Havada bərkiyən əhəng.
Havada bərkiyən əhəng xüsusi ojaqlarda 1000-1200
0
temperaturda
yandırılmış əhəng daşı, təbaşir, dolomit və digər təbii materiallardan alınır. Havada
bərkiyən əsas tərkib hissəsi kalsium oksidindən ibarətdir. Bəzən aktiv material
olaraq, əhəngin içinə maqnezium oksidi qatılır.
Havada bərkiyən əhənglərin çeşidi.
Havada bərkiyən əhənglər üç əsas növlərə ayrılır: bunlar sönməmiş əhəng
kəsəklərindən, hidrat əhəngindən və döyülmüş halda olan sönməmiş əhəngdən
ibarətdir.
Sönməmiş əhəng kəsiyi – ağ, yaxud boz rəngdə olan tikələrdən ibarətdir.
Inşaatda istifadə edilməsi üçün bu əhəng söndürülməli, yəni su ilə qatışdırılmalıdır.
Əhəng az miqdarda su ilə (1:1) qatışdırılanda sönüb toz halına, çox miqdarda su ilə
(3:1) qatışdırılanda isə xəmir halına düşür. Qum ilə qatışdırılan əhəng xəmirindən
əhəng məhlulu əmələ gəlir ki, bu da iş materialı sayılır. Əhəng söndürülən zaman
külli miqdarda isti çıxır.
Sönməsinin sürətindən asılı olaraq əhəng kəsəyi tezsönən (20 dəqiqə
içərisində) və yavaşsönən (20 dəqiqədən gej) əhənglərə bölünür. Tezsönən əhəng
yüksək keyfiyyətli sayılır, çünki bu söndürüləndə xəmiri çox çıxır və içində
sönməmiş zərrələri demək olar ki, çox az olur.
Hidrat əhəngi – toz halında olan materialdır. Bu sönməmiş əhəngdən
döyülüb əmələ gətirilir.
Döyülmüş halda olan sönməmiş əhəng – toza bənzər materialdan ibarətdir.
Bu əhəng sönməmiş əhəngdən narın döyülüb əmələ gətirilir. Bu əhəngin hidrat
əhəngdən üstünlüyü ondan ibarətdir ki, bunun məhlulu tez bərkiyir və daha çox
davamlı olur. Bundan başqa, həmin əhəngin istehsalında itki hidrat əhəng
istehsalında olan itkidən xeyli az olur.
14
Havada bərkiyən əhəngin keyfiyyət şərtləri.
Havada bərkiyən əhəng keyfiyyətjə 1-ji, 2-ji və 3-jü sorta ayrılır. Əhəng
kəsəyinin sortu onun tərkibində olan kalsium və maqnezium oksidinin miqdarından
(bunlar nə qədər az olsa, əhəngin sortu da o qədər aşağı olur) və söndürülən zaman
çıxan əhəng xəmirinin sönməmiş zərrələrinin miqdarından asılıdır. Hidrat əhəngin
və döyülmüş əhəngin sortu onun tərkibində olan kalsium və maqnezium
miqdarından və habelə, əhəngin narın döyülməsindən (nə qədər iri hissəjiklər çox
olsa, o qədər əhəngin sortu da aşağı olur) asılıdır. Döyülmüş halda olan sönməmiş
əhəng sortlara ayrılmır.
Inşaat gipsi.
Inşaat gipsinə yanlış olaraq tijarətdə alebastr deyilir. Inşaat gipsi 200
0
temperaturdan yuxarı yandırılan təbii gips materialından ibarətdir.
Inşaat gipsi tijarətə, adətən döyülmüş, ağ, əldə yağlı hiss olan toz halında
gətirilir. Inşaat gipsinin əsas tərkib hissəsi kalsium 2-sulfatdan ibarətdir.
Inşaat gipsi çox tez bərkiyir. Inşaat gipsi 30 dəqiqədə tamamilə bərkiyir, ona
görə də xalis gips müxtəlif elektromontac işlərində tətbiq edilir. Bununla bərabər,
inşaat gipsinin suya qarşı davamı və mexaniki davamı azdır. Bununla əlaqədar
olaraq, inşaat işində, o jümlədən taxtapuş işlərində inşaat gipsi, adətən əhənglə və
digər materiallarla qatışıq tətbiq edilir.
Keyfiyyətjə inşaat gipsi 1-ji və 2-ji sortlara ayrılır. Gipsin sort bölgüsü
gipsin narınlığından və onun nümunəsinin sıxılmağa davamından asılıdır.
Hidravlik əhəng.
Hidravlik əhəng 900-1000
0
temperaturda əhəng daşından yandırılıb əldə
edilən materialdır. Gil maddəsi çox (15-20%) olan əhəng daşını yandıranda qüvvəli
hidravlik əhəng, gil maddəsi az olan əhəng daşı yandırılanda isə zəif hidravlik
əhəng əldə edilir. I
Hidravlik əhəng satışa, əksəriyyətlə toz halında gətirilir. Hidravlik əhəng su
təsiri ilə rast gələn binaların bünövrəsinə, habelə havada bərkiyən əhəng yerinə
diva rvə taxtapuş üçün işlənir. Bərkiyən zaman hidravlik əhəng havada bərkiyən
15
əhəngə nisbətən az miqdarda su buraxır və ona görə də binanın divarları daha tez
quruyur.
Hidravlik əhəng sortlara bölünmür.
Sement. Sementin çeşidi.
Sement ən çox yayılmış hidravlik bərkidiji materialdır. Sement sənayesi
tərəfindən çox müxtəlif növdə sementlər buraxılır. Bunlardan tijarət şəbəkəsinə
gətirilən portlandsement, ağ portlandsement, şlak-portlandsement, sulfat-şlak
sement və romansement adlı sementlərdir.
Portlandsement – narın döyülmüş klinkerdən alınan materialdır. Klinker isə
1450 dərəjəyə yaxın temperaturda yandırılmış merqellərdən, yaxud əhəng daşı (75-
78%) ilə gil materiallarının (22-25%) süni qarışığından ibarətdir. Sement boz
rəngli, bəzən də yaşıla çalan tozdur.
Portlandsement dörd markada buraxılır: «300», «400», «500» və «600». Bu
rəqəmlər sement məhlulu hazırlanan gündən etibarən 28 gündən sonra sement
nümunəsinin sıxılmağa qarşı son davamını (kq/sm
2
) göstərir.
Portlandsement geniş miqdarda beton və dəmir-beton işlərində tətbiq olunur.
Dəniz suyunun və minerallaşmış suların təsirinə rast gələsi hallarda, habelə axar
şirin suların və güjlü təzyiqlə verilən suların təsiri altında olan hallarda
portlandsementin tətbiq edilməsi məsləhət görülmür.
Ağ portlandsement – portlandsementin bir növünü təşkil edir. Bu,
tərkibində az miqdarda dəmir olan klinkerdən hazırlanır.
Ağlığının dərəjəsinə görə bu sement üç sorta (BS-1, BS-2, BS-3) və sıxanda
son davamına görə isə markalara («250», «300», «400») bölünür.
Ağ portlandsement, başlıja olaraq arxitektur-bəzək, heykəltaraşlıq və
rəngsazlıq işlərində, habelə inşaat detallarının hazırlanması üçün tətbiq edilir.
Şlak – portlandsement adi portlandsementdən tərkibindəki 20-dən 85%-
dək olan narın döyülmüş domna şlakı ilə fərqlənir. Bu sement dörd markada
(«250», «300», «400» və «500») buraxılır.
16
Şlak portlandsementi portlandsementə nisbətən minerallaşdırılmış sulara
qarşı daha davamlı olmaqla polad armaturası ilə yaxşı bərkiyir və onu
paslandırmır. Bu sement beton və dəmir-beton işlərində tətbiq edilir.
Sulfat-şlak sementi – domna şlakı (çəki etibarilə ən azı 80%), qips və bəzən
digər materialların qarışdırılıb döyülmüş məhsulundan ibarətdir. Bu sement dörd
markada («100», «150», «200», «250») buraxılır.
Sulfat-şlak sementinin minerallaşdırılmış sularına qarşı davamı şlak-
portlandsementinə nisbətən daha yuxarıdır. Bununla əlaqədar olaraq sulyat-şlak
sementi dəniz suyunda tikilən hidravlik qurğularda və çox minerallaşdırılmış
suların təsiri altında olan yeraltı qurğularda tətbiq edilir.
Romansement – 800-1100
0
temperaturda bişinjə yandırılmış təbii
merqellərdən, yaxud əhəng daşı ilə kilin süni qarışığından narın döyülüb alınan
materialdır. Romansement portlandsementdən ujuzdur, lakin davamlıq jəhətjə
ondan aşağıdır. Romansement üç markada («25», «50» və «100») buraxılır.
Romansement qurğuların yerüstü və yeraltı hissələrinin hörülməsində, habelə aşağı
markalı beton hazırlanması üçün tətbiq edilir.
Sementin keyfiyyət şərtləri.
Sementlər hamısı sortlara bölünmədən satışa buraxılır.sementlərin əsas
keyfiyyət göstərijiləri narınlıq dərəjəsindən, bərkiməsinin başlanması və
qurtarması vaxtından və sıxan zaman son davamından ibarətdir. Bu göstərijilər hər
sement üçün standartda dərj edilir. Məsələn, portlandsement üçün standartda
göstərilmişdir ki, 90 nömrəli (hər 1 sm
2
sahəsində 4900 deşiyi olan) ələkdə ələyən
zaman sementin ən azı 85 faizi keçməli, bərkiməsi 45 dəqiqədən sonra başlamalı
və ən gej 12 saatdan sonra qurtarmalı və sıxan zaman son davamı sementin
markasına müvafiq gəlməlidir.
Inşaatda yapışdırıjı materiallar əsasında çoxlu müxtəlif məmulat hazırlanır
və bunların da çeşidi ildən-ilə genişlənir.
Bu məmulatdan hazırda ən çox rast gələn silikat kərpiji, sement-qum
kirəmiti, asbestsement məmulatı, quru suvaq və gips bəzəkləridir.
17
Silikat kərpiji kvars qumu (92-94%) və sönmüş əhəng (6-8%) qatışığından
ibarət olaraq qəliblənib, sonra isə davam kəsb etməsi üçün tiyanlarda buğa verilib
hazırlanır. Belə kərpij düz paralelepiped formasında 250x120x65 mm ölçüdə olur.
Sıxanda son davamına görə silikat kərpiji «200», «150», «125», «100» və «75»
işarəli markalara bölünür. Silikat kərpiji bina tikintisində (hamam və paltaryuyan
binalardan başqa) divar materialı yerində tətbiq edilir. Özül, soba və boru üçün
silikat kərpiji yaramır, çünki uzun müddət sürən rütubət və yüksək temperatur
təsiri altında bu kərpij dağılır.
Sement-qum kirəmiti ujuz və uzun vaxt xidmət edən dam örtüyü
materialıdır. Kirəmitin qüsur jəhəti onun çəkisinin ağır olmasıdır.
Asbestsement məmulatı.
Asbestsement məmulatı asbest (20 faizədək) və portlandsementin su ilə
qarışdırılıb bərkidilməsi nətijəsində alınan məmulatdan ibarətdir.
Bu məmulata müəyyən rəng (qırmızı, yaşıl və i.a.) vermək üçün həmin
tərkibə piqment qatılır. Asbestsement məmulatı bir sıra müsbət xassələrə malikdir.
Bunlar yüngüldür, oddan qorxmur, pas tutmur, boya tələb etmir və uzun müddət
xidmət edir. Asbestsement məmulatının qüsur jəhəti odur ki, zərbə yə qarşı
müqaviməti azdır və özünün də əyilmək ehtimalı vardır.
Asbestsement məmulatının çeşidi çox zəngindir. Bunlardan ən çox rast gələn
dam örtüyü materiallarıdır (lövhə, dalğalı vərəq, yarımdalğalı vərəq, dambeli və s.
detallar) ki, bunlara da adətən şifer deyilir.
Yastı dam örtüyü lövhələri aşağıdakı üç tipdə hazırlanır:
1. Iki bujağı kəsik sıra-kvadrat formalı lövhə (marka PK-1). Bu lövhə əsas
növ sayılır.
2. Damın kənarının aşağı xəttinə düzülən beşbujaqlı kənarlıq lövhə (marka
PK-2).
3. Damın kənarlarını tərtibə salan iki bujağı kəsik düzbujaq formalı friz
lövhəsi (marka PK-3).
Hər lövhədə mismar və kütləyə qarşı düymə üçün deşiklər açılır.
18
Lövhələrə aid dambeli məmulatı təknə formasında olmaqla damın pipiyini
örtmək üçün tətbiq edilir. Bunların bir uju digərindən bir qədər enli olur.
Dalğalı vərəqlər asbestsement dam örtüyü materialları içərisində ən çox rast
gələndir. Bunlar adi profili (marka BO) və qalın profili (marka BU) vərəqlərə
bölünür.
BO markası daşıyan dalğalı vərəqlər ən çox yayılmışdır, bunlar, adətən, 6
dalğadan (örtən və örtülən kənarları da daxil olmaqla) ibarətdir. Lakin 4-5 dalğalı
vərəqlərə də rast gəlir. Dalğalı vərəqlər boyaqsız, habelə qırmızı, sarı, yaşıl və s.
rənglərdə buraxılır.
BU markası daşıyan dalğalı vərəqlər BO markalı vərəqlərdən qalın və iri
olur. Dalğalı vərəqlərin detalları dambeli, bujaqlıq və novçalardan ibarətdir.
Yarımdalğalı vərəqlər dalğalı vərəqlərdən fərqlidir. Bunların ortadan bir
dalğası olur və vərəqin uzunu boyunja kənarları qatlanır. Yarımdalğalı vərəqlər də
dalğalı vərəqlər kimi boyaqsız və qırmızı, sarı, yaşıl və qara rənglərdə buraxılır.
Yarımdalğalı vərəqlər dalğalı vərəqlərə nisbətən az rast gəlir.
Asbestsement borular təyinat etibarilə su borularına (ən çox rast gələn) və
kanalizasiya borularına ayrılır.
Su boruları dörd markada (BT-3, BT-6, BT-9 və BT-12) buraxılır. Burada
rəqəmlər borunun hesablandığı hidravlik təzyiq kəmiyyətini göstərir. Həmin
boruların uzunluğu 3-4 m, daxili diametri isə 50 mm və daha çox olur.
Kanalizasiya boruları iki markada (KM-qolbaqlı boru və KM-gen ağız boru)
buraxılır.
Qolbaqlar (muftalar) su borularının və KM markalı kanalizasiya borularının
birləşdirilməsi üçün tətbiq edilir. Bunlar da müxtəlif markalarda buraxılır.
Quru suvaq (üzlük gips vərəqləri). Bu məmulat inşaat gipsindən hazırlanıb
kartonla möhkəm birləşdirilmiş lövhələrdən ibarətdir. Quru suvaq qalınlığına (8
mm və 10 mm) və ölçüsünə görə (uzunluğu 2700, 2900 və 3300 mm, eni 1200
mm) bölünür.
19
Gips bəzəkləri.
Bunlar karnizdən, tavan rozetkasından və inşaatda tətbiq edilən mürəkkəb
formalı digər məmulatdan ibarətdir.
Asbestsement məmulatının keyfiyyət şərtləri.
Quru suvaq və gips bəzəkləri keyfiyyət etibarilə 1-ji və 2-ji sortlara bölünür.
Həmin qrupa aid sair məmulat msə sortlara ayrılmır. Quru suvağın və gips
məmulatının sortu zahiri görünüşdəki qüsurlardan (formasının əyri olması,
kənarlarının zədələnməsi və s.) asılıdır.
Məmulatın forması düzgün, kənarları düz və hamar, səthi isə üz tərəfdən
hamar olmalıdır. Bu məmulatda çat rast gəlməməlidir. Yastı lövhələr ən çox 18%,
bütün yerdə qalan digər məmulat isə ən çox 30% su hopdurmalıdır. Asbestsement
məmulatı 25 dəfə dondurulub 25 dəfə də dondan azad edilə bilməlidir.
Portlandsementin xüsusi növləri.
Aşağıda izah etdiyimiz portlandsementin növləri, adi portlandsementdən
fərqli olaraq, tamamilə müəyyən və xüsusi xassələrə malikdir. Bu xassələr,
sementin tərkibini və texnologiyasını dəyişdirmək, habelə müxtəlif əlavələr
qarışdırmaqla əldə edilir.
Sulfatlara davamlı portlandsement.
Sulvatlara davamlı portlandsement almaq üçün sement klinkerində
sulfatlarla əlaqəyə girən üçkalsiumlu alüminatın miqdarını azaltmaq lazımdır.
Klinkerdə 3CaOAl
2
O
3
tamamilə olmadıqda, «sement basili» əmələ gələ
bilmədiyindən, belə sement sulfatlı sularda davamlı olacaqdır. Buna görə də
sulfatlara davamlı sement almaq üçün götürülən klinkerdə 3CaOSiO
2
– 50%dən,
3CaOAl
2
O
3
5%-dən və 3CaOAl
2
O
3
+ 4CaOAl
2
O
3
Fe
2
O
3
– 22%-dən çox
olmamalıdır. Belə tərkibli portlandsement klinkerinin üyüdülməsindən alınan
sementə sulfatlara davamlı portlandsement deyilir. Bu sementə aktiv və ya inert
mineral əlavələr qarışdırılmamalıdır.
Dəniz sularında olan beton və dəmir-beton konstruksiyalar, səviyyəsi
dəyişilə bilən su içərisindəki başqa tikintilər üçün həmin sementdən istifadə
20
olunur; çünki belə tikintilər dəfələrlə donu rvə donu açılır, yaxud dəfələrlə
nəmlənmə və qurumaqla bərabər sulfatlı suların təsirinə məruz qalır.
Sulfatlara davamlı portlandsementin markaları 300 və 400-dür.
Plastikləşdirilmiş portlandsement.
Adi portlandsement klinkeri ilə plastikləşdirici əlavələrin birlikdə
üyüdülməsindən alınan sementə plastikləşdirilmiş sement deyilir. Plastikləşdirici
əlavə kimi spirt sənayesində tullantı halında alınan sulfat-spirt bardası (SSB)
konsentratından istifadə olunur və bu əlavə sementin çəkisinin 0,15-0,25%-i
miqdarında götürülür. Sulfit-spirt bardası aktiv səthli maddə olduğundan sement
dənəciklərinin üzündə adsorbsiya xassəli pərdələr əmələ gətirir. Buna görə də belə
sementdən hazırlanan beton və məhlulların plastikliyi yüksək olur.
Plastikləşdirilmiş sement işləndikdə, su-sement nisbətini azaltmaq
mümkündür. Bu, betonun möhkəmliyini artırır, ya da sərf olunan sementin
miqdarını 8-10% azaltmaq imkanı verir. Plastikləşdirilmiş portlandsementdən
hazırlanan betonun su keçirməsi azalır, şaxtaya və sulfatlara davamlı artır.
Tikinti yerində beton və məhlul hazırladıqda, onların plastikliyini artırmaq
məqsədilə, plastikləşdirici əlavə qarışdırmaq da mümkündür.
Plastikləşdirilmiş sement əvvəllər bir qədər yavaş bərkiyir, lakin sonralar
nəzərdə tutulan möhkəmliyi əldə edir.
Plastikləşdirilmiş sementin markaları adi portlandsementinki kimidir.
Hidrofob portlandsement.
Adi portlandsement klinkeri ilə aktiv səthli hidrofob əlavələrin birlikdə
üyüdülməsindən alınan sementə hidrofob portlandsement deyilir. Hidrofob əlavə
olaraq asidollar, asidol-mılonaft, mılonaft və olein turşusu sementin çəkisinin 0,06-
0,30%-i miqdarında götürülür.
Hidrofob əlavələrin ən xırda hissəcikləri sement dənəciklərinin üzündə
adsorbsiya xassəli pərdə əmələ gətirir. Həmin pərdə sementin su ilə islanma
qabiliyyətini azaldır və bununla onu nəm şəraitdə daşıdıqda və ya uzun müddət
saxladıqda xarab olmaqdan qoruyur.
21
Hidrofob maddələr eyni zamanda plastikləşdirici qabiliyyətə malikdir. Buna
görə də hidrofob sement, adi sementə nisbətən az su tələb edir və beləliklə, beton
və məhlul hazırladıqda sərf olunan hidrofob sementin miqdarını 10-12% azaltmaq
və daha plastik beton almaq mümkün olur. Hidrofob sement betonun şaxtaya
davamlılığını və su keçirməzliyini artırır.
Hidrofob sement 5 dəq ərzində özünə su hopdurmamalıdır.
Hidrofob sementin markaları eynilə adi portlandsementin markaları kimidir.
Həmin sementin texnologiyası M.I.Xiqeroviç və B.Q.Skramtayev tərtib etmişlər.
Tezbərkiyən portlandsement.
Beton və dəmir-beton yığma konstruksiyalar istehsalının artması ilə əlaqədar
olaraq adi şəraitdə 1-2 gündən sonra yüksək möhkəmlik əldə edə bilən betonlar
hazırlamaq lazım gəlir. Bu tələbləri kifayətləndirmək üçün tezbərkiyən
portlandsement istehsal olunur.
Portlandsement klinkerinin üyüdülməsindən alınan və birinci 3 gün ərzində
möhkəmliyini intensiv surətdə artıran sementə tezbərkiyən portlandsement deyilir.
Tezbərkiyən portlandsement almaq üçün tərkibində 50-60% üçkalsiumlu
silikat və 8-10% üçkalsiumlu alüminat olan klinkeri götürərək, üyütdükdə 5%-ə
qədər yarımyulu gips əlavə edilməsi məsləhət görülür.
Həmin sementin xassələrini nizama salmaq üçün üyütdükdə 10%-ə qədər
aktiv mineral əlavələr və 15%-ə qədər tezsoyudulmuş domna posası əlavə
edilməsinə yol verilir.
1:3 nisbətli məhluldan hazırlanan nümunələrin 3 gün bərkidikdən sonra
əyilmədə möhkəmlik həddi 40 kQ/sm
2
-dən, sıxılmada möhkəmlik həddi isə 250
kQ/sm
2
-dən az olmamalıdır.
Sementin bərkiməsini sürətləndirməkdə onun narın üyüdülməsi böyük
əhəmiyyətə malikdir. Bu məqsədlə tezbərkiyən sementin məxsusi səthi 3500-4000
sm
2
/q olmalıdır.
22
Orta eksotermiyalı portlandsement.
Bu sement adi portlandsementə nisbətən az eksotermiyalı, bir qədər yüksək
sulfatlara davamlı olub, ilk vaxtlar tədricən bərkiyir.
Orta eksotermiyalı portlandsementi hazırlamaq üçün klinkerin tərkibində
üçkalsiumlu silikat 50%-dən, üçkalsiumlu alüminat 8%-dən çox olmamalıdır. Bu
sementə aktiv və inert mineral əlavə olunmamalıdır.
Orta eksotermiyalı portlandsement, şirin və ya zəif minerallı sularda
dəfələrlə donan və donu açılan şəraitdə olan kütləvi hidrotexniki tikililərin xarici
beton və dəmir-beton konstruksiyalarını hazırlamaq üçün işlədilir. Həmin sementin
markaları 300 və 400-dür.
Avtomobil yolları və aedromlar üçün portlandsement.
Həmin sement adi, plastikləşdirilmiş və hidrofob sementlərin bir növü
olaraq, bunun klinkerində üçkalsiumlu aluminatın miqdarı 10%-dən çox
olmamalıdır. Klinkeri üyütdükdə ona sementin çəkisindən 15%-ə qədər tez
soyudulmuş domna posası əlavə etmək olar. Bu sementin tutma başlanğıcı 2
saatdan tez olmamalıdır.
Sementin markası birqatlı və ikiqatlı yol örtükləri üçün 400-dən,
təkmilləşdirilmiş örtüklərin əsası üçün 300-dən az olmamalıdır.
Dekorativ portlandsement.
Dekorativ portlandsementlərə ağ sement və onun əsasında hazırlanan əlvan
sementlər aiddir. Ağ portlandsement tərkibində az miqdar dəmir olan ağ sement
klinkerinin ağ aktiv əlavə, məsələn, ağ diatom torpağı və lazımi qədər gipslə
birlikdə üyüdülməsindən alınır. Ağ sement klinkeri almaq üçün tərkibində 0,4-
0,5%-dən az dəmir oksidi olan xammaldan istifadə edilir. Xammal elə rejimdə
yandırılır ki, dəmirin rəngləyici təsiri aradan qaldırılır.
Ağ portlandsementin markaları: 300-400 və 500-dür.
Ağlıq dərəcəsindən asılı olaraq ağ portlandsement 3 növə bölünür: əla, BS-I
və BS-II.
23
Müxtəlif növlü sementlərin azlığı, barium sulfatın (BaSO
4
) ağlığına nisbətən
parlaqlıq əmsalı ilə müəyyən edilir. Ayrı-ayrı növ sementlər üçün parlaqlıq əmsalı
aşağıda göstərilən kimi olmalıdır (ən azı, %-lə).
Əla növlü sement üçün
- 80
BS-I
- 76
BS-II
- 72
Ağ portlandsement klinkerini işığa və qələvilərin təsirinə davamlı mineral
boyaqlarla – piqmentlərlə birlikdə üyütməklə əlvan portlandsementlər alınır. Əlvan
sementlərə verilən tələblər adi portlandsementlərə verilən tələblərlə eynidir.
Ağ və əlvan portlandsementlər memarlıq bəzək işlərində müxtəlif üzlük
materialları istehsal etdikdə istifadə olunur.
Dostları ilə paylaş: |