Fakültə: Filologiya İxtisas: Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası Fənn



Yüklə 152,93 Kb.
səhifə21/25
tarix02.01.2022
ölçüsü152,93 Kb.
#35191
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   25
dərs vəsaitlərii

Şəkillər və tablolar. Azərbaycan dili dərslərində,xüsusilə yazıya həsr edilmiş dərslərdə əyani vasitə kimi şəkil və tablolardan geniş istifadə edilir.Belə şəkil və tabloların məzmununa və nəfis hazırlanmasına xüsusi diqqət yetirilməlidir.

İnformasiya kommunikasiya texnologiyalarından (İKT) və texniki təlim vasitələrindən (TTV) istifadə

Əyanilik,texniki təlim vasitələrindən istifadə həmişə təlimin müsbət istiqamətdə inkişafına təsir etmişdir.Amma bu gün elm və texnikanın sürətli inkişafı zaman-zaman məktəbə,təlimə xidmət etmiş texniki vasitələri (diaproyektor,diopozitiv,öyrədici TTV-lər,valçaldılan,maqnitafon,qrafaproyektor,epidiaskop, “proton” “Leti” kimi yoxlayıcı maşınlar və s.)tarixin arxivinə vermiş,daha modern,kombinə edilmiş kompüter texnologiyaları meydana gəlmişdir.İndi ineraktiv lövhələrdən (“Ağıllı lövhə” və ya “Mimio qurğusu”), notbuk və proyektorlardan ,kompüter mərkəzlərindən,internet servislərindən istifadə edilir.



Mövzu 8: Azərbaycan dili dərslərində yeni pedaqoji texnalogiyalar

Texnologiya hərfi mənada materialları işləmə üsul və vasitələrindən bəhs edən elm deməkdir və yeni təlim texnologiyaları metodik ədəbiyyatlarda aşağıdakı şəkildə qruplaşdırılmışdır:

1. “Beyin həmləsi” metodlarının texnikaları-iş formaları: əqli hücum; BİBÖ; Auksion; klaster (şaxələndirmə); suallar; anlayışların çıxarılması; söz assosiasiyaları; sinektika.

2.Müzakirə metodlarının texnikaları – iş formaları: diskussiya; debatlar; müzakirə xəritələri; klassik dialoq (Sokrat dialoqu); “Akvarium”.

3.Rollu oyunlar metodlarının texnikaları – iş formaları: rollu oyun (rollu dialoq); modelləşdirmə; səhnələşdirmə.

4.Prezentasiya metodlarının texnikaları – iş formaları: təqdimat (prezentasiya); esse.

5.Tədqiqatın aparılması metodlarının texnikaları – iş formaları: problemli təlim; kublaşdırma; konkret hadisənin araşdırılması (situativ praktikum); Venn diaqramı; layihənin hazırlanması; sorğu vərəqləri və müsahibə; qərarlar ağacı; ideyalar xalısı; refleksiya.

6.Məntiqi təfəkkür proseslərinin inkişafına yönəldilmiş texnikalar: “alqoritmin çıxarılması – analizdən sintezə”; “ən mühümü”; “tapşırıqlar qrupu üçün süjet əsasının yaradılması”; qaydalara əsasən oyunlar; oyun – tapmaca; oyun-yarış; alqoritm üzrə təsvir (zəncirlər).

7.Tənqidi təfəkkür proseslərinin inkişafına yönəldilmiş texnikalar: meyar üzrə qiymətləndirmə; ambivalent qiymətləndirmə; cisim və hadisələrə müxtəlif nöqteyi-nəzərdən baxılması.

8.Yaradıcılığa yönəldilmiş texnikalar: yaradıcı əsərlərin yaradılması; əşyaların qeyri-adi istifadəsi; proqnozlaşdırma; atalar sözləri üzrə iş; fantaziyanın binomu; sərbəst prefiks (ön şəkilçi); fantaziyanın polinomları; fokal obyektlərin metodu; morfoloji analiz (morfoloji qutu).

Müəllifin sonrakı fikirləri əsasən ziddiyyətlidir. Belə ki, bəzi bölgülərdə metod, bəzilərində isə texnikalar - iş formaları verilir.

9.Təşkilati metodlar: ziqzaq və ya mozaika; karusel.

10.Qruplara bölünmə texnikaları: “say”, “ad günləri sırası üzrə say”, “ümumi xüsusiyyət”. “püşkatma”; “mozaika”, “sisiometrik metod”, “mahnı axtarışında”.

11.Fəallaşdırma texnikaları: sərbəstləşdirmə (buz əridən) oyunlar; fəallaşdırma oyunları.

Ən çox istifadə olunan fəal (interaktiv) təlim texnologiyaları bunlardır: şaxələndirmə (klaster), “ beyin həmləsi ” (əqli hücum), venn diaqramı, t-sxemlər, kublaşdırma, proqnozlaşdırılmış oxu, ədəbi məktublar, karusel üsulu, fasiləli oxu, “ İNSEPT ”, “ BİBÖ ”, “ iki hissəli gündəlik ”, “konseptual cədvəl ”, “ Blum taksonomiyası ”, “ Sankeyn (5-lik) ”, çarpaz müzakirə (debat), müzakirələr (diskussiya), ziqzaq, müsahibə əsasında oçerk, esselər, açar sözlər, rollu oyunlar və s.

Beyin həmləsi” üsulu təlim praktikasında geniş istifadə olunur. Pedaqoji ədəbiyyatlarda buna “əqli hücum”, “fikirlərin hücumu” anlayışları mövqeyindən münasibət bildirilir, dərs nümumələri verilir. Əsas fikir problemin həlli, müəyyən situasiyalardan müqayisə edilməsi üzərində cəmlənir. Metodik ədəbiyyatda bu metoddan ən çox motivasiya yaradılanda istifadə etmək məsləhət bilinir

“Beyin həmləsi” metodu əsasında elə bir mühit yaradılır ki, şagirdin özü fəaliyyətə müstəqil qoşula bilir, fikir söyləyir. Buna görə də təlim prosesində fəallıq göstərməyən, suallara cavab verməyi bacarmayan şagirdlərə sərbəstlik verilməli, onlarda inam yaradılmalı, müstəqil düşüncə tərzi formalaşdırılmalı, məntiqi təfəkkür inkişaf etdirilməlidir.

Bu üsuldan istifadədə əsas məqsəd:

-Problemin həlli yollarının araşdırılmasını öyrətmək:müəyyən situasiyalarda çıxış yolları tapmaq,onları təhlil etmək,daha səmərəli həll yollarının tapılması ilə bağlı qərar qəbul etmək qabiliyyətini inkişaf etdirmək;

- Şagirdlərin sərbəstliyini,fikir azadlığını inkişaf etdirmək;

- Şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirmək,yaradıcılığı stimullaşdırmaq;

- Şagirdlərdə özünə inam hissini stimullaşdırmaq və həmçinin insanlar arasında əlaqələri yaxşılaşdırmaq;

- Şəxsi ifadə tərzlərini istiqamətləndirərək,müstəqil düşüncəni inkişaf etdirmək.

BİBÖ(KWL) - məqsədi

- Şagirdlərə əvvəlki bilik və təcrübə və yeni biliklər arasında əlaqə yaratmağa imkan verməklə şagirdin düşünməsini optimallaşdırmaq;

- Şagirdlərin mövzu barəsindəki əvvəlki təcrübəsini nəzərdən keçirməyə və dərsdəki cavablarına əsasən sualları formalaşmağa imkan verir.

KLASTER(şaxələndirmə)

- Şagirdləri mövzu haqqında açıq və sərbəst düşünməyə sövq etmək;

- Verilmiş əsas anlayışa aid şagirdləri bacardıqları qədər söz assosiasiyaları (anlayışları,hadisələr,xüsusiyyətlər və s.) tapmağa və ideyalar arasında əlaqələr barədə düşündürmək;

- Şagirdlərin mövzu barəsindəki əvvəlki təcrübəsini nəzərdən keçirmək.Yeni assosiasiyaları stimullaşdırmaq,bilikləri sistemləşdirmək və əhatə dairəsini genişləndirməyə istiqamətləndirmək%

- Lüğət tərkibini zənginləşdirmək.

Təcrübə göstərir ki, epik əsərlərin tədrisi zamanı klaster (şaxələndirmə) üsulundan istifadə etmək daha faydalı nəticələr verir. Məsələn, Cəlil Məmmədquluzadənin “ Danabaş kəndinin əhvalatları ” povestinin süjet xəttinin inkişafını müəyyənləşdirmək kimi problem qoymaq, onun xətlərlə ifadəsini vermək və hər bir xətti adlandırmaq tələb oluna bilər və bu əsərin məzmununun daha yaxşı mənimsənilməsinə, sonradan təsəvvürdə canlandırılmasına kömək edər.
Mövzu 9:İnteqrasiyanın tədrisin keyfiyyətinə təsiri

Hər bir müəllim çalışmalıdır ki, tədris prosesində şagirdlərin idraki qabiliyyətlərini və müstəqilliklərini inkişaf etdirsin, şagirdlərin özlərini öyrənməyə sövq etsin. Professor B.Əhmədovun sözləri ilə desək, bu gün müəllimin təsirinə məruz qalan gənc sabah düşmən qüvvələrinin də təsirinə məruz qala bilər. Şagird təsir altına düşməyi yox, təsirə ağıllı müqavimət göstərməyi öyrənməlidir, müstəqil formalaşmalı, hər şeyə yaradıcı, tənqidi münasibət göstərməyi bacarmalıdır. Hazırkı kurikulum da şagirdlərin “nəyi bilməli və nəyi bacarmalı” olduğunu müəyyənləşdirmək üçün əsas təlim nəticələrini məzmun və fəaliyyətlərinin qarşılıqlı əlaqəsi vasitəsilə təqdim edir. Hər bir fənnə aid olan məzmun standartlarının təyin edilməsi, həyata keçirilməsi, bu və ya digər dərəcədə fənnin tədrisində müəyyən əhəmiyyət daşıyan fənlərarası inteqrasiyanın məzmunundan asılı olur. İnteqrasiyaya fənlərin, xüsusilə ümumtəhsil məktəblərinin fənlərinin məzmunu və strategiyalarının hazırlanmasında istinad olunur. Dərsdə istifadə edilən digər prinsip, metod və priyomlar kimi inteqrasiyadan da şagirdlərin maraq və ehtiyacları nəzərə alınmaqla istifadə olunur. İnteqrativ təlimin əhəmiyyəti fənlərin tədrisi vasitəsilə şagirdlərin hərtərəfli inkişafına nail olunması, onların şəxsiyyət kimi formalaşdırılması, cəmiyyətdə və təbiətdə baş verən informasiya prosesləri fonunda özlərini dərindən dərk etmələri ilə bilavasitə bağlıdır. Yetişməkdə olan gənc nəsli müstəqil həyata hazırlamaq çox aktual məsələdir. Məhz bu vacib vəzifənin reallaşdırılması istiqamətində hər bir fənn üzrə tədrisin məqsədi, məzmunu və təşkili formaları daha da konkret olaraq müəyyən­ləşdirilmişdir.



Şagirdlərin elmi dünyagörüşünün formalaşmasında fənlərarası əlaqələrin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bizi əhatə edən ətraf aləmdə, bütün sahələrdə və proseslərdə inteqrasiya mövcuddur. Ən müasir peşələr bir sıra qabiliyyətlərin inteqrasiyasını tələb edir. Fənn kurikulumunun səmərəli təşkili prose­­sində həm fəndaxili, həm də fənlərarası əlaqələrin düzgün müəyyən­­ləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.


Yüklə 152,93 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin