Ömər və Mədinə kişiləri
Ömər müsəlman olmadan öncə Qüreyş qəbiləsinin seçkinlərindən və
peyqəmbərin ən təhlükəli düşmənlərindən biri idi.
1
O, Məhəmmədi qəbilələr
arasında ixtilaf salmaqda, dini törələrə sayqısızlıqda, tanrılara hörmətsizlikdə
suçlayırdı.
2
Peyqəmbər Ömərin islamı qəbul etməsindən qürur duyurdu.
Əslində Məhhəmməd öz missionunu gerçəkləşdirmək üçün Məkkənin ən
güclü adamını ələ ala bilmişdi. Ömər müsəlman olduqdan sonra “Öndə gedir
və onun arxasınca bir sürü savaşçı müsəlman hazır olurdu. Ömər Kəbəyə
yaxınlaşdığında namaz qılmağa başladı. Müsəlmanlar da onunla bir yerdə
namaz qıldılar.”
3
Peyqəmbərin Ömərə ayrıca hörməti var idi. Hətta Ömər
müsəlman olmadan öncə peyqəmbər onun bəzi özəlliklərini öymüşdü.
Məhəmməd onun ədalətsizliyə qarşı olan qətiyətindən xoşlanır və ona Faruq
ləqəbi vermişdi. Faruq, doğrunu yanlışdan, haqqı batildən ayırd edə biləcək
qüvvəyə sahib olan şəxs anlamındadır. Faruq, hər şəraitdə doğrunun fərqinə
varan seçkin insandır. Ömərin bu yöndə böyük istedadı var idi.
4
Eləcə də
peyqəmbər onun tənqidçilik ruhunu təqdir edirdi. Ömər deyirdi: “Ərəb,
cilovu çəkilən qızqın dəvəyə bənzər. Cilov çəkən baxmalıdır ki, dəvəni hara
aparmalıdır. Kəbənin Tanrısına and olsun ki, bu ərəblərin cilovunu mən
çəkməkdəyəm.”
5
Tarix kitablarında Ömər haqqında verilən bilgi insanın
islama aşiq olmasına zəmin yaradır. O, xalqın diləklərini yerinə yetirən
hakim idi. Hər şeydən önəmli bu idi ki, dürüstlüyü və dünya malına bağlı
olmamağı yoxsulluq səviyəsinə qədər təbliğ edirdi: “O, çox təvazökar idi və
qaba paltar geyirdi. Tanrı işlərində çox qətiyətli idi..., dəri ilə yamanmış yun
1
Əsqəlani, Əl-İsabət, IV kitab, s. 588.
2
İbni Hişam, Səyərə, VIII kitab, s. 367.
3
Eyni qanynaq, s. 366.
4
Məsudi, Mürəvvic-ul zəhəb, II kitab, s. 313.
5
Təbəri, Tarix, V kitab, s. 27.
110
əba geyinirdi. Böyük dövlət adamı olmasına baxmayaraq, bütün şəxsi
işlərini özü görürdü. Əlinin altında var-dövlət olmasına rəğmən, onun
dəvəsinin üstündəki oturacaq xurma yarpaqları ilə düzəlmişdi.”
6
Müsəlman
tarixçilər bütün tarixi şəxsiyətlərin özəlliklərini, hətta mənfi yönlərini də
yazmağa çalışmışlar. Ömərlə bağlı da bu şəkildə davranmışlar. Ömərin üstün
cəhətlərini yazmaqla bərabər onun qadınlarla çox qaba davrandığını da
yazmışlar. Təbəri yazır: “Ömər xəlifə olduqdan sonra bir qadına evlənmək
təklif etmiş. Lakin Ayişənin bacısı olan Ümm-Gülsüm adında bu qadın onun
təklifini “qadınlarla qaba və sərt davrandığı üçün” rədd etmişdi.”
7
Kişi
cəbhəsində dayanaraq peyqəmbərin cinsi bərabərlik görüşünə Ömərin qarşı
çıxması təsadüfi deyildir. Onun daha üstün əxlaqi yönlərinin olmasına
baxmayaraq, ailədə əski dəyərlərin davam etməsindən yana idi. Ömərə görə,
islami transformasionlar yalnız və yalnız ictimai və mənəvi ilişkilərlə
məhdudlaşmalı, özəl yaşama qarışmamalıdır. Ömərin başçılıq etdiyi cərəyan
özəl həyatda əski gələnəklərin davamını istəyirdi. Erkəklər siyasi və iqtisadi
planda inqilabın gerçəkləşməsi ilə bağlı hazır olduqlarını duyurdular. Ancaq
qadın-kişi ilişkilərinin dəyişməsinə qəti şəkildə qarşı çıxırdılar, özəlliklə
başda Ömər olmaqla məkkəlilər əski dəyərlərin davam etməsini istəyirdilər.
Onlar Mədinəyə gəldiklərində qadınların bu qədər azad davranmalarına
şaşırıb dedilər: “Biz Qüreyş erkəkləri, qadınlarımıza hakimik. Ancaq
görünür ki, Mədinədə erkəklərin qadınlar üzərinə hakimiyəti yoxdur. Bizim
də qadınlarımızın Mədinə qadınları kimi davranmalarını heç istəməzdik.”
8
Ömərin rahatsızlığı əsassız deyildi. Çünkü Ənsara mənsub olan bir qadın
onun eşi idi. Bir gün öz qadını ilə dartışan Ömər, Qüreyş kültürünə uyqun
olaraq qadınının onun qarşısında diz çöküb üzr istəməsini bəklədi. Ancaq
onun qadını bu işi etmədi. “Və Ömərin əsəbləşməsi qarşısında dedi: and
olsun Tanrının birliyinə, peyqəmbərin də qadınları onunla dartışır, hətta
peyqəmbərin qadınlarından biri səhərdən axşama qədər onunla küsülü
qalmışdı.”
9
Ömərin tam qorxduğu hadisə gerçəkləşdi. Ənsar qadınlarının
sərbəstliyi və erkəkmərkəzli davranışları qəbul etməmələri Qüreyş ailələrini
də etkilədi. Məkkədə Ömərin itaətkar qadını indi ona qarşı çıxıb azad şəkildə
öz fikrini söyləyirdi. Ömərin qadınının bu şəkildə davranmasının səbəbi var
idi. O, belə hesab edirdi ki, bütün müsəlman erkəklər öz qadınları ilə
peyqəmbər kimi davranmalı və qadınlarına özgürlük haqqı tanımalıdırlar.
Peyqəmbərin qadınları səslərini yüksəldib sərbəst şəkildə qəzəblərini ortaya
qoyurlarsa, içlərində saxlamırlarsa, o zaman səhabilərin də qadınları bu
6
Məsudi, Mürəvvəc-ül zəhəb, II kitab, s. 312.
7
Təbəri, Tarix, V kitab, s. 27.
8
Buxari, Səhih, III kitab, s. 258.
9
Eyni qaynaq.
111
haqdan bərxurdar olmalıdırlar. Peyqəmbərin metodunu seçən adamlar çox
çətin bir yola girdiklərinin fərqində idilər. Ancaq əski dəyərləri uçuran islam,
qadınlara yeni haqlar tanıyırdı və bu yeni dəyərlərə dayanan qadınlar inqilabi
davranırdılar. Hər zaman yeniliyin inqilabi yanı olmuşdur. Hətta qadınlar bu
yeniliyə arxalanaraq əski dəyərlərə qarşı üsyan edir, ərlərinin yeni islami
dəyərlərə uymalarını istəyirdilər. Qadınların bu kimi radikal davranmağa
haqları var idi. Çünkü əsrlər boyu ilk dəfə olaraq qadına haq tanınırdı. Bu
tanınan haqdan da özəl həyatlarında yararlanmaq istəyirdilər. Ancaq əski
törələrin davam etməsini kişilik qürurlarına uyqun hesab edən səhabilərin
səbri daşırdı.
Ömər, yalnız öz qadınını döyməklə yetinmədi. Ömər üçün qadınların
bu yeni davranışı çox önəmli idi. Tələm-tələsik peyqəmbərin qadını olan öz
qızı Hafisənin yanına gedib peyqəmbərin qadınları ilə davranışı haqda sordu.
Bu hadisəni Ömər özü bu şəkildə rəvayət edir: "Bağıraraq Hafisədən
soruşdum: Ey Hafisə! Sizlərdən birinizin peyqəmbərdən küsmüş olduğu
doğrumu? Hafisə dedi: Doğrudur. Mən dedim: Sizlər yanılırsınız və peşman
olacaqsınız. Peyqəmbəri incitdiyiniz üçün Tanrının sizi cəzalandırmasından
qorxmursunuzmu? Sən peyqəmbərdən heç bir şey istəmə və ona cavab
qaytarma. Onunla qaba davranma. Nə istəsən, mənim yanıma gəl, məndən
istə!”
10
Ancaq Ömərin müxatibi sadəcə öz qızı deyildi. Peyqəmbərin bütün
qadınlarından ər qarşısında təmkinli olmalarını tələb edirdi. O, peyqəmbərin
bütün qadınlarına uğrayıb, səslərini peyqəmbərin önündə yüksəltməmələrini
istədi. Ancaq Ümm-Səlmə ilə qarşılaşdığında problem yarandı. Ümm-Səlmə
özəl yaşamlarına Ömərin qarışmasından rahatsız olmuşdu. O, heç
çəkinmədən Ömərə dedi: “Nədən sən peyqəmbərin və onun qadınlarının özəl
yaşamlarına qarışırsan? Əgər bizim davranışımızla bağlı peyqəmbərin etirazı
olsa, özü söylər. Bunlar bizim özəl ailə sorunlarımızdır, sənə nə? Biz
problemlərimizi peyqəmbərə də deməyəcəyiksə, kimə deyəcəyik? Biz sənin
qadınınla olan özəl yaşamına müdaxilə edirikmi ki, sən də bizim özəl
həyatımıza qarışırsan?”
11
Ümm-Səlmənin bu cəsarətini peyqəmbərin digər
qadınları alqışlayıb ona dəstək verdilər. Ömərin yaxşı özəlliklərinin olması
ilə yanaşı bir çox əksik yönləri də var idi. İncə şeyləri görmürdü və ictimai
adam deyildi. "Əbubəkir xəlifə olduğu zaman çevrəsinin Ömərlə bağlı
fikrini sormuşdu. Bir çoxları onu aqressiv, dəmdəməki, qaba və abtal olaraq
anlatmışdılar."
12
"Ömərlə Ümm-Səlmə arasında keçən bu dialoqdan sonra
peyqəmbərin digər qadınları Ümmi-Səlməyə təşəkkür etdilər. Ümmi-
Səlmənin cəsarətini alqışlayıb onun kimi olmağı arzu etdilər. Ancaq onlarda
10
Eyni qaynaq.
11
İbni Sə´d, Təbəqat, VIII kitab, S. 180.
ج ،تﺎﻘﺒﻃ ،ﺪﻌﺳ ﻦﺑ
8
ص ،
180
.
12
Təbəri, tarix, IV kitab, s. 51.
112
Ümmi-Səlmə kimi güclü xarakter yox idi."
13
Nəhayət Ömər belə qərara
gəldi ki, kişiləri təhdid edən bu təhlükə ilə bağlı peyqəmbərin özü ilə
danışsın. "Ancaq cavab olaraq peyqəmbər yalnızca Ömərə baxıb
gülümsədi."
14
Peyqəmbərin gülümsəməsi çox anlamlı idi. Bu, onun ən
etkiləyici silahı sayılırdı. Peyqəmbərin bir çox ciddi olaylarla bağlı belə
gülümsəməsi o zamankı ərəb şairlərinin şeirini də etkiləmişdi: “Peyqəmbərin
üzü çox çəkici və şirin idi. Ona baxmaqdan doymaq olmurdu.”
15
Burada
qadınla ilgili iki fərqli görüş ortaya çıxırdı: biri peyqəmbərin, digəri isə
Ömərin baxış açıları idi. Peyqəmbərin öz çevrəsi və qadınları ilə yumşaq
münasibətləri şiddətə alışmış o mühitin insanlarını şaşırırdı. Ömər mərkəzdə
olmaqla bir çox səhabi öz qadınlarını döyməyi məqbul sayırdı. Qadınlara
qarşı zor işlətmə yeni islami toplumda böyük problem yaradırdı və qadınlar
bunu qəbul etmirdilər. Bu problem islamın varlığını təhlükəyə soxacaq
qədər böyük idi.
Seksual ilişkilərlə bağlı dialoq
Ömərin qorxduğu hadisə gerçəkləşdi. Qadın haqqını savunan
peyqəmbərlə qadın haqsızlığını savunan Ömərin zehniyəti arasında təzad
mövcud idi. Ənsar qadınları peyqəmbərin görüşünə dayanaraq haqlarını
istəyirdilər. Nəhayət, təhlükəyə girmiş islamı qurtarmaq üçün Tanrı öz
qərarını verdi.
Bu zaman iki hadisə ortalığı qarışdırdı. Birinci hadisə Ənsara mənsub
bir qadının ərinin istədiyi kimi seksual ilişkiyə hazır olmaması idi. Ikincisi
isə bir qadının yenə də seksual ilişki ilə bağlı əri tərəfindən döyülməsi idi.
Hər iki hadisənin iştirakçısı olan qadınlar peyqəmbərə uğrayıb problemə
çözüm gətirməsini rica etdilər. Peyqəmbər bu kimi durumlarda susur və
Tanrının əmrini bəkləyirdi. Bir çoxlarına görə, bu mövzu ilə ilgili gələn
açınım (vəhy) kişiləri savunmuşdur. Baş vermiş hadisə ilə bağlı Ümmi-
Səlmə və Ömər aracı olmuşdular. Ümmi-Səlmə qadınların, Ömər isə
kişilərin vəkilliyini etmişdilər. Dəqiq olaraq nə baş verdi? “Qüreyş qəbiləsi
yayqın kültür üzrə qadınları ilə sadəcə öndən deyil, arxadan da seks
yapırdılar.” Şəhər həyatı yaşayan mədinəlilər üçün məkkəlilərin bu şəkildə
13
İbni Sə´d, Təbəqat, VIII kitab, s. 180.
14
Buxari, Səhih, III kitab, s. 258.
15
Təbəri, Tarix, III kitab, s. 185.
113
seks həyatları anlaşılmaz idi. Ənsara mənsub bir qadın Ümmi-Səlmə ilə
görüşüb bu haqda peyqəmbərdən sual sormasını istədi. Peyqəmbər o qadını
yanına çağırıb bu mövzu ilə ilgili Tanrının bilgisini onun özünə söyləmək
istədi. Qadın gəldiyində peyqəmbər Bəqərə surəsinin 223-cü ayəsini ona
oxudu. Bu ayə qadınla hər növ seksual ilişkidə erkəklərin əlini açıq
buraxırdı: “Qadınlar sizin tarlalarınızdır. İstədiyiniz kimi bu tarla ilə davrana
bilərsiniz.”
16
Təbəri bir sürü bəlgə göstərərək isbat edir ki, bu ayə nəinki
mövzunu qapatmadı, tam tərsinə olaraq bəzi problemlərin ortaya çıxışına da
zəmin yaratdı. Bəzi müsəlmanlar hesab edirdilər ki, bu ayə qadının
arxasından da seks yapmağa izin verir. Bəziləri isə hesab edirdilər ki, bu
ayəyə görə, qadının arxasından seks yapmaq yasaqlanmışdır. Bu şəkildə
müxtəlif görüşlər ortaya çıxdı.
Başqa bir ayə ilə də qarşılaşırıq ki, bu ayə də müxtəlif şəkildə
yozulmuşdur. Bu mövzuya açıqlıq gətirmək islam alimlərinin görəvidir.
Təbəri böyük ehtiyatla bu ayə ilə bağlı 41 yozumu bir yerə toplamışdır. O
heç bir yozuma laqeyd yanaşmadan hamısını bir araya gətirmişdir.
17
Bu,
kişilərin nəfinə təhlil edilmişdir. Kişilər öz qadınları ilə onların istəyindən
asılı olmayaraq seksual irtibata keçə bilərlər. Qadınlar isə ərlərinin
ehtiyacları qarşısında təslim olmaq zorundadırlar. Məsələni bu şəkildə
yozumlamaq qadınların bu mövzu ilə ilgili dartışmalara qatılmalarını
əngəllədi. Bu ayədən sonra kişilər üçün belə bir sual ortaya çıxdı: “kişilər öz
qadınları ilə arxadan da seks yapa bilərlərmi, islam buna necə baxır?”
Olayın tarixi kökünü izah edən başqa bir rəvayət də mövcuddur.
Ənsar qadınlarının sualı bir yana buraxılıb, kişilərin məsələsi ortaya qoyuldu.
Bu rəvayətdə qadınlar yox, mübahisəni kişilər başlamış. Bir gün bir qrup kişi
qadınla seksual ilişki haqqında danışırdılar. Bu söhbət sırasında ləvat
(erkəyin erkəklə seks yapması) haqqında da söz düşdü. Ləvat haqqında
söhbət edərkən bu haqda bilgisiz olduqları üzə çıxdı. Bu üzdən peyqəmbərə
uğrayıb ləvat haqqında sual sormaq istədilər. Bu mövzu ilə ilgili bir çox
rəvayətlər mövcuddur ki, burada onların hamısını gətirməyə ehtiyac yoxdur.
Bu ayə ətrafındakı mübahisələr oxumaqda olduğunuz kitabın
aydınlatmaq istədiyi məsələnin dərinliyini açıqlayır. Yəni siyasi və
erkəkmərkəzli imtiyazlara məşruiyət qazandırmaq üçün məzhəbin bir vasitə,
bir alət kimi istifadə edilməsi üzə çıxır. Üç əsrdən sonra bir din alimi olaraq
Təbəri bu ayənin məfhumunu möminlərə açıqlamaq istərkən, hələ də bu
mübahisə davam etməkdə idi! Və hələ də davam edir! Yəni müsəlmanlar
üçün hələ də bəlli olmamış, qadının arxası ilə seks yapmaq olar, yoxsa
16
Pickthall, The meaning of the Glorious Kuran.
17
Təbəri, Təfsir, IV kitab, s. 400.
114
olmaz?
*
Əslində bu mövzuya diqqət etmək gərəkir ki, islami mətnlərdə heç
bir dartışmanın sonu olmaz. Heç bir irəliləmə olmadan hər nəsl özündən
öncəki nəslin mübahisələrini yenidən başlar. Niyə? Çünkü milyonlarca
insanın həyat qanunlarını müəyyənləşdirən bir mədəniyət əməldə, gerçək
həyatda səfsətəyə (sarsaxlığa), səfihliyə yol verməmək üçün bir növ
istiqamət və ümumi çərçivə bəlli etmək zorundadır. Təbərinin çox böyük
alim və araşdırmaçı olmasına baxmayaraq, öz çağdaşlarına bu problemin
həlli üçün yardım etməmişdir. Onları özbaşlarına buraxdı, onlar da
islamöncəsi törələri dirildib islam adına təqdim etməkdə önlərini və əllərini
açıq gördülər. O, islamın cinsi bərabərlik üsuluna dayanaraq qadın hüququnu
açıq şəkildə isbat etmədi. Təbəri, olayları və olmuşları nəql etmənin ötəsinə
çıxmadı. Bu üzdən də “cinsi ilişkilər iki fərqli cinsin (qadın-kişi) iradəsindən
asılıdır və seksual ilişkiyə qadının da psikoloji hazırlığı olmalıdır, qadın da
seksdən ləzzət almalıdır” görüşünü kəşf edə bilmədi. Bu din aliminin dini
üsulları toplamaqdan qorxması sadəcə bu ayənin zərər görməsinə şərait
yaratmamış, həm də oportonist (fürsət tələb) təfsirlərin islam strukturunun
bir parçası olmasına səbəb olmuşdur. Təbəri öz nəzərini bu şəkildə
sonuclandırır: “Bu ayə kişiyə öz qadını ilə hər növ seksual ilişkidə
bulunmağa izin vermişdir. İstər qadının razılığı olsun, istər olmasın erkək
məxluq öz qadını ilə seks yapa bilər.”
18
Təbəriyə görə, ləvat (erkəklə erkəyin
seks yapması) işi islam tərəfindən rəsmən haram sayılmışdır. Ancaq seksual
ilişkilərdə qadının rolu nədir kimi ciddi bir sual islamda cavabsız qalmışdır.
Ümumiyətlə müsəlman qadının iradəsi və seçim haqqı islamda rəsmiyətə
tanınırmı? Qadın düşünən bir varlıq kimi qəbul edilir, yoxsa sadəcə
erkəklərin seks alətləri kimi təqdim edilir? Müxtəlif seçənəklər qarşısında
qadının azad iradəyə sahib olması mümkünmü? Qadınlar bu önəmli sualların
cavabını Tanrıdan almaq üçün çox çalışdılar. Islamöncəsi gələnklərin
qanunları bu mövzuyla ilgli bəlli idi: qadın bir əşya kimi irs sayıldığı və
alınıb-satıldığı üçün onun özgür iradəsi ola bilməzdi. İlk müsəlman qadınlar
həm irsdən faydalana bilir, həm də seksual ilişkilərdə sərbəst iradəyə sahib
idilər. Bu səbəbdən də bu özgür qadınlar yeni islami toplumun memarisi
sürəcində qadınların iradəsinin də rəsmiyətə tanınmasını Tanrıdan istədilər.
Ancaq bütün təlaşlara baxmayaraq, qadınlar əski törələri dağıda bilmədilər
və erkəkmərkəzlilik davam etdi.
*
İran İslam İnqilabının rəhbəri Ruhulla Xumeyni öz dini risaləsinin 435-ci maddəsində yazır: “Qadınlar
aybaşı xəstə olduqlarında arxadan seks yapmaq mümkündür.” (G.G.)
18
Eyni qaynaq.
115
Köləlik
İslamöncəsi durumla müqayisədə qadınlar daha sərbəst olduqlarının
fərqində idilər. Ancaq bunu da anlamışdılar ki, fərqli bir sınırlılıq onların
iradəsinə və özgürlüklərinə qoyulmuşdur. İradələrinin sınırlanmasını anlayan
ilk qrup sadəcə qadınlar deyildi. İslamın kölə ilə qadına yanaşması arasında
çox bənzərlik var. Bütün möminlərin bərabər olduqlarını peyqəmbər açıqca
duyurdu və quran da peyqəmbərin elan etdiyini onayladı. Köləliklə ilgili də
eyni hadisə baş verdi. Ancaq müsəlmanların peyqəmbərin təlimatına və
Tanrı buyruğuna uyqun şəkildə davranıb davranmamaları başqa bir məsələ
idi. “Yəhudilik və xristianlıq kimi tövhid dini olan islam köləliyin ləğvi üçün
qəti fərman verməmişdir. Ancaq bu dinlərdən fərqli olaraq kölələrlə daha
yaxşı və əxlaqlı davranmağı məsələhət bilmişdir.”
19
Bərabərliyi bir əsas kimi
önə sürərək islam köləliyə qarşı çıxmışdır. Peyqəmbər öz möizələrində
kölələri azad etməyi savab iş olaraq duyururdu, ancaq köləliyin ləğvi qəti bir
qanun şəklində ortaya qoyulmadı, sadəcə kölələrlə yaxşı və insani
davranmaq tövsiyə edildi. "Peyqəmbərin anlatılarında kölələri azad etmək
Tanrı yolunda sədəqə vermək kimi bir əməl idi."
20
Müxtəlif ayələrdə kölələri
azad etmə əməli təşviq edilir. Bəqərə surəsinin 177-ci ayəsi bu haqda deyir:
“Üzünüzü Şərqə və ya Qərbə tərəf tutmaq yaxşılıq deyildir. Yaxşılıq odur ki,
adam Tanrıya, qiyamətə, səmavi kitablara, mələklərə və peyqəmbərlərə iman
gətirsin və öz var-dövlətindən yetimlərə, yazıqlara, möhtaclara, kölələrə
bağışlasın.”
21
Bu
görüş Bəld surəsinin 13-cü, Tövbə surəsinin 60-cı və Əhzab
surəsinin 92-ci ayəsində də zikr edilmişdir. 12 köləni azad etməklə
peyqəmbər bu mövzu ilə bağlı öz əməl və istəyini örnəkləndirmişdi. Bu 12
kölənin içində daha öncə haqqında danışdığımız Əbubəkirə də var idi. Taifin
mühasirəsi zamanı peyqəmbər şəhərdəki kölələrə mesaj göndərmişdi ki,
islamı qəbul edib təslim olsalar, həm azad olacaqlar, həm də onlara qarşı
islam ordusu heç bir təzyiqdə göstərməyəcəkdir. 12 nəfər kölə təslim olub
peyqəmbərə gəldilər. "Bu 12 nəfər kölədən yalnız Əbubəkirə peyqəmbərin
yanında qalıb peyqəmbərin ev işlərinə baxdı. Qalanları isə istədikləri yerə
19
ﯽﻣﻼﺳا فرﺎﻌﻤﻟا ﻩﺮﻳاد
.
20
Eyni qaynaq.
21
Pickthall, The meaning of the Glorious Kuran.
116
getdilər."
22
Anlaşıldığı kimi peyqəmbərin Taif savaşındakı tutumu əsgər
qazanmaq taktikası deyil, yeni dinin bərabərlik anlayışını sərgiləmək idi.
İslam köləni bir insan olaraq qəbul etdi. Ona insanlıq sifəti tanıdı. Bu
da toplumsal və seksual ilişkilərə dərin təsir buraxdı. “Özəlliklə qadın
kölələri cinsi sömürü aləti etmə yasaqlandı.” Fahişəliyə son vermək üçün
islam kişiləri kənizləri ilə evlənməyə təşviq etdi. Ancaq islamın ən böyük və
uca qərarı azad qadın və kişilərin kölə qadın və kişilərlə evlənməsini
rəsmiyətə tanıması idi. Peyqəmbər Haris qızı Cüviyriyə və Səfiyə kimi kölə
qadınlarla evlənməklə bir örnək oluşdurdu. Cüveyriyənin qəbiləsi məğlub
edildikdən sonra o, savaş qəniməti kimi müsəlmanların əlinə keçmişdi.
Savaş gələnəyinə görə o, Sabit ibni Qeys adında bir müsəlman əsgərə aid idi.
Ancaq Cüveyriyə aristokratlardan olduğu üçün Sabit ibni Qeys alacağı
yüksək miqdar para qarşılığında onu azad buraxacağını söylədi. Sabit
peyqəmbərə uğrayıb mövzunu ona söylədi. Peyqəmbər ona dedi ki, istədiyin
paranı mən sənə ödərəm, Cüveyriyəni burax, azad olsun. Sonra da
Cüveyriyə ilə evləndi.
23
Peyqəmbər eyni işi Səfiyə ilə də etdi. Səfiyə yəhudi
idi və savaşda əsir düşmüşdü.
İslam, qadınlarla ilgili olduğu kimi, kölələrlə bağlı da əski törələri
dəyişdi. Kölənin azad edilməsi bir mövzu, onlarla yaxşı rəftar etmək isə
başqa bir mövzu idi. Peyqəmbər ordu başçılığını Zeydin oğlu Üsaməyə
tapşırmaq istədiyində müsəlmanlar etiraz etdilər, çünkü Üsamə sərbəst
buraxılmış kölənin oğlu idi. Əslində müsəlmanların bu hadisəyə olan
etirazları ilə qadın azadlığına etdikləri etiraz eyni anlamda idi.
Romanın böyük bir ordusunun Suriyənin sınırlarında hərəkətlənməsi
ilə bağlı peyqəmbərə bilgi verdilər. Peyqəmbər xəstə olmasına baxmayaraq,
Suriyəyə tərəf hərəkət etmək üçün əhaliyə əmr verdi və Üsaməni ordu
başçısı təyin etdi. Üsamə hərəkət bayrağını Mədinənin darvazalarında
dalğalandırdı. Məhəmmədin ordusu hərəkətə hazır idi. Ancaq müsəlmanlar
şikayət etdilər: “Niyə peyqəmbər azad edilmiş bir kölə oğlunu Ənsarın,
Mühacirlərin və Qüreyşin başçısı təyin etdi?” Peyqəmbər bu söhbəti eşidib
dedi: “O, bu görəvə layiqdir.” Üsamə peyqəmbərin yanına getdiyində
peyqəmbər ona dedi: “Onların söylədiklərinə üzülmə. Onlar bu sözü sənin
atana da dedilər. Sənin atan hər kəsdən daha çox orduya başçılıq etməyə
layiq idi. Sən özün də hər kəsdən daha çox bu vəzifəyə uyqunsan.” Üsamə
böyük iradə və qətiətlə xeyməyə geri döndü. Ordu Suriyəyə tərəf
hərəkətləndi.”
24
22
Tabari, Muhammed, Sceaudes prophetes, p. 33.
23
Eyni qaynaq, s. 328.
24
Eyni qaynaq, s. 338.
117
Peyqəmbərin həyatı boyunca bərabərlik nəzəriyəsinə müxalif olan
cəbhə çox güclü idi. Hətta bir nəsl keçməsinə rəğmən, bir kölə oğlunun ordu
başçısı olmasını qəbul edə bilmirdilər. Çünkü qadın azadlığı kimi kölələrin
də azadlığı bir çoxlarının iqtisadi mənafelərini təhlükəyə soxurdu: “Köləlik
yalnız iki qanuni şəkildə davam edirdi: ata-anası kölə olduğu üçün doğuşdan
kölə olaraq doğulanlar və bir də savaşda əsir alınanlar.”
25
Yeni din hər iki
köləlik anlayışını dəyişdirmək istəyirdi. Ancaq Quranın açıq bəyanlarına,
peyqəmbərin təlimatlarına rəğmən yüz illər boyu islam tarixində köləlik
davam etdirildi. XX əsrdə Qərb dövlətlərinin basqısı altında köləlik islam
ölkələrindən tədricən dışlanmağa başladı. Qadınların şəraitini daha yaxşı
anlamamız üçün köləlik tarixini araşdırmaqda fayda var.
İslamın köləliyi məhkum etməsinə baxmayaraq, necə və niyə köləlik
islam ölkələrində davam etmişdir? Köləliyə də bəraət qazandırmaq üçün
dilçilik hiylələrindən və qeyri-insani qanunlardan faydalanmışlar. İslam,
müsəlman köləliyini məhkum etmişsə bu önəmli sayılmamış. O zaman
müsəlman olmayanları kölə etmək lazımdır zehniyəti islam tarixində hakim
olmuşdur. Müsəlmanlar müxtəlif ölkələri işğal etdikləri zaman bütün əsirləri
kölə olaraq qullandılar, kölə bazarında satışa çıxardılar. İslamda köləlik,
yalnız müsəlmanlar üçün keçərsiz olmuşdur. Fərqli inanışda olanlar üçün
keçərliliyini qorumuşdur. Qəniymətlər yolu ilə zənginləşən müsəlmanların
saysız kölələri oldu. Müsəlman olmayanların köləliyi iki şəkildə idi: "ya
savaşlarda əsir alınırdılar ya da kölə bazarlarında satılıq olaraq alış-veriş
əşyası kimi başqa ölkələrdən gətirilirdilər."
26
Başqa ölkələr “dar-ul hərb”
(savaş evi) adlanırdı. Köləlik məsələsi islamın bərabərlik üsulu ilə
ziddiyətdə olduğu üçün köləlik və kölələrin aqibəti hər zaman tarixçilərin,
islam bilginlərinin və fəqihlərin ilgisini çəkmişdir.
27
Peyqəmbərin vəfatından
40 il sonra Müaviyə öz siyasi rəqibi Əbutaliboğlu Hüseynə yaltaqlanmaq
üçün o zaman cariyə adlanan bir neçə kəniz göndərdi. Havva adında bir
cariyənin həyatı islam tarixində köləliyin necə çirkin bir vəziyətdə davam
etməsini ifşa etməkdədir. Çünku Havvanın Quranla dərin tanışlığı olmasına
baxmayaraq, müsəlman olmaq istəməməsi diqqəti cəlb edir. Ən diksindirici
hadisə odur ki, Havva Quranı əzbər bilsə də, ancaq müsəlman olmaq istəmir.
Nədən? Çünkü müsəlmanların davranışlarından, iyrənc, qeyri-əxlaqi və
alçaq davranışlarından qorxmuşdu. “Bir nəfər Müaviyəyə gözəl bir kəniz
gətirdi. Müaviyə kənizin qiymətini sorduğunda adam “min dirhəm” dedi.
Müaviyə bu məbləği ödəyib, digər əşyalarla bir yerdə kənizi Əlioğlu
25
ﯽﻣﻼﺳا فرﺎﻌﻤﻟا ﻩﺮﻳاد
.
26
Eyni qaynaq.
27
Təbəri, Təfsir, VII kitab, s. 151.
118
Hüseynə hədiyə göndərdi.”
28
Hüseyn, dinin qaydaları əsasında yaşayan
müsəlman idi. Bu qadından bir neçə soru sorduqdan sonra dərhal onun azad
insan olmasına qərar verdi. Tarixi sənədlərdə Hüseynin bu qadının
gözəlliyinə heyran olduğu söylənir. Onların arasında keçən söhbət bu şəkildə
olmuşdur:
Hüseyn: Sizin adınız nədir?
Kölə qadın: Havva.
Hüseyn: Bu ad sizə çox uyqundur. Nə iş görərsiniz?
Havva: Quran və şeir oxumağı başarıram.
Hüseyn: Qurandan bəzi parçalar mənə oxuya bilərsinizmi?
Havva: “və qeyb xəzinələrinin açarları onun yanındadır. Bunu onun özündən
başqa kimsə bilməz. Torpaqda və dənizdə nə varsa, hamısından o
xəbərdardır.”
29
Hüseyn: İndi bir şeir də söyləyə bilərsinizmi?
Havva: Özgürcə danışa bilərəmmi? Sən mənim özgürlüyümü təmin
edirsənmi?
Hüseyn: Bəli, edirəm.
Havva:
Səninlə daima bir yerdə olmaq,
Mutluluq və sevgi qaynağıdır, bax.
Ancaq nə etməli? Fanidir həyat,
Mutlu birlikdəlik mümkünmü? Heyhaat...!
*
Tarixi qaynaqların verilərinə görə, Əlioğlu Hüseyn bu zaman ağlamağa
başlamış və demiş: “Artıq sən özgür bir qadınsan və Müaviyənin mənə
göndərdiyi bütün hədiyələr də sənin olsun.” Daha sonra Hüseyn qalxıb
namaz qılmışdır.
30
Əgər desək ki, bütün müsəlmanlar köləliyin davam etməsində israrlı
olmuşlar, yanılmış olarıq. İstər keçmişdə, istər indiki zamanda toplumun
içində bir olqunu anlamaq üçün müxtəlif təbəqələrin, qrupların durumlarını,
onların bir-birləri və siyasi iqtidarla olan ilişkilərini araşdırmalıyıq. Əlioğlu
Hüseyn, Əməvi xilafətini məhkum etdi. Çünkü Əməvilik islam dəyərləri
əsasında bir dövlət deyildi, qəbilə bağları, qəbilə kimliyi üzərində qurulmuş
dövlət idi. Yəni islamın tam olaraq ortadan qaldırmaq istədiyi törələri
Əməvilər yaşatmaqda israrlı idilər. İslam ölkələrində köləlik o zaman ləğv
edildi ki, sömürgəçi dövlətlər öz müstəmləkələrinə quldarlığı ortadan
qaldırmaq üçün basqı yapdılar. Uluslararası Cenevrə konvensionu 25
28
ﺲﻧﻮﺗ ،ﺮﺸﻨﻠﻟ ،ءﺎﺴﻨﻟا رﺎﺒﺧا ﯽﻓ ءﺎﻨﻐﻟا ﻖﺋاﺪﺤﻟا ،ﯽﮑﻟﺎﻤﻟا ﻦﺴﺣ ﻮﺑا
1987
ص ،
73
.
29
Ənam surəsi, 5-ci ayə.
*
Şeirsəl tərcümə çevirmənə aiddir.
30
ﯽﻓ ءﺎﻨﻐﻟا ﻖﺋاﺪﺤﻟا ،ﯽﮑﻟﺎﻤﻟا ﻦﺴﺣ ﻮﺑا
ﺲﻧﻮﺗ ،ﺮﺸﻨﻠﻟ ،ءﺎﺴﻨﻟا رﺎﺒﺧا
1987
ص ،
73
.
119
sentyabr 1926-cı ildə bütün dünya dövlətlərinin imzasına göndərildi.
Səudiyə Ərəbistan, Yəmən istisna olmaqla bütün ölkələr imzaladılar. 1924-
cü ildə köləlik İraqda yasaqlandı. 1923-cü ildə fərdi azadlıq ilkəsini
(prinsipini) Misir öz anayasasına yerləşdirdi. Fransanın müstəmləkəsi olan
Mərakeş bu ölkənin basqısı nəticəsində köləliyi yasaq elan etdi.
Göründüyü kimi, peyqəmbərin başlatdığı insan haqları hərəkəti onun
vəfatından sonra XX əsrə qədər tarix səhnəsindən silinmişdir. İnsan
haqlarını öz idealı hesab edən islam, zalimlərin zülmlərini artırmaq üçün
vasitəyə dönmüşdür. Sonra isə müsəlmanların gavur olaraq tanıyıb
tanımladıqları Qərb ölkələrinin basqısı nəticəsində insan haqları kağız
üzərində olsa da, islam ölkələrində də rəsmən tanınmışdır.
Dostları ilə paylaş: |