Sönməmiş əhəngin tərkibindəki aktiv oksidlərin miqdarının təyini
Sönməmiş əhəngin tərkibindəki CaO və MgO miqdarını təyin etmək üçün 4-
5 q narın döyülmüş sönməmiş əhəngdən xəmir hazırlanır. Normal qatılıqlı əhəng
xəmirindən 1-2 q konusvari kolbanın içərisinə yerləşdirib üzərinə 150 ml distillə
suyu əlavə edərək kolbanın ağzını saat şüşəsi ilə örtürlər. Kolbanı qaz lampası
üzərində 5 dəqiqə müddətində qızdırırlar.
Çalışmaq lazımdır ki, məhlulun qaynaması 3 dəqiqə çəksin. Sonra kolbaya
2-3 damcı 1%-li fenolftalein spirtinin məhlulundan əlavə edirlər. Belə məhlul
qələvi mühitdə çəhrayı rəng verir.
Əgər 4 dəqiqə keçəndən sonra çəhrayı rəng görünməzsə, titrləmə başa
çatmış hesab olunur.
T
K
X
280
- titrlənməyə sərf olunan turşu məhlulunun miqdarı.
T – əhəng xəmirinin kütləsi.
K – əlavə titrləmə üçün sərf olunan turşu məhlulu.
48
5. MINERAL YAPIŞDIRICI MATERIALLARIN QABLAŞDIRILMASI,
DAŞINMASI VƏ SAXLANMASI
Bütün mineral yapışdırıcı materiallar bir qayda olaraq çəkisi 48x2 kq olan 4-
5 qat kağızdan hazırlanmış kisələrə, yaxud çəkisi 1550 kq olan boçkalara
doldurulur.
Yapışdırıcı materiallar alıcılara müşayiətedici pasportları olan partiyalarla
çatdırılır. Pasportda hazırlayıcı müəssisənin adı, onun markası, partiyanın nömrəsi
və kütləsi, qatışıqların növü və miqdarı, materialın keyfiyyət sınaqlarının
nəticələri, nəqliyyat sınaqlarının nəticələri, nəqliyyat vasitəsinin nömrəsi və yükün
göndərildiyi tarix yazılır. Lazım olduqda malgöndərən 37 və 28 gündən sonra
mineral yapışdırıcıların keyfiyyəti haqqında məlumatı alıcıya verə bilər.
Mineral yapışdırıcı materiallar xüsusi etiketlərlə markalanır və burada onu
hazırlayan zavodun adı, maddənin adı, markası, çeşidi, çəkisi, hazırlandığı tarix və
buraxılma nömrəsi göstərilir.
Yapışdırıjı inşaat materialları markalananda tarasına etiket, yaxud birka
asılıb istehsal edən müəssisənin adı və həmin materialları xarakterizə edən bütün
digər məmulat (adı, markası, sortu və i.a.) göstərilir.
Silikat kərpiji markalanmır, yapışdırıjı materiallar üzərində hazırlanmış digər
məmulata isə istehsal edən zavodun adı və sort işarəsi (sorta bölünən məmulatı)
vurulur.
Topa şəkildə olan söndürülməmiş əhəng, adətən kisəsiz, yəni qalaq şəklində
örtülü dəmiryolu vaqonlarında daşınır. Hidrat əhəngi kağız kisələrə doldurulub
konteynerlərdə, yaxud xüsusi sement nəqliyyatında daşınır.
Döyülmüş, lakin söndürülməmiş halda olan əhəng xüsusi hermetik metal
konteynerlərdə, yaxud kağızdan bitumlaşdırılmış kisələrdə daşınır.
Inşaat gipsi kisəsiz olaraq örtülü vaqonlarda, yaxud konteynerlərdə, sement
isə kağız kisələrdə (50 kq), yaxud boçkalarda (155 kq), bəzən də konteynerlərdə və
kisəsiz daşınır.
49
Hər göndərilən sement kütləsinə zavod tərəfindən malalan təşkilata pasport
verilir. Həmin pasportda göndərilən sementə dair bütün lazımi məlumat yazılır.
Asbestsement lövhəjikləri daşınan zaman böyrü üstündə, vərəqlər isə qalaq
şəklində yığılır və elə bərkidilir ki, bir-birinə, yaxud vaqonun və gəminin
divarlarına toxunmasın. Dambeli məmulat paçkalara bağlanıb ştabel şəklində
yığılır, yenə burada da məmulatın bir-birinə toxunmasına yol verilməməlidir.
Əhəng, gips və sement örtülü anbarlarda saxlanmalı və rütubətdən
qorunmalıdır. Çünki rütubət bu materialları tamamilə yaramaz hala gətirə bilər.
Bu materialları uzun müddət saxlamaqdan qaçınmalıdır. Sement dolu kisələr
yaprıxmasın deyə, ən çox 120 sm ujalıqda ştabellərə yığılmalıdır.
Nəzərdə saxlamalıdır ki, söndürülməmiş əhəng yaş dəriyə toxunduqda onu
yandıra bilər. Bu jəhətdən söndürülməmiş əhəngə yalın əl ilə toxunmamalıdır.
Poroşokvarı əhənglə işləyən zaman qoruyuju respirator (maska) tətbiq edilməsi
məsləhət görülür.
Kərpij və kirəmit – açıq meydançada, yaxud talvar altında, asbestsement
məmulatı – talvar altında, yaxud örtülü binalarda quru suvaq və gips bəzəkləri isə
yalnız örtülü quru binalarda saxlanmalıdır.
Yapışdırıcı mineral maddələr qablaşdırılmış halda, yaxud açıq daşınır. Ən
səmərəli nəqliyyat vasitəsi konteyner, yaxud xüsusi vaqonlar və sement
avtomaşınlarıdır. Çünki bunlarda yapışdırıcı materiallar rütubət çəkmir, itkiyə yol
verilmir, onların keyfiyyəti aşağı düşmür.
Yapışdırıcı materialların uzun müddət saxlanması zamanı, hətta yuxarıda
qeyd olunan şəraitlərdə belə, tədricən keyfiyyətinin aşağı düşməsi prosesi
(aktivliyin itməsi) baş verir. Buna görə də standartlarda yapışdırıcı materialların
müxtəlif nümunə üçün yol verilən saxlama müddəti müəyyən edilir. Belə ki, iri
kisələr söndürülməmiş əhəngin keyfiyyətini aşağı salır. Belə əhəngin saxlama
müddəti 30 gün, toz halında olan, kağız kisələrdə qablaşdırılmış söndürülməmiş
əhəngin saxlama müddəti 15 gündən çox olmamalıdır. Inşaat gipsi 3 aydan artıq
saxlanıldıqda aktivliyini 30% itirir.
50
Havada bərkiyən və hidravlik yapışdırıcı materiallar anbarlarda sortuna və
markasına görə ayrıca saxlanılmalıdır. Hər bir anbara üzərində materialın markası,
hazırlandığı zavodun adı və saxlama müddəti olan markalar vurulur.
Bəzi mineral yapışdırıcı materiallar qələvilik xassəsi ilə xarakterizə edilir və
dəriyə, gözə düşən zaman yanıqlar əmələ gətirir. Buna görə də belə materiallarla
işləyən zaman təhlükəsizlik tədbirləri görülməlidir.
51
NƏTICƏ VƏ TƏKLIFLƏR
Yapışdırıcı materiallar müasir tikintinin əsas materialı olub, müxtəlif
betonların, bütün mümkün olan tikinti məmulatlarının konstruksiyaları və
qurğuların, həmçinin suvaq məhlullarının hazırlanması məqsədilə geniş tətbiq
edilir. Mineral yapışdırıcı maddələr inşaatda geniş istifadə edilir. Mineral
yapışdırıcıların ekspertizası çox böyük diqqət tələb edir. Mineral yapışdırıcı nə
qədər keyfiyyətli olsa belə, onun keyfiyyətinin qorunub saxlanılmasında
daşınmasının və qablaşdırılmasının böyük əhəmiyyəti var.
Mineral yapışdırıcı materialların əsas göstəricilərinə onların fiziki-mexaniki
xassə göstəriciləri aiddir. Buraya xüsusi çəki, narınlıq, normal qatılıq, tutuşma
müddəti, sıxılmaqda möhkəmlik həddi, həcmi bərabərlik və s. kimi xassələr
daxildir. Mineral yapışdırıcı materialların keyfiyyətli olması üçün qeyd olunan bu
göstəricilər tələb olunan normaya malik olmalıdır. Bütün mineral yapışdırıcı
materiallar bir qayda olaraq çəkisi 48x2 kq olan 4-5 qat kağızdan hazırlanmış
kisələrə, yaxud çəkisi 1550 kq olan boçkalara doldurulur.
Yapışdırıcı materiallar alıcılara müşayiətedici pasportları olan partiyalarla
çatdırılır. Pasportda hazırlayıcı müəssisənin adı, onun markası, partiyanın nömrəsi
və kütləsi, qatışıqların növü və miqdarı, materialın keyfiyyət sınaqlarının
nəticələri, nəqliyyat sınaqlarının nəticələri, nəqliyyat vasitəsinin nömrəsi və yükün
göndərildiyi tarix yazılır. Lazım olduqda malgöndərən 37 və 28 gündən sonra
mineral yapışdırıcıların keyfiyyəti haqqında məlumatı alıcıya verə bilər.
Yapışdırıcı materialların uzun müddət saxlanması zamanı, hətta yuxarıda
qeyd olunan şəraitlərdə belə, tədricən keyfiyyətinin aşağı düşməsi prosesi
(aktivliyin itməsi) baş verir. Buna görə də standartlarda yapışdırıcı materialların
müxtəlif nümunə üçün yol verilən saxlama müddəti müəyyən edilir. Belə ki, iri
kisələr söndürülməmiş əhəngin keyfiyyətini aşağı salır. Belə əhəngin saxlama
müddəti 30 gün, toz halında olan, kağız kisələrdə qablaşdırılmış söndürülməmiş
52
əhəngin saxlama müddəti 15 gündən çox olmamalıdır. Inşaat gipsi 3 aydan artıq
saxlanıldıqda aktivliyini 30% itirir.
Havada bərkiyən və hidravlik yapışdırıcı materiallar anbarlarda sortuna və
markasına görə ayrıca saxlanılmalıdır. Hər bir anbara üzərində materialın markası,
hazırlandığı zavodun adı və saxlama müddəti olan markalar vurulur.
Bəzi mineral yapışdırıcı materiallar qələvilik xassəsi ilə xarakterizə edilir və
dəriyə, gözə düşən zaman yanıqlar əmələ gətirir. Buna görə də belə materiallarla
işləyən zaman təhlükəsizlik tədbirləri görülməlidir.
Buraxılış işindən məlum oldu ki, mineral yapışdırıcı maddələrin çeşidi və
tətbiq sahələri çox genişdir. Onun ekspertizası çox çətin və məsuliyyətlidir. Bütün
bunları nəzərə alaraq aşağıdakı təklifləri irəli sürməyi məqsədyönlü hesab edirəm.
1. Respublikamızda fəaliyyət göstərən mineral yapışdırıcı istehsal edən
zavodlara ekspertlər cəlb olunsun ki, onlar istehsaldan tutmuş qablaşdırmaya kimi
bütün proseslərdə iştirak etsinlər. Burada məqsəd ondan ibarətdir ki, təyinat
yerində mal açılıb yoxlanılmasın. Çünki bu prosesin aparılması, yəni malın
yoxlanılması mal itkisinə gətirib çıxarır.
2. Malı istehsal edən müəssisənin verdiyi zəmanətdən başqa, ekspertin
verdiyi keyfiyyət şəhadətnaməsi malı müşayiət etsin.
3. Əgər ekspertin verdiyi sənədlər standarta uyğun deyilsə, onlar öz işləri
üçün cavabdehlik daşısınlar.
4. Mineral yapışdırıcı maddələr xüsusiləşdirilmiş mağazalarda satılmalıdır.
Həmin yerdə nəmliyin və temperaturun göstəricilərinə əməl olunmalıdır.
5. Üzərində tarixi olmayan malların satışına icazə verilməsin.
6. Hər bir mağazada şərait yaradılsın ki, müəyyən dəqiqələr ərzində
yoxlanması mümkün olan mallar elə oradaca yoxlanılsın.
53
ƏDƏBIYYAT
1. Həsənov Ə.P. və b. Qeyri-ərzaq mallarının ekspertizası. 2006.
2. Həsənov Ə.P. və b. Ekspertizanın nəzəri əsasları. 2003.
3. Həsənov Ə.P. və b. Qeyri-ərzaq mallarının əmtəəşünaslığı. 2000.
4. Həsənov Ə.P. və b. Qeyri-ərzaq mallarının laboratoriya tədqiqatı. Bakı.
2000.
5. Bədəlov A.H. Inşaat materialları. Azərneftnəşr. Bakı, 1958.
6. Акимов И.У. Товароведение промышленного сырья и материалов.
Ташкент. Укитувчи. 1989.
7. Алексеев Н.С., Орлов Д.М., Рязанов М.Д. Товароведение
промышленных товаров. Товары металлические, строительные и
древесные. М.: Госторгиздат. 1959.
8. Алексеев Н.С. и др. Товароведение промышленных товаров.
Руководство к лабораторным и практическим занятиям по
товароведению промышленных товаров. М.: госторгиздат. 1961.
9. Алексеев Н.С. Товароведение мебельных и строительных товаров.
М.: Экономика. 1968.
10. Алексеев Н.С., Орлов Д.М., Рязанов М.Д. Товароведение
промышленных товаров.
11. Алексеев Н.С., Зайцев В.Г., Палладов С.С. Введение и
товароведение промышленных товаров. М.: Экономика. 1967.
12. Алексеев
Н.С.
Товароведение
хозяйственных
товаров.
М.:
Экономика.
13. Брозовский Д.И. и др. Товароведение промышленных товаров.
Пластические массы, хозяйственные и строительные товары. М.:
Экономика. 1979.
14. Воробьев В.А. Строительные материалы. М.: 1960.
15. Воробьев В.А. Строительные материалы. М.: Высшая школа. 1962.
54
16. Воробьев В.А. Лабораторный практикум по обдщему курсу
строительных материалов. М.: 1968.
17. Гурфинкель И.Е., Бойка Д.Я., Иванков И.Д. Товароведение
силикатных, мебельных, строительных товаров. М.: 1964.
18. Комар А.Г. Строительные материалы и изделия. М.: Высшая школа.
1983.
19. Эфенди М.А. Справочник по природным строительным материалам.
Азнефтиздат. Баку. 1954.
20. Материаловедение. Под ред. Арзамасова Б.Н. М.: Машиностроение.
1986.
21. Скрамтаев Б.Г. и др. Строительные материалы. М.: 1954.
22. Соколов П.Н. Технология асбестоцементных изделий. М.: 1960.
23. Слободяник И.Я. Строительные материалы и изделия. Киев.
Будивильник. 1966.
24. Технология важнейших отраслей промышленности. Под ред.
Ченцова И.В. Минск. Вышейша школа. 1977.
25. Попов Л.Н. Лабораторные испытания строительных материалов и
изделий. М.: Высшая школа. 1966.
26. Шейкин А.Е. Строительные материалы. М.: Стройиздат. 1978.
27. Юнг В.Н. и др. Технология вяжущих веществ. М.: Промстройиздат.
1952.
Dostları ilə paylaş: |