Fakültə:İqtisadiyyat İxtisas: İqtisadiyyat Kurs


Kiçik biznesin təşkili xüsusiyyətələri



Yüklə 95,56 Kb.
səhifə2/7
tarix02.01.2022
ölçüsü95,56 Kb.
#45236
növüReferat
1   2   3   4   5   6   7
referat 6565

2.Kiçik biznesin təşkili xüsusiyyətələri.

Müasir ədəbiyyatda xarici ölkələrdə kiçik biznesin inkişafının əsas xüsusiyyətləri göstərilir. Onlar aşağıdakılardan ibarətdir: .

1. Kiçik və orta müəssisələrə aid edilmə meyarları;

2. Kiçik müəssisələrin artım strategiyası;

3. Kiçik və orta müəssisələrin güclü tərəflərinin ayrılması.

Xarici ölkələrdə sahibkariıq terminalogiyasında, həmçinin ona işçilərin sayının aid edilməsi meyarlarında fərqlər vardır. «Kiçik biznes» termini yalnız ingilis dilli ölkələrdə yayılmışdır. Digər Qərbi Avropa ölkələrində və Yaponiyada ən çox «kiçik və orta müəssisə» termini işlədilir. Lakin bəzi hallarda bu anlayış dəqiq təzahürü əks etdirmir. Belə ki, satışın həcminə görə kiçik müəssisəyə aid edilən bəzi firmalar iri müəssisələrlə tam müqayisə olunandır. ABŞ kiçik biznes işi üzrə administrasiyasının (AMB) istifadə etdiyi təsnifata görə «kiçik biznes» - sərbəst sahiblik və idarəetmə olan müəssisədir, sahədə hakim mövqe tutmur və onda 500 nəfərədək işçi çalışır. Fransada, İtaliyada, Almaniyada kiçik müəssisələrdə çatışan işçilərin maksimum sayı 500 nəfərə yaxın, Yaponiyada - 300, Böyük Britaniyada - 200, Niderlandıya - 100, Belçika və Daniyada -70 nəfər təşkil edir.

Kiçik və orta biznes sferasına müəssisələrin aid edilmə meyarlarındakı fərqlərə baxmayaraq bütün sənaye ölkələrində iri firmalarla rəqabət mübarizəsində kiçik biznes hərşeydən əvvəl özünün başlıca üstünlüklərindən - çeviklik, surətle hərəkətetmə, ərazi manevrilik istifadə edir. Kiçik firmaların dörd əsas strategiyası fərqlənir, məqsəd hansıki ondan ibarətdir ki, iri müəssisələrlə kəskin rəqabəti minimuma endirməkvəyaxşışəkildəüstünlüklərdənistifadəetməkdir. İlk iki strategiya firmaların sərbəst İnkişafına aiddir. Sonrakı ikisikiçik firmaların iri müəssisələrinfəaliyyətiləsıxqarşılıqlıəlaqəimkanları ilə bağlıdır.

a) Korirasiyastrategiyası. Adətən firma iki yoldan biriniseçir; iri firmanın lisenziyası ilə keyfiyyətli məhsul buraxmaq: müəyyən təkmilləşdirmə aparmaqla original məhsul buraxmaq.

b) Optimal həcm strategiyası. O, iri müəssisələrin fəaliyyəti səmərəli olmayan sahələrdə kiçik miqyaslı və ixtisaslaşdırılmış bazarlaın mənimsəməyə, ələ keçirməyə imkan verir, optimal kiçik müəssisə hesab edilir.

v) İri firmanın məhsulunda iştirak strategiyası. İri istehsal çərçivəsində ən çox xərclər kiçik və az texnikalı istehsalat sahələrinə düşür. Ona görə firmaya faydalıdır kiçik müəssisələrin komplektləşdirici məmulatları alsın, kiçik müəssisə isə təminatlı sifariş imkanını qazanır.

q) İri firmanın təchizatsistemində iştirak strategiyası. Xüsusilə ticarət və xidmət sferasında iri və kiçik müəssisələrin əməkdaşlığının effektiv forması «françayzinq» sayılır.

Beləhalda kiçik müəssisə iri firmanın ticarət markasından, maliyyə köməyindən, işlənilmiş biznes texnologiyasından istifadə etmək imkanı əldə edir, birgə reklamlar verir. Mütəxəssislərin fikrincə, perspektivdə françayzin qinnovasiya və istehsalat təşkilat sferasında da inkişaf edəcəkdir.

Ümumən qəbul edilən məsrəflərə əmək haqqı və ezamiyyət xərcləri, şəxsi avtomobildən istifadəyə görəkompensasiya, dəftərxana ləvazimatları və mebelin alınmasına sərf edilən xərclər daxil edilir. Lakin investisiya qoyuluşunun həyata keçirilməsi üzrə məsrəflər və əsas fondlarına mortizasiyası xərcləri bu siyahıya aid edilmir.

Sadələşdirilmiş uçot sisteminə keçən kiçik sahibkarlıq subyektlərində məcmu gəlirə vahid vergi hesablanır və ona görədə məsrəflərin uçotunu dəqiq aparmaq son dərəcə vacibdir. Bu zərurət həmçinin onunla bağlıdır ki, məcmu gəlirin hesablanmasının əsasını «(kassa)» metodu təşkiledir.Sadələşdirilmiş uçot sistemi tətbiq edən müəssisə təsərrüfat əməliyyatları başa çatanda gəlirlər və xərclər üzrə əməliyyatları təsnifləşdirərək onları mövqe üsulu ile Uçot Kitabında qeydiyyata alır.




Yüklə 95,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin