Fakültə:İqtisadiyyat İxtisas: İqtisadiyyat Kurs


Kiçik sahibkarlığa dövlətdəstəyinin istiqaməti



Yüklə 95,56 Kb.
səhifə6/7
tarix02.01.2022
ölçüsü95,56 Kb.
#45236
növüReferat
1   2   3   4   5   6   7
referat 6565

1.Kiçik sahibkarlığa dövlətdəstəyinin istiqaməti.

Kiçik və orta sahibkarlığın inkişaf proqramında dövlət himayəsinin aşağıdakı istiqamətləri göstərilir:

1) Kiçik sahibkarlığın inkişafının və himayəsinin normativ hüquqi bazasının formaIaşdırılması;

2) Maliyyə-kredit və invetissiya dəstəyi;

3) İstehsalat ve innovasiya dəstəyi. Yeni İş yerlərinin yaradılması;

4) Kiçik sahibkarlığın inkişafı və dəstəyi infrastrukturunun formalaşdınlması;

5) İnformasiya təminatı;

6) Elmi-metodik və kadr təminatı;

7) Kiçik sahibkarlıqda sosial mühafizə və təhlükəsizlik;

8) Dövlət və ictimai himayədarlıq sisteminin yaradılması.

Hüquqi mühit kiçik sahibkarlığın inkişafı üzrə iqtisadi, maliyyə, material və başqa stimullar formalaşdırır, sahibkarlıq subyektlərinin xarici ətraf mühitdən, o cümlədən müxtəlif səviyyələrdə icra orqanlarının qeyri-qanuni hərəkətlərindən mühafizə tədbirlərini müəyyənləşdirir.

Kiçik sahibkarlıq subyektlərinə dövlət tərəfindən xüsusi münasibət göstərilir, yəni onun inkişafına dövlət büdcəsindən Sahibkarlara Kömək Dövlət Fondundan və Dövlət Neft Fondundan vəsait ayrılır. Respublika səviyyəsində kiçik sahibkarlığa dövlət istehsalat-texniki himayədarlığının aşağıdakı istiqamətlərdə davam etdirilməsi planlaşdınlır;

- kiçik müəssisələrin müasir avadanlıq və texnologiyalar ilə silahlandıniması;

- yerlərdə və regionlarda sub podrat işləri bazarının inkişafına yönəldilən informasiya banklarının yaradılması;

- maşın və avadanlıqların lizinq sisteminin təşkili;

- kiçik müəssisələrə yeni texnologiyalann. «nouxau» verilməsinin təşkili;

- kiçik sahibkarlığa himayədarlıq tədbirləri sistemindətexniki məsləhətlər institutunun inkişafı;

- sahibkarlıq fəaliyyəti üçün kadrların hazırlanması sistemində istehsal proseslərinin idarə olunmasının əsaslarının öyrənilməsi.

Kiçik müəssisələrin vergi qanunvericiliyində nəzərdə tutulan aşağıdakı güzəştlərdən istifadə etmək imkanı vardır;

- vergilərdən azad, yaxud vergi dərəcələrinin aşağı salınması;

- vergilərin ödənilməsində möhlət;

- sürətli amortizasiyadan istifadə imkanı;

Sahibkarlığın inkişafı dövründə ölkədə kiçik biznesə yardım edən, dəstəkləyən qeyri-dövlət strukturları yaradılıb, hansıki kiçik sahibkarlığın formalaşmasına daha əhəmiyyətli təsir göstərirlər. Onlardan əsaslan bunlardır; kiçik və orta biznesə kömək agentliyi. Agentlik geniş aspektli xidmətlər, o cümlədən iqtisadi, maliyyə, vergi, investisiya, xarici iqtisadi əlaqələr, gömrük siyasəti məsələləri üzrə fəaliyyət göstərir.

Texniki park assosiasiyası kiçik sahibkarlığa innovasiya fəaliyyətinin prioritet istiqamətlərinin müəyyən edilməsi, elmi tutumlu yüksək texnoloji istehsalatların yaradılması və s. məsələlərdə yaxından kömək edir.




Yüklə 95,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin