Fatimə Mernisi Pərdələr arxasında gizlədilən tarix


Hicab Mədinədə nazil olur



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə13/14
tarix14.01.2017
ölçüsü1,48 Mb.
#5120
1   ...   6   7   8   9   10   11   12   13   14

Hicab Mədinədə nazil olur 
 
 
Hərbi baxımdan islam sınaqdan keçirdi. Bu baxımdan Mədinə əhalisi 
böyük rol oynayırdı. Kölə qadınlar kübar qadınların güvənliyi uğrunda fəda 
edilirdi. Müxtəlif siniflərə  mənsub olan bütün qadınlar Mədinənin 
küçələrində təərrüzə məruz qalırdılar. “Təərrüz” lüğət olaraq, “bir kişinin bir 
qadının yolunu kəsib onunla zorla cinsi ilişkiyə girməsi” anlamındadır. Bu 
durumda artıq qadınları  əski törələrin basqısından qurtarmaq gündəmdə 
deyildi,  əsas hədəf onların can güvənliyini sağlamaq idi. Peyqəmbər öz 
üslubuna uyğun olaraq bu hadisələrin səbəbini bulmaq üçün məlumat 
toplamağa başladı. O, güvənilir müsəlmanlardan bir neçəsini qadınları 
incidənlərlə danışmağa göndərdi. Onların belə çirkin davranışlarda 
bulunmalarının səbəbini bilmək istəyirdi. Onlar belə cavab verdilrə: “Biz 
yalnız kölə sandığımız qadınlara təərrüz edirik.”
1
 Onlar bu şəkildə öz 
davranışlarına bəraət qazandırırdılar ki, kölələr şəxsiyətsizdir və özgür insan 
kimi ehtirama layiq deyillər. Bu səbəbdən də Tanrı  Əhzab surəsinin 59-cu 
ayəsini göndərdi. Bu ayədə peyqəmbərin qadınlarına deyilir ki, 
başqalarından seçilmələri üçün cəlbablarını başlarına atsınlar. Cəlbab yeni 
paltar deyildi. Ancaq cəlbabın istifadə  şəkli bu ayənin istəyi və  bəlirtdiyi 
üzrə yeniləşdi. Yəni bu ayədən sonra cəlbab öncəkindən fərqli  şəkildə 
istifadə edilməyə başladı.
2
  
“Cəlbab” sözünün ərəb sözlüyündə bir neçə  mənası var və bir çox 
paltar növlərini ehtiva edir: sadə qadın köynəyindən tutmuş,  əbaya qədər 
paltar türlərini içərir. Ayrıca, həm də qadının başı ilə bədənini örtəcək qədər 
böyük olan örtükdən ibarətdir. O zamankı qadınların ağır vəziyətlərini 
göstərmək üçün kölə qadınların necə fahişəliyə sövq edilməsini Quran 
ortaya qoyur. Nur surəsinin 33-cü ayəsi zina haqqındadır. Bu ayədə 
Mədinədə örgütlənmiş fahişəlik haqqında söhbət gedir: “Əgər qadınlarınız 
sağlam və  əxlaqlıdırsa dünya malı qazanmaq üçün onları fahişəliyə 
zorlamayın.”
3
 Belə  işlərlə  məşğul olanlara xitabən Tanrı deyir: “Əgər bu 
işdə xeyir varsa, o qadınları satın alın ki, fahişəlik etməsinlər.”
4
  Əsqəlaninin 
                                                 
1
 İbni Sə´d, Təbəqat, VIII kitab, s. 176. 
2
 Eyni qaynaq.  
3
 Pickthall, The meaning of the Glorious Koran. 
4
 Eyni qaynaq. 
 
137

“Əl-isabət” əsərində Abdulla ibni Əbiyə aid olan  Ümimə və Müsəykə adlı 
iki kölə qadının həyatları haqqında ayrıntılı bilgi verilməkdədir. “Bu iki 
qadın Abdulla ibni Əbi tərəfindən fahişəliyə sövq edildilər. Onlar bu 
durumdan peyqəmbərə  şikayət etdilər.” Bu şikayətə cavab olaraq Tanrı 
buyurdu: “Və əgər kənizləriniz sağlam və əxlaqlıdırsa dünya malı qazanmaq 
üçün onları fahişəliyə zorlamayın.”
5
  
Peyqəmbərə qadınlarını  dəyişməyi təklif edib və Ayişənin Səffanla 
zina etdiyini söyləyən Abdulla ibni Əbi, Xəzrəc qəbiləsinə  mənsub olan 
münafiq idi. Bu adam çox aqressiv idi, kölələri ilə çox sərt davranırdı. 
“Abdulla ibni Əbi Müsəykəni döyür və onun təslim olmasını istəyirdi. O, 
kölə qadınlarının çocuq doğurmalarını istəyirdi ki, daha sonra bu çocuqları 
satıb para qazansın.”  Əsqəlani təkid edir ki, Abdulla ibni Əbi sadəcə öz 
seksual ləzzətlərini güdmürdü, həm də kölə qadınların ona çocuq 
doğurmalarını  tələb edirdi.”
6
 Müsəykə müsəlman olduğu üçün islamın 
Tanrısı bu işə müdaxilə etməli idi. Yuxarıda qeyd olunan ayədə qadınlara 
qarşı  şiddəti Tanrı  məhkum etmişdir. Abdulla ibni Əbinin zorlamalarına 
qarşı Müsəykə dirəndi, təslim olmadı. Beləliklə  də bu adamın peyqəmbərə 
bu qədər düşmənlik etdiyinin səbəbi anlaşılır. Peyqəmbərin qadınlara 
bağışladığı azadlıq, azad insan olma kimi yeni nemətlər bu növ adamların 
gəlir qaynağını qurudurdu. İslam əski törələrdən uzaqlaşmaq zorunda idi. Bu 
uzaqlaşmanı kübarların kölələr üzərindəki imtiyazlarını ortadan qaldıraraq 
sağlaya bilərdi. Bu üzdən möminlərin haqqını qorumaq həm məntiqli, həm 
də əqli bir zərurət kimi ortaya çıxdı. Mömin anlayışı içində aristokrat və kölə 
arasındakı fərq yox edilirdi.  
Qadınların  şəraitini dəyişdirmək üçün İslamın başqa praqmatik dəlili 
də var idi. Islamdan öncəki seksual azadlığın məhdudlaşdırılması yeni bir 
hadisə idi. Əlbəttə, indi bu məsələni dərk etmək bir az çətindir. Çünkü bu 
gün bir çox islam ölkələrində çoxqadınlılıq yayqındır və kişi çox rahatlıqla 
qadınlarını boşaya bilir, qazi də kişinin iradəsini təsdiqləyir. VII əsrdə cinsi 
ilişkilər sərbəst idi. Islamın iddə  və atamərkəzli qanunları cinsi sərbəstliyə 
məhdudluq gətirdi. (İddə  nə idi? Qadın boşandıqdan və ya əri öldükdən 
sonra təqribən altı ay bəkləməli idi. Bu müddət  ərzində onun daha öncəki 
ərindən gəbə olub-olmadığı  bəlli olurdu. Hamilə olmadığı müəyyən 
olduqdan sonra evlənə bilərdi, hamiləliyi bəlli olsaydı da evlənə bilirdi. 
Ancaq qadının bətnindəki uşağın atasının kim olduğu bu vəsilə ilə 
dəqiqləşmiş olurdu.) VII əsrdə aristokrat və ya məşhur ailəyə  mənsub 
olmayan, savaşçı  əri olmayan gözəl qadınlar daima təhdid altında idilər. 
                                                 
5
 Əsqəlani, Əl-isabət, VII kitab, s. 517. 
6
 Eyni qaynaq, VIII kitab, s. 120, 121. 
 
138

Onlar daima əsiralınmağa, seksual sömürüyə  məruz qalırdılar.  İslam kölə 
qadınların durumuna aydınlıq gətirmədən ailə anlayışını gerçəkləşdirə 
bilməzdi. Mənim inancım bu şəkildədir ki, şəhvətləri kontrol etmək üçün 
hicabdan yararlanmaq bir qrup qadınların haqqını qorumaq amacı ilə 
gerçəkləşmişdir. Lakin bu hərəkət digər qadınların və daha sonrakı uzun 
tarixi sürəcdə qadınlığın zərərinə tamam olmuşdur.  
Hicab təərrüzə (cinsi təcavüzə) qarşı bir reaksiya olmuşsa da, eyni 
vaxtda o zamankı aqressiv durumu da yansıtmaqdadır (əks etdirir). 
Mədinədə iç savaş şəraitində ortaya atılan hicab ümumi yerlərdə qadınların 
çətinliklərini göstərməkdədir. Yəni qadınların sərbəst dolaşdığı yerlərdə 
onlara qarşı saldırılar (hücumlar) ortaya çıxmışdı. “Təərrüz” sözü aqressiya, 
basqı və sınırlama anlamındadır. İbni Sə´d bu durumu belə anladır:  
“Mədinədə axmaq, nadan və  səfihlər tərəfindən kölə qadınlar 
saldırılara məruz qalırdılar. Azad qadınların geyimləri onları kölə 
qadınlardan fərqləndirməsə idi, onlar da eyni saldırı  və  təcavüzə  məruz 
qalırdılar. Özgür qadınları da kölə qadınlarla qarışdırırdılar.”
7
İbni Sə´d hadisələr üzərinə araşdırma yapmış olan nadir 
tarixçilərdəndir. O, VIII əsrdə yaşamışdır. Zeynəblə peyqəmbərin toy gecəsi 
gələn “Hicab” ayəsi üzərinə araşdırma yapmış, dərin və ciddi səbəblər ortaya 
qoymuşdur: Mədinəni saran zinanı  əngəlləmək üçün hicab məsələsi ortaya 
çıxmışdır. VII əsrdə Mədinənin ictimai həyatında qadınların zina aləti kimi 
istifadə edilməsini dərk etmədən, hicab məsələsini anlaya bilməyəcəyik. Bu 
amacla VII əsrdə yayqın olan qadın-kişi münasibətlərini araşdırmağa ehtiyac 
hiss olunur.  
O zamankı ərəb qəbilələrində yayqın dörd növ evlilik haqqında Buxari 
bilgi verməkdədir: İzdivacın birinci növü günümüzdə mövcud olduğu kimi 
idi. Yəni kişi qızın atasından, atası olmasa qohumlarından bir erkəklə danışır 
və bir növ elçilik edirdi. Razılıqdan sonra kişi qızın başlıq parasını verib 
evlənirdi.  İkinci növ izdivac bu şəkildə idi ki, kişi qadına deyirdi: Aybaşı 
xəstəliyin bitdiyində filankəsə onunla yaşayacağınla bağlı  xəbər göndər. 
Üçüncü növ evliliyi qrup seks də adlandırmaq olar. Ən azı on nəfər bir 
qadınla seksual ilişkiyə girirdi. Qadın hamilə olduğunda bu on nəfəri 
toplayıb onlardan onlardan gəbə (hamilə) qaldığını söyləyirdi. Uşağı 
doğurduğunda onlara deyirdi ki, bu uşaq sizə aiddir. Nə ad istərsəniz, ona 
qoyun. Dördüncü izdivac isə belə idi ki, bir neçə kişi, yalnız bir qadınla 
seksual ilişkiyə girirdi. Qadın da onların heç birisini rədd etmirdi. Bu növ 
qadınlar qapılarının önündə bir bayraq asırdılar. Bu, o demək idi ki, hər kəs 
istəsə, içəri girib onunla seks yapa bilər. Qadın doğduğunda bütün 
                                                 
7
 İbni Sə´d, Təbəqat, VIII kitab, s. 176, 177. 
 
139

müştərilərini toplayırdı. Çocuğu tanımaqda təcrübəsi olan bir adam 
gətirirdilər. Çocuğun kimə  bənzədiyini bu adam bəlli edirdi. Beləliklə  də 
çocuq o müştəriyə aid olurdu.
8
 Buxari burada bu növ ilişkilərin yaxşı və ya 
pis olduğu haqda fikir yürütmədən “izdivac” sözünü işlədir. Son iki növ 
izdivacı fahişəlik adlandırmaq mümkündür. Burada belə bir soru ortaya 
çıxır: Abdulla ibni Əbinin Müsəykə ilə olan münasibətini izdivac 
adlandırmaq olarmı? Təbərinin mətnlərində bu kimi önəmli sorular cavabsız 
qalır. Peyqəmbərin zamanında olduğu kimi, islamın ilham və ədalət qaynağı 
ola bilməsi üçün gələcək araşdırmalar bu mövzulara aydınlıq gətirməlidir. 
Təcrübələri tam olaraq reallıqdan qaynaqlanan və bilgini önəmsəyən bir din 
əlbəttə ki, araşdırılmalıdır, araşdırılmalara açıq olmalı, qapalı olmamalıdır. 
Tarix boyunca ciddi və elmi araşdırmalar rəsmi və siyasi islam tərəfindən 
qəbul edilməmişdir. Məsələn, Fatimilər dövləti fahişəliyi yasaqlamaq yerinə 
ondan vergi alaraq azad buraxmağı tərcih etdilər.
*
 Bu davranışlarına bəraət 
qazandırmaq üçün də siyasətin qulluğunda olan din xadimlərinin 
fətvalarından faydalandılar. Bu isə gerçək islam bilginlərini  şaşqına 
çevirmişdi.
9
İslam öz yeni dəyərlər sistemi ilə bütün toplumsal davranışlara nəzarət 
etmək istər. Ömər kimi səhabilərin, ayrıntılarını  dərk edə bilmədikləri 
peyqəmbərin proqramı çox incə əsaslar üzərində bərqərardır. Peyqəmbərdən 
sonra qadının seçim və iradə özgürlüyü toplumsal yapının əsası kimi hesab 
edilmədi. Ömərin önərdiyi çözüm çox sadə idi: Ömər israrla qadınlara 
hicabın tətbiq edilməsini istəyirdi. Ömər daima peyqəmbərə deyirdi: Ey 
Tanrının elçisi, sən müxtəlif adamları öz evində  qəbul edirsən. Bunların 
içində  şarlatan və kötü adamlar da var. Niyə Ayişəyə demirsən ki, hicaba 
bürünsün?”
10
  Bütün etirazlara baxmayaraq, Ömər kimi düşünməyən 
peyqəmbər bu sözləri qəbul etmirdi. Ömər  ədalətli, sədaqətli, cəsur və 
fədakar müsəlman idi, ancaq o, peqyəmbərin qadınlara qarşı aqressiv deyil, 
yumşaq olma çağrısını nə teoridə, nə də əməldə qəbul edə bilrdi. Ömər ciddi 
şəkildə qadınlara qarşı aqressiv davranmanın tərəfdarı idi. Peyqəmbər 
insanları  ədəbli, nəzakətli və  həlim olmağa çağırırdı. Bir çox ayələrdə 
peyqəmbərin bu özəlliklərinə işarə edilmişdir. Göründüyü kimi, peyqəmbər 
Zeynəblə toy gecəsində mane olan qonaqlarına belə, sayqısız davranmaq 
yerinə hicabı  qəbul etmiş, pərdə  çəkmişdir. Peyqəmbər hesab edirdi ki
birinin qapısı  hər kəsin üzünə açıqsa bu, o demək deyil ki, kimsə istədiyi 
                                                 
8
 Buxari, Səhih, III kitab, s. 248. 
*
 2007-ci ilin yazında Libi diktatoru Qəzzafi “tarixi” bir qonuşma yaparaq, islam dünyasını Qərbə qarşı 
birləşməyə çağırdı. O, bu qonuşmasında Fatimiləri də islamın ən parlaq dövrü olaraq adlandırdı! (G.G.) 
9
  ﺎﺗ ﯽﺑ ،ﯽﺠﻧﺎﺨﻟا ﻪﺒﺘﮑﻣ ،ﯼﺮﺠﻬﻟا ﻊﺑاﺮﻟا نﺮﻘﻟا ﯽﻓ ﻪﻴﻣﻼﺳﻻا ﻩرﺎﻀﺤﻟا
.
 
10
 
ج ،ﺮﻴﺴﻔﺗ ،ﯼﺮﺒﻃ و نﺁﺮﻘﻟا ﺐﺋاﺮﻏ ،ﯼرﻮﺑﺎﺸﻳد
22
 ص ،
9
.
 
 
140

zaman içəri girib ev yiyəsinin özəl həyatına müdaxilə etməlidir. 
Peyqəmbərin özəl həyatı araşdırıldığında görünür ki, hicab peyqəmbərin 
sosial həyat fəlsəfəsinə tam zidd olaraq ortaya çıxmışdır. Hicab iç kontrolun 
və müstəqil iradənin olmamasını  rəmzləşdirən bir görüntüdür. Fərdi haq 
anlayışını Ömər qəbul edə bilmirdi. Yeni dinin fərd haqları  və  fərdin 
müstəqil iradəsi ilə bağlı Ömər heç düşünmək də istəmirdi. O, bu mövzunu 
dərk edə biləcək yetənəkdən yoxsun idi. Ömərə görə, toplumda düzəni 
bərqərar etmənin bircə yolu qadınları gizlətmək, toplumsal yaşamdan 
uzaqlaşdırmaq idi. Nə yazıq ki, bu dartışmalar peyqəmbərin ömrünün son 
zamanlarına təsadüf etdi. Ayrıca, hərbi baxımdan Mədinədə xaos hakim idi.  
Toplumda düzəni yalnız zorla bərqərar etmək istəyən Ömər,  şiddət və 
aqressiyanı öz bağrında barındıran qəbilə kültürünün, törələrin təmsilçisi idi. 
Ömər, müsəlman olmasına baxmayaraq, bir çox hadisələrə  əski qəbilə 
zehniyəti ilə yanaşırdı. Peyqəmbəri sevməsinə  və onun yolunda hər növ 
fədakarlığa hazır olmasına rəğmən, Məhəmməd peyqəmbərin cinsi 
bərabərlik düşüncəsini qəbul edə bilmirdi. Bir çoxları kimi, o da gerçək 
savaşçı idi. Düşmən cəbhəsində davranışlarının necə reaksiya doğuracağını 
hesablamazdı. Bəzi mövzularla bağlı peyqəmbər öz çevrəsinin fikrini 
öyrənmək istərkən, hər kəsdən öncə Ömər danışar, strateji baxımdan heç bir 
dəyəri və  dərinliyi olmayan təhlükəli önərilər irəli sürərdi. Bu durumda 
peyqəmbər üzünü digər səhabilərə tutub eyni mövzu ilə bağlı daha dərindən 
düşünmələrini istərdi. Örnək üçün, Hənin savaşında Ömər bütün əsirlərin 
öldürülmələrini təklif etdi. Ancaq Ömərin bu təklifini qəbul etməyən 
Məhəmməd başqa tür düşündü.  İslamın gələcəyi ilə bağlı bu əsirlərdən 
faydalanmaq istədi. 
Peyqəmbərin islam anlayışı  hər növ nəzarət təfəkkürünü və ya polis 
kontrolu sistemini inkar edir. Bu üzdən də islamda rəsmi olaraq ruhani 
vəzifə mövcud deyildir.
*
 Peyqəmbərin islam anlayışında bütün müsəlmanlar 
öz fərdi çabaları ilə Quranı anlamağa təşviq edilməkdədirlər. Qadınların 
iradəsini və seçim özgürlüklərini rəsmiyətə tanımaq da bu ilkəyə 
                                                 
*
 Ruhani adında islamda bir vəzifə olmamışdır. Bu vəzifə  Səfəvilər dönəmində ortaya çıxdı. Səfəvi 
dövlətini quran Ələvilərin fiqh (islam hüququ) kitabları olmadığı üçün fars milliyətçiliyi mərkəzli şiə fiqhi  
dövləti  ələ keçirdi. Farslar Səfəvilərlə Sasanilər arasındakı 900 illik zamanı  fətrət olaraq adlandırırlar. 
Fətrət iki hadisə arasındakı zaman boşluğu anlamındadır. Yəni fars milliyətçiliyi Şah İsmayılı, Sasaniliyi 
dirildən şəxs sayırlar. Böyük Nadir Şah Səfəviliyə aid bütün xürafatı ortadan qaldırmaq istəmişdi. Lakin o 
da fars milliyətçiliyi mərkəzli şiə teroristləri tərəfindən öldürüldü. Nadir Şaha görə Səfəvilik həm islamı, 
həm də türk birliyini parçalamışdı. M.Ə. Sabir, Nadir Şahın bu təşəbbüsünü “Fəxriyə” adlı  şeirində 
öymüşdür. Yalnız Səvəfilər dönəmində “şah” sözü ismdən əvvəl gəlmişdir. İsmdən əvvəl gələn “şah” fars 
dilinin cümlə quruluşuna, ismdən sonra gələn “şah” türk dilinin söz birləşməsinə  məxsusdur. “Şah 
İsmayıl”, “Şah Abbas” fars dilinin cümlə quruluşu və “Nadir Şah”, “Qacar Şah” türk dilinin cümlə 
quruluşudur. Səfəvi dövlətinin quruluşu ilə eyni zamanda Azərbaycan türkcəsi digər türkcələrdən 
uzaqlaşaraq farscanın qarşısında savunmasız qalmışdır. (G.G)  
 
141

dayanmaqdadır. Yəni hər kəs istər qadın və ya kişi olsun öz əməllərinin 
cavabdehidir, öz davranışları ilə bağlı  məsuliyət daşıyır. Öncülüyünü 
Abdulla ibni Əbinin etdiyi qrup çox yaxşı bilirdi ki, əgər Ayişə  və Ümm-
Səlmə bütün qadınların azadlıqları məsələsi ilə bağlı öz istəklərinə çatsalar, 
artıq onlar kölə qadınlarına təcavüz edə bilməyəcəklər. Abdulla ibni Əbi bu 
mövzunu doğru bilmişdi.  Əgər qadınların müstəqil iradəsi islam tərəfindən 
rəsmiyətə tanınsa idi, artıq onlar seks əşyası kimi oğurlanıb bazarlarda satıla 
bilməzdilər. Bu hadisənin gerçəkləşməsini  əngəlləmək üçün peyqəmbərin 
qadınlarına saldırmağı, küçələrdə onlara çirkin sözlər deməyi planladılar. 
İslam ilkələri əsasında qadınların bərabərlik hüququnu savunan peyqəmbərin 
qadınları Mədinədə ağır vəziyətlə qarşılaşdılar.  
Ömərin savunduğu hicab fəlsəfəsi bəlli idi. Qadınları incidən 
münafiqlər öz əməllərinə  bəraət qazandırmaq üçün deyirdilər: “Onlar kölə 
qadınlardır.” Belə bir durumda Tanrı qadınlara  əmr etdi ki, “kölələrdən 
fərqlənmək üçün özlərini cəlbabla örtsünlər.”
11
 Kölələrdən fərqlənmək üçün 
müsəlman qadınlara bir yol bulunmalı idi. Çünkü kölə qadınlarla hər növ 
seksual ilişkiyə girmək törəsi yayqın idi. “Azad və kölə olmayan qadınlar elə 
örtünməyə başladılar ki, yalnız bir gözləri örtüyün dışında, digər gözləri 
örtüyün altında qalırdı.”
12
 Tanrı bir ayə göndərərək azad qadınların hicab 
örtmələrini istədi: “Ey peyqəmbər, öz qadınlarına, qızlarına və müsəlman 
qadınlara söylə ki, fərqlənmək üçün başlarını örtsünlər. Bu vəsilə ilə onlar 
fərqlənmiş olurlar, kimsə onları incitməz. Tanrı bağışlayan və 
mehribandır.”
13
Peyqəmbərin bütün çabalarına və toplumda cinsi bərabərlik 
bərqəraretmə  fəaliyətlərinə  rəğmən, qadınları seks makinası  və kölə olaraq 
görən cərəyanın arzuları  həyata keçdi, onlar qalib gəldilər.  Əslində isə 
peyqəmbərin təlimatında fərdin (qadın və ya kişi) özəl həyatını  nəzarət 
altında saxlama prinsipi yoxdur. Çünkü islamda toplumsal düzəni sağlayan 
və insan nəfsini tərbiyə edən amil imandır. Hicab, münafiqlərin qələbəsinin 
göstərgəsi  şəklində meydana çıxdı, çünkü şəhərin ümumi yerlərində kölə 
qadınlar saldırılara və  təcavüzə  məruz qalırdılar. Beləliklə, hicab qadınları 
ikiyə böldü: 1.Təcavüz və saldırının haram olduğu azad qadınlar. 2. Təcavüz 
və saldırının cayiz olduğu kölə qadınlar. Hicab məntiqində  qəbilələr 
kültüründən qaynaqlanan şiddət və aqressiya, Tanrının öydüyü müsəlman 
ağlının yerinə oturdu. Tanrı yaxşını pisdən, haqqı batildən sezmək üçün 
insana hicab deyil, ağıl vermişdir. İnsanda iç kontrolu sağlayan hicab deyil, 
ağıldır. Tanrının önərdiyi sosial yasaların həyata keçməsi üçün daha öncədən 
                                                 
11
 İbni Sə´d, Təbəqat, VIII kitab, s. 117. 
12
 Eyni qaynaq.  
13
 Pickthall, The meaning of the Glorious Koran, sura 33, verse 59. 
 
142

yayqınlaşmış və həyatın bütün sahələrində təsirli olan ərəb qəbilələrinin törə 
və kültürləri ortadan qalxmalı, tarixdən silinməli idi. Ancaq belə olmadı. 
İslam  əski törələrlə bir yerdə yaşamaq zorunda qaldı. Hicab isə  əski  ərəb 
qəbilələrinin qadınla bağlı görüşlərinin davam etməsinə yardımçı oldu. O 
ərəb kültürü ki, qadınların səfih olduqlarına inanırdı. Səfihlər də öz 
əxlaqlarını, nəfslərini kontrol edə bilmədikləri üçün o zaman onlara nəzarət 
lazımdır. Hicab ərəb qəbilələrində qadının səfih olması ilə bağlı yayqın olan 
inancı bir şəkildə təsdiqləmiş oldu. Hicrətin 5, 6 və 7-ci illərində Mədinədə 
böyük bir bunalım (böhran) və xaos var idi. Peyqəmbər bu xaosu ortadan 
qaldırmalı  və  şəhərdə güvənlik sağlamalı idi. Peyqəmbər vəziyətin ya bu 
şəkildə sürüb getməsini qəbul edib təhlükəli, güvənsiz bir həyatı davam 
etməli, ya da güvənliyi sağlamaq üçün alternativ planlar gəlişdirməli idi. O, 
bu durumu ortadan qaldırmaq üçün ya Tanrı tərəfindən gələcək təklifləri və 
əmrləri bəkləməli, ya da qəbilələrin imkanlarından faydalanıb  şəhərdə 
düzəni bərqərar etməli idi.
14
Əgər peyqəmbər birinci yolu seçib Tanrıdan gələn əmrləri bəkləsə idi, 
güvənsiz və  təhlükəli sosial durum davam edəcəkdi.  İkinci yoldan, yəni 
qəbilələrin iqtidarından faydalanmaqla şəhərdə dərhal güvənlik bərqərar edə 
bilərdi. Ancaq belə olduğu təqdirdə yeni islam toplumu və onun yeni qayda 
qanunları tarixdən silinə bilərdi. Peyqəmbərin öyrətiləri (təlimləri) insanları 
hansısa bir qəbiləyə  məxsus olduqları üçün dəyərləndirmirdi, islam 
öyrətilərində insanlar imanlarına görə  fərqlənirdilər. Ancaq əski qəbilə 
törələrinin toplumun bütün qatmanlarında yerləşməsi səbəbi ilə yeni 
öyrətilər çətinliklərlə qarşılaşırdı. Çox çətin bir dönüş idi. Qəbilələrin 
iqtidarı çox təhlükəli idi. Qəbilələrin imkanlarından güvənliyi sağlamaq 
uğruna istifadə etmək islamın qəbilə kültürləri və törələri qarşısında güzəştə 
getməsi anlamında idi.  
Ömərin təklifləri belə  gərgin bir ortamda ortaya çıxdı. Ömərə görə, 
islamın qəbilələr kültürü qarşısında güzəştə getməsi yerinə qadınların 
bürünməsi iğtişaşın və böhranın ortadan qalxmasına yardımçı ola bilərdi. 
Ömərin təklifi üzərinə qadınların bürünüb sosial həyatdan uzaqlaşmaları 
1500 il davam etdi. Ancaq maraqlı olan budur ki, 15 əsrdən sonra sömürgəçi 
dövlətlər islam ölkələrini insan və qadın haqlarını qəbul etməyə zorladılar.  
 
 
 
 
 
                                                 
14
 İgnace Goldziher “The Arab Tribes and islam”, in his Muslim  Studies, Chicago, Aldine, 1966, p. 41. 
 
143

Sonuc 
 
İç savaş  ərəfəsində  Mədinəyə  xəyali səfər edib sonra da oranı  tərk 
etmək, tarixi qaynaqların axtarışına son vermək üçün bəlkə  də uyğun bir 
metod deyildir. Peyqəmbərin Məkkəni fəth etdiyi  hicrətin VIII ilinə qədər 
səbr edə bilərdik. Peyqəmbər bilirdi ki, qalib gəlməyən peyqəmbər öz 
ölkəsində də güvəndə ola bilməz: 
Başında qara əmmamə (sarıq) ilə bir dəvənin üstündə oturan 
peyqəmbər  şəhərə daxil oldu. Əbutaliboğlu  Əli onun arxasınca gəlirdi. 
Mühacirlər və  Ənsar çevrəsinə toplaşmışdılar.  Şəhərin darvazasına 
çatdığında Zübeyr islam bayrağını dalğalandırdı. Peyqəmbər bayraq 
dalğalanan yerdə  dəridən düzəldilmiş çadırının qurlmasına  əmr etdi. 
Ramazan ayının 12-də peyqəmbər rəsmən Kəbəyə daxil oldu. Giriş 
qapısında dəvədən enib Kəbənin təvafına (ətrafına dolanmağa) başladı. Bu 
müddət  ərzində  Məkkənin sakinlərinə çatdırmışdılar ki, şəhərdə kimsə 
öldürülməyəcək.  Şəhər sakinləri evlərinin qapılarını açıq buraxıb Kəbəyə 
tərəf qaçırdılar. Təvaf bitdikdən sonra peyqəmbər Kəbənin qapısının 
açılmasına  əmr verdi. Bütün bütləri Kəbənin içindən çıxarıb yox etdilər. 
Kəbənin içindən çıxarkən qapıda dayanıb orada toplaşan cəmiyətə baxdı. 
Qapının kilidindən yapışıb dedi: “Tanrıya  şükürlər olsun ki, O, öz quluna 
qələbə qismət etdi. Tanrı öz qulu olan peyqəmbərinə verdiyi sözü yerinə 
yetirdi. Tanrı söz vermişdi ki, məni Kəbəyə qalib olaraq geri göndərəcək və 
düşmənlərimi məğlub edəcək.”
1
  
Məkkə əhalisi və qəbilə başçıları iman gətirmək və peyqəmbərlə birlik 
müqaviləsi bağlamaq üçün Səfa dağına toplaşdılar. Məkkənin fəthindən dörd 
gün sonra iman gətirən qadınların andiçmə  mərasimi başladı. Peyman 
bağlamaq üçün peyqəmbər Öməri görəvləndirmişdi.  Əbusüfyanın qadını 
Hind, Ömərlə peyman bağlamağı  qəbul etmədi. Öməri uzaqlaşdırıb 
peyqəmbərə yaxınlaşıb dedi: “Biz sənə beyət etmək, səninlə peyman 
bağlamaq istəyirik.” Qadınların iman gətirmək üçün andiçmə törəni 
başlarkən,  mərasimin çox ciddi olmasına baxmayaraq, Hind özünü cilovlaya 
bilməyib dedi: “Ey peyqəmbər, sən qadınlardan tələb etdiklərini nədən 
kişilərdən də tələb etmirsən? Ancaq biz qəbul edirik ki, xain olmayacağıq.” 
Peyqəmbər qadınlardan öz evladlarını öldürməməyi istəmişdi. Hind dedi: 
“Ey peyqəmbər, sən bir çox savaşlarda iştirak edib çoxlu qan tökmüsən. 
Qadınlardan belə bir istəkdə bulunmaq doğru deyil. Biz dünyaya evlad 
gətirib böyüdürük, ancaq sən onları Bədr savaşında öldürdün.”
2
  
                                                 
1
 Tabari, Muhammed, Sceaudes prophetes, p. 282. 
2
 Eyni qaynaq, s. 286. 
 
144

Nədən qadınların andiçmə törənində bu şərt irəli sürüldü? Bu mövzu 
ilə bağlı mütəxəssislər arasında fikir birliyi mövcud deyil. “Evladlarınızı 
öldürməyin” deməkdən məqsəd uşaq saldırmaq imiş, yoxsa doğulan qızları 
diri-diri gömmək imiş? Bir çox müsəlman tarixçilər qız çocuqların diri-diri 
gömülməsini qabartmış, həddindən artıq  şişirtmişlər. Bir çox tarixçilər 
qızları diri-diri gömməyi qəbilə  şərəfinin göstərgəsi kimi hesab etmirlər. 
Bəzi tarixçilər isə belə hesab edirlər ki, bu diri-diri gömmədən məqsəd 
bütpərəstlərin dini mərasimlərdə  qızları qurban kəsmələri imiş. Bu da çox 
nadir hallarda gerçəkləşirmiş.
3
 Hind adlı qadın örnəyi göstərir ki, Qüreyş 
zadəganlarının qadınları kişilər kimi hörmətə layiqmişlər və cəmiyətin yeni 
rəhbəri ilə peyman bağlayarkən cəsarətlə islamı da tənqid etmişlər. Onlar 
yeni dini ehtiyatla qəbul edirdilər. Çünkü yeni inancın onların aqibətini hansı 
istiqamətə yönləndirəcəyini bilmirdilər. Qadınların siyasi rəhbəri tənqidetmə 
gələnəyi Müaviyənin hakimiyəti başladığı zamana qədər davam etmişdir. 
Müaviyənin iqtidarı ilə eyni zamanda islam sisteminin yerini sülalə iqtidarı 
aldı. Bir çox islam dəyərlərinə, o cümlədən qadınların tənqid haqlarına da 
yasaq gətirildi. Yəni Əməvi dövlətinin quruluşu və hakimiyətin atadan oğula 
keçmə gələnəyi özünə yer etdikdən sonra peyqəmbərin ədalət və bərabərlik 
fəlsəfəsi ortadan qaldırıldı.  
Peyqəmbər Məkkədən Mədinəyə döndükdən sonra da qadınların 
həyatında heç bir yenilik ortaya çıxmadı. O tarixdən etibarən qadınlar 
şəhərlərin güvənsiz küçələrində hicaba börünüb ehtiyatla davranmağa, 
qorxuyla yaşamağa başladılar. Mədinənin güvənsiz və iğtişaşa qərq olduğu 
bir dönəmdə qadınları qorumaq üçün istifadə edilən hicab əbədi olaraq 
qadınların yazqısına, taleinə yazıldı.  Belə anlaşılır ki, 1500 il keçməsinə 
baxmayaraq, hələ də qadınlar üçün barış sağlanmamışdır. Qadınlar yenə də 
özlərini 1500 il bundan öncəki Mədinənin güvənsiz küçələrində hiss etməli, 
ona görə yaşamalı, o psixologiyaya görə geyinməlidirlər! Yəni Mədinədəki 
1500 il bundan öncəki güvənsizlik qadınların ruhuna daşınmalı, qadınlar 
əbədiyən bu güvənsizlik durumunu unutmamalıymışlar! Mədinənin böhranlı 
dönəmini bütün islam ölkələrinin qadınları  əbədi olaraq yaşamalıymışlar. 
İslam ölkələrinin qadınları daima özlərini sanki 1500 il bundan öncəki 
Mədinədə yaşayırmışlarcasına hiss etməlidirlər. Ancaq kişilər üçün artıq 
1500 il bundan öncəki Mədinənin bir anlamı qalmamışdır.  
İslamın ilk onilliyində  bəzi qadınlar dirənməyə çalışdılar. Onlar 
ümumi yerlərdə hicab örtməyərək göründülər. Qadınlara qarşı bu basqıların 
qarşısında dirənən müsəlman qadınlar kimlər idi? Bu qadınların  ən 
məşhurlarından biri peyqəmbərin nəticəsi və  Əbutaliboğlu  Əlinin nəvəsi 
                                                 
3
 
 داﺪﻐﺑ ،ﯽﺒﻨﺘﻤﻟا ﻪﺒﺘﮑﻣ ،بﺮﻌﻟا ﺦﻳرﺎﺗ ﯽﻓ تاﺮﺿﺎﺤﻣ ،ﯽﻠﻋ ﺪﻤﺣا ﺢﻟﺎﺻ
1970
 ص ،
139
.
 
 
145

Səkinə idi. Səkinə atası Hüseyn şəhid edildiyində  Kərbəlada idi. Əlioğlu 
Hüseyn  Əməvi sülaləsinin islam anlayışına qarşı  çıxdığı  və  Yəzidə beyət 
etmədiyi üçün öz çevrəsi ilə bir yerdə Kərbəlada qətl edildi. Səkinə hicrətin 
49-cu ilində dünyaya gəldi. Onun gözəlliyi çox təsirli idi. Ayrıca, Səkinə 
gözəlliyi ilə  bərabər güclü zəkaya və  dəyərləndirmə qabiliyətinə sahib idi. 
Onun çox güclü və  təsirli nitq qabiliyətinin olduğunu tarixçilər 
yazmaqdadırlar. Səkinənin həyatında elə hadisələr baş verdi ki, beş  dəfə 
evlənmək məcburiyətində qaldı. Ərlərinin bəziləri ilə yola getməyib ayrıldı, 
bəzilərini də  səmimi qəlbdən sevdi. Ona xəyanət etdiyi üçün ərlərindən 
birini məhkəməyə verdi. Ərlərinin heç birinə kor-koranə itaət etmədi. 
Qadının  ərinə kor-koranə itaət etməsi, mahiyətindən sapdırılmış  ənənəvi 
islam kültürünün üsullarından biri olmuşdur. Səkinə evləndiyi zaman ərinə 
kor-koranə itaət etməyəcəyini yazılı anlaşmaya çevirirdi. Ayrıca,  ərinin bir 
neçə qadınla evlənəcəyini də  qəbul etmirdi. Səkinənin siyasi və sosial 
məsələlərə özəl rəğbəti var idi. Şairləri və bilim adamlarını öz evinə  dəvət 
edir,  ədəbi, elmi söhbətlərdə  iştirak edirdi. Qüreyş  qəbilələri  şura 
toplantılarına da qatılırdı.
4
Tarixçilər Səkinənin həyatına çox maraq göstərmiş, onun həyatı 
haqqında geniş araşdırma aparıb yazmışlar. Atası Hüseynin Kərbəlada qətl 
edilməsi Səkinənin həyatını dərindən etkiləmişdi. Əlioğlu Hüseyn barışsevər 
bir insan idi. O, yazılı anlaşma ilə xilafətdən imtina etdiyini Müaviyəyə 
bildirdi. Müaviyə öldükdən sonra Hüseyn Yəzidə beyət etmədi. Hicrətin 61-
ci ilində bütün ailəsinin, o cümlədən Səkinənin gözləri önündə şəhid edildi.
5
 
Səkinə ömrünün sonuna qədər Əməvilərə nifrət etdi, bu nifrətini də dəyişik 
yollarla dilə  gətirirdi. Camilərdəki nitqlərində  Əməvilərin zülmündən və 
islamı necə yanlış uyquladıqlarından danışırdı.  Əməviləri məhkum etmək 
üçün  əlinə düşən fürsətləri qaçırmırdı.
6
  Səkinə nikahlarının birində  ərini 
noşuz haqqını imzalamağa məcbur etdi, yəni  ərinə qarşı etiraz və  hətta 
üsyanetmə haqqının olduğunu evləndiyi kişiyə  qəbul etdirdi. “Noşuz” 
sözünün anlamı budur ki, qadınlar kişilərinə qarşı üsyan etdiklərində onlara 
zor qullanmaq olar. Ancaq Səkinə  əri ilə bağladığı müqavilə ilə etiraz 
haqqını həm qəbul etdirdi, həm ərinin ona qarşı zor qullanacağı təqdirdə onu 
məhkəməyə vermə haqqını əldə etdi. O, noşuz haqqı olmaq şərti ilə evliliyi 
qəbul edəcəyini bildirdi. Səkinə qadınların haqqını açıq  şəkildə savunurdu. 
Bu üzdən də onun şəxsiyəti bir çox tarixçinin diqqətini çəkmişdir. Bir çox 
araşdırmaçılar onun macəra və  həyəcan dolu yaşayışını araşdırmışlar. 
Səkinənin həyatındakı önəmli macəralardan biri budur: o, təkqadınlılıq 
                                                 
4
 
ج ،ﯽﻧﺎﻏﻻا ،ﯽﻧﺎﻬﻔﺻا
16
 ص ،
169
-
168
.
 
5
 
ج ،ﺦﻳرﺎﺗ ،ﯼﺮﺒﻃ
6
 ص ،
251
.
 
6
 
 ج ،ﯽﻧﺎﻏﻻا ،ﯽﻧﺎﻬﻔﺻا
16
 ص ،
143
.
 
 
146

ilkəsini (prinsipini) və anlaşmasını pozan əri haqqında məhkəməyə  şikayət 
etdi. Qazi onların arasındakı yazılı evlilik sənədinə  və  bəlgədəki  şərtlərə 
şaşırsa da, Səkinəni dinləmək zorunda qaldı. Bu məhkəmə prosesində Səkinə 
və onun ərindən başqa xəlifənin təmsilçisi də iştirak edirdi.
7
  
1984-cü ildə Malaziyada bir konfransda danışırdım. Səkinəni islam 
tarixində örnək qadın kimi təqdim edərkən, yalançılıqda suçlandım. Məni 
müttəhim edən  şəxs Londonda islam dərgisinin baş redaktoru idi. O, 
söhbətimi kəsərək yüksək səslə bağrıb dedi: “Səkinə 6 yaşında Kərbəlada 
ölmüşdür.” Əsəbləşmiş və sifətindən nifrət tökülən bu adam mikrofonu zorla 
mənim  əlimdən almağa çalışarkən, dedi: “Səkinə atası ilə bir yerdə 
Kərbəlada  şəhid edildi.” Sonra da məndən Səkinə ilə bağlı söylədiyim 
sözlərin qaynağını tələb etdi. Mən də ərəb dilində bir sürü qaynaq göstərdim. 
Bu qaynaqlar bunlardı: İbni Qətibə, İbni Əbdərbe, İbni Əsakir, Zümüxşəri, 
İbni Sə´d,  Əbül-Fərəc  İsfahani, Zəhəbi, Səfdi, Buxari. Adam aşağılayıcı 
baxışlarla mənə baxaraq dedi: “Bunlar yetərli deyil.” Daha sonra aydın oldu 
ki, islam dərgisinin redaktoru olan bu adam ümumiyətlə ərəb dilini bilmir.  
Səkinə 68 yaşında Mədinədə öldü. Bəzi qaynaqlar onun 77 yaşında 
Kərbəlada öldüyünü yazırlar. Ancaq bu görüş doğru görünmür. Çünkü 
Səkinə İraq və iraqlıları sevmirdi. O, öz dulluğu ilə bağlı iraqlılara dedi: “Siz 
mənim babam Əlini, atam Hüseyni, əmimi və ərimi öldürdünüz.” Səkinənin 
ən çox sevdiyi əri Mösəb ibni Zübeyr beşinci  Əməvi xəlifəsi Abdulməlik 
Mərvan tərəfindən öldürüldü.
8
  
Corci Zeydan qadınlarla bağlı  aşağılayıcı görüşlərin Abbasilər 
zamanında ortaya çıxdığına inanır. Bu dönəm bizə müsəlmanların fəthləri 
səbəbi ilə “altun islam çağı” olaraq tanıdılmışdır. Daha doğrusu islamın 
siyasətə alət edildiyi dönəm altun çağ olaraq bizə  təqdim edilmişdir. Bu 
dönəmdə müxtəlif ölkələrdən bolluca kölə qadın gətirilmişdi. “Ərəb kişilər 
bir-birlərinə rum, türk, fars və sair kölə qadınlar hədiyə edirdilər.”
9
 “İqtisadi 
inkişaf və  şəhərlərin böyüməsi ilə eyni zamanda müsəlman qadınlar tam 
olaraq sosial həyatdan kənarlaşdırıldılar.  İslam tarixində qadınlar öz 
azadlıqlarını və qürurlarını itirdilər. Onlarla alçaldıcı metodlarla davranıldı. 
Qadınlar qapalı qapılar, pəncərələr arxasında həbs edildilər.”
10
 Ölkələri işğal 
edən  ərəb müsəlmanlar  əldə etdikləri savaş  qənimətləri hesabına 
zənginləşdilər. Onlar zəkalı, yaxşı  şeir söyləyən gözəl qadınlardan 
xoşlanırdılar. Bu durumu anlayan kölə qadınlar bu sahədə özlərini 
                                                 
7
 
ج ،تﺎﻘﺒﻃ ،ﺪﻌﺳ ﻦﺑ
8
 ص ،
475
 .
ج ،ﯽﻧﺎﻏﻻا ،ﯽﻧﺎﻬﻔﺻا و
3
 ص ،
361
 .
 ،ﻖﺸﻣد ،ﺎﺗ ﯽﺑ ،ﻖﺸﻣد ﻪﻨﻳﺪﻣ ﺦﻳرﺎﺗ ،ﺮﮐﺎﺴﻋ ﻦﺑ و
1982
 .
 ﻦﺑ و
ءﺎﺴﻨﻟا رﺎﺒﺧا ﯽﻓ ءﺎﻨﻐﻟا ﻖﺋاﺪﺣ ،ﯽﮑﻟﺎﻤﻟا ﻦﺴﺣ 
8
 Eyni qaynaqlar.  
9
 Corci Zeydan İslam mədəniyəti tarixi, V kitab, S. 76.
ج ،ﯽﻣﻼﺳﻻا نﺪﻤﺗا ﺦﻳرﺎﺗ ،ناﺪﻳز ﯽﺟﺮﺟ 
5
 ص ،
76
.
 
10
 Eyni qaynaq. 
 
147

gəlişdirməyə və zəngin ərəb müsəlmanların diqqətlərini çəkməyə başladılar. 
Kölə qadınlar zəngin ərəblər üçün oğul doğdular. Oğullarının vəzifə sahibi 
olmaları üçün bütün yollara əl atdılar. Bu üzdən kölə qadınların oğulları, 
hətta xəlifəlik rütbəsinə  qədər yüksəldilər.  Harun-ül Rəşid bu 
münasibətlərin  ən bariz örnəyidir. “Min bir gecə nağılları” da Harun-ül 
Rəşid dönəminə aiddir. Bu dönəmdə siyasi istibdadın zirvədə olmasına 
baxmayaraq, “Min bir gecə nağılları”nda qadınlar və kişilər Bağdad 
küçələrində bir-birləri ilə görüşüb azadca əylənə bilirlər. Gerçək sosial 
həyatda mövcud olmayan qadın azadlığı nağıllara yüklənmişdir.  İslam 
tarixində bu dönəm “altun çağ!” kimi bilinməkdədir. 
Hələ də bu soru cavabsız qalmaqdadır ki, nədən “altun çağ”ın fitnələr 
törədən kölə qadınları  müsəlman qadınların əbədi örnəyinə dönüşdü? Ancaq 
ümm-Səlmələrin, ayişələrin və  səkinələrin xatirələri heç bir hərəkətlilik və 
canlanma yaratmadı, örnək oluşdurmadı.  Şübhəsiz ki, bu sualın cavabı 
zaman güzgüsündə görünəcəkdir. Elə bir güzgü ki, müsəlman kişi ona 
baxdığında öz gələcəyini görəcəkdir. Müsəlman erkəyin “öz qadını” ilə bağlı 
təsəvvürləri o zaman dəyişəcək ki, gələcək ehtiyacları ilə ilgili duyğularını 
azad bir xatirələr ortamında yarada bilsin. Müsəlman qadın isə öz özgürlüyü 
uğrundakı daimi mübarizəsi ilə ona yardımçı olmalıdır. Müsəlman qadın 
özünü sosial və politik meydandakı fəaliyətləri ilə təsdiqlədikcə həyat daha 
gözəl olacaq, erkəkmərkəzli tarix və sosial həyat anlayışı tarixə 
gömüləcəkdir. Bu şəkildə olduğunda indiki zaman onun üçün gözəl və 
yaşanılır olacaqdır.  İndiki zaman daima dəyərli və önəmlidir, çünkü hər şey 
indiki zamanda mümkün ola bilir. Hətta keçmişə heyranlıq duyğusunun 
bitməsi və insanın öz nəfsinə güvənərək mövcud anlardan ləzzət alması da 
indiki zamanda mümkün ola bilir. 
 
 
 
 
 
Tarixi olayların özəti 
 
 
Bu bölümdə kitabda qeyd olunan önəmli olayların tarixi verilmişdir. 
Hicri tarix ilə miladi tarixi bir-biri ilə müqayisə etmək üçün aşağıdakı 
qaynaqlardan istifadə etmişəm: 
-
 
Shorter Encyclopedia of İslam,  İthaca, Gibb and Kramers, 
New York. 
 
148

-
 
Richard Bell, Bell´s Introduction to the Koran, revised and 
enlarged by William Montgomery Watt, Edinburgh 
University Press, Edinburgh, 1970. 
-
 
Marshal G.S Hodgson, The Venture of Islam: Conscience and 
History in a World Civilization, University of Chicago Press, 
Chicago, 1974. 
Hicri il ilə miladi ili bilməniz üçün bunları xatirinizdə saxlamalısınız: 
1990-cı miladi il 1410-1411-ci hicri tarixi ilə bərabərdir. Çünkü islam tarixi 
peyqəmbərin Məkkədən Mədinəyə getdiyi zamandan etibarən başlayır. 622-
ci ildə peyqəmbər Məkkədən Mədinəyə getmişdi.  
570-ci ildə Hz. Məhəmməd anadan olmuşdur. 
579-cu ildə Sasani padşahı Xosrov Ənuşirəvan ölmüşdür. Sasani və 
Roma imperatorluqlarının savaşdığı bir ortamda islam doğmuşdur. 
610-cu ildə ilk açınım (vəhy) gəlmişdir. 
610-14-cü illərdə Heraklius Roma imperatorudur. 
613-cü ildə peyqəmbər Məkkədə islamı açıqca təbliğ etməyə başlayır. 
613-cü ildə müsəlmanlar ilk dəfə olaraq Məkkədən Həbəşəyə 
mühacirət etdilər. Ancaq peyqəmbər Məkkədə qaldı və öz təbliğatını davam 
etdi. 
619-cu ildə peyqəmbərin qadını  Xədicə  və  əmisi  Əbutalib vəfat 
etdilər.  Əbutalibin ölümündən sonra peyqəmbərin cangüvənliyi təhlükəyə 
girdiyi üçün Məkkədən ayrılmağa qərar verdi. 
619-cu ildə Sasanilər Misiri işğal etdilər. 
621-ci ildə peyqəmbər mədinəlilərlə ilk təmasa girir. 
622-ci ildə peyqəmbər Məkkədən Mədinəyə gedir (hicrət). 
Peyqəmbərin Məkkədən Mədinəyə getməsi hicri tarixinin başlanqıcı olaraq 
sayılır. 
624-cü ildə Bədr savaşı başladı. Məkkəlilər müttəfiqləri ilə bir yerdə 
müsəlmanlara saldırdılar. Bu savaşda islam ordusu qalib gəldi. 
625-ci ildə Ühüd savaşı başladı. Məkkəlilər Mədinə yaxınlığındakı 
Ühüd dağına hücum etdilər. Bu savaşda müsəlmanlar məğlub oldular. 
627-ci ildə  Xəndək savaşı başladı. Məkkəlilər Mədinəni mühasirə 
etdilər.  Şəhəri qorumaq üçün peyqəmbər Mədinənin  ətrafına xəndək 
qazdırdı. 
628-ci ildə  Hədibiyə müqaviləsi imzalandı. Peyqəmbər məkkəlilərlə 
barış andlaşması imzaladı. 
630-cu ildə peyqəmbər Məkkəni fəth etdi və Suriyə  sınırlarına ordu 
göndərdi. 
632-ci ildə peyqəmbər vəfat etdi. Peyqəmbər 10 il Mədinədə yaşadı. 
634-cü ildə birinci xəlifə Əbubəkir vəfat etdi. 
 
149

644-cü ildə ikinci xəlifə Ömər terror edilərək öldürüldü.  
655-ci ildə üçüncü xəlifə Osman terror edilərək öldürüldü. 
656-cı ildə Əbutaliboğlu Əli xəlifə oldu. 
658-ci ildə Əbutaliboğlu Əli xilafətdən uzaqlaşdırıldı. 
661-ci ildə  Xəvaricə  mənsub olan İbni Mülcəm  Əbutaliboğlu  Əlini 
qətlə yetirdi. 
Daha sonra islam Əməvilər tərəfindən sapdırılaraq padşahlıq 
sisteminə dönüşdürüldü. 
2007- payız 
 
150


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin