5.Kiçik biznesin prespektiv formalarının inkişafı.
Dünya təcrübəsi göstərir ki, sahibkarlıq fəaliyyətini genişləndirmək və rəqabət qabiliyyətli məhsul istehsal etmək üçün texnologiyaların, biznesin kubatorlarının və sənaye şəhərçiklərinin yaradılması son dərəcə vacibdir. Bazar münasibətləri şəraitində sahibkarlıq texnologiyaları ali təhsilin, elmin, sənayenin, sahibkarlığın, maliyyə və dövlət orqanları mənbələrinin yeni forma və inteqrasiya infrastrukturlarıdır. Bu sahibkarlıq texnologiyaları ABŞ-da, Böyük Britaniyada, Fransada, Çində, Hindistanda, Rusiyada və s. ölkələrdə geniş inkişaf etmişdir. Hazırda ABŞ-da 200 texnopark və 800 biznesin kubatoru, Rusiyada 60 texnopark, Türkiyədə 20 sənaye şəhərcikləri vardır. Azərbaycanda biznesin səmərəli inkişafına kömək məqsədilə texnoparklar, biznesin kubatorları və sənaye şəhərciklərinin yaradılmasına, dünyanın qabaqcıl texnologiyalarının istehsala tətbiqinə sahibkarlar və dövlət tərəfindən ciddi səy göstərilməlidir.
Biznesin kubatorian başlıca xüsusiyyətləri iştirakçıların dəqiq seçilməsidir. Onlara biznes planların işlənib hazırlanmasında və start kapitalının axtarılıb tapılmasında kömək gösterilir və biznesin əsasları tədris oiunur. Digər tərəfdən, biznesin kubatorun özü obyekt sayılır. Əgər biznesin kubatorun bütün gücü işə cəlb olunarsa, onda onun müstəqil fəaliyyət göstərmək perspektivi yaranacaqdır. Halbuki, ona başlanğıc mərhələdə həmişə dövlət, yerli və şəhər hakimiyyəti tərəfindən, məsələn, aşağı icarə haqqı formasında köməklik edilir.
Biznesin kubatorlar aşağıdakı xidmətləri göstərirlər:
- yeni yaradılan müəssisə və firmalara hüquqi ünvan təqdim edirlər;
- qeydiyyat üçün zəruri sənədləri tərtib edir;
- bina və avadanlıq ayrılırlar;
- katiblik xidmətləri göstərirlər;
- mühasibat uçotunun qaydaya salınmasına və aparılmasına kömək edirlər;
- rabitə vasitələri verirlər;
- mövzulara dair məsləhətlər hazırlayırlar;
- reklam şirkətlərinə kömək edirlər;
- marketinq xidmətləri göstərilir;
- partnyorların axtarışına kömək edirlər.
Biznesin kubatorun hansı istiqamətdə fəaliyyət göstərməsindən asılı olaraq onların konkret məqsədləri də bir-birindən fərqlənə bilər.
- texnoloji yeniliklərin tətbiqi yeniliklərin daxili və xarici bazarlara yeniliklərin daxil edilməsi üçün universitetlər və tədqiqat institutları arasında qarşılıqlı təsir yolu ilə;
-regional inkişaf təsərrüfat fəaliyyətinin qeyri-
mərkəzləşdirilməsi və onun iri şəhərlərdən uzaqlaşdırılması, yerli resurslann cəlb olunması yolu ilə;
- sənaye subpodratlannın tətbiqi sənaye zonalan arasında əlaqələrin qurulması yolu ilə;
- qloballaşdırma - biznesin sürətli inkişafında və onların yedi partnyorla birlikdə daxili bazara irəliləyişində xarici şirkətlərə kömək göstərilməsi yolu ilə.
Biznes-inkubatorun aşağıdakı növləri mövcuddur:
- çoxprofilli bu zaman biznesin öz xüsusi bazasında açılması zamanı geniş spektrli xidmətlər təklif olunur, lakin eyni zamanda universitet və laboratoriyaların avadanlıq və texniki vasitələrindən İstifadə olunur;
- «mümkün» burada bina tapılmayana və həqiqi biznesin kubator işləməyənə qədər yerdə və yaxud mövcud laboratoriyalar əsasında biznesin açılmasına köməklik göstərilir;
- daxili - burada iş yuxanda göstərilən istiqamətlərdən biri üzrə yerinə yetirilir;
- məqsədli bu növdə iş məsələn, kompyüter proqramlarının işlənib hazırlanmasına və ya biotexnologiyalara yönəldilir.
2002-ci il dekabrın 1-dən 2003-cü il yanvarın 15-nə kimi sahibkarlar arasında yayılmış 214 anket toplanmış və təhlil edilmişdir.
Sorğu anketlərinin təhlili və sahibkarlarla Bakıda və Sumqayıt şəhərində keçirilən bir seminar göstərdi ki, kiçik və orta biznes nümayəndələri Sənaye Şəhərciyi biznespoliqon hüdudlarında şəxsi işin yaradılmasına maraq göstərirlər.
Kiçik və orta, sahibkarların əksəriyyəti müasir marketinq barədə aydın təsəvvürə malik deyil. Hətta müasir biznesdə marketinqin əhəmiyyətini dərk edənlər belə ondan istifadə etmək imkanında deyil. Buna səbəbi isə istehsal miqyasının azlığı vəvəsait çatışmazlığıdır ki, bu da kiçik və orta həcmli istehsalçıya öz marketinq xidmətini saxlamağa, ya da özəl qurumlardakı pullu məsləhət xidmətlərinə müraciət etməyə imkan vermir.
Marketinq Mərkəzinin yaradılmasında məqsəd biznespoliqon sahibkarlarının fəaliyyətlərinin müasir marketinq xidmətinə alışdırlmasıdır ki, bu, onların həm sahibkarlıq fəaliyyətlərinin səmərəliliyinin artması, həmdə xidmət sahələrinin və istehsal etdikləri malların bazara yeridilməsi baxımından sərfəlidir.
- kiçikvə orta biznes sahələrinə güzəştli xidmət göstərən marketinq təşkilatlar barədə biznespoliqon sahibkarlarına ardıcıl informasiya verilməsi;
- biznespoliqon sahibkarları üçün oxşar xidmət sahələri üzrə bazar qiymətlərinin 60 faizini aşmayan güzəştli tariflərin müəyyən olunması;
- kiçikvə orta sahibkarların marketinqdən istifadə üzrə seminar iştirakçılarının siyahısının tərtib edilməsi;
- «Kiçik və orta sahibkarlığın səmərəliliyini artırmaq üçün marketinqin təşkili və istifadəsi» başlığı altında metodik broşürlərin çap olunması;
- təqdim etdikləri xidmət növlərinin və istehsal etdikləri malların satışının marketinqin aparılması ilə bağlı tipik müqavilələrin bağlanması üçün kiçik və orta sahibkarlardan (30 nəfərdən az olmayaraq) ibarət qrupların müəyyənləşdirilməsi;
- kiçikvə orta sahibkarlarınoperativ aradan qaldıra biləcəyi istehsal sahəsindəki iqtisadi ehtiyaclar və çatışmazlıqlar barədə icmalın tərtib olunması.
Biznesin kubatorlar və sənaye parklarının yaradılması üzrə milli seminar 2003-cü il 23-24 aprel tarixində Bakıda ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə keçirildi. Burada ATƏT-in Bakı ofisinin başçısı Piter Burhard, BMT-nin Sənayesinin İnkişafı proqramının (UNİDO) nümayəndəsi Riçad Kennedi, Azərbaycan iqtisadi inkişaf Nazirliyinin icraçı direktoru Samir Vəliyev və ölkə biznes assosiasiyaları nümayəndələri iştirak etdilər.
Seminarın gedişində biznesin kubator və sənaye şəhərcikləri yaradılmasının nəzəri və praktik aspektləri nəzərdən keçirilmişdir. Seminar iştirakçıları başqa ölkələrdə de, xüsusiləTürkiyə, Misir və Bəhreyndə belə obyektlərin yaradılması təcrübəsi ilətəmin olmuşlar.
İqtisadi inkişaf Nazirliy iartıq UNİDO ilə əməkdaşlıqda Azərbaycanda texnoloji biznesin kubatorun yaradılmasına başlayıb. UNlDO-nunTürkiyə ofisi nümayəndəsinin sözlərinə görə, layihənin texniki-iqtisadi əsaslandırılması 3-4 aya başa çatdırmaq planlaşdırılır.
Dostları ilə paylaş: |