Fakültə: Filologiya İxtisas: Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası Fənn



Yüklə 152,93 Kb.
səhifə22/25
tarix02.01.2022
ölçüsü152,93 Kb.
#35191
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   25
dərs vəsaitlərii

Fəndaxili inteqrasiya fənn daxilində əlaqələrin yaradılması, təlim nəticələrinin əldə edilməsi üçün bilik, bacarıq və vərdişlərin sistemləşdirilməsidir. Fənlərin tədrisində geniş şəkildə istifadə olunan fəndaxili inteqrasiyanın qurulması üçün əlaqəli modeldən istifadə edilməsi məqsədəuyğundur. Bu zaman bir-biri ilə daha sıx əlaqədə olan, bir-birlərini tamamlayan mövqelərin seçilməsi və əlaqələndirilməsi vacibdir. Fənlər üzrə ibtidai təhsil pillələri üzrə ümumi təlim nəticəılərinin inteqrasiyasını əks etdirən əlaqəli model standartlar şəklində verilmiş bacarıqların daxili mahiyyətindən irəli gəlir və təlim prosesində biri digərinə əsaslanmaqla onu məntiqi baxımdan tamamlayır. Müasir dünya təcrübəsində, adətən, inteqrasiyanın 3 səviyyəsini fərqləndirirlər: Fənndaxili inteqrasiya-müəyyən bir fənnin aşıladığı anlayış, bilik və bacarıqların əlaqələndirilməsi, fənn daxilində səpələnmiş faktların sistemləşdirilməsidir. Belə səviyyədə inteqrasiyanı verilmiş materialın ayrı-ayrı tədris vahidlərində cəmləşdirilməsi də hesab etmək olar. Bu isə son nəticədə fənnin məzmununun strukturunun dəyişdirilməsinə gətirib çıxarır. Bu mənada, inteqrasiya olunmuş məzmun informativ cəhətdən daha tutumlu olur, şagirdlərin daha əhatəli kateqoriyalarla düşünmə bacarıqlarını formalaşdırmalarına kömək edir. İbtidai təhsil pilləsi fənlərinin tədrisində geniş şəkildə istifadə olunan fəndaxili inteqrasiya üçün konsentrik prinsipə əsaslanan spiralvari quruluş daha xarakterikdir. Bu cür inteqrasiya prosesində dəyərlərin dərk olunması xüsusidən ümumiyə və yaxud ümumidən xüsusiyə doğru ola bilər. Beləliklə, məzmun get-gedə yeni məlumatlarla, bağlılıqlarla və asılılıqlarla zənginləşərək daha maraqlı hala gəlir. Bu formanın üstün xüsusiyyəti ondan ibarətdir ki, şagirdlər başlanğıc problemi diqqətdən qaçırmadan onunla bağlı olan bilgilərini daha da genişləndirir və dərinləşdirirlər.


Yüklə 152,93 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin