Fatimə Mernisi Pərdələr arxasında gizlədilən tarix



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix14.01.2017
ölçüsü1,48 Mb.
#5120
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

 
 
 
 
 
 
 
VI 
 
Peyqəmbər və onun sosial mühiti 
 
 
Məhəmməd bütün peyqəmbərlik dönəmində  həm Məkkədə, həm də 
Mədinədə qadının sosial roluna çox önəm verirdi. O, 40 yaşında ikən (bəzi 
araşdırmaçılara görə 43) ilk mesajı Tanrıdan aldığında Xədicəyə  sığınmış, 
ilk dəfə onun nəvazişi ilə sakitləşmişdi.  İlk vəhyi aldığında peyqəmbərin 
çətin ruh halları keçirməsi ilə bağlı çoxlu bilgilər mövcuddur. Peyqəmbər 
bütün ruhsal gərginliyi Xədicənin güclü psixoloji və mənəvi dəstəyi ilə aşa 
bilmişdir. Tarixi bilgilər rəvayət edir ki, Məhəmməd Xədicənin yanında 
olmaqdan böyük rahatlıq və ruhi enerji alırmış. Bu səbəbdən də öz iç 
 
78

hallarını, problemlərini danışmaq üçün heç zaman bir erkək axtarmadı. 
Xədicə onun üçün ən yaxın, vəfalı  və sadiq sirdaş idi. Xədicənin varlığı 
peyqəmbər üçün ən böyük mənəvi dayanaq idi: “Məhəmməd dağdan aşağı 
endi. Bütün vücudu titrərkən evə döndü... Cəbrailin onun gözünə görünməsi 
ilə bütün bədəni qorxudan və  dəhşətdən titrəyirdi... Xədicəyə dedi: Mənim 
üstümü ört, mənim üstümü ört! Xədicə onun üstünü örtdü, Məhəmməd dərin 
yuxuya daldı.  Əski mətnləri oxumuş  Xədicə, Cəbrailin adı ilə tanış idi.”
1
 
Peyqəmbər hələ  vəhyi (açınımı) təcrübə etməmişdi. Onun nə olduğunu 
bilmirdi. Ona görə  də bu halın o zaman daha çox yayqın olan vəcdə  gəlib 
şeir söyləmək duyğusu olmasından qorxurdu. Onun vücudunu sarmış  vəhy 
(açınım) dalğalarını ilk başda anlaya bilmədiyi üçün bu halın şairlərin vəcd 
halına bənzəməsindən qorxmuşdu. 
2
  Xədicənin xristianlığı  qəbul etmiş 
Vərqət ibni Nofəl adında bir əmisi var idi. Vərqət Məhəmmədə anlatdı ki, o, 
nə məcnun olmuş, nə də şair. Vərqət Məhəmmədə dedi ki, sən yeni bir dinin 
peyqəmbəri olacaqsan. Əslində  Xədicə peyqəmbərə inanan ilk insan 
olmuşdur, yəni Məhəmmədə ilk iman gətirən və onu dəyərləndirən bir qadın 
olmuşdur: “Cəbrail hər dəfə  Məhəmmədə göründükdən sonra Xədicə ilə 
uzun söhbətləri olurdu. Bir gün bu söhbətlərin birində Məhəmməd Xədicəyə 
dedi: “Mən kimə  sığınacağam? Məni kim qəbul edəcək?” Məhəmmədin 
özünə güvənməsi və peyqəmbər olduğunun bilincində olması  Xədicəni 
mutlu etmişdi. Məhəmmədin bu sorularına cavab olaraq Xədicə böyük bir 
arxayınlıq və güvən duyğusu ilə dedi: “Ən azından mənə güvənə bilər, 
sığına bilərsən. Çünkü mən sənə iman gətirdim.” Peyqəmbər çox sevinmişdi. 
Bu üzdən də  şəhadət cümləsini Xədicəyə söylədi və iman gətirməsi üçün 
Xədicənin bu cümləni təkrar etməsini istədi.”
3
İslam bu şəkildə bir qadının yardımı  və  dəstəyi ilə başlamışdır. 
Xədicənin vəfatından sonra peyqəmbər öz eşqini digər qadınlarda aramağa 
başladı. O bir daha evləndi. Bir neçə qadını oldu və çox qadınlı erkək kimi 
qadınlar arası ixtilaflarla, həsədlərlə tanış oldu. Hicrət gecəsi (Məkkədən 
Mədinəyə getdiyi gecə) özü ilə yaşıd olan Səvdə adında bir xanımla evləndi. 
Məhəmmədin ən böyük eşqi onun yaxın dostu və islama birinci iman gətirən 
kişi  Əbubəkirin qızı Ayişə idi. Bəzi  şiə qaynaqları islama birinci iman 
gətirən erkəyin  Əbutaliboğlu  Əli olduğunu yazır. Lakin Məhəmməd 
peyqəmbərliyə yüksəldiyi zaman Əlinin 8-10 arasında yaşı var idi. Yetişkin 
və  qərar verəcək bir səviyədə deyildi. Zatən  Əlini saxlayan Məhəmməd 
olmuşdu. Yəni  Əlinin üzərində  Məhəmmədin haqqı var idi. İslamı  şüurlu 
şəkildə  qəbul edib, bütün zənginliyini bu yolda xərcləyən  Əbubəkir 
                                                 
1
 Tabari, Mohammed, Sceau des prophetes, p. 67. 
2
 Təbəri, Tarix, II kitab, s. 207. 
3
 Tabari, Mohammed, Sceau des prophetes, p. 68. 
 
79

olmuşdur. Məhəmməd Mədinəyə getmədən qısa sürə öncə Ayişə ilə 
adaxlandı. Peyqəmbər hər zaman Ayişənin ağlını, istedadını  və hafizəsini 
öymüşdü. Ancaq Məhəmməd digər qadınlarla da evlənirdi ki, bu da 
Ayişənin qısqanclığına səbəb olurdu. Bə´zən Ayişə peyqəmbərin evləndiyi 
qadınlara qarşı tərs planlar çevirirdi. O qadınlardan biri xristian olan Mariyə 
idi. Mariyə  Məhəmməddən bir oğlan doğurmuşdu. Adını  İbrahim 
qoymuşdular. Peyqəmbər Ayişənin birinci əri idi. Ancaq Ümm-Səlmə kimi 
bəzi qadınların birinci əri deyildi. Bu üzdən də Ayişə kimi gənc və gözəl bir 
xanımın öz ərini qısqanmasından doğal bir şey ola bilməzdi. Məhəmmədin 
bəzi evlilikləri  ən çox məsələhət üzrə idi. O, bu vəsilə ilə islama tapınmış 
qəbilələr arasında birlik yaratmaq və  hərbi imkanlarını gücləndirmək 
istəyirdi. Örnəyin, Məhəmməd, Bənimüstələq qəzəvə
*
sində  məğlub 
olduqdan sonra Əl-harisin qızı Cüveyriyə ilə hicrətin 6-cı ilində evləndi. 
Ancaq başqa örnəklərdə qadınların gözəllikləri etkiləyici olmuşdur. Cəhş 
qızı Zeynəb Məhəmmədin  əmisi qızı idi. Onunla evləndiyi gecə “Hicab” 
ayəsi enmişdi. Zeynəblə evlənməsində  hərbi faktorun rolu olmamışdır.
4
 
Ayrıca, peyqəmbər Zeynəbə  aşiq olduğu zaman o, Məhəmmədin oğulluğu 
olan Zeydlə evli idi.   
Bir çox tarixçilər kimi, Təbəri də Məhəmmədin bu məşhur sevdasını 
belə  şərh edir: “Zeynəb o zamanın  Ərəbistanında  ən gözəl qadın idi.” O 
deyir: “Bir gün peyqəmbər Zeydi görmək üçün onun evinə gedir. Açıq və 
uzun saçları olan Zeynəb evdə yalnız idi. Məhəmməd Zeynəbdən sorur: 
“Zeyd hardadır?” Zeynəb “Zeyd evdə deyil, dışarıya çıxmışdır.”- deyir.
5
 O 
daha öncə  də Zeynəbi bir neçə  dəfə görmüşdü. Ancaq Təbərinin dediyinə 
görə, bu dəfə onu qeyri-rəsmi bir yerdə görmüş və onun gözəlliyi qarşısında 
dərindən etkilənmişdir: “Peyqəmbər elə dərindən etkilənmişdi ki, ikinci dəfə 
onun surətinə baxmaq istəmirdi. Məhəmməd gözləri qapalı şəkildə zümzümə 
etdi: “Tanrını pərəstiş edirəm. Tanrı böyükdür. O (Tanrı) ürəklərə və gözlərə 
fərman verəndir.” Bu sözlərdən sonra peyqəmbər dışarıya çıxıb oranı  tərk 
edir.”
6
 Əslində ilk baxışda Zeynəbin məhəbbəti və gözəlliyi Məhəmmədi öz 
təsirinə salmışdı. Daha sonralar Zeyd Zeynəbi boşadıqdan sonra Məhəmməd 
Zeynəblə evləndi. 
Peyqəmbər vəfat etdiyi zaman doqquz qadını var idi. Ancaq  gözəlliyi 
və dərin fikir bağlılığı olan Ayişə və Ümm-Səlmə kimi qadınlarla bir yerdə 
yatırdı. Savaşlar onu qadınlarından ayıra bilmirdi. Bütün savaşlarda bir və ya 
                                                 
*
 Qəzəvə-peyqəmbərin özünün də qatıldığı savaşlara verilən addır. Ancaq ərəb qəbiləsində qəzəvə sözünün 
başqa anlamı da olmuşdur. Kitabın daha öndəki mübahisələrində bu sözün o zamankı anlamını təfərrüatı ilə 
oxuyacaqsınız. (G.G) 
4
 Muhammad, prophet and stateman, Oxford university London, 1961.  
5
 Tabari, Mohammed, Sceau des prophetes, p. 222. 
6
 Eyni qaynaq. 
 
80

iki qadınını özüylə  bərabər aparırdı. Ortalıqdakı  qısqanclıqları yatışdırmaq 
üçün hər dəfə özüylə aparacağı qadınları püşklə seçirdi.  
Məhəmməd, dövlətin başçısı olmaqla birlikdə qadınla ilişkilərə açıqca 
önəm verirdi. Savaş zamanı onun qadınları arxa cəbhədə olmurdular. Ön 
cəbhədə peyqəmbərlə bir yerdə savaş haqqında verilən qərarlarda öz 
fikirlərini söyləyirdilər. Savaşın gedişi və ayrıntıları haqqında peyqəmbərin 
qadınları  qərar verirdilər və bu qərarlar üzərində  həm peyqəmbər, həm də 
müsəlman savaşçılar düşünürdülər. 628-ci ildə peyqəmbərin məkkəlilərlə 
Hədibiyə adlı bir anlaşması oldu. Bəzi səhabilər bu anlaşmanı hərbi həqarət 
olaraq gördülər. Peyqəmbər necə davranacağını bilmirdi və sonunda 
qadınlarından birinin verdiyi bir təklifi həyata keçirdi: müqavilə 
bağlandıqdan sonra peyqəmbər müsəlmanlara saçlarını qırxıb Tanrıdan bağış 
diləmələrini istədi. Peyqəmbərin üç kərə təkrar etdiyi bu əmrə kimsə aldırış 
etmədi, kimsə əmri yerinə yetirmədi. Peyqəmbər çox rahatsiz və gərgin bir 
durumda Ümm-Səlmənin alaçığına getdi. Ümm-Səlmə onun gərginliyinin 
səbəbini sordu. Peyqəmbər dedi: “Səhabilərimə saçlarını qırxmaları üçün üç 
dəfə  əmr etdim, kimsə sözümə baxmadı.” Ümm-Səlmə peyqəmbərə bu 
şəkildə bir təklifdə bulundu: “Heç üzülüb canını  sıxma! Öncə özün öz 
saçlarını  qırx, sonra da bir qurban kəs.” Peyqəmbər Ümm-Səlmənin təklifi 
ilə razılaşdı. Saçlarını qırxıb bir dəvəni qurban kəsdi. Səhabilər durumu belə 
gördükdən sonra öncə öz aralarında məsələhətləşib sonra da saçlarını 
qırxdılar, qurbanlarını kəsdilər.”
7
İlk islam toplumu duyğusuz və iqtidar hərisi olan bir rəhbər tərəfindən 
idarə edilmədi. O, 26 savaşda özü ordunun başçılığını üstləndi. “Səhabilər 
isə peyqəmbərin başçılığı olmadan 35 savaşa qatılmışdılar.”
8
 Ancaq 
Məhəmmədin hərbi və  məzhəbi fəaliyətləri özəl həyatına kölgə salmırdı. 
Peyqəmbərin qadınları ilə olan münasibətləri o qədər onun fikrini məşğul 
edirdi ki, ən yaxın dostları, özəlliklə Əbubəkir və Ömər kimi qaynatası olan 
dostları ilə bu haqda fikir alış-verişində bulunurdu. Hicrətin 4, 5 və 6-cı 
böhranlı illərində  Mədinə  əhalisi peyqəmbərin düşməni olmuşdu. 
Peyqəmbərin özəl həyatı ilə sosial həyatı bərabər olaraq görməsini ona qarşı 
istifadə etməyə çalışırdılar. 
Peyqəmbərin Mədinədə olmasını öz mənafelərinə qarşı görən 
münafiqlər peyqəmbərin qadınları ilə bağlı şantaj uydururdular. Hicrətin 3-
cü ili Ühüd savaşı  məğlubiyətindən yaslı olan, hicrətin 5-ci ili Xəndək 
savaşından pərişan duruma gələn Mədinədə siyasi müxaliflər gizlin fəaliyət 
göstərirdilər. Ona görə  də peyqəmbər onlara münafiq deyirdi. Çünkü onlar 
                                                 
7
 Tabari, Mohammed, Sceau des prophetes, p. 248. 
8
 Eyini qaynaq, p. 325. 
 
81

Məhəmmədə birbaşa həmlə etmirdilər. Onlar gizlin-gizlin peyqəmbərin 
şəxsiyətini məsxərə edir, onun qadınları ilə bağlı xoşagəlməz  şayiələr 
yayırdılar. Hətta Mədinənin küçələrində peyqəmbərin qadınlarına  əziyət 
verirdilər. Münafiqlərin yaydığı  şayiələrlə savaşlardakı  məğlubiyətin 
doğurduğu ruhsal gərginlik əl-ələ verib düşgün, sınıq əhval-ruhiyə yaradırdı. 
Münafiqlərin qarşısında Peyqəmbər savunmasız idi. Hətta bəzi münafiqlərin 
bu  şayiələri peyqəmbəri elə etkiləyirdi ki, o öz qadınlarına  şübhə edirdi. 
Bütün bu basqıların nəticəsində peyqəmbər hicabı  qəbul etmək 
məcburiyətində qaldı.  
622-ci ildə peyqəmbər Mədinəyə  gəldi.  İlk öncə Gülsüm ibni Hədm 
adında bir Ənsar ailəsində yerləşdi. Ancaq gizli toplantıları  Sə´d ibni 
Xeysəmə adında subay bir kişinin evində keçirdi. “Peyqəmbər Gülsümün 
evini tərk edib toplantı keçirmək üçün Sə´din evinə gedirdi. Çünkü Sə´d 
subay idi. Onun evi mühacirlərin buluşduğu mərkəz olmuşdu.”
9
  İlk 
təmaslarda məkkəli mühacirlərlə  mədinəli  Ənsar arasında ixtilaflar ortaya 
çıxdı. Bu anlaşılmazlıqlar, özəlliklə qadın-kişi ilişkiləri ilə bağlı olaraq daha 
qabarıq görünürdü. Ənsar üçün qadın-kişi arasında ayrım yapmaq önəmli 
deyildi. Ancaq Mühacirlər üçün qadının ümumi ortamda görünməsi ciddi 
sorun olaraq görünürdü. “Peyqəmbərdən üç gün sonra Mədinəyə  gələn 
Əbutaliboğlu Əli dul bir qadının evində qalırdı.”
10
 Daha sonrakı günlərdə bu 
kiçik məsələ çox böyük görünməyə başladı  və iki qrup arasında gərginlik 
yaradan mövzuya dönüşdü. Ənsar tərəfindən ortaya çıxan başqa sorunlar da 
var idi. Peyqəmbər çox incə bir problemlə qarşı-qarşıya idi: siyasi və 
bölgəsəl həssaslıqları, rəqabətləri nəzərə alaraq məskunlaşması üçün necə 
məkan seçməli idi? Ənsar, onların evlərində qalmasını  təklif etdi. 
Peyqəmbər bilirdi ki, bu təklifləri qəbul edərsə, onun ayrı-seçkilik etməsi ilə 
bağlı şayiələr yayıla bilər. Peyqəmbər bu sorunun həlli üçün çox uyğun yol 
buldu. Bu, bərabərlik və ədalət məntiqinə dayanan bir çözüm idi. Peyqəmbər 
duyurdu ki, onun dəvəsinin önündə durmasınlar. Dəvənin duracağı yeri 
özünə yaşayış yeri seçəcəkdi. Peyqəmbər dedi: “Buraxın mənim dəvəmi, 
hara istərsə getsin... Dəvənin bir görəvi var ki, onu yerinə yetirməlidir.”
11
 
Quru xurmaların saxlanıldığı bir evin önündə  dəvə durub diz çökdü. Ev 
Ənsardan olan Əbuəyyub adında bir kişinin idi. 
12
 Peyqəmbər dəvədən enib 
sordu: “Ev kimindir, bu evin qiyməti nə  qədərdir?” Peyqəmbər evin 
bulunduğu yerdə bir camı inşa edib müsəlmanların toplantı  mərkəzi etmə 
qərarına gəldi. Peyqəmbər evin parasını sahibinə ödəyib orada cami tikməyə 
                                                 
9
 İbni Hişam, Səyərə, II kitab, s. 137. 
10
 Eyni qaynaq.  
11
 Eyni qaynaq, s. 140. 
12
 Eyni qaynaq.  
 
82

başladı.
13
 Peyqəmbər sadəcə müsəlmanları bu camini inşa etməyə  təşviq 
etmirdi, həm də özü çox aktiv şəkildə binanın tikilməsinə qatılırdı.
14
 Binanın 
tikilişi zamanı müsəlmanlardan biri bidahətən bu məzmunda bir şeir söylədi:  
“Peyqəmbər tər içrə çalışarkən, bil 
Kənardan baxmağın məsələhət deyil”
15
Sonda doqquz odalı bir cami tikildi. Bu doqquz oda peyqəmbərin 
şəxsi işlərinə  həsr edildi. Beş otaq xurma yarpaqlarından, qalanları da 
daşdan yapıldı. 
16
 Tarixçilərin beytlər və ya hücrə adlandırdığı bu odalarda 
peyqəmbərin qadınları məskunlaşdılar. İbni Sə´d peyqəmbərin yaşadığı yeri 
bu şəkildə anladır: “Peyqəmbərə xas olan otaqlar caminin sol tərəfində idi. 
Namaz zamanı adam minbərdəki imamın qarşısında dayanmış olurdu.”
17
 
Ayişənin otağına ayrıca diqqət edilmişdi. Peyqəmbər bu odanı elə 
yapdırmışdı ki, oradan birbaşa camiyə yol var idi. Yəni caminin qapılarından 
biri Ayişənin odasına açılırdı. Peyqəmbər namaza getmək istərkən bu 
qapıdan faydalanırdı.
18
 Ayişənin odası ilə cami o qədər bir-birinə yaxın idi 
ki, bə´zən peyqəmbər caminin dışına çıxmadan saçlarını yumaq istərkən 
Ayişədən yardım istəyirdi. Burada İbni Sə´d peyqəmbərin natəmizliyə 
münasibətini göstərmək üçün bütün təfərrüatı  rəvayət edir: “Peyqəmbər 
camidə ikən bir çox hallarda Ayişənin odasına söykənirdi, bə´zən də Ayişə 
aybaşı xəstəliyi ikən peyqəmbərin saçlarını yuyurdu.”
19
Binanın görünüşü elə idi ki, cami, peyqəmbər və onun ən yaxınlarının 
odaları bir bütün oluşdururdu. Oraya gələn adam ilk öncə caminin civarında 
məskunlaşacaq bir yer arayırdı. Çünkü artıq ora, sadəcə ibadət edilən məkan 
deyil, həm də bütün hərbi və siyasi toplantıların keçirildiyi mərkəzə 
dönüşmüşdü.  Əlinin qadını  və peyqəmbərin qızı Fatimə  Mədinəyə 
gəldiyində bu civarda məskunlaşmaq üçün yer bula bilmədi. Peyqəmbər 
Fatimənin öz qonşuluğunda yerləşməsini istəyirdi. Çünkü peyqəmbərin 
Fatiməyə  dərin məhəbbəti var idi. Bu günə  qədər soy kökünü peyqəmbərə 
bağlayanlar Fatimə ilə  Əlinin oğulları  Həsən və Hüseynlə soy irtibatı 
qurmuş olurlar. Çünkü peyqəmbərin soyu Fatimə tərəfindən davam etmişdir. 
Peyqəmbər qızı Fatiməni o qədər sevirdi ki, bə´zən Ayişə ilə Fatimə 
arasında anlaşılmazlıq yaranırdı. Çünkü Ayişənin evladı yox idi. Peyqəmbər 
Fatimənin uşaqları  Həsən və Hüseyni öz evladı kimi sevirdi. Ona görə  də 
Fatimə Ayişənin qonşuluğunda məskunlaşmaq istəyirdi. Bu da Ayişənin 
                                                 
13
 Eyni qaynaq.  
14
 Eyni qaynaq, s. 141. 
15
 Eyni qaynaq. (Şeirsəl tərcümə tərcüməçiyə aiddir.) 
16
 
 ج ،تﺎﻘﺒﻃ ،ﺪﻌﺳ ﻦﺑ
8
 ص ،
167
.
 
17
 Eyni qaynaq.  
18
 Eyni qaynaq.  
19
 Eyni qaynaq.  
 
83

qısqanclığına səbəb olurdu. Ayişə peyqəmbərdən bir evlad doğurmaq 
arzusunda idi. Ayişə istəyirdi ki, peyqəmbər ondan olan çocuqların atası 
olsun. Peyqəmbər də Fatimənin yaxında olmasını istəyirdi. Lakin peyqəmbər 
məscidə bitişik qonşusundan çox ev kiralamışdı. Bu üzdən Fatiməyə dedi: 
“Bu qonşunun evini bir neçə  dəfə kiralamışam, artıq onun evini təkrar 
kiralamaq üçün üzüm gəlmir.”
20
  Nəhayət, ev yiyəsi mövzudan xəbərdar 
olduqdan sonra könüllü olaraq evini peyqəmbərin qızı Fatiməyə verdi.”
21
Nədən bu qədər ayrıntılara girirəm? Bunları söyləməkdən məqsədim 
islamın ilk çağlarındakı toplumsal ortamı olduğu kimi anlamaq, anlatmaqdır. 
Göründüyü kimi, xalqdan kənarda təpənin başında özünə saray yapdırıb 
orada yaşayan imperator və ya padşahla toplumun içində yaşamağı  tərcih 
edən peyqəmbər arasında böyük fərqliliklər var.  
Əlbəttə ki, peyqəmbərin xalqa bu qədər yaxın olmasının mənfi tərəfi 
də olmuşdur. Hələ tam eyitilməmiş müsəlmanlar, münafiqlər və müsəlman 
olmayanlar peyqəmbərin özəl həyatı haqqında maraqlanırdılar. Beləcə  də 
şayiələrin ortaya çıxıb şəhərdə yayılmasına uyğun zəmin var idi. Hər kəsin
özəlliklə hər bir müsəlmanın rahat şəkildə peyqəmbərlə ünsiyət qura bilməsi 
istər-istəməz bu problemi də özü ilə  bərabər gətirirdi.  Şübhəsiz ki, 
peyqəmbərin qonşusu olan müsəlmanların hamısı yaxşı  və  təmiz adam 
deyildilər. Özəlliklə sözdə müsəlman olan münafiqlər peyqəmbərin 
arxasınca  şayiə  çıxarmaqdan xoşlanırdılar. Peyqəmbərlə müqavilə bağlayıb 
onu Mədinəyə  dəvət edən 70 nəfər mədinəli, o zamankı 10.000 nəfərlik 
Mədinənin təmsilçiləri sayılmışlar.
22
 Münafiqlər bu 70 kişinin peyqəmbərlə 
olan anlaşmalarını bə´zən açıq ən çox da gizlin şəkildə pozurdular. Mədinə 
əski bir şəhər idi və  Məkkənin 300 km quzey doğusunda yerləşirdi. Bu 
şəhərin sakinləri tarım və meyvə ağacları əkməklə məşğul idilər. Əslində o 
zaman Mədinə mövcud durumu ilə tam olaraq şəhər sayılmazdı. “Mədinə 
verimli torpaqlar üzərində qurulmuş dağınıq kəndlər birliyi idi. Onun sahəsi 
təqribən 32 km kvadrat idi. Bu kəndlər birliyi tarıma uyğun olmayan qayalar 
və  təpələrlə çevrələnmişdi.”
23
  Yəhudilər peyqəmbəri Mədinəyə  dəvət 
etməmişdilər. Hətta bu də´vətə qarşı idilər.  Ən çox cəmiyəti olan Us və 
Xəzrəc qəbilələri  şəhərdə böyük nüfuza sahib idilər. Mədinənin Xeybər, 
Qoreyzə, Vadi-ül Qəra və  Nəbu kimi kəndləri yəhudi sakinlərindən ibarət 
idi. Bəniisrail soyundan olan ərəb dilli yəhudilər Suriyədən və Urşəlimdən 
gəlmişdilər. Us və  Xəzrəc qəbilələri yəhudilərin yaşadıqları  kəndləri işğal 
etmək istəyirdilər. Ancaq yəhudilərin iqtisadi güclərinin çox olması, 
                                                 
20
 Eyni qaynaq.  
21
 Eyni qaynaq.  
22
 Tabari, Mohammed, Sceau des prophetes, p. 6. 
23
 Watt, Muhammad at Mecca, p. 141. 
 
84

cəmiyətlərinin artıq olması onların bu istəklərini əngəlləyirdi.
24
 Bu üzdən də 
Mədinədə qruplar arasında mənafelər toqquşması var idi. Yəhudi və qeyri-
yəhudi arasındakı ziddiyətlərdən başqa, qəbilələr arasında da çox böyük 
anlaşılmazlıqlar mövcud idi. Münafiqlər yəhudi deyildilər. Us və  Xəzrəc 
qəbilələri ilə anlaşmalarına baxmayaraq, mədinəli olmayan, dışarıdan gəlmiş 
birisinin rəhbərliyini qəbul edə bilmirdilər. Onların mövqeləri öz mənafeləri 
əsasında ortaya çıxan şərtlərə görə dəyişirdi. Bunlar peyqəmbərin özəl həyatı 
ilə maraqlanır və  şayiə yaymaq üçün fürsət axtarırdılar. Mühacir ailələrin 
bir-birləri ilə daha çox evlənmələri bu şayiələr üçün uyğun şərait yaradırdı. 
Mühacirlərin arasında bir-birləri ilə evlənmə çox yayqın idi.  
Toplumdakı izdihamın miqdarı çoxaldıqca fərdi təşəbbüskarləığın 
miqdarı azalır.  Əski  şəhərlərdə  və ya kiçik kəndlərdə yaşayanlar bu 
məsələnin nə olduğunu yaxşı anlarlar. Kiçik mühitlərdə insanların özəl 
həyatına müdaxilə etmə marağı çox güclü olur. Özəlliklə əgər bu mühitlərdə 
qəbilələrin  əski kültürləri,  ənənələri, törələri hakimdirsə, özəl həyata 
müdaxilə imkanları da çoxalır.  İslamın yeni dəyərlərinə qarşı dirənən  əski 
törələr asanlıqla aradan getmək istəmirdi.  Əski dəyərləri, törələri öz həyat 
tərzlərində alışqanlıq halına gətirmiş  Mədinə sakinləri yeni islami 
münasibətlərə  çətinliklə uyum sağlayırdılar. Hətta islama tapınmışlarda da 
əski törələrdən birdən-birə və tam olaraq əl çəkə bilmədiklərinə tanıq oluruq. 
Sosial və iqtisadi münasibətlərin dərinliklərinə girmiş islamöncəsi törələr, 
yeni islami dəyərlərə qarşı dirənirdi. Bu dirəniş peyqəmbərin özəl həyatı ilə 
bağlı  şayiələr yaymaq şəklində  təzahür edirdi. O zamankı sosial 
münasibətləri anlaya bilmək üçün yenə  də  Sə´din verdiyi bilgilərdən 
faydalanalım: “İslamın yayılması ilə eyni zamanda camilərin də 
yayqınlaşması önəm qazanırdı. Bu əməlin nəticəsində ilk addım olaraq 
peyqəmbərin qadınlarının odaları cami ilə birləşdirilib, bütünləşdirildi. “Mən 
peyqəmbərin qadınlarının odalarını o zaman gördüm ki, Vəlid ibni 
Abdulmalikin xəlifəliyi zamanında Mədinə hakimi Ömər ibni Abduləziz  
camini genişlətmək üçün bu odaları sökmək qərarına gəlmişdi.” O davam 
edir: “Belə bir qərara varıldığında Mədinə əhalisi ağlamağa başladı. Çünkü 
onlar peyqəmbər və onun qadınlarının nəfəsləri toxunan yerlərin olduğu 
kimi qalmasını istəyirdilər.”
26
 Peyqəmbərin odalarının sökülməsinin səbəbi 
nə idi? Onun və qadınlarının yaşadığı evlər çox sadə idi və xalqın yaşayış 
tərzindən seçilmirdi. Bu da peyqəmbərdən sonra islam adına özlərinə hədsiz-
hüdudsuz zənginliklər qazanmış  xəlifələrin yaşayış  tərzinə uyğun gəlmirdi.  
Bu üzdən zənginlik və eyş-işrət içində yaşayan  Əməvi xəlifələri, 
                                                 
24
 Tabari, Mohammed, Sceau des prophetes, p. 103. 
26
 
 ج ،تﺎﻘﺒﻃ ،ﺪﻌﺳ ﻦﺑ
8
 ص ،
166
.
 
 
85

müsəlmanların həm də siyasi rəhbəri olan peyqəmbərin bu sadə yaşayış 
tərzindən xoşlanmırdılar. Məsələn, Abbasi xəlifələrinin sarayına “Min bir 
gecə sarayı” deyilirdi. Bir gənc adam peyqəmbərin həyat  şəklini böyləcə 
anlatmışdır: “Mən peyqəmbərin evinə getdiyimdə çox kiçik yaşda idim. 
Ancaq  əlimi uzatdığımda peyqəmbərin evinin tavanına çatırdı.”
27
 
Peyqəmbərin yaşadığı  məhəllənin bu qədər sadə olması, onun dostlarının 
məscidə yaxın yaşamaları yeni islami topluma demokratik bir özəllik 
qazandırırdı. Yəni idarə edənlə idarə olunan arasında bir uçurum yox idi. 
Həm də siyasi rəhbər olan peyqəmbərin maddi həyat şəkli sadə xalqdan bir o 
qədər də  fərqlənmirdi. Bu vəsilə ilə  də camidəki sürəkli təmaslar 
müsəlmanları bir-birinə yaxınlaşdırırdı, yeni toplumsal ünsiyət qanunlarının 
ortaya çıxmasını sürətləndirirdi. Məkkəlilərlə  mədinəlilərin ünsiyətlərini 
dərinləşdirmək üçün peyqəmbər məzhəbi şüarlardan yararlanırdı. Bu mənada 
ki, “Peyqəmbər dedi: Hər bir Ənsar bir mühaciri qardaş kimi qəbul edərək 
ona kimlik bunalımını (böhranını) ortadan qaldırmaq üçün yardımçı 
olsun.”
28
  
İslami ortamı (mühiti) yaxşı tanımaq üçün peyqəmbərin xəstəlik və 
vəfat aşamalarına baxmamız gərəkəcək. Peyqəmbər 632-ci ilin iyun ayında 
xəstələndi. Bir neçə gün xəstə olaraq yatdıqdan sonra iyunun 8-də vəfat etdi. 
Peyqəmbər xəstə ikən islamın gələcəyi və islami birliyin rəmzi olan cəmaat 
namazının qılınması ilə bağlı çox əndişəli idi. Xəstəliyi başlandığı zaman 
cəmaat namazını yatdığı yerdən, yəni Ayişənin evindən yönləndirirdi. 
Çünkü Ayişənin evinin qapısı birbaşa məscidə açılırdı. Peyqəmbər 
xəstəliyinin  şiddətləndiyini hiss etdiyində  cəmaat namazını  qılmağı 
Əbubəkirə tapşırdı. Xəstəlik zamanı bir gün peyqəmbərin durumu 
yaxşılaşmışdı. Səhər namazını  qılmaq üçün camiyə  gəldi. Öndə  Əbubəkir 
durmuş, cəmaat namazını hidayət edirdi. Əlinin yardımı ilə Peyqəmbər 
camiyə girdiyində namaz qılanlar arasında  şaşqınlıq yarandı.  Əbubəkir 
namazını  kəsmədən bir addım geri çəkildi. Bu an peyqəmbər  əlini onun 
kürəyinə qoyub onu öz yerində namaza davam etməsini istədi. Özü isə onun 
sağ  tərəfində durdu. Peyqəmbər ayaqüstə durmaqda çətinlik çəkdiyi üçün 
namazını oturduğu yerdə bitirdi. Daha sonra Ayişənin odasına dönüb yuxuya 
daldı.”
30
 Vəfat etdiyi gün Ayişənin evinin girişində göründü. “Bir gün əhali 
səhər namazını qılmaq üzrə idi. Peyqəmbər pərdəni yana çəkib qapını açdı. 
Ayişənin evinin qapısında durmuşdur. Namaz qılan izdiham sevinməyə 
başlamışdı. Hətta elə oldu ki, namazın tərtibi bir-birinə  dəydi. Peyqəmbər 
onlara işarə etdi ki, namazı davam edin. Namazın tərtibinin pozulmasını 
                                                 
27
 İbini Hişam, Səyərə, II kitab, s. 143. 
28
 Eyni qaynaq, s. 150. 
30
 Tabari, Mohammed, Sceau des prophetes, p. 341. 
 
86

gördüyündə gülümsədi.”
31
 Peyqəmbər Ayişənin evində xəstə yatdığı zaman 
Mühacirlər və Ənsar onun ziyarətinə gəlirdi. Onun yaxın əqrəbaları (qadın-
kişi) isə ardıcıl olaraq gəl-getdə idilər.
32
  Hər tərəfdən gələn səslər açıqca 
eşidilirdi. Eşidilən bu səslər vasitəsi ilə peyqəmbər, məsciddə olub-
bitənlərdən xəbərdar olurdu. Peyqəmbər artıq cəmaat namazına gedə 
bilməyəcəyini hiss etmişdi. Bu üzdən də  Əbubəkiri öz yerinə  cəmaat 
namazının imamı olmağa təyin etmək istədi. Ayişə peyqəmbərin bu istəyini 
yerinə yetirmədi və atası Əbubəkirin yerinə Öməri çağırtdırdı. Peyqəmbərin 
həyatının son anlarındakı bu davranışı  Əbubəkiri öz yerinə siyasi varis 
olaraq təyin etməsi anlamında idi. Ayişə daha sonra bu davranışının səbəbini 
bu  şəkildə açıqladı: “Əbubəkirin peyqəmbərin siyasi varisi olacağını 
duyduğunda dəhşətə  gəldi.  Əbubəkirin bu olayların dışında qalmasını 
istəyirdi. Çünkü ortaya çıxacaq ixtilaflar və qarşıdurmaları öncədən 
sezmişdi.” Peyqəmbər Ömərin səsini camidə  eşitdiyində  əsəbləşib yüksək 
səslə dedi: “Əbubəkir hardadır?”
33
 Ayişə peyqəmbərə anlatdı ki, atasının 
yerinə Öməri çağırmışdır. Çünkü Əbubəkirin səsi zəifdir və namaz 
qıldığında göz yaşlarını tuta bilmir, ağlayır. Ancaq Ömərin səsi güclü və 
aydındır.
34
 Bu zaman peyqəmbər Ayişə ilə bağlı bu cümləni tələffüz etdi: 
“Yusifin məşuqəsində olduğu kimi, hər qadında gizlin bir xəyanət duyğusu 
var.”
35
 Yüz illər boyunca peyqəmbərin bu cümləsi qadınları  aşağılamaq 
üçün bir araca dönüşmüşdür. Çətin şəraitdə, peyqəmbərin xəstə hal olmasına 
rəğmən, bu cümlənin özündə bir lətiflik və incəlik var. Beləcə də qadın cinsi 
məhkum edilmişdir. Nə zaman ki, sinifdə bir qız dərsi yaxşı bilməz və ya bir 
şeiri yanlış söyləsə idi, ədəbiyat öyrətmənimiz peyqəmbərin bu cümləsini 
çox aşağılayıcı biçimdə üzümüzə çırpardı.  
Anlaşıldığı kimi, peyqəmbərin idarə etdiyi toplumda qadınların 
yaşadığı odalar da camiyə, yəni sosial və politik həyata açıq idi. Daha 
sonrakı dönəmlərdə peyqəmbərin mənəvi və siyasi mirası yasaqlandı  və 
qadın sosial-siyasi həyatdan uzaqlaşdırılaraq, dar ev mühitinə  məhkum 
edildi. Qadınınn ağlı və siyasi istedadı ilə hesablaşan olmadı.  
 
 
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin