materialdan daha yüksək keyfiyyətli məhsul
əldə edilir.
Hidravlik əhəng tərkibində 8-dən 20%-dək gil qatışığı olan əhəng daşının
bərkimə dərəcəsinə çatdırmaq şərtilə yandırılması nəticəsində əldə edilir. Gilin
qatılığı çox olduqda onun hidravlik xassələri də yüksək olur.
Əhəng daşı 900-1000
0
C-də şaxtalı peçlərdə yandırılır.
Yandırılan zaman ən bəsit aliminat, silikatlar və ferritlərə (kalsium 1 SoO
2
alimonat CaO
2
Ab
2
O
3
, kalsium 2 – silikat – 2CaOSOO
2
və kalsium 2 ferrit 2)
əmələ gəlir ki, bunlar da əhəngə hidravlik xassələr verir.
7
Rant sement istehsalı xammalın (əhəng maqnezium) 900-1100
0
C
temperaturda şaxtalı, halqavari, yaxud fırlanan peçlərdə yandırılıb, sonra
döyülməsindən ibarətdir. Yandırılan zaman burada (CaSO
4
) parçalanır və əmələ
gələn (CaO) demək olar ki, bütünlüklə digər oksidlərlə birləşib silikatlar,
aliminolatlar və kalsium ferritləri əmələ gəlir.
Tərkibində sərbəst kalsium oksidi olmadığından rant sementi su ilə
qarışdırıldıqda sönmür. Yandırılmış «kür» məhsul kürəvi və yaxud boruşəkilli
dəyirmanlarda döyülür, bütün dənələri 4900 deşikli ələkdən keçiriləndə qalıq 25%-
dən artıq olmalıdır.
Portlansement, sement klipkerinin narın üyüdülməsindən alınan məhsuludur.
Klipker əsasən kalsium silikatlarından ibarət olur. Istehsalına görə portlansement
yapışdırıcılar içərisində birinci yer tutur. Portlansementin keyfiyyəti xammalın
kimyəvi tərkibinin dəyişilməsindən və istehsal rejiminə, xüsusən yandırmaq
rejiminə riayət olunub-olunmamasından asılıdır.
Klipker tərkibinin sabit saxlanmasını təmin etmək üçün ilk xammalın
tərkibində ən azı 75-78% CaCO
3
və 22-25% SOO
2
, Al
2
O
3
, Fe
2
O
3
oksidləri
olmalıdır. Oksidlərin miqdarı klipkerdən aşağıdakı kimi, yəni CaO – 6067%, SoO
2
– 19-24%, H
2
O
3
– 47%, Fe
2
O
3
– 2,66% olmalıdır.
Portlansementin keyfiyyətini aşağı salan qatqılar maqnezium oksidindən
(MgO) və kükürd anhidridindən (SiO
3
) ibarətdir ki, bunların da miqdarı müvafiq
olaraq 4,5%-i və 3%-dən artıq olmalıdır. Maqnezium oksidi sement bərkiyən
zaman onun həcmində qeyri-bərabər dəyişiklikliyə səbəb olmalıdır ki, kükürd
anhidridi sulfat korroziyası prosesini sürətləndirir.
Kalsium oksidi klipkerdə digər oksidlərlə kimyəvi birləşmiş olur. Turşu
oksidləri ilə birləşmiş olan kalsium oksidi çoxalanda sementin möhkəmliyi artır və
bərkimə prosesi sürətlənir. Klipkerdə sərbəst əhəngin qalması yaxşı hal deyil,
çünki bu da maqnezium oksidi kimi, həmçinin qeyri-bərabər dəyişilməsinə səbəb
olur.
8
Silikat modulu yüksək olan portlansementin möhkəm korroziyaya qarşı
davamlı və ya bərkimə qabiliyyətinə malikdir. Alüminium oksidi modulu yüksək
olan portlandsement bərkiyir, lakin bütün möhkəmliyi sulfat turşularına qarşı
davamlılığı azdır.
Portlansementin istehsalında əsas proseslər materialın yandırılmasından və
sonra dəyişilməsindən ibarətdir. Ilk materiallar müəyyən çəki miqdarında olmalı,
ayrı-ayrı, ya da birlikdə narın döyülüb, sonra qarışdırılır. Portlansement 2 üsulla,
yəni yaş və quru üsullarda istehsal olunur. Bu üsulların hansından istifadə edilməsi
ilk xammalın növündən və xammalın xassələrindən asılıdır. Xammal bərk olanda
quru üsul tətbiq edilmir.
Qeyd etmək lazımdır ki, yaş üsul daha geniş yayılmışdır, çünki bu üsul
bircinsli və daha keyfiyyətli sement alınmasını təmin edir. Xammal yumşaq olanda
yaş üsul tətbiq edilir. Həmin xammal xırdalanıb böyük bir miqdarda suya qatılır və
əldə edilən qatı, 35-42% nəmliyi olan smetanaoxşar krem halına düşür.
Xammalın yandırılması
Portlansement istehsalında əsas proses xammal qatqısının fırlanan və şaxtalı
peçlərdə 1400-1450
0
C temperaturda (quru üsulla) yandırılmasıdır. Yandırılan
zaman yüksək temperaturun təsiri altında əhəng daşı parçalanır və aşağıda
göstərilən miqdarda mineral əmələ gəlir.
3CaO SuO
2
– 37-60%
2CaO SuO
2
– 15-37%
2CaO Al
2
O
3
– 7-15%
4CaO Al
2
O
3
Fe
2
O
3
– 10-18%
Soyuduqda 50-150
0
C temperaturda, soyuduqdan sonra klipker anbara
göndərilib, orada 10-15 gün saxlanılır və tam soyudularaq, periodik qaydada
qarışdırılmaqla klipkerin tərkibi orta vəziyyətə gətirilir. Klipker saxlanan zaman
9
onun tərkibində sərbəst halda qalan kalsium və maqnezium oksidləri sönür.
Bundan sonra klipker kürəvi halları dəyirmanlarda narın üyüdülür.
Burada klipkerə 5%-ə qədər gips və 15%-ə qədər plastik qatılır.
Gips portlansementin bərkiməsini artırır. Əldə edilmiş narın toz halında olan
portlansement soyudulub, orta hala gətirilir və dördqat kağız kisələrə doldurulur.
Bütün bu proseslərin düzgün rejimdə aparılması nəticəsi etibarilə mineral
yapışdırıcı materialların keyfiyyətinin yüksəldilməsinə səbəb olur.
10
2. MINERAL YAPIŞDIRICI MATERIALLARIN
TƏSNIFATI VƏ ÇEŞIDI
Su ilə qarışdırdıqda plastik xəmir halına düşən, sonra fiziki-kimyəvi
proseslər nəticəsində daş halına keçən narın üyüdülmüş toz halında olan
materiallara qeyri-ülvi (mineral) yapışdırıcı maddələr deyilir.
Qeyri-üzvi yapışdırıcı maddələrdən maqnezit yapışdırıcı maddələr və
turşuya davamlı sement müstəsna olaraq su ilə deyil, müvafiq olaraq maqnezium
duzları və maye şüşə ilə qarışdırılır.
Hazırda inşaat işlərində bir sıra mineral yapışdırıcı maddələr işlədilir.
Bərkimə şəraitindən asılı olaraq həmin yapışdırıcılar iki qrupa bölünür:
1. Ancaq havada bərkiyən və uzun müddət öz möhkəmliyini saxlayan və ya
artıran yapışdırıcılara havada bərkiyən yapışdırıcı maddələr deyilir. Bu
yapışdırıcılara hava əhəngi, gips, maqnezit yapışdırıcı maddələr və maye şüşə
aiddir.
2. Həm havada, həm də suda bərkiyən və uzun müddət öz möhkəmliyini
saxlayan, yaxud artıran yapışdırıcılara suda bərkiyən (hidravlik) yapışdırıcı
maddələr deyilir. Belə yapışdırıcı maddələrdən hidravlik əhəngi və müxtəlif növlü
sementləri göstərmək olar. Bu qrup yapışdırıcı maddələrin möhkəmliyi daha çox
olduğundan inşaat işlərində geniş miqyasda tətbiq olunur.
Nisbətən baha olan yapışdırıcı maddələrə qənaət etmək, onları
ucuzlaşdırmaq və bəzi yapışdırıcılara müəyyən xassələr vermək məqsədi ilə,
yapışdırıcı maddələrə müxtəlif əlavələr qatılır.
Əlavələr ya yapışdırıcı maddə ilə birlikdə üyüdülür, ya da ayrıca narın
üyüdüldükdən sonra yapışdırıcı ilə mükəmməl surətdə qarışdırılır. Bəzi hallarda
əlavələri toz və ya sulu məhlul halında, məhlul və beton hazırlarkən qarışdırmaq
mümkündür.
Təyinatına görə əlavələr yeddi qrupa bölünür:
11
Aktiv mineral maddələr.
Bu qrupa elə təbii və ya süni əlavələr aiddir ki, onları hava əhənginə
qarışdırdıqda əhəng suda bərkimək qabiliyyəti əldə edir. Belə aktiv əlavələr bir
sıra xüsusi sementlərin istehsalında çox böyük əhəmiyyətə malikdir.
Inert əlavələr.
Bu əlavələr aktiv deyildir və ancaq qənaət məqsədilə yapışdırıcılara
qarışdırılır. Inert əlavələri qarışdırdıqda yapışdırıcının möhkəmliyinin azalmasını
nəzərdə tutmaq və bunu qabaqcadan təcrübələrlə müəyyən etmək lazımdır. Inert
əlavə olaraq kvars qummu, əhəngdaşılar, qumdaşılar, yanacaq külləri, posalar və
s.-dən istifadə olunur.
Turşuya davamlı əlavələr.
Belə əlavələrdən narın üyüdülmüş andeziti, beştauniti, qraniti, farforu,
əridilmiş diabazı, bazaltı və s. göstərmək olar.
Istiliyə davamlı əlavələr.
Bu əlavələr istiyə davamlı beton istehsalında işlədilir. Bunlardan narın
üyüdülmüş şamot, kvars qummu, istilik-elektrik stansiyalarının külləri və s. daha
çox istifadə olunur.
Yapışdırıcının tutmasını tezləşdirən əlavələr.
Həmin əlavələrə kalsium-xlorid, xlorid turşusu, üyüdülmüş sönməmiş əhəng
və s. aiddir. Adətən, bu əlavələri suda əridilmiş halda məhlul və ya betonlara
qarışdırırlar. Qış zamanı iş görüldükdə bu əlavələr çox böyük əhəmiyyətə malikdir.
Yapışdırıcının tutmasını gecləşdirən əlavələr.
Bu əlavələrdən gips, sümük yapışqanı və dəmir 3-sulfat çox işlədilir.
Aktiv səthli əlavələr.
Bu əlavələr plastikləşdirici və hidrofob-plastikləşdirici ola bilər.
Plastikləşdirici əlavələrdən ən çox işlənən sulfit-spirt bardası, hidrofob-
plastikləşdirici maddələrdən mılonaft, asidol və olein turşusudur.
Kimyəvi tərkibinə görə havada bərkiyən yapışdırıcı maddələr dörd qrupa
bölünür:
12
1. Əhəng yapışdırıcılarının kimyəvi tərkibi çoxlu miqdarda kalsium
oksidindən (CaO) və bir qədər də maqnezium oksidindən (MgO) ibaətdir.
2. Gips yapışdırıcılarının əsas tərkibi CaSO
4
-dən ibarətdir.
3. Maqnezit yapışdırıcılarının əsas tərkibi MgO-dan ibarətdir və başqa
yapışdırıcılardan fərqli olaraq MgCl
2
və MgSO
4
məhlulları ilə qarışdırıldıqdan
sonra bərkiyir. Bu qrupdan olan dolomit yapışdırıcılarının tərkibi MgO-dan və
qismən CaCO
4
-dən ibarətdir.
4. Maye şüşənin tərkibi Na
2
OnSiO
2
və K
2
OnSiO
2
-dən ibarətdir.
Suda bərkiyən yapışdırıcı maddələrin tərkibi çox mürəkkəbdir və başlıca
olaraq dörd oksidin: CaO – SiO
2
– Al
2
O
3
– Fe
2
O
3
birləşmələrindən ibarətdir. Bu
maddələr çox müxtəlif tərkibli kimyəvi birləşmələr əmələ gətirdiyindən, cüröəcür
xassəli bir sıra hidravlik yapışdırıcı maddələr alınır.
Hidravlik yapışdırıcı maddələr öz tərkibinə və qatılan əlavələrin miqdarına
görə üç qrupa bölünür:
1. Əsas yapışdırı maddələr. Bunlarda aktiv və ya inert əlavələr ya olmur, ya
da 10-15%-dən az olur, məsələn, portlandsement, suda bərkiyən əhəng.
2. Qarışıq yapışdırıcı maddələr. Bunlarda aktiv əlavələrin miqdarı 15%-dən,
inert əlavələrinki isə 10%-dən az olur, məsələn, putsolanlı portlandsement, posalı
portlandsement və s.
3. Xüsusi tərkibli yapışdırıcı maddələr. Məsələn, hidrofob sement,
plastikləşdirilmiş sement, genişlənən sement və s.
Mineral yapışdırıcı materiallar bərkiməsinə və möhkəmliyinə görə 2 qrupa
bölünür. Bunlardan birincisinə havada bərkiyən materiallar, ikincisinə isə hidravlik
yapışdırıcı materiallar deyilir.
Havada bərkiyən yapışdırıcılar yalnız havada bərkiyib, uzun müddət öz
möhkəmliyini mühafizə etməsi ilə xarakterizə edilir. Onlar əsasən yerüstü
tikintilərdə tətbiq olunur. Hidravlik yapışdırıcı maddələr yalnız havada deyil,
həmçinin suda da bərkiyib öz möhkəmliyini saxlaya bilir. Bunlardan yerüstü və
yeraltı, yəni sualtı qurğuların tikintisində istifadə edilir.
13
Havada bərkiyən yapışdırıcı maddələrə havada bərkiyən gips, əhəng,
maqnezium yapışdırıcıları, habelə əriyən şüşə aiddir.
Dostları ilə paylaş: |