Fatimə Mernisi Pərdələr arxasında gizlədilən tarix



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə14/14
tarix14.01.2017
ölçüsü1,48 Mb.
#5120
1   ...   6   7   8   9   10   11   12   13   14

Document Outline

  • Tərcüməçinin  
  •  önsözü 
  • Əlinizdə bulunan bu kitabı oxumaqla eyni mövzuyla bağlı sanki yüzlərcə kitab oxumuş olacaqsınız. Mətnşünaslıq, tarix metodologiyası və dinşünaslıq baxımından yeni bilgilər əldə edəcək, özəlliklə islam tarixi üzərinə dərin bilgi və fikir sahibi olacaqsınız. Ancaq bunlar olayın hamısı deyildir. VII əsrdə tək başına meydana çıxıb və ictimai ədalətdən danışan, qumsal çöllərin ərəblərini bir hədəf istiqamətində birləşdirib onları millət olaraq tarixə soxan, insanlıq tarixini etkiləyən bir insanın mübarizəsi ilə tanış olacaqsınız. Hz. Məhəmmədin özəl və  sosial həyatı ilə elmi şəkildə tanış olmaq kimi bir fürsəti yaxalayacaqsınız. Bu günə qədər peyqəmbərin ictimai-siyasi şəxsiyəti və ədalət anlayışı islam tarixində olduğu kimi göstərilməmiş, ərəb milliyətçiliyi mərkəzli islam qavrayışını ortaya qoyan Əməvilərdən başlayaraq günümüzə qədər Hz. Məhəmməd adına yüzlərcə saxta hədislər uydurularaq, onun gerçək missionunu ört-basdır etmişlər. Kitabı oxuduqca siyasi islamla, peyqəmbər islamının fərqinə varacaqsınız. Kiminsə inanıb inanmaması önəmli deyil. Əsas odur ki, Hz. Məhəmmədi tanıyacaqsınız, gerçək kimliyi ilə tanıyacaqsınız. İnanmasanız belə, onun mübarizəsinə, siyasi davranışlarına, hərbi, ictimai-siyasi  münasibətlərinə heyrət edəcək, sayqı ilə yanaşacaqsınız. Əgər Hz. Məhəmmədə inanırsanız, o zaman öz peyqəmbərinizi yenidən tanıyıb kəşf edəcəksiniz. Görəcəksiniz ki, bu günə qədər islamı siyasətə alət edən dargörüşlü insanlar, siyasi təşkilatlar necə də Hz. Məhəmmədin idealına ihanət etmiş, onun böyük və Tanrısal idealını qısıtlamağa, göylərin qutsallığını yerdəkilərin mənafeyinə fəda etməyə çalışmışlar.  
  • Vətənimiz böyük bir sınaqdan keçmək üzrədir. Türk tarixində heç bir zaman öz ana dilimizdə islami dəyərləri öyrənmək üçün bir proje ortaya qoyulmadığı üçün əli qılınclı türklər ərəb- fars mərkəzli siyasi islama yem edilmişlər. Hz. Məhəmmədin həyatını araşdıran Buxari kimi böyük bilim adamlarının türk olmasına baxmayaraq, türk ulusuna bu araşdırmalar anlayacaqları dildə  çatdırılmamışdır. Beləliklə də Səlcuqlu, Osmanlı, Səfəvi dönəmlərində türklər, ərəb-fars milliyətçiliyi mərkəzli sapdırılmış islamın “fədai”ləri olmuşlar. Oysa bu kitabı oxuduğunuzda peyqəmbərin özəl və ictimai-siyasi həyatından zövq alacaqsınız. Onu yenidən sevmək istəyəcəksiniz. Onun kimi səbirli, uzaqgörən və təmkinli olmaq istəyəcəksiniz.  
  • Hz. Məhəmmədin dönəmindən uzaqlaşdıqca saysız təriqətlərin, məzhəblərin ortaya çıxışına şahid oluruq. Qardaşlığın carçısı olan Hz. Məhəmməddən sonra bu məzhəblər öz çıxarları adına nə qədər qan tökdülər. Xüsusən ərəb və fars irqçilərinin ortaya qoyduqları məzhəblər islamdan irqçi bir din görüntüsü ortaya qoymaq istəmiş, qanlar axıtmışlar. Müaviyənin öndərliyində qurulan Əməvi dövləti, islamı bir sülalə dini, qəbilə məzhəbinə dönüşdürmək istədi. Əməvilərin islamı bu şəkildə sapdırmalarına ilk etiraz Əlioğlu Hüseyn tərəfindən edilmişdir. Əlioğlu Hüseyn bu yolda böyük fədakarlıq göstərdi və öz çevrəsi ilə bir yerdə Kərbəlada şəhid oldu. Əməvi dövləti böyüdükcə islamı sapdırmağa çalışmışdır. Qənimətlər yolu ilə yalnız zəngimləşməyi hədəfləyən Əməvilər vardığı ölkələrdə ancaq və ancaq yağmaçılıqla məşğul olurdular. Əməvilərin islamı sapdırmalarına etiraz daha sonra alimlər tərəfindən edilmişdir. Siyasətin dışında Quranı və hədisləri öyrənmə zərurəti bu şəkildə yaranmışdır. İlk dörd xəlifə zamanında xəlifə müsəlmanların həm siyasi, həm də dini rəhbəri idi. Lakin daha sonrakı dönmlərdə xilafət öz mənəvi dəyərini itirdi, sadəcə siyasi bir instituta dönüşdü. Bu siyasi institut, ancaq sülalənin mənafeyini qorumaqla məşğul olurdu. Həm Əməvilər, həm Abbasilər, həm Osmanlılar, həm də Səfəvilər dönəmində islam zahirdə var idi, batində isə nəfslərini kontrol edə bilməyən qəddar sultanlar, şahlar, xəlifələr islam adına olmazın cinayət törədirdilər. Bu üzdən də islama içdən və könüldən bağlı olan alimlər siyasətin dışında Quranın və peyqəmbərin təlimlərini elmi şəkildə araşdırmağa başladılar. Bu baxımdan islam tarixində üç növ islam anlayışının orataya çıxdığına tanıq oluruq: 1. Dövlət islamı. Bu növ islam anlayışı islamı dövlətin mənafeyi yolunda kullanmışdır. Buna siyasi islam da demək mümkündür. 2. Mədrəsə islamı. Fiqh elmi mədrəsələrdə gəlişdi. Mədrəsə islamı Quran və hədislər üzərinə elmi təfsirlər yapırdı. Zaman zaman siyasət mədrəsə islamının da araşdırmalarına müdaxilə etmişdir. 3. Təsəvvüf islamı. Sufilər siyasətdən uzaq dinin təməl təlimləri əsasında yaşamağa özən göstərirdilər. Bir çox hallarda da siyasi və mədrəsə islamı tərəfindən təzyiqlərə məruz qalıb Mənsur Həllac kimi dəriləri soyulurdu. Təsəvvüf, siyasət və mədrəsə islamına antitez olaraq orataya çıxdı. Onlar Tanrını yoxluqda deyil, varlıqda axtarırdılar. “Tanrı var” önərməsini “Tanrı yoxdur” önərməsinə qarşı qoyurdular. Təsəvvüfə görə Mədrəsə və siyasət islamı “Tanrı yoxdur” önərməsi əsasında düşündüyü üçün yoxluğu axtarmış, yoxluqda qərq olmuşlar, oysa Tanrı insana şahdamardan da yaxındır. O zaman “Tanrı var” önərməsi üzərində düşünmək gərəkir. “Tanrı var” önərməsi Tanrını qeyblərdə axtarmamış, varlığın içində axtarmışdır. Bu üzdən də elmlə məşğul olmaq ibadət sayılır. Nədən? Çünkü elm varlığı araşdırır. Varlıq nə qədər araşdırılsa, bir o qədər də Tanrıya olan ehtiyac insanın ağlını və qəlbini daha da dərindən saracaqdır. “Tanrı var” önərməsi insanın ağlını, diqqətini, fikrini varlığa sövq edir. Yəni Tanrıya inanc yetərli deyil, Tanrının əsəri olan varlıq didik-didik araşdırılmalıdır. Fəlsəfə də bu görüşdən doğmuşdur. Çünkü fəlsəfənin doğuşu üçün üç tür varlıq bir yerdə bütünləşməlidir. Bu varlıqlar bunlardır: 1. Dil varlığı. Haydeger kimi bir çox filosoflar dili varlığın evi sanmışlar. Varlıq özünü dil aracılığı ilə tanımlayır, tanıdır. Varlıq sözlərə daşınır, söz varlığın əsrarəngiz təzahür şəklinə dönüşür. Füzulinin də “söz” rədifli qəzəlində dediyi kimi varlığı öyrənmək, dilin özünü, cövhərini öyrənmək kimi ortaya çıxır. Dil, yalnızca varlığın simgələrlə (rəmzlərlə) göstərgəsi deyildir. Dil, varlığın tanımlandığı mənəvi məkandır. Şərq aləmində fəlsəfənin doğmamasının səbəbi varlığı araşdıran dil etkəninin olmamasıdır. Fəlsəfənin doğuşu üçün öncə dil, daha sonra özgürlüyün olması şərtdir. İslam şərqində, xüsusən islam siyasətə alət edildikdən sonra varlıq araşdırılmamış, varlığı araşdıra biləcək dil gəlişdirilməmişdir. Özgürlük də olmamışdır. Hətta varlığın araşdırılmasına yasaq da qoyulmuşdur. Bir halda ki Quranda israrla söylənilir ki, varlığa baxın və düşünün. 2. Düşüncə. Düşünmək var oluşun səbəbidir. Düşüncədə geniş dış varlıq öz-özü ilə qarşılaşır. Düşünmək, varın varla örtüşməsidir. Hər bir varlıq türü mücərrəd və tanımlanmaz şəkildə ideyaların içində məxfidir. Tanımlanmazlığın tanımlanır olması düşüncə yolu ilə sağlanır. Bu bağlamda düşüncənin də birimi dil olaraq bəlirlənir. 3. Varlıq. İnsan, həyat və uzay (fəza). Bunlar da bağımsız varlıq. Ancaq bu bağımsız varlıq türləri, yəni dil, düşüncə və varlıq birləşdiyində fəlsəfə yaranmış olur.  
  • Təsəvvüf də basqı altında olduğu üçün başarılı ola bilməmişdir. VIII əsrin ikinci yarısından başlayaraq IX əsrin birinci yarısına qədər iqtidarın rəsmi ideolojisi olan Mötəzilə məzhəbi zamanında cüzi bir gəlişmə oldu. Mötəzilə rasionalist bir axım olduğu üçün Yunan fəlsəfəsini, riyaziyatını, bir sözlə yunan zəkasını ərəb dilinə tərcümə etdi. Bu tərcümə geniş miqyaslı oyanışa səbəb oldu. Farabi, İbni- Rüşd, İbni-Sina kimi böyük mütəfəkkirlər bu oyanış dalğasının uzantısı kimi ortaya çıxdılar. Bu dönəmdə dinin fəlsəfi dərki üçün nisbi imkan yarandı. Daha sonra Qəzzalizm islam dünyasına hakim oldu. İmam Məhəmməd Qəzzali Tanrını riyazi yolla isbat etmənin küfr olduğunu yazdı. Filosofları xülyalı insanlar olaraq tanımladı. Səlcuq imperatorluğuna hakim olan Qəzzalizm Şərqin zehinini qaranlıqlara gömdü. Hələ də o qaranlıqdan çıxmaq mümkün olmamışdır.  
  • İslamı bir irq dini kimi inhisarlaşdırmaq istəyən başqa bir hərəkət də fars cəbhəsində olmuşdur. II xəlifə Ömər, Sasani dövlətini devirdikdən sonra islam daha geniş coğrafiyalara yayılmağa başladı. Farslar Öməri sevməzlər. Ancaq onların Ömərə qarşı sayqısızlıqları şiə olduqları üçün deyildir. Sasani dövlətini Əbutaliboğlu Əli də devirsə idi, farslar bu dəfə ona qarşı ideoloji gəlişdirəcəkdilər. Sasani dövlətini yenidən diriltmək istəyən farslar “milli islam” oluşdurmaq çabası içinə girdilər. Farsların islamı bir irq dini etmə çabaları ən bariz şəkildə “Şüubiyə” örgütü timsalında ortaya çıxmışdır. “Şüub” sözü Quranda “Hücərat” surəsinin 13-cü ayəsində keçməkdədir. Bu ayədə Tanrı çağımızda millət olaraq dediyimiz olqunu qəbul edir və deyir: “Ey insanlar biz sizi erkək və dişi şəklində yaratdıq. Sizi qəbilələr və şöbələr çəklində qərar verdik ki, bir-birinizi tanıyasınız. Tanrı qatında ən əziz olan isə təqvalılardır. Tanrı hər şeyi biləndir.”* Samanilər zamanında yaranan “Şüubiyə” bu ayədəki “şüub” sözü əsasında milli-siyasi məzhəb oluşdurmaq istər. Bu təşkilat belə hesab edirdi ki, Tanrı millətləri şöbə-şöbə yaratmışsa, bu şöbənin ən üstünü və ən mötəbəri fars qövmüdür. Bu məntiqlə Sasanilər zamanında yayqın olan əfsanələri mətnləşdirirlər. Yüksək məbləğ qarşısında Əbulqasim Firdovsi şüubiyənin bu mətnini mənzumlaşdırır. Əsər bitdikdən sonra isə, Qəznəvilər iqtidara gəlir, Firdovsi də və`d edilən məbləği ala bilmir və bu dəfə Qəznəvilərə yaltaqlanmağa başlayır.  
  • Şüubiyə örgüt olaraq dağılsa da məzhəbi bir cərəyan kimi davam edir və daha sonra İsmaililər şəklində örgütlənir. İsmailiyə bir teror örgütü idi. Onların hədəfi fars irqini daha üstün və hakim statusa qovuşdurmaq idi. İsmailiyənin ən tanınmış simasi Həsən Səbbahdır. Çingizxanın orduları Bağdadı fəth etdiyi zaman İsmaililərin də siyasi həyatına son verdi. İsmaili vəziri olan Nəsrəddin Tusi qaçıb moğullara sığındı. Bu gün də Nəsrəddin Tusinin “Əxlaqi Nasiri” kitabının iki müqəddiməsi var. Birinci müqəddiməsini terroristlərlə işbirliyi içində olduğu zaman Qəhistan qalasında yazmış, ikinci müqəddiməni isə moğul sarayında yazmışdır.  
  • İsmaililərin örgütsəl fəaliyətləri bitdi, lakin düşünsəl çalışmaları davam edirdi. Gilan ormanlarında İsmaililərin məxfi həyatı davam edirdi. İsmayıl Səfəvi 4 yaşından 14 yaşına qədər bu ortamda yetişdi. İsmailiyə zehniyəti Şah İsmayılı hazırlayıb iqtidara gətirdi. Şah İsmayılın iqtidara gəlişi ilə həm islam dünyasının, həm də Türk dünyasının bütünlüyü parçalandı. Bu gün də fars milliyətçiliyi Səfəvi dövləti ilə Sasani dövləti arasındakı doqquz yüzillik zaman məsafəsini fətrət olaraq dəyərləndirir. “Fətrət”, yəni iki zaman arasındakı boşluq. Farslara görə Sasanilik Şah İsmayıl Səfəvi timsalında yenidən dirilmiş, fars milliyətçiliyi mərkəzli məzhəb əsasında bugünkü İranın bütünlüyü Şah İsmayıl tərəfindən ortaya qoyulmuşdur. Daha sonra Nadir Şah Səfəviyəti oratadan qaldırmaq istəmiş, ancaq başara bilməmişdir. Səfəvilərdən öncə və sonra bütün ləqəblər isimdən sonra gəlımişdir. Ancaq Səfəvilərlə eyni zamanda ləqəblər isimdən öncə gəlməyə başlamışdır. Məsələn Səfəvilərdən öncə və sonra “Cahan şah”, “Nadir şah” kimi sözlər Səfəvilər zamanında “Şah İsmayıl”, “Şah Abbas” şəklinə dönüşmüşdür. Bunların fərqi nədir? İsimdən sonra glən “şah” türk dlinin quruluşu və isimdən öncə gələn “şah” isə fars dilinin özəlliyidir. Bu da göstərir ki, Səfəvilik tam bir fars irqçiliyi projesi olmuş və Şüubiyə, Səfəvilik timsalında imperatorluğa dönüşmüşdür. Bu gün də İran məkanında hakim olan dini anlayış Şüubiyənin, İsmailiyənin və Səfəviyənin planlarından başqa bir şey deyildir. Bu dini anlayışın isə Hz. Məhəmmədin qardaşlıq çağrıları ilə heç bir bağlantısı yoxdur.  
  • Bu tarixi sürəc içində qadın məsələsinə də islamla əlaqəsi olmayan bir metodla yanaşmışlar. Tərcümə etdiyim kitabın mövzusu da bundan ibarətdir. Peyqəmbər öz qadınları ilə necə davranmış? Əxlaqsızlığın, fahişəliyin yayqın olduğu ərəb qəbilələrində peyqəbər ailə qüdsiyətinə necə önəm vermiş və ailə sisteminin gəlişməsi üçün nələr etmiş? Ailədə və ictimai həyatda qadının yeri necə olmuşdur? Bu baxımdan peyqəmbərin öz qadınları ilə davranışı necə olmuşdur? Gerçəkdən peyqəmbər öz qadınları ilə tarix boyu islamı təmsil edən xəlifələr, şahlar kimimi davranmış? Qadınların siyasi olaylara müdaxilə etmə haqları olmuşmu? Hicab hansı şərtlərdə, hansı siyasi-ictimai vəziyətdə meydana gəlmişdir? Digər bu kimi sullara tarixi qaynaqlar araşdırılaraq cavab verilmişdir. İlk dəfə olaraq Fatimə Mernissi adında müsəlman bir qadın bütün islam qaynaqlarını, islam tarixini araşdıraraq bu suallara cavab axtarmışdır. Kitabı oxurkən ləzzət alacaqsınız. Peyqəmbərin həm özəl, həm də ictimai həyatda necə başarılı olduğuna şahid olacaqsınız. Həm də Ərəbistanın geri qalmış, ailə məfhumunun olmadığı bir ortamda peyqəmbərin başarılarına tanıq olacaqsınız. Ayrıca, peyqəmbərdən sonra qadınlar üzərinə tətbiq edilən qeyri-insani basqılarla da tanış olacaqsınız. Ağlınızda belə bir sual yaranacaq: Nədən islam tarixində peyqəmbərin öz qadınları ilə davranış şəkli örnək alınmamışdır? Bu suala cavab bulmanız üçün kitabı diqqətlə və həvəslə oxumanız gərəkəcək.  
  • Güntay Gəncalp 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin