IV
Siyasi konfliktlər
Peyqəmbərin vəfatından üç gün sonra Ömərin girişimi ilə Əbubəkir
müsəlmanların xəlifəsi olaraq seçildi. Bu zaman demək olar ki, iqtidar
Mühacirlərin əlindən çıxıb Ənsara keçmişdi.Bu iki dəstə arasında hər zaman
sərt rəqabət olmuşdur. Bə´zən bu rəqabətlər qarşıdurmalara gətirib
çəıxardığında Peyqəmbər ixtilafı yatırmışdır. Örnəyin, 628-ci ildə savaşların
birində peyqəmbərin ordusu Mühacirlər və Ənsar dəstələrinə ayrılmışdı.
Ənsar, Mühacirlərə qarşı qılınc çəkmişdi. Ortaya çıxmış olan bu fitnədə
qəbiləlik kimliyi çox böyük rol oynamışdı. Mühacirlərin Mədinəyə
gəlişlərini heç bir zaman səmimiyətlə qəbul etməyən Mədinə qəbilələrinin
33
Tabari, Mohammed, Sceau des profetes, p. 352.
38
başçılarından biri olan Abdulla ibni Əbi bu qarşıdurmanı bu şəkildə
anlatmışdı: “Mühacirlər Mədinəyə gəldiklərində yoxsul və dərviş durumda
idilər. Biz onlara imkan yaratdıq. İndi onlar bizi saymaz olmuşlar. Bu da
َﮏُﮐﺎَﻳ َﮏﱠﻠَﮐ ﻦﱠﻤَﺳ
"
- yəni “Öz itini o qədər yedirt ki, sənin özünü də yeməyə
başlasın”- əski ərəb atalar sözünü xatırladır.”
34
Peyqəmbər bu tayfa
başçısının sözündən çox üzülmüşdü. Bu səbəbdən də İnsar və Mühacirlər
arasındakı münasibətləri daha da ciddi şəkildə kontrol etməyə başladı.
Ancaq Peyqəmbərin vəfatından sonra kül altındakı əski nifrət közləri ortaya
çıxmağa başlamışdı.
Peyqəmbərin vəfat xəbərini duyar-duymaz, Ənsar qəbilələrinin
başçıları Məhəmmədə canişin təyin etmək üçün Səqifədə bir toplantı
keçirdilər. Səqifə, Bənisaidə qəbilələrindən birinə aid olan bir növ tavanlı ev
idi.
35
Peyqəmbərə yaxınlıqları ilə bilinən Əbubəkir və Ömər bu toplantıdan
xəbərsiz idilər. Bu toplantı haqqında bir nəfər Əbubəkirə və Ömərə bilgi
verdi. Adam camiyə girib dedi ki, Ənsar toplantı keçirir və Peyqəmbərin
canişini kimi Sə´d ibni İbadə ilə beyət etmək istəyirlər. Əbubəkir ayağa
qalxıb Ömərin əlindən yapışaraq oranı tərk edib Səqifəyə getdilər.
36
Onlar
yas törənini tərk edib və Səqifəyə getmək zorunda qalmışdılar. Bənisaidənin
bu evində müsəlmanların gələcəyi ilə bağlı ən önəmli qərarlar alınacaqdı.
Ənsarın irəli sürdüyü iki adayı Mühacirlər qəbul etmədikləri üçün sözlü
dartışma başlamışdı. Ənsar dedilər: “Siz Mühacirlərin güclü olmanıza bizim
şəkkimiz yoxdur. Lakin biz öz içimizdən birini rəhbər olaraq seçmək
istəyirik. Siz də öz içinizdən birini seçin. Belə olursa hər iki dəstə razı qalar
və konflikt də çözülmüş olar.”
37
Peyqəmbərin ən yaxın dostları olan və
peyqəmbərin sünnətinin davam etməsində israrlı olan Əbubəkir və Ömər,
Qüreyş qəbiləsinə mənsub idilər. Lakin Qüreyşin qəbilə başçılarından
deyildilər. Ənsar arasında Əbubəkir və Ömər kimi Peyqəmbərə bu qədər
yaxın olanlar yox idi. Belə bir durumda Əbubəkir və Ömər öz siyasi
liderliklərini Ənsara necə qəbul etdirəcəkdilər? Əbubəkir və Ömər Ənsardan
istədilər ki, öz təkliflərini davam etsinlər. Daha sonra Ömər toplantının ən
həssas və uyğun bir yerində gedişatın nəbzini ələ almağı başardı.
Ömər toplantının davamı nəticəsində daha gərgin ixtilafların ortaya
çıxmasından qorxurdu. O üzdən də toplantının tam həssas bir yerində əlini
Əbubəkirə uzadıb: “Əlini uzat və bizim beyətimizi qəbul et. Çünkü sən
Qüreyşin ən seçkin fərdisən və hər kəsdən daha çox sən bu məqama
layiqsən,”- dedi. Ömər, Əbubəkirin əlini sıxıb ona beyət etdi. Bu xəbər
34
İbid, s. 236.
35
İbni Hişam,
ج ،ﻩﺮﻴﺳ
4
ص ،
303
ج ،ﺎﺗ ﯽﺑ ،توﺮﻴﺑ ،رﺪﺼﻟاراد ،ﯼﺮﺒﮑﻟا تﺎﻘﺒﻄﻟا ،ﺪﻴﻌﺳ ﻦﺑ ،
3
ص ،
171
36
Tabari, Mohammed, Sceau des profetes, s. 349.
37
Eyni qaynaq.
39
Mədinədə yayılar-yayılmaz hər kəs Səqifəyə qaçmağa başladı. Böyük bir
izdiham yaranmışdı. Bu izdihamda Sə´d ibni İbadə ayaqlar altında qalıb
ölüm yatağına düşdü.
38
Peyqəmbərin vəfatından sonra islam, yalnız
seçkinləri və əyanları içinə alan bir proses kimi başladı. Bu seçkinlər öz
üsullarını qorumaq üçün müzakirə edib anlaşdılar. Bu üsul toplantıda
bulunanların mənafeyi baxımından fərqli idi. Beləliklə, qəbilə sisteminə
qarşı olan peyqəmbərin idealı qısırlığa itələndi.
Iki il sonra yəni 634-cü ildə Əbubəkirin vəsiyəti üzərinə Ömər xəlifə
oldu. İlk dörd xəlifə arasında yalnız Əbubəkir öz əcəli ilə ölmüşdür.
Əbubəkir ömrünün sonlarında xəstəliyi şiddətləndiyi zaman gizlincə Ömərin
xəlifəliyi ilə bağlı nəzərləri öyrənmişdi.
39
Əbubəkir Əşrəf-ün Nas (aristokrat
əhali) toplantısına qatılıb sormuşdu: “Məndən sonra xəlifə olacaq adamı mən
təklif etsəm, qəbul edəcəksinizmi?”
40
Sonra da Əbubəkir nəzərdə tutduğu
adamın Ömər olduğunu açıqlamışdı. Onlar cavab verdilər: “Sənin təklifini
qəbul edirik.”
41
Başqa bir rəvayətə görə, camaat dolayısıyla Əbubəkirin
ağlında olan kişinin Ömər olduğunu anlamışdı.
42
Ömərin xilafəti 10 il sürdü. Bu müddət ərzində müsəlmanlar Sasani
imperatorluğunu devirib Misiri də öz idarələrinə keçirdilər. Müsəlmanlar
islam ordusunun nizamlanmasını və maliyə işlərinin düzənlənməsini Ömərə
borcludurlar. Ömər, müsəlman olmayanların Məkkədə məskunlaşmalarına
izin vermirdi.
43
Əslində islamda ilk dini ayrı-seçkilik də Ömərin zamanında
başlamışdır. Müsəlman olmayanların Mədinədə məkunlaşdıqları təqdirdə
ağır maliyat ödəmələri gərəkirdi. Mədinədə məskunlaşıb və ağır maliyat
ödəyənlərin biri də xristian olan Əbulolo adında bir kölə idi. Əbulolo
ödədiyi ağır vergiyə etiraz edirdi. Bu haqda Ömərin özünə birbaşa şikayət
etmişdi. Ancaq Ömər onun vergisini azaltmamışdı. Ömər hesab edirdi ki,
onunla çox ədalətli davranılır, müsəlman olmadığı üçün bu vergini ödəməli
idi. Bir cümə günü Ömər cəmaət namazındaykən, Əbulolo onu səcdə halında
qəmə ilə arxadan vurdu. Çox sərt şəkildə yaralanmış olan Öməri evinə
apardılar. Ömər aldığı yaradan qurtula bilməyib öldü. Ömər ölüm ayağında
bir toplantı düzənlədi ki, ona ilk dəfə olaraq şura deyildi. Bu şuraya 6 seçkin
və tanınmış şəxsləri təyin etdi. Onlardan istədi ki, aralarından birini xəlifə
olaraq birlikdə təyin etsinlər.
44
Ömərin ölümündən üç gün sonra Osman
xəlifə olaraq seçildi. Osman da öncəki iki xəlifə kimi məkkəli və Qüreyş
38
Eyni qaynaq ingilizcə mətnində, s. 351.
39
Tabari, Tarix, cild 3, s 51.
40
Eyni qaynaq, s. 192.
41
Eyni qaynaq, s. 31.
42
ﻌﺳ ﻦﺑ
ص ،تﺎﻘﺒﻃ ،ﺪ
192
43
.
توﺮﻴﺑ ،ﺖﻓﺮﻌﻤﻟاراد ،ﺐهﺬﻟا جوﺮﻣ ،ﯼدﻮﻌﺴﻣ
1982
ج ،ﺦﻳرﺎﺗ ،ﯼﺮﺒﻃ و
5
ص ،
16
44
.
ج ،ﺦﻳرﺎﺗ ،ﯼﺮﺒﻃ
3
ص ،
33
40
soyundan idi. Ancaq Osman, Peyqəmbərin qəbiləsinə rəqib olan
Bəniüməyyə qəbiləsindən idi. Bəniüməyyə və Bənihaşimin ortaq cəddləri
Əbdi-Mənaf adlanırdı. Ayrıca Məhəmməd Peyqəmbərin Rüqəyyə adında
qızı ilə evlənmiş olan Osman ilk başdan Məhəmmədin missionunu dərindən
anlamış və Qüreyş tayfaları arasındakı qarşıdurmalarda Məhəmməd
Peyqəmbəri savunmuşdu.
Osmanın da xilafəti çox kədərli surətdə sona çatdı. 11 il sonra 655-ci
ildə onun iqtidarını ədalətsiz sayan bir qrup Osmanın evini mühasirə etdi.
Sonra da bu çıldırmış dəstə evə zorla girib Quran oxumaqla məşğul olan
Osmanın başını kəsdi.
45
Osmanın ölümü ilə islam tarixində ilk iç savaş
başladı. Əbutaliboğlu Əlinin 4-cü xəlifə olaraq seçilməsinə baxmayaraq, iç
savaş sona çatmadı.
Əbutaliboğlu Əli 656-ci ildə iğtişaşa qərq olmuş Mədinədə xəlifə
seçildi. Ancaq bəzi müsəlmanlar onun xilafətini məşru (leqal) olaraq
tanımadılar. Bu üzdən də Əliyə qarşı savaşa hazırlaşdılar. Ayişə bir il sonra
məşhur Cəməl hərbində Əliyə qarşı başlayan savaşın rəhbərliyini öz əlinə
aldı.
46
Ayişə bu savaşda yenildi. “Yazqısını qadınlara tapşıran toplumlar
mutlu ola bilməzlər” hədisi də bu savaşdan sonraya aiddir. Əbutaliboğlu Əli,
Cəməl savaşından sonra hərbi və iqtisadi baxımdan zəiflədi və digər ələ bir
düşmənlə qarşılaşdı ki, siyasi və hərbi baxımdan çox təhlükəli və hiyləgər
idi. Bu rəqib Suriyənin hakimi Əbusüfyanoğlu Müaviyə idi. Müaviyə, Əlini
Osmanın qatillərini cəzalandırmadığı üçün tənqid edirdi. Müaviyə, Osmanın
qəbiləsindən, yəni Bəniüməyyə soyundan idi. Ayişənin əsgərlərinin sayı bir
neçə min nəfər idi, lakin Müaviyənin əmrində olan orduda 85 min nəfər
təlim görmüş savaşçı var idi. Əli 90 min əsgərlə İraqdan savaş meydanına
yönəldi.
47
Siffeyn adında bir yerdə Əli və Müaviyə arasında qanlı döyüş
başladı. Bu savaşda rəqiblərin heç biri digərinə üstün deyildi. Ölülərin sayı
70 min nəfərdən artıq idi. Bu savaş hekəmiyət (Əbumusa Əşərinin hakimliyi
ilə verilən məşhur qərar) sona çatdı. Əbumusa Əşəri bu qərarı ilə Əlini
xilafətdən məhrum edib Müaviyəni müsəlmanların xəlifəsi olaraq tanıdı. Bu
hekəmiyətdə saxtakarlığı yol verildiyi, bir çox təsirli şəxslərin Müaviyə
tərəfindən satın alındığı önəmli tarixi qaynaqlarda yazılmaqdadır. Əlinin
tərəfdarları hekəmiyətin bu qərarını ədalətsiz sayıb qəbul etməz, Müaviyəni
xəlifə saymazlar. Onlar Müaviyəni qasib, yəni xilafəti qəsb etmiş olaraq
bilirdilər. Müaviyə və Əlinin tərəfdarlarından başqa Xəvaric adında üçüncü
bir qrup da peyda oldu. Xəvaric, yəni xaric olanlar. Bunlar öncə Əlinin
ordusunda olub, daha sonra ayrıldıqları üçün onlara Xəvaxic, yəni xaric
45
Eyniu qaynaq 5-ci kitab, s. 113.
46
Eyni qaynaq, s. 203.
47
Məsudi, Mürrvic-ul Zəhəb, 3-cü kitab, s. 649, 667.
41
olanlar deyilirdi. Xəvaric nə Əlini nə də Müaviyəni xəlifə olaraq qəbul
edirdi. Bu üzdən də həm Əlini həm də Müaviyəni öldürmək qərarına
gəldilər. Onlar belə hesab edirdilər ki, bu iki nəfəri öldürməklə islam
dünyasındakı nifağı, ayrılıqçılığı da ortadan qaldırmış olacaqlar. İslam adına
öldürürdülər.
“40-ci hicrət ilində Xəvaricdən bir qismi Məkkədə toplaşıb baş vermiş
savaşlar, böhranlı durum haqqında fikir alış-verişində bulundular. Onlardan
üç nəfər peyman bağladılar ki, Əlini, Müaviyəni və Əmroası öldürsünlər.
Belə anlaşdılar ki, öldürülməsi gərəkən şəxsləri qətlə yetirmədən geri
dönməyəcəklər... Həm də bu qətllərin rəməzan ayının 17-də və bəzi
qaynaqlara görə isə ramazan ayının 21-də (661-ci ildə) gerçəkləşdirsinlər.”
48
Bunlar bir həddə qədər öz düzənəklərini (planlarını) həyata keçirə bildilər.
Müaviyə yaralandı, Əli ramazan ayının 19-da sabah namazını camidə
qılarkən Xəvaricə mənsub olan İbni-Mülcəm tərəfindən yaralandı. Bu sərt
yaradan iki gün sonra Əli vəfat etdi. Xüləfayi Raşidin (böyük xəlifələrin)
hekayəsi burada sonra çatır. Çünkü Müaviyənin iqtidara gəlməsi ilə kimsə
təkrar xəlifənin “şura” yolu ilə seçiləcəyinə inanmırdı. Müaviyə çox
rahatlıqla öz oğlu Yəzidi varis olaraq təyin etdi. Qəbilə aristokrasisini
ortadan qaldırmaq hədəfi ilə meydana gəlmiş olan islam, Əməvilər
tərəfindən qəbilə mənafei yolunda vasitəyə dönüşdürülürdü. Müaviyə 680-ci
ilə qədər iqtidarda oldu. O, bu uzun sürən hökuməti ilə istibdadın,
despotizmin əsaslarını Əməvi dövlətinin bütün qatlarında yerləşdirməyə
bolluca zaman əldə etmişdi.
Hədisin ortaya çıxışı
Hədisin ortaya çıxışının tarixi məcrası ilə tanış olmaq üçün ilk dörd
xəlifənin seçilmə prosesinə bir nəzər salalım. İlk on ildə və Müaviyənin
iqtidara gəlməsindən öncə siyasi qərarlar əhli-beyt (vəfadarlıq peymanı
bağlayanlar) arasındakı icma`, aristokratlar (qəbilələrin seçkin və inanılır
rəhbərləri) və həll-ü əqd (peyman bağlayanlar, ancaq peymanlarını gerialma
haqqına sahib olanlar) əsasında alınırdı, yəni bu üç kəsimin ortaq qərarı
lazım idi. Burada hər qrupun məzhəbi mətnləri öz mənafeləri əsasında
anlamaları söz konusu olmuşdur. Bu şəkildə hədisin toplanmasında iki zidd
baxış ortaya çıxdı: Birinci dəstə öz mənafeləri doğrultusunda hədislərdən
sui-istifadə edən siyasətçilər idi. Bu qrupun qarşısında duran ikinci dəstə isə
48
Eyni qaynaq, 6-ci kitab, s. 83.
42
üləmalar (din alimləri) idi. Bu keşməkeşlərə Buxari ən yaxşı bir örnəkdir. O,
bir islam aydını olaraq iqtidar və siyasətdə olmaqdan uzaqlaşıb hədisləri
toplamağa başladı. Ancaq öz elmini siyasətin xidmətinə təqdim etmək üçün
Buxariyə təzyiqlər edildi. Buxari, adından da bəlli olduğu üzrə Buxarada
dünyaya gəlmiş və 870-ci ildə vəfat etmişdir. O, bir çox öz çağdaşları kimi
bilgilənmək amacı ilə islam ölkələrinin çoxunda olmuş və geniş araşdırmalar
aparmışdır. Suriyədə, Misirdə və Hicazdakı araşdırmalarından sonra Misirdə
iqamət etmişdir. Buxari hədis elmində mütəxəssis olan bütün alimlərlə
söhbətləşmişdi. Bütün rəvayətlər bir məcmuədə toplandıqdan sonra
peyqəmbərin sünnəti və ya təlimləri hədis adı altında rəsmiləşməyə başladı.
Buxari hədislərə əsaslanaraq doğru yolu (sirati-müstəqim) müsəlmanlara
göstərə bilmək üçün Quranla hədisin uyğunluğu üzərinə də bir metod
gəlişdirmişdi.
Buxari elmi bir metoddan yararlanaraq 1080 nəfərlə söhbət edib
60.000 hədis topladı. O, çox böyük bir zəhmət və sədaqətlə bu işi görür və
peyqəmbərə aid olmayan yayqın saxta hədisləri öz məcmuəsinə almırdı.
Hədisləri toplama işi bitdikdən sonra onların doğruluğu üzərinə
araşdırmalara başladı. Buxarinin qarşılaşdığı əsas çətinlik araşdırmanın
metodu idi. Bir hədisin doğru ya da saxta olduğunu necə dəqiqləşdirmək
olar? Buxari üçün peyqəmbərin zamanına aid olan bütün hadisələri qələmə
almaq ciddi bir vəzifəyə dönüşmüşdü. Buxari yazır: “1080 nəfərin izharlarını
dinlədikdən sonra yazmağa başladım və hər bir hədisi qüsl alıb, iki rükət
namaz qıldıqdan sonra yazdım.”
49
O, ibadət yolu ilə könlünü təmizləyir və
araşdırmaya dərin zəka və aydın bir ruhla yanaşırdı.
O, elmi metodunu hazırladıqdan sonra saxta hədislərlə doğru hədisləri
ayırd etməyə başlamışdı. Bir çox hədislərlə tanış olduqdan sonra saxta
hədisləri kəşf etmə elminə sahib oldu. Kimsə hədis elmində ona tay ola
bilməz. Kimsənin onun qədər bu sahədə bilgi və başarıya sahib olduğunu
iddia etmək mümkün deyil. Hədisi isbatetmə metodu kamilləşdikdən sonra
yalnız 7257 hədisin doğruluğu dəqiqləşdi. 4000 hədis də təkrar olduğu üçün
məcmuəyə yerləşdirilmədi.
50
Göründüyü kimi, Buxarinin zamanına qədər, yəni iki yüz ildən daha
az bir zaman içərisində 596725 saxta hədis ortaya atmışlar. Eyni miqyasda
bu gün də nə qədər saxta hədislərlə qarşı-qarşıya olduğumuzu təsəvvür
etmək olar. Təəssüflər olsun ki, din alimlərinin hədislər üzərinə mövcud olan
şübhələri ortadan qalxmışdır.
49
Buxari, Səhih, I kitab, S. 1.
50
Buxari, Səhih, s. 3.
43
Buxari bi işə başlarkən, hədisləri rəvayət edən şəxslərin həyatı üzərinə
“Tarix-i Kəbir” (Böyük tarix) kitabını yazmaq zorunda qaldı. Beləliklə
Buxari, elmi araşdırmalara metodu ilə məşhurlaşdı. Lakin siyasilər onun bu
əməlindən xoşlanmırdılar. “Buxari öz yurduna döndüyündə şölən (ziyafət)
alaçıqları quruldu, bütün əhali onu qarşılamağa çıxdı. Daha sonra Buxari ilə
şəhərin hakimi arasında ixtilaf yarandı. Buxari sürgün edildi.”
51
Mövzu belə
imiş ki, şəhərin hakimi din elmlərinə vaqif olduğunu iddia edirmiş. Bu
iddiasını Buxarinin yanında isbatlamaq üçün onu saraya çağırmış. Buxari
şəhərin hakiminin göndərdiyi elçiyə “Get, sultana de ki, mən elmə çox
hörmət edən bir insanam, onu sultanların sarayında cəhalətə dönüşdürmək
istəmirəm,”- demiş.
Bütün alimlər Buxari kimi elmə dəyər verməmişlər. Çoxları özlərini
siyasətçilərə çox ucuza satıb, saxta hədislərin davam etməsinə zəmin
yaratmışlar. Qazi Əyaz saxta hədisləri bu şəkildə sinifləndirmişdir: Birinci
qrup hədislər peyqəmbərə aid edilir, lakin peyqəmbər heç bir şəkildə onu
söyləməmişdir. Bu növ hədislər özləri də iki qrupa ayrılır. Birinci qrup
maddi mənafe adı ilə peyqəmbərə aid edilmişdi. İkinci qrup isə ideoloji
mənafelər üzərinə düzəldilmişdir.
52
İkinci qrup saxta hədislər məzmun
olaraq saxta deyillər, ancaq rəvayətçilərin diqqətsizlikləri nəticəsində
hədisdə dəyişikliklər ortaya çıxmışdır. Məsəl üçün, çox zəif hədisləri, çox
mötəbər rəvayətçilər zəncirinə aid edirlər.
53
Qazi Əyaz üçüncü bir qrupa da
işarə edir ki, çox maraqlıdır: “Bir qrup hədislər var ki, tam saxtadır və onu
rəvayət edən şəxs iddia edir ki, bir şeylər eşitmiş, ancaq bu haqda heç bir şey
onun qulağına dəyməmişdir. Kimlərisə gördüyünü iddia edir ki, əslində heç
mötəbər bir kəsi də görməmişdir.”
54
IX əsrdə yaşamış olan İsfəhani, çox maraqlı bir hadisəni nəql edir.
Bəniüməyyə qəbiləsindən iqtidarda olan birisi bir şairdən istəyir ki, 4000
dinar qarşısında peyqəmbər zamanına aid olduğu mümkün olan bir şeir
yazsın. Şeirin hədəfi peyqəmbərin rəqibi olan Bəniüməyyə qəbiləsini mədh
etmək olmalı imiş. Şair deyir ki, mən belə şeir yazmaqdan qorxuram, lakin
əgər israr edirsinizsə, “Ayişənin bir şeir zümzümə etdiyini” yazaram.
55
Ayişənin çox da önəmli birisi olmadığını düşünən adam şairin təklifini
qəbul etmir və deyir ki, ”Mən istəyirəm sən deyəsən ki, Bəniüməyyə
soyundan olan Hesan ibni Sabit peyqəmbərin qarşısında bu şeiri oxumuş və
Bəniüməyyəni öyərək, peyqəmbərə öz nifrətini bildirmişdir.”
56
51
Əsqəlani, Fəth-ül Bari, I kitab, s. 265.
52
Əbu Zöhrə, Malik.
53
Eyni qaynaq, s.148.
54
Eyni qaynaq.
55
.
توﺮﻴﺑ ،ﯽﺑﺮﻌﻟا ثاﺮﺘﻟا ،ﺎﻴﺣﻻاراد ،ﯽﻧﺎﻏﻻا بﺎﺘﮐ ،ﯽﻧﺎﻬﻔﺻا جﺮﻔﻟاﻮﺑا
1969
ج
1
ص
23
56
Eyni qaynaq.
44
Yuxarıda söylənilən şərh, siyasi və iqtisadi mənafelərin saxta
hədislərin ortaya çıxmasına necə zəmin yaratmasına bir örnəkdir. Bu əməl
hicrətin 10-cu ilində səfər ayının 28-də birinci gün peyqəmbərin vəfatından
dərhal sonra başlamış və bu günə qədər də davam etməkdədir. Yəni
peyqəmbərin cənazəsi hələ dəfn edilmədən Bəniüməyyə saxtakarlığa
başlamışdır.
III
Qadına inamsızlıq gələnəyi (ənənəsi)
1
Buxarinin verdiyi məlumata görə, Əbubəkirə bu cümləni eşitmiş ki,
“İşlərini qadınlara tapşıranlar heç bir zaman mutlu olmayacaqlar.”
1
Bu hədis
Buxari tərəfindən “doğru hədislər məcmuəsi”ndə yer aldığı üçün hər zaman
islam tarixində önəmli olmuşdur. Lakin bizim hədəfimiz elmi bir
araşdırmadır. Bir müsəlman qadın olaraq hədislər üzərinə tarixi və
metodolojik bir araşdırma aparmağıma heç bir şey əngəl ola bilməz. Bir
hədisin rəvayətçiləri üzərinə daha dəqiq, elmi və tarixi bir tədqiqatın lazım
olduğu qənaətindəyəm. Özəlliklə bu hədisin ilk dəfə olaraq ortaya çıxdığı
tarixi şəraiti incələmək gərəkməkdədir. Kim, harda, nə zaman, niyə və kimə
peyqəmbər bu hədisi söyləmişdir? Əbubəkirə peyqəmbərin səhabilərindən
biri olmuş və Məhəmmədlə sıx irtibatda imiş. Əbubəkirənin söylədiyinə
görə, peyqəmbər eşitdiyində ki, Sasani imperatorluğunun başına bir qadın
gəlmiş, o zaman bu hədisi şöyləmiş. “Sasani padşahı Ənuşirəvan öldüyündə,
Sasani imperatorluğundakı hadisələrlə maraqlanan peyqəmbər
“Ənuşirəvanın yerinə kim taxta çıxmışdı?” sormuş. Peyqəmbərə cavab
vermişlər ki: Onlar hökuməti Ənuşirəvanın qızına buraxmışlar.”
2
Bu zaman
Əbubəkirənin dediyinə görə, peyqəmbər bu hədisi söyləmişdir. Ancaq nədən
peyqəmbər hələ müsəlman olmamış Sasanı hadisələrini islam məntiqi ilə
dəyərləndirməli idi ki? Çünkü Sasanı inancındakı üsul-idarə ilə islam üsul-
idarəsi kökündən fərqli idi. Sasani dövlətini istər kişi, istərsə qadın idarə
etsin, hər iki halda islamın siyasi fəlsəfəsinə zidd olan bir sistemi peyqəmbər
nədən yalnız qadın məsələsindən dolayı tənqid etsin? Sasani dövlətinin
başında bir kişi olsaydı, peyqəmbər o dövlətin yönətim şəklini qəbul mu
1
Buxari, Səhih, XIV kitab, s. 226.
2
Əsqəlani, Fəth-ül bari, Qahirə, Bita, XIII kitab, s. 46
45
edəcəkdi? Zatən daha sonra Xosrov Pərvizə yazdığı məktubunda Sasaniləri
islama dəvət edəcəkdi.
628-ci ildə Sasanilərlə Roma arasında gedən uzun savaşdan sonra
Roma imperatoru Heraklius Sasanilərin başkəndi Tisfonun yaxınlıqlarına
qədər işğal etdi. 632-ci ildə Sasani padşahı Xosrov Pərvizin ölümündən
sonra Persia dövlətini iğtişaş bürüdü. Bir çox varis, o cümlədən iki qadın da
taxt-tac iddiası ilə ortaya çıxdılar.
3
Belə bir sual ortaya çıxır: Peyqəmbərin
qadınlar haqqında belə hədis söyləməsinə bir dövlətin iç problemləri mi
olmuş? Sasani imperatorluğundakı siyasi bir hadisə Tanrı elçisinin
davranışını niyə təsirləndirməlidir? Buxari ayrıntılara keçmədən, yalnızca
Əbubəkirənin sözlərini zikr edir. Yəni hədisin məzmunu Sasani dövlətindəki
hadisə ilə bağlantılı şəkildə təzahür edir. Əbubəkirə haqqında daha artıq bilgi
əldə etmək üçün Əsqəlaninin böyük əsərinə müraciət etməliyik. Əsqəlani 17
kitabdan ibarət olan “Fəth-ül Bari” adlı kitabında Buxarinin “Səhih”i
haqqında geniş bilgi verməkdədir. Əsqəlani “Səhih”in hər bir hədisi
haqqında geniş tarixi, siyasi tərcüme-i hal, savaşların şərhi, savaşlarda tərəf
müqabil olanların vəziyətləri, rəvayətçilərin kimlikləri, nəzərləri haqda geniş
izahatlar yazmışdır. Yəni bir araşdırmaçının bütün maraqlarına cavab
verəcək bilgilər Əsqəlaninin “Fəth-ül Bari”əsərində birikmişdir.
Əbubəkirə bu hədisi nə zaman və hansı ictimai şəraitdə rəvayət
etmişdir? Əbubəkirənin güclü hafizəsi olmalı imiş, çünkü bu hədisi
peyqəmbərin vəfatından tam 25 il sonra yəni Ayişənin Cəməl savaşındakı
məğlubiyətindən və Əlinin idarəsinə Bəsrənin keçməsindən sonra rəvayət
etmişdir.
4
Ayişə Məkkəyə həcc ziyarətinə getmişdi. Orada Osmanın terror
edildiyinin və Əlinin iqtidara gəldiyinin xəbərini eşitdi. Bu zaman Ayişə
Əliyə qarşı savaşın rəhbərliyini ələ almağı düşündü. Günlər ard-arda keçirdi
və Ayişə Kufəyə ya da Bəsrəyə gedəcəyi haqda qərar verə bilməmişdi. Ayişə
önəmli bir şəhəri tərcih etməli idi ki, orada Əliyə qarşı yetərincə müxaliflər
bulmuş olsun.
5
Bu müxaliflərdən yardım bəkləyirdi. O, bir çox müzakirələr
və təmaslardan sonra Ayişə Bəsrəni öz qərargahı kimi tərcih etdi. Bu zaman
Əbubəkirə şəhərin seçkin insanlarından biri sayılırdı. Bir çoxları kimi, o da
bu savaş ərəfəsində gərgin durumda idi. Əbubəkirə bilmirdi, Ayişənin
tərəfində durub Əliyə qarşı savaşsın, yoxsa Əlinin tərəfində durub
peyqəmbərin dünya və axirətdə sevgilisi olan Ayişəyə qarşı çıxsın. Ayrıca
Bəsrə Əbubəkirə üçün doğulduğu yer deyil, vəzifəyə çatmaq üçün uyğun
3
Hodgson, Venture of islam, vol.1, P. 199
4
Əsqəlani, Fəth-ül Bari, Qahirə, Bita, XIII kitab, s. 46
5
Əsqəlani, Fəth-ül Bari, XII kitab, s.49.
46
məkan olduğunu nəzərə alanda onun gərginliyini daha da rahat anlamaq
mümkündür.
Əslində Əbubəkirə üçün islam çox uyğun maddi şərait təmin etmişdi.
İslamı qəbul etmədən öncə O, Taifdə çox təhqiramiz həyat sürürdü. Taif elə
bir şəhər idi ki, orada yalnız qəbilə aristokratları böyük vəzifəyə çata
bilirdilər. Əbubəkirə kimi kölələrin şəhərin vəzifəli şəxsləri olmalarına
imkan yox idi. 630-cu ildə peyqəmbər Taif şəhrinin fəthinə qərar vermişdi.
Bu zaman peyqəmbər yenicə Məkkəni ələ keçirib, şəhərdə kontrolu
sağlamışdı. İslamın qarşısında duran Taifliləri məğlub etmək üçün bu şəhəri
də islamın nəzarətinə keçirməyi planlamışdı. Ancaq Taif əhalisi çox güclü
şəkildə şəhəri savunurdu. Peyqəmbər şəhərin kənarında alaçıqlar qurdurdu.
18 gün şəhəri mühasirədə saxladı. Taiflilərin ox atanları peyqəmbərin
ordusuna ciddi zərər vermişdilər. Peyqəmbərin ordusundan 12 nəfər
öldürüldü. Peyqəmbər bu şəhəri heç bir itki vermədən ələ keçirməyi
düşünmüşdü. Vəziyətin peyqəmbərin düşündüyünün tərsinə olaraq
irəliləməsi Məhəmmədi əndişələndirməyə başladı. Peyqəmbər bu savaşda
ölənlərin ailələrini də yaxından tanıyırdı. Bu ölənlər məchul adamlar
deyildilər. Nəhayət, peyqəmbər mühasirədən əl çəkib geri çəkilmək qərarına
gəldi. Ancaq geri çəkilmədən öncə Taifdə olan kölələrə xəbər çatdırdı ki,
şəhəri tərk edib islam ordusuna qatılan bütün kölələr özgürlüklərini
qazanacaqlar, artıq kölə olmayacaqlar.
6
12 kölə Taifi gizlincə tərk edib
peyqəmbərə qatıldı. Bu 12 kölənin içində Əbubəkirə də var idi. Bu kölələrin
sahiblərinin etirazlarına baxmayaraq, onlar bütün müsəlmanlarla qardaş və
bərabər hüquqlu insanlar olaraq duyuruldular.
7
Beləliklə, Əbubəkirə həm
müsəlman oldu, həm də özgürlüyünü qazandı.
Bir neçə ildən sonra Əbubəkirə İraq şəhərlərinin birində mühüm və
sayılan şəxs olduğunda Məhəmmədin “Bütün yoxsullar və dünyanın əzilmiş
insanları özgürlüklərini qazanıb iqtidara və zənginliyə sahib olacaqlar” kimi
arzuları gerçəkləşirdi. Əbubəkirə kimi bir kölənin bu qədər sürətli şəkildə
toplumsal status qazanması islamın verdiyi mesajları ciddiləşdirirdi. “Siz
ərəblər çox aşağı və fəlakətli bir durumda yaşayırdınız. İslam və Məhəmməd
Sizi qurtarıb bu yerlərə yüksəltdi.”
8
Əbubəkirə islamı qəbul etdikdən sonra
inanılmaz bir sürətlə sosial tərəqqi pillələrini irəliləyib keçdi. “O, çox
imtinalı şəxs idi. Ömrünün sonuna qədər də beləcə qaldı. Onun evladları da
zənginlikləri və elmləri hesabına Bəsrənin seçkin insanları arasındaydılar.”
9
6
ج ،تﺎﻘﺒﻃ ،ﺪﻌﺳ ﻦﺑ
3
،
ص
159
7
Eyni qaynaq
8
Əsqəlani, Fəth-ül bari, Qahirə, Bita, XIII kitab, s. 622.
9
ج ،ﺎﺗ ﯽﺑ ،ﻊﻳزﻮﺘﻟاو عﺎﺒﻄﻟاﺮﮑﻔﻟاراد ،ﻪﺑﺎﺤﺼﻟا ﺰﻴﻤﺗ ﯽﻓ ﻪﻳﺎﻐﻟاﺪﺳا ،ﺮﻴﺛا ﻦﺑ
5
ص ،
38
47
Səhabilərin həyatları qələmə alındığı zaman bir çox alim Əbubəkirə ilə ilgili
olaraq çətinliklə qarşı-qarşıya gəlmişlər, çünkü Əbubəkirənin soyu haqqında
güvənli bilgi yox idi. Səhabilərin soyu haqqında araşdırma aparan İbni-
Hənbəl etiraf edir ki, “Əbubəkirə haqqında dərin araşdırma aparmadım.
Onun üstündən sürətlə keçdim. Çünkü onun üzərində dərin araşdırma
aparmamağım təklif edilmişdi.”
10
Əbubəkirə o saysız kölələrdən idi ki,
islamdan öncə onların soylarını bəlli etmək mümkün deyildi. Əski ərəb
qəbilələrində önəmli bir soydan məhrum olmaq, hər növ ictimai statusdan
məhrum olmaq anlamında idi. Bu da doğrudur ki, islami toplumda qeyri-
məşru (qeyri-leqal) yolla doğulanlar önəmli sosial statusa yüksələ bilməzlər.
Ancaq onların təhqir olunma səbəbi tamamı ilə fərqli mövzudur. Islam
öncəsi tarixdə ən uzaq əcdadı belə, müəyyən etmək böyük bir imtiyaz
sayılırdı.
İslamın inqilabi şivələrindən biri iddə məsələsi idi. Inqilab burada
keçmişdən və gələnəklərdən qopuş anlamındadır. İddə nə deməkdir? Yəni
bir qadın, əri öldükdən və ya boşandıqdan sonra bir neçə kərə aybaşı qadın
xəstəliyi mərhələlərini keçirdikdən sonra evlənə bilər. Dul qadın bir neçə
kərə aybaşı xəstəliyini keçirmədən evlənmə haqqına sahib deyil. İddədən
məqsəd qadının daha öncəki ərindən gəbə qalıb-qalmamasının bəlli
olmasıdır. Beləliklə, qadın hamilə olduğunda uşağın gerçək atasının kim
olduğu tam və dəqiq olaraq bilinmiş olur. İslamdan öncə uşağı ata soyuna
mənsub etmək ya önəmli deyildi (çünkü bir çox qəbilələrdə hələ ana
mərkəzli soy anlayışı hakim idi), ya çətin idi (savaşlarda əsir alınan
qadınlarla seksual ilişkiyə girilirdi və sonra da bu qadınların çoxu kölə
olaraq satılırdılar), ya da qeyri-mümkün idi. Siğə (keçici evlənmə) kimi
məslələrdə buna əhəmiyət də vermirdilər. Siğə bu günə qədər də şiə
inancında davam etməkdədir. Siğəni II xəlifə Ömər yasaqlamışdır. Şiənin
Ömərə qarşı antipatiyası olduğu üçün onun yasaqladığı bir çox şeyləri
mübah və məqbul görmüşlər. Bu üzdən də islam öncəsi qəbilələrin bir
gələnəyi olaraq bilinən siğə, varlığını şiə inanışında sürdürməkdədir.
Sünnilikdə islam öncəsi bütün ənənələr tənqid edildiyi üçün siğə də qəbul
edilməmiş, rədd edilmişdir. Siğə və ya keçici evlilik qadın və kişinin
anlaşaraq bir neçə günlüyünə və ya bəlli bir zaman içində birlikdə yaşamağa
qərar vermələridir. Bu keçici evlilikdə ayrılıq zamanı da öncədən
müəyyənləşdirilir. Sünni məzhəblərin yasaqladığı bu növ evlilik ticarətlə
uğraşan islam öncəsi ərəb qəbilələri arasında çox yayqın idi. Soyun itməsinə
səbəb olan, ailənin qüdsiyətini ortadan qaldıran və bir növ yasallaşdırılmış
əxlaqsızlıq olan siğə şiə inancında özünə yer edib günümüzə qədər davam
10
Eyni qaynaq. 4-cü kitab, s. 578.
48
etmişdir. Sünni məzhəblər bu növ keçici evliliyin ailənin müqəddəsliyini
zədələdiyi inancında olmuşlar. Bu növ evlilikdə uşağın atasını müəyyən
etmək ya çətin olur, ya da heç mümkün olmur.
Bu səbəbdən də Əbubəkirə örnəyi də istisna deyildir. Kimlik bunalımı
içində olan şəxslər üçün bu özü-özlüyündə ağır bir sorundur. Bunlar
toplumda ikinci dərəcəli insan sayılmaqdan əzab çəkirlər. Hədis rəvayət
edən şəxslərin soylarını dəqiqləşdirmək çətin bir məsələ kimi
araşdırmaçıların önünə çıxırdı. Əbubəkirə elə bir adam idi ki, islam ona
sadəcə zənginlik və şöhrət bağışlamamış, həm də ona kimlik qazandıraraq
heysiyətli bir şəxsə çevirmişdi. O, daima ətrafındakı müsəlmanlara “Mən
sizin dini qardaşınızam”
12
deyirdi. Belə bir sabiqə ilə çox rahatca anlamaq
olar ki, o, islam toplumunu zəiflədəcək hər növ iç savaşa qarşı imiş və iç
savaş çıxaranları düşmən kimi görürmüş.
Nədən o, öz zehnində saxladığı peyqəmbərə aid olduğu bir cümləni 25
il söyləməmiş və yalnız Ayişə məğlub edildikdən sonra söyləmək zərurətini
hiss etmişdir? Ayişə, Cəməl savaşında məğlub edildikdən sonra Əbubəkirə
bu hədisi təbliğat apararcasına söyləyir. Cəməl savaşından sonra Ayişənin
vəziyəti yaxşı deyildi. Siyasi baxımdan tam olaraq çökmüş və 13000 hamisi
də savaşda öldürülmüşdü.
13
Əli, Bəsrəni geri almışdı və ona qatilmayanlar
peşman durumdaydılar. Burada Əbubəkirə kimi bir fürsətçinin nədən belə
bir ortamda peyqəmbərə aid bir sözü xatırladığı anlaşılırdı. Əli
tərəfdarlarının yanında onun sabiqəsi heç də yaxşı deyildi. Çünkü, nəinki
savaşa qatılmamışdı, həm də bir çox peyqəmbər səhabiləri kimi tərəfsizliyini
açıqca elan etmişdi.
Bir çox savaşlarda peyqəmbərin yanında olan Ayişə hərbi təcrübəyə
sahib idi. Savaşın gedişinə yaxşı rəhbərlik edirdi. Bəsrəni mühasirə etmədən
öncə önəmli şəxslərə məktub yazaraq savaşın səbəbini və hədəfini anlatmış,
onlardan yardım istəmişdi.
14
Müzakirələr aparmaq və toplumla ilişki qurmaq
üçün camini Ayişə qərargah olaraq seçmişdi. Bu üzdən də savaş başlamadan
öncə Ayişə, Əbubəkirə ilə irtibat qurmuşdu.
15
Əliyə qarşı açdığı savaşa görə,
Ayişə bir dəlil gətirməli idi, yoxsa müsəlmanlar durub-durduqları yerdə ona
qatılmazdılar. Ayrıca, müsəlmanların bir-birinə qarşı qılınc çəkəcəklərini
Məhəmməd islamın qorxunc dönəmi olaraq adlandırmışdı. Ayişə, Osmanın
qatillərini cəzalandırmaq yerinə onlara dövlətin müxtəlif orqanlarında vəzifə
verməsini Əlinin suçu olaraq görürdü. Osmanın qatillərinin heç biri
cəzalanmamış tam tərsinə olaraq ordunun üst düzeyində Əli tərəfindən
12
ﺘﻟاو عﺎﺒﻄﻟاﺮﮑﻔﻟاراد ،ﻪﺑﺎﺤﺼﻟا ﺰﻴﻤﺗ ﯽﻓ ﻪﻳﺎﻐﻟاﺪﺳا ،ﺮﻴﺛا ﻦﺑ
ج ،ﺎﺗ ﯽﺑ ،ﻊﻳزﻮ
5
ص ،
38
13
Məsudi, Mürəvvic-ül Zəhəb, II kitab, s. 380.
14
Təbəri, tarix, V kitab, s.182.
15
Əsqəlani, Fəth-ül bari, Qahirə, Bita, XIII kitab, s. 46.
49
görəvlənmişdilər. Bəsrə əhalisinin bir qismi Ayişənin söylədiklərini qəbul
edirdi. Ona görə də Ayişəyə əsgər və silah verdilər. Əlinin təyin etdiyi
Bəsrənin hakimini Ayişə vəzifəsindən uzaqlaşdırıb onun bulunduğu yeri
hərbi qərargah təyin etdi. Daha sonra yaxın və uzaq müsəlman ölkələrlə
təmasa keçdi. Peyqəmbərin ən yaxınlarından olan Təlhə və Zübeyr də bu
işdə ona yardım edirdilər.Təlhə və Zübeyr də Ayişə kimi Qüreyş
qəbiləsindən idilər. Onlar da belə hesab edirdi ki, Əbutaliboğlu Əli ədalətsiz
davranmış və qatilləri cəzalandırmaq yerinə sanki onları təltif edərcəsinə
vəzifələndirmişdi. Hicrətin 36-ci ilində müsəlmanlar iki qarşı cəbhəyə
parçalandılar. Bir çoxları da qərar verməkdə zorlanırdılar. Bilmirdilər
Osmanın qatillərini ödülləndirən Əliyə, yoxsa Ayişəyə qarşı savaşsınlar.
Müsəlmanların çoxu Ayişə ilə Əlinin aralarındakı problemin nə olduğunu
doğru-dürüst anlamış deyildilər. Hətta anlamaq da istəmirdilər. Bir qism isə
demokrasinin olmamasını problemin qaynağı olaraq görürdülər. Bir gün
Bəsrədə bir camidə Ayişənin tərəfdarları Əliyə qarşı təbliğat apararkən
izdihamın içindən bir kişi qalxıb elə önəmli bir məsələ irəli sürdü ki, onun
bu söylədikləri islamın ilk çağlarında anlaşılmamışdır. Hətta bu gün də tam
olaraq anlaşılmış deyildir. Bu gün də onun söylədiklərini qulaqardı edirlər,
yəni islamın qeyri-demokratik tərəfi. Bəsrə Məscidində danışan bu kişinin
sözləri onun canı bahasına tamam oldu. Beləliklə, ilk demokrasi səsini
islamın ilk başlarında boğdular. Bu adam müsəlmanlardan Ayişənin xeyirinə
beyət alanlara üzünü tutaraq uca səslə dedi: “Ey Mühacirlər dəstəsi!
Peyqəmbərin dəvətini ilk qəbul edənlər Sizlər olmuşsunuz. Bu, sizlər üçün
bir üstünlükdür. Digər insanlar da sizlər kimi islama iman gətirdilər.
Peyqəmbər vəfat etdikdən sonra öz içinizdən birisi ilə beyət etdiniz.
Özünüzə başçı seçdiyinizdə bizim kimi sadə insanların fikri ilə heç
hesablaşmadınız. Ancaq bütün bunlara rəğmən bizlər razılaşıb itaət etdik.
Tanrı da Əbubəkirin dönəmində müsəlmanlara nemət bağışladı. O da Öməri
özünə canişin təyin edərək vəfat etdi. Bu seçimdə də sadə insanların istəyi
ilə hesablaşmadınız. Yenə də razılaşıb itaət etdik. Ömər də vəfat etdiyində
varis xəlifənin seçimini altı seçkin müsəlmana tapşırdı, bütün müsəlman
xalqa deyil. Bizimlə heç məşvərət etmədən Osmanı xəlifə olaraq seçdiniz.
Yenə də biz sadə xalqla məsələhətləşmədən Osmana qarşı çıxıb onu
öldürdünüz. Yenə də biz sadə xalqın nəzərini soruşmadan Əli ilə beyət
etdiniz. İndi niyə bizi Əliyə qarşı savaşmağa çağırırsınız? Əli, beyt-ül mala
zərər mi vermiş, ədalətsizlikmi etmiş, savaş qənimətlərini ədalətsizmi
bölüşdürmüş? Əgər bunların heç birisi ortada yoxdursa, nədən Əli ilə
savaşmaq istəyirsiniz?”
16
16
Təbəri, Tarix, V kitab, s.179.
50
Ayişənin nümayəndələri Əbubəkirə ilə əlaqə saxladılar, o, “Mən
fitnəyə və iç savaşa qarşıyam” dedi və davam etdi: “Bu doğrudur ki, Ayişə
bütün islam ümmətinin anası sayılır. Bu doğrudur ki, Ayişə möminlərin
anası olaraq boynumuzda haqqı var. Ancaq mən peyqəmbərdən eşitdim, dedi
ki: “İqtidarı qadınlara tapşıranlar heç bir zaman mutlu ola bilməzlər.”
17
Göründüyü kimi, bu qədər səhabilərin içində Əbubəkirə bir tərəfi ancaq
qadın olduğu üçün məhkum edir, suçlu göstərməyə çalışır.
Təbərinin rəvayətinə görə, Ayişənin məğlubiyətindən sonra Bəsrə
əhalisi bir neçə gün təşviş və iztirab içində oldu. Bir sual ortalıqda dolaşırdı
ki, görəsən, Əbutaliboğlu Əli onu himayət etməyənlərdən, o cümlədən
Əbubəkirədən intiqam alacaqmı? “Savaşdan sonra Əbutaliboğlu Əli ümumi
əfv elan etdi. Savaşın son günündə belə bir bildiri yayınlandı ki, silahı
buraxıb təslim olanlar və eləcə də Bəsrədən öz yurdlarına dönənlər
bağışlanacaqlar.”
18
“Əbutaliboğlu Əli bir neçə gün savaş cəbhələrində oldu.
Hər iki tərəfin cənazələrinin dəfn edilməsinə əmr verdi. Öz şəhərinə
dönmədən öncə hər iki tərəfdə ölənlər üçün yas mərasimlərinin
keçirilməsinə əmr çıxardı.”
19
Ancaq bütün bunlara baxmayaraq, məsələ o qədər də asan deyildi.
Örnəyin, Əbumusa Əşəri də anlamsız saydığı savaşa qatılmağı qəbul etmədi,
bu üzdən də öz vəzifəsindən kənarlaşdırıldı. Əbumusa Əşəri islam dövlətinin
Kufədəki nümayəndəsi idi. Əbutaliboğlu Əli, Ayişə tərəfindən mühasirə
edilmiş Bəsrəyə hərəkət etmədən öncə Əbumusa Əşəriyə nümayəndələr
göndərib ondan həm yardım və silah, həm də əhalini Ayişəyə qarşı savaşa
qaldırmasını istədi. Ancaq Əlinin bu çağrısını Əbumusa Əşəri qəbul etməyib
əhali ilə məşvərətləşdi. Əbumusa Əşəri camidə toplaşan əhaliyə
peyqəmbərin iç savaşla bağlı fikrini çatdırmaq istədi. O, peyqəmbərin iç
savaşla bağlı bir hədisini rəvayət edib, əhalidən istədi ki, Əlini himayət
etməsinlər. Əbumusanın fikrinə görə, bu fitnəni əngəlləmənin yolu heç bir
tərəfi himayət etməmək idi. İç savaşla bağlı Əbumusanın söylədiyi
hədislərin heç birində tərəflərin qadın ya kişi olması nəzərdə tutulmamışdı.
20
Buxari iç savaşla bağlı bütün hədisləri “Əl-fitnə” adlı bir fəsldə toplamışdır
ki, bu hədislərdən biri də Əbubəkirəyə aiddir. Yalnız Əbubəkirənin rəvayət
etdiyi hədisdə savaş cəbhəsində bir tərəfin sərkərdəsi qadın olduğu üçün
məhkum edilir.”
21
17
Əsqəlani, Fəth-ül Bari, XIII kitab, s.46.
18
Məsudi, Mürəvvic-ül Zəhəb, II kitab, s.378.
19
Təbəri, Tarix, V kitab, s. 221.
20
Eyni qaynaq.
21
Buxari, Səhih, VI kitab, s. 221.
51
Bu gün məşhur Cəməl savaşının tarixçəsini bilən adama maraqlı
görünən budur ki, Cəməl savaşına həm qarşı olanlarda, həm də tərəf
tutanlarda Ayişəyə ayrıca bir hörmət olmuşdur. Nadir hallarda Ayişəni
təhqir edənlərə rastlanılır ki, bu da şiə avantürizmi və bir də məsələnin
dərinliyini bilməyən adi kütlə tərəfindən baş verməkdədir. Alimlər yazırlar
ki, yalnız şiə tarixçiləri əllərində heç bir tutarlı dəlil olmadan Ayişəni suçlu
göstərməkdən xoşlanırlar.
Əli, Əbumusa Əşərini olduğu vəzifədən kənarlaşdırıb Kufədən
uzaqlaşdırdı. Əbumusa Əşərinin yerinə daha az barışsevər və daha çox əmrə
tabe olan müti birisini təyin etdi.
22
Əbubəkirə bu kimi kritik durumlarda
digər hədislər də rəvayət etməkdədir. Ən maraqlı olan da budur ki,
Əbubəkirənin rəvayət etdiyi hədislərdə onun fürsət arxasınca olduğu
məsələnin ortaq yanını təşkil edir. Örnəyin, Əlinin qətlindən sonra onun oğlu
Həsən yazılı şəkildə öz haqqından imtina etdiyini açıqladı. Əlioğlu Həsənin
bu yazılı açıqlamasından sonra Müaviyə rəqibsiz olaraq xəlifə oldu. Əlioğlu
Həsənin bu açıqlamasının təzyiqlər altında gerçəkləşdiyi tarixçilər tərəfindən
qəbul edilmişdir.
23
Əlioğlu Həsənin öz haqqından imtina etdiyi kritik siyasi
durumda Əbubəkirə “Həsən barış əhlidir” hədisini rəvayət edir.
24
Bu hədis
doğru olsa belə, peyqəmbər onu Həsənin kiçik yaşlarında söyləmişdir.
Peyqəmbərin zamanındakı siyasi şəraiti peyqəmbərsiz olan bir ortama tətbiq
etmək doğru olmaz, çünkü peyqəmbərdən sonra nə qədər qanlar tökülmüş,
düşmənliklər ortaya çıxmışdı. Ən kiçik yaşında heç bir siyasi şüuru olmayan
Həsənin durumunu ən olqun yaşındakı durumu ilə qiyaslamaq elmi olaraq
doğru ola bilməz. Siyasi fürsətləri doğuran hədisləri açıqlamaqda,
göründüyü kimi, Əbubəkirənin heyrətamiz hafizəsinin olduğuna tanıq
oluruq. Bu hədisi söyləməkdən də məqsədi özünü Müaviyənin yanında şirin
göstərməyə xidmət etmişdir.
Madam ki hədisin tarixi çərçivəsi aydınlaşdı, fəqihlərin doğru olaraq
qəbul etdikləri bu hədisin doğru olub-olmaması üzərinə tənqidi yanaşalım.
Bu tənqidi yanaşmada fəqihlərin “Hədisin doğruluğunu isbatetmə üsulu”
metodundan faydalanacağıq.
İmam Malik İbni-Üns´ün (VIII əsr) metodunda birinci maddə bundan
ibarətdir ki, “məzhəbə bir elm olaraq” baxmaq gərəkir. Şafei və Əbuhənifə
kimi, Malik də
24
müsəlmanlarda haram və halalı sezmə bilgisini gəlişdirən
islam böyüklərindən olmuşdur. Malik İbni-Üns daima deyirdi: “Məzhəb bir
elmdir. Ona görə də məzhəbi bilgiləri öyrəndiyiniz şəxslərə diqqət edin.
22
Təbəri, Tarix, V kitab, s.190.
23
Əsqəlani, Fəth-ül Bari, XII kitab, s. 51.
24
Eyni qaynaq, s.56.
24
ا ﻞﺋﺎﻀﻓ ﯽﻓ ءﺎﻔﺘﻧﻻا ،ﺮﺒﻟاﺪﺒﻋ ﻦﺑ
ﺺﺻ ،ﺎﺗ ﯽﺑ ،توﺮﻴﺑ ،ﻪﻴﻤﻠﻌﻟا ﺐﺘﮑﻟاراد ،ﺎﻬﻘﻔﻟا ﻪﻤﺋﻻا ﻪﺛﻼﺜﻟ
10
و
16
52
Əlbəttə, mən çox şanslı olmuşam ki, səhabilərin və hədis rəvayətçilərinin 70
nəfəri həyatda olduqları bir zamanda Mədinədə dünyaya gəlmişəm. Onlar
adətləri üzrə camilərə gedib dinləyənlərə peyqəmbərin hədislərini
söyləyirdilər. Ancaq mən bu hədislərin heç birini toplamadım. Ona görə yox
ki, bu səhabilərə güvənmirdim. Ona görə ki, onlar elmi baxımdan
səlahiyətləri olmayan mövzulara müdaxilə edirdilər.”
Malik İbni-Üns´ün dediyinə görə, peyqəmbərin zamanında yaşamaq
hədisin qaynağı olma baxımından yetərli deyildir sadəcə. Bu səlahiyəti əldə
etmək üçün elmi təcrübələrin, elmi səlahiyətin olması zəruridir. “Bilgisiz
insanlardan bu yolda faydalanılmamalıdır.” Onların hədisin qaynağı olub-
olmamalarından öncə elm qaynağı olub-olmamalarını dəqiqləşdirmək
lazımdır. Elmi düşüncədən məhrum olan birisini elm mənbəyi olaraq
görmək mümkün deyildir. Ayrıca, fikir və elmi qüvvət hədisi rəvayət
edənlərin ölçü meyarı ola bilməz. Ən önəmli meyar əxlaq məsələsidir.
Malikin dediyinə görə, bəzi insanlar heç bir şəraitdə hədis
rəvayətetmə səlahiyətinə sahib deyillər. “Bir ağılsızı, duyğulu kişini və hətta
elmi səlahiyəti olmayan bir şeyxi hədis rəvayətçisi olaraq qəbul etmək
olmaz.”
25
O, rəvayətçilərə inanmır və müsəlmanlara israrla deyir ki, bu mövzuda
çox ehtiyatlı olun. Hətta deyirdi ki, rəvayətçilərin gündəlik həyatdakı
davranışlarına, maraqlarına da biz diqqət etməliyik. Bəzi insanları hədislərin
rəvayətçiləri kimi qəbul etmədim. Bu ona görə deyildir ki, onlar öz
əməllərinin miqyası haqda yalan söyləmiş və ya peyqəmbərə aid olmayan
bir hədisi nəql etmişlər. Bu ona görə idi ki, onların ictimai münasibətlərində
yalandan da öz məqsədləri üçün faydalandıqlarını sezdim.”
26
Əgər biz bu metodu Əbubəkirə üzərinə də tətbiq etsək, dərhal onu
hədis rəvayətçiləri cərgəsindən çıxarmalıyıq. Çünkü bir təzkirə yazarının
dediyinə görə o, bir dəfə zina haqqında yalan danışdığına görə cəzalanmış və
ikinci xəlifə Ömər ona şallaq vurulması əmrini vermişdir.
27
Zina edənlərə Ömər ölüm hökmü çıxarırdı. İslamdan öncəki cinsi
münasibətlərin çox pis şəkildə mövcud olan yayqınlığını kontrol etmək və
insanların soyunu qorumaq üçün çox sərt yasalar tətbiq edilirdi. Evlilik
çərçivəsindən kənar olan hər növ cinsi münasibətlər yasaqlandı. Yalnız
islami izdivac çərçivəsində bir kişiyə bir neçə qadınla evlənmə haqqı
tanınmışdı. Ayrıca, tanınmış olan bu dini haqqa görə qadınları çox rahat
şəkildə boşayıb, başqası ilə evlənmək mümkün idi.
25
Eyni qaynaq.
26
Eyni qaynaq, s. 15.
27
ج ،ﻪﺑﺎﺤﺼﻟا ﺰﻴﻤﺗ ﯽﻓ ﻪﻳﺎﻐﻟاﺪﺳا ،ﺮﻴﺛا ﻦﺑ
5
ص ،
38
.
53
Hələ əski qəbilə törələrindən arınmamış olan yeni islami toplumu
Ömər ata mərkəzli bir sistemə oturtmaq üçün çox qətiətli davranırdı. Zina
edənləri öldürmək üçün dörd nəfər müsəlmanın şahid keçməsi lazım idi.
Ayrıca, biri digərinə zina töhməti atsa idi, o da cəzalanırdı.
Peyqəmbərin ən yaxın adamlarından biri olan Müğirət ibni
Şəəbəyə´nin zina etdiyinə tanıqlıq edən dörd nəfərdən biri Əbubəkirə idi.
Ömər bu haqda geniş bir araşdırma başlatdı. Sonunda bu dörd nəfərdən biri
dedi ki, zinanı gözü ilə görməmiş, zinanın olub-olmamasına tam arxayın
deyil. Bir nəfərin bu şəkildə şübhəli davranması səbəb oldu ki, qalan üç
nəfər, o cümlədən Əbubəkirə də başqasına töhmət atmaq suçu ilə cəzalansın.
Bu əsasla Əbubəkirə özəl həyatındakı yalançılığından dolayı mötəbər bir
hədisi rəvayətetmə yetkisinə sahib deyildir.
Buxari bu hədisi səhih (doğru) olaraq görməsinə baxmayaraq,
Əbubəkirənin rəvayət etdiyi bu hədisə şübhə ilə yanaşanlar da olmuşdur. O
cümlədən Təbəri belə bir hədisin varlığına şübhə etmişdir. Bu hədisin
qadınları siyasi həyatdan məhrum etmək amacı ilə düzəldildiyini və tarix
boyu pis niyyətlərlə istifadə edildiyini yazmışdır.
28
Bütün bu tarixi bəlgələrdən yola çıxaraq hədislər üzərinə daha
ehtiyatlı yanaşmaq gərəkir. Çünkü bir nəfərin öz mənafeyi uğruna
peyqəmbərdən saxta hədis rəvayət etdiyinə tarixi verilər əsasında tanıq
olduq.
Dostları ilə paylaş: |