Fatimə Mernisi Pərdələr arxasında gizlədilən tarix



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə10/14
tarix14.01.2017
ölçüsü1,48 Mb.
#5120
1   ...   6   7   8   9   10   11   12   13   14

Qadınlar və səfihlər 
 
 
Qadınların irs haqqı ilə bağlı göndərilən ayələr səbəb oldu ki, Tanrı bu 
mövzunu aydınlığa qovuşdurmaq üçün təkrar öz elçisi Məhəmmədə ayələr 
göndərsin. Nisa surəsində irsin cüziyatını, müxtəlif  şəraitləri və durumları 
anladan ayələr var. Burada ana, qadın, qız və bir neçə qardaşı olan qızlar 
haqqında irslə ilgili bilgi verilmişdir. Anlaşılmazlıq ortaya çıxmasın deyə, 
hər kəsin irs payı haqqında geniş açıqlamalar verilmişdir:  
“Əgər qadınınızın uşağı yoxdursa, öldüyünüzdə sizin var-dövlətinizin 
yarısı qadının olur. Bir qadından evladınız varsa, var-dövlətinizin dörddə biri 
qadının olur. Əgər bir kişinin və ya bir qadının evladı, ata-anası yoxdur, 
                                                 
31
 Eyni qaynaq. 
32
 Eyni qaynaq, IX kitab, s. 255. 
 
96

yalnız bacı-qardaşları vardırsa, onların hər birinə irsin altıda biri yetişir.”
33
 
Bu qədər açıqlamalara və öngörülərə baxmayaraq, kişi mərkəzli islam 
anlayışı islamın bərabərlik və  ədalət fəlsəfəsini daima ortadan qaldərmağa 
çalışdı. Bu qism kişilər varlanmaq amacı ilə islamı qəbul etmişdilər. Ancaq 
islam onların istəklərinin tərsinə olaraq cinsi və sinfi imtiyazları erkəklərin 
əlindən almağa çalışmışdır. Kişilər də islamın yeni hökmlərini 
neytrallaşdırmaq üçün “əl-süfəha” (səfihlər) kimi anlaşılmayan sözün bir 
ayədə keçməsindən istifadə etdilər. Bu ayədə deyilir: “Tanrının sizə verdiyi 
zənginlikləri irs olaraq səfihlərə (ağılsızlara) buraxmayın.” O zənginliyin 
gəlirindən onlara yemək və geyim alın və onlarla xoş davranın”
34
 Bu, 
kişilərin səbirsizliklə bəklədiyi ayə idi: səfihlər irs məsələsində istisna təşkil 
etdikləri üçün qadınları səfih (ağılsız) olaraq qəbul etdilər, bu qədər sadə. Bir 
çox müsəlman, çocuqları  və qadınları  səfih kimi qəbul etdi. Bu üzdən də 
onların isrdən məhrum qalmalarını savundular.
35
  Şübhəsizi ki, bu növ 
yanaşma cahillik dönəmi kültürünün islam dəyərləri ilə qarışmasından başqa 
bir  şey deyildir. Müsəlmanlar tərəfindən  şüurlu  şəkildə islam kültürünə 
sızdırılan bu tərz yanaşma günümüzə  qədər öz varlığını sürdürmüş, 
qadınların insan kimi yaşamalarını, düşünmələrini  əngəlləmişdir. Belə bir 
sual ortaya çıxır: peyqəmbərin və  səhabilərin zamanında həyata keçə 
bilməyən qadın haqları  məsələsi islamın ilk çağlarından uzaqlaşdıqca necə 
öz həlli yolunu tapacaqdır? İslam dinini kişi mərkəzli anlayan müsəlmanlar 
belə hesab edirdilər ki, qadınların səfih olması üzərinə israr etsələr, bütün 
kişilər mutlu olacaq və peyqəmbər də irslə bağlı bu “anlamsız hökmünü” 
geri çəkmək zorunda qalacaqdır. Mühafizəkar kişilər bu məsələyə görə 
sevinirdilər. "Onlar belə hesab edirdilər ki, “səfihlər” kəlməsindən məqsəd 
“qadınlar və çocuqlar”dır, səfihlərin səfihi də qadınlardır."
36
İndi neçə əsr sonra Quranın savunucusu olan Təbərinin bu mövzuyla 
ilgili görüşlərini bilməkdə fayda var. O, bu məsələni diqqətlə araşdırır. Bu 
ayə ilə bağlı bir çox açıqlamaları toplayan Təbəri xatırladır ki, “səfih” sözü 
daha öncə digər ayələrdə də keçmişdir. O bütün bu açıqlamalara öz əsərində 
yer vermişdir. 
37
 Ancaq əgər uzman olmayan bizlər bu mövzunu sadəcə 
Quranda oxusaq doğru nəticə  çıxara bilməyəcəyik. Çünkü “səfihlər” 
deyildiyində bir yerdə əqli xəstələr, digər yerdə isə çocuqlar nəzərdə tutulur. 
"Bə´zən də Quran, yəhudiləri və bütpərəstləri səfih olaraq adlandırır."
38
 
“Ümumiyətlə yaxşını pisdən seçə bilməyən, idrak və  bəsirətdən yoxsun 
                                                 
33
 Quran, 6-cı surə, 12-ci ayə. 
34
 Quran, 4-cü surə, 5-ci ayə. 
35
 Təbəri, Təfsir, VII kitab, s. 56. 
36
 Eyni qaynaq, s.562-563. 
37
 Eyni qaynaq I kitab, s. 293-295. 
38
 Eyni qaynaq, III kitab, s. 90 və 129.  
 
97

olanlara səfih deyilir.”
39
 Bu üzdən sözün tam gerçək anlamını bilmək bizim 
özümüzə buraxılmışdır. Bu sözü iki cür açıqlamaq mümkündür: 1. 
“Səfihlər” sözünün cinsiyətlə heç bir əlaqəsi yoxdur. Burada səfih, idrak və 
uzaqgörənlikdən məhrum olaraq parasını boş yerə  xərcləyən adamdır. 2. 
Nadanlar və cahillər anlamında olan “səfihlər” öz davranışları ilə irs 
haqlarını dəyərsizləşdirən qadınlara şamil olur.  
Təbərinin bu sözlə olaraq dəqiq bir açıqlama yapmaq və  gələcək 
nəsillərə Quran mətnindəki bu sözün “gerçək” mənasını anlatmaq istəməsinə 
baxmayaraq, bu ayə peyqəmbərin zamanında da tam olaraq aydınlığa 
qovuşmamışdır. O zamanın da müsəlmanları bu ayəni birmənalı  və açıqca 
anlaya bilməmişdilər.  Əsas problem isə fiqh kitablarının metodundadır. 
Səthi izahlarla dolu olan bu mətnlər ifrat təcrübəçiliyi ehtiva edir və 
uyumluluqdan, ahəngdarlıqdan yoxsundur. Din alimləri mətnləri incə bir 
şəkildə oxucuya təqdim etməyə çalışmırlar. Tam tərəfsiz və gerçəkçi olmağa 
çalışdıqları üçün müxtəlif  əqidələrdən ensiklopedik bir əsər hazırlayır və 
sonunda da öz fikirlərini artırırlar. Subyektivliyə qapılmamaq üçün bir 
dəyərləndirmədə  və toparlamada da bulunmurlar. Bu üzdən də oxucu 
müxtəlif görüşlərlə rastlanır. Ancaq oxucu bu müxtəlif görüşləri sezə biləcək 
metodu oxuma sürəsincə  əldə edə bilmir. Təbəri başqalarının nəzərlərini 
yazdıqdan sonra öz nəzərini də artırır. O, bütün bu verilərdən yola çıxaraq 
cinsiyət məsələsi ilə bağlı (yəni bərabərlik  əsası ilə ilgili) bir nəticəyə 
varmaq istəmir:  
Bizim fikrimizə görə “və Tanrının sizə tapşırdığı var-dövləti ağlı az 
olanlara verməyin” ayəsində Tanrı “səfihlər” sözünü külli anlamda 
işlətmişdir. Burada “səfihlər” sözü bəlli bir qrupa xitab etməz. Bu üzdən də 
bu ayənin anlamı belədir ki, var-dövləti səfih birinə miras olaraq buraxmaq 
doğru deyl. Bu səfih (ağlı az) müxtəlif yaşlarda həm qadın, həm də kişi ola 
bilər. Səfihlər iqtisadi durumlarını kontrol edə bilməyən qadınlar və 
kişilərdir. Onlar miras qalan sərmayəni bərbad edə bilərlər.
40
 Təbərinin fikir 
istiqaməti yoxdur. Təbəri bu mübahisə ilə  məşğul olmaq üçün hansı 
metoddan istifadə etmişdir? Təbəri mətnə bağlı  və sadiq qalmaq üçün bu 
dartışmada dilçilik məntiqindən faydalanmış  və bu qavramın (səfih) 
bütüncül olduğu üzərində durmuşdur: səfihlər düşüncə yetişkinliyi, sezgi 
qabiliyəti və uzaqgörənliyi olmayanlardır. Təbəri davam edir: Qadınları 
irsdən məhrum etmək “səfih” qavramına cinsiyət tanımaq anlamına gələr ki, 
Quranda belə bir anlam söz qonusu olmamışdır: “Səfihlərin qadınlar 
olduğuna inananlar ərəb dilini açıqca təhrif edirlər. Çoxluğu bildirən bu kimi 
                                                 
39
 Eyni qaynaq, VI kitab, s. 57. 
40
 Eyni qaynaq, s. 565.  
 
98

isimlər erkəkləri cəm (çoxluq) və ya yenə də qadın və kişini bir yerdə çoxluq 
şəklində ifadə edər. Bu qavramın ifadə etdiyi çoxluqda cinsiyət bəlli 
deyildir. “Süfəha”-səfihlər qavramı  cəm  şəklindədir. Lakin ərəb dilində 
erkəklərin topluluğunu bildirən ismin cəm  şəkli ilə dişilərin çoxluğunu 
bildirən ismin cəm şəkli fərqlidir. Bəzi isimlərdə isə cinsiyət yoxdur və cəm 
bağlanarkən həm erkək, həm də dişi nəzərdə tutulur. Cinsiyəti bəlli olmayan 
isimlərdən biri də “səfih” sözüsür.” Təbəri bu mövzunun sonunda ərəbcədə 
ismin çoxluq bildirən şəklinin müxtəlif növlərini izah edir. Əgər Tanrının bu 
sözdəki məqsədi qadınlar olsaydı, o zaman bu ismin cəm şəklini müvənnəs 
(dişi) variantında qullanmalı idi.
41
Çağımızda islam ölkələrinin qadın-kişi bərabərliyinə olan 
laqeydliklərini dərinliyi ilə anlamamız üçün Mədinəyə dönməmiz gərəkəcək. 
Mədinənin dar küçələrində ilk dəfə qadınların öz haqları ilə ilgili 
mübahisələrə, kişilərlə dartışmalara girdikləri dönəmə geri dönməliyik. 
Kişilərin islamı qəbul etmələrinə baxmayaraq, çağımızda olduğu kimi, islam 
qadın-kişi bərabərliyi ilə ilgili öz sistemini ortaya qoyduğunda erkəklərin 
etiraz səsləri yüksəlirdi. 
 
 
 
 
Qadınlar və savaş qənimətləri 
 
 Ümm-Səlmənin müvəffəqiyəti və qadınların hüquqları, 
özəlliklə irs məsələsi ilə ilgili ayələrin gəlişi bunalımlı(böhranlı) bir dönəm 
oluşdurmuşdu. Daha sonra gələn ayələrdə qadın-kişi eşitliyinin rəngi azalır 
və kişimərkəzliliyə  təkid edilir. Ancaq kişimərkəzliliyə  təkid edilərkən də 
qadınların haqqını savunan daha öncəki ayələr ləğv edilmir. Quranda elə 
mövzular var ki, onunla bağlı iki dəfə ayə  gəlmiş  və ikinci ayə birincinin 
keçərliliyini ortadan qaldırmışdır. Daha sonra gələn ayələrdə kişimərkəzlilik 
güclənsə də, ilk ayələrdəki qadın haqlarına aid olan ayələr ləğv edilməmişdir. 
Bu məsələ daima Quranla bağlı ziddiyətli anlamalara səbəb olmuşdur. 
Çağımızda da, özəlliklə siyasi çevrələr tərəfindən bu ziddiyətli anlamalar 
davam etməkdədir. Əslində qadınların qələbəsi və sevinci çox qısa müddətli 
oldu. Tanrı qadınların “Yardım et!” çağrılarına cavab verməz oldu. 
Qadınların ictimai statuslarını gəlişdirəcək ayələr gəlməz oldu.  
Qadınlara Tanrı qatından kişilərlə  bərabər hüquqlu insanlar olaraq 
xitab edildikdən sonra onlar da savaşa qatılmaq və savaşlarda  əldə edilən 
                                                 
41
 Eyni qaynaq, s. 567.  
 
99

qənimətlərdən bərxurdar olmaq istədilər. Ayrıca, yataqda da kişilərlə özgür 
seksual ilşkidən bərxurdar oldular. Kişi nə zaman istəsə, onu yatağa çağıra 
bilməyəcəkdi. Seks məsələsində qadının da iradəsi və istəyi üzərində 
durulurdu. Cinsi ilişkilərdə qadınların  əşya olmaqdan çıxıb tərəf müqabil 
kimi sayılması da ortaya çıxdı. O zamanın müsəlmanlarına görə, qadınlara 
verilən bu azadlıq erkəkmərkəzli tarixi kökündən uçurmağa xidmət edirdi. 
Erkəklər qadınların istəklərini həddindən artıq siyasi olaraq dəyərləndirdilər. 
Qadınların bu istəklərinə qarşı seçkin bir rəhbərin öncülüyündə birləşdilər. 
Bu seçkin rəhbər Ömər ibni Xəttab idi.  
Ömərin bənzərsiz hərbi qabiliyəti var idi. Onun cəsarəti daima islam 
ordusuna ruh verirdi. Peyqəmbər hesab edirdi ki, “Ömərin müsəlman olması 
böyük bir qələbədir.”
42
 Toplumda köklü dəyişikliklər yaratmaq üçün Ömər 
hər zaman peyqəmbərin yanında olmuşdu. Ancaq qadın-kişi bərabərliyini 
islam ortaya qoyduğu zaman artıq Ömər əvvəlki kimi peyqəmbərin yanında 
olmağa həvəs göstərmədi. İslamın qadınlarla bağlı bütün əski gələnəkləri alt-
üst edəcəyini Ömər qəbul edə bilmirdi. Qadınların  əllərində  qılınc savaşa 
qatılmaları və qənimətlərdən pay almaları Ömərə görə anlamsız bir hərəkət 
idi. O, atalarının pərəstiş etdiyi Məkkə tanrılarını ortadan qaldırmağa hazır 
idi, ancaq qadın-kişi bərabərliyini qəbul edə bilmirdi. Beləliklə, qadınlar 
fatehcəsinə  hərəkətə keçdilər. Bir gün aktiv qadınlardan biri yüksək səslə 
dedi: “Qadın-kişi bərabərliyini savunan bu ayə yalnız irs məsələsinə aid 
deyildir. Günah mövzusunu da içinə alır. Qiyamətdə kişilər öz günahlarının 
iki qat artdığını gördüklərində şaşıracaqlar. Onların irslə bağlı payları iki qat 
olduğu üçün, buraxın suçları da iki qat hesablansın.”
43
 Oradakılar 
həyəcanlandılar. Ancaq Tanrı bu dəfə erkəklərin tərəfini tutub, 
erkəkmərkəzli din anlayışını üstün bildiyi üçün qadınlar  şaşırdılar. 
Qadınların iki istəyinə cavab verən “Nisa” surəsinin 32-ci ayəsi iki qismə 
bölünür. Bu iki mövzunu çox diqqətlə bir-birindən ayırd etmək gərəkir: 
qadınlar qadın-kişi bərabərliyini israrla istəyir və var-dövlətin bərabər 
şəkildə paylaşmasını  tələb edirdilər. Qadınlar belə hesab edirdilər ki, 
kişilərlə eyni toplumsal statusa və hüquqa sahib olmaq üçün onlar da savaşa 
qatılmalı və əldə edilən qənimətlərdən pay almalıdırlar. Tanrı açıqca onlara 
cavab verir: Hər kəsin haqqı etdiyi işə görədir. Qadınlar savaşa qatılmaqdan 
məhrum edildikləri üçün bərabər hüquqa sahib ola bilməzlər. “Tanrının 
birini digərinə üstün saymasını yarqılamayın. Kişilərin yapdıqları işlərdə bir 
fayda və qadınların yapdığı  işlərdə isə başqa fayda var.”
44
  Təbərinin 
dediyinə görə, ayənin bu bölümü qadınların silah qullanma istəkləri ilə 
                                                 
42
 Əsqəlani, Əl-isabət, IV kitab, s. 588.  
43
 Təbəri, Təfsir, VIII kitab, s. 266. 
44
 Quran, IV surə, 32-ci ayə. 
 
100

bağlıdır. Bu ayədən sonra öz istəklərini daha da məntiqli irəli sürməyə 
çalışan qadınlar savaşlara qatılma istəklərini bu şəkildə  bəyan etdilər: hər 
kəsin payı əldə etdiyinə görə nəzərdə tutulur. Kişilər isə ancaq savaş yolu ilə 
zənginləşirlər. O zaman biz də zənginləşmək üçün kişilərin metodunu tərcih 
etməliyik. 
Qadınların savaşa qatılma israrlarını anlaya bilmək üçün savaş 
alətlərinin və savaş  qənimətlərinin Mədinənin iqtisadiyatındakı  təsirini 
dəyərləndirmək lazımdır.  Ərəb dili sözlüyündə “qəzəvə” sözü “düşmənə 
hücum və onun var-dövlətini  ələ keçirmək” anlamındadır. Sözün izahında 
artırılır ki, “savaşda yenilmək qənimət əldə etməmək” kimi anlaşılır. Əslində 
“qəzəvə” savaş yolu ilə zənginləşmənin ən yayqın şəkli olmuşdur. Qəbilələr 
arasında yayqın olan bu savaş növü məğlub qəbilənin zənginliklərini  ələ 
keçirmənin ərəb variantı idi. Ən çox da dəvə zənginlik aracı olaraq sayılırdır. 
Bu savaşlarda adətən qan tökülməməsi üçün çalışardılar. Qan tökülməsi çox 
təhlükəli olur və  qətl edilən adamın qəbiləsi intiqam almağa and içərdilər. 
Qarşı  tərəfdən birini öldürərdilər, qarşı  tərəf də onun qanını almağa and 
içərdi. Və beləliklə qan davası zəncir kimi intiqam qonusunda nəsilləri bir-
birinə bağlayardı. Başqa tür qəzəvə  də var idi ki, orada qarşı  tərəflər bir-
birinə qəti şəkildə güzəştə getməzdilər. Məkkənin əsas gəlir qaynağı ticarət,  
Mədinənin əsas gəlir qaynağı isə tarım idi. Bunların ötəsində bir başqa gəlir 
qaynağı  qənimət idi. Məhəmməd peyqəmbər də  qəzəvələrə qatılırdı, lakin 
onun hədəfi tamam başqa idi. Bir çox hallarda öz ordusunun qarşısını ala 
bilmirdi və müsəlmanlar da daha öncədən yayqın olan qəzəvə qaydaları 
əsasında yağmaçılıqla məşğul olurdular. Peyqəmbərin isə hədəfi daha böyük 
idi. Zatən  əgər belə böyük bir hədəf olmasaydı, O da qəzəvələrdə  iştirak 
etmiş  və sonra da tarixdə adı qalmamış  qəbilə başçıları kimi tarixin 
unudulmuş savaşçılarına çevrilərdi. Savaş yolu ilə iqtisadi fəaliyətlərin əksik 
və ziddiyətli yönlərini peyqəmbər çox yaxşı bilirdi. Qəzəvələrin qanunları 
çox sərt idi. Yayqın gələnək üzrə qalib olan dəstə  məğlublar qarşısında iki 
qeyri-insani metoda əl atırdılar: 1. Bütün kişiləri qətl edib qadınları  əsir 
alırdılar. 2. Aristokrat kişiləri və qadınları yüksək fədiyə  (əsiri azad 
buraxmaq üçün alınan para) qarşısında azad buraxırdılar. Bu savaşlar 
sürərkən müsəlmanlar belə bir sualla qarşılaşdılar: islamı  qəbul edən 
savaşçılarla necə davranmaq gərəkir?  Əsirlərin islamı  qəbul etməsi ilə 
müsəlmanların miqdarı çoxalırdı, ancaq savaşlardakı əsas məqsədi qənimət 
qazanmaq olan müsəlman savaşçıların  əlləri boş qalır və para qazana 
bilmirdilər. Çünkü onlar əsirləri satıb para qazanmaq fürsətini qaçırmış 
olurdular.  
Qadınlar ortaya atılmış yeni sorulardan öz mənfəətləri üçün 
yararlanmağa çalışdılar. Onlar dedilər: “Cahillik dönəmində erkəklər 
 
101

qadınları  və çocuqları irsdən məhrum etmişdilər. Çünkü onlar savaşa 
qatılmır, savaşda  əldə edilən zənginliklərdən faydalana bilmirdilər.”
45
  Hər 
zaman olduğu kimi, Ümm-Səlmə aydın və  dəqiq metodla qadınların  əsas 
istəklərini bu şəkildə bəyan etdi: “Ey Tanrı elçisi, erkəklər savaşa qatılırlar, 
ancaq irs aparma haqqımız olsa da, bizim savaşa qatılma haqqımız yoxdur.” 
Başqa bir rəvayətdə bu sual bu biçimdə sorulmuşdur: “Ey Tanrı elçisi, nədən 
kişilər kimi bizim də savaşlara qatılma haqqımız yoxdur?”
46
 Bu istək əslində 
qəzəvənin gələnəksəl təməllərini uçururdu. Bu gələnəkdə qaliblərin məğlub 
tərəfin kişilərini öldürmə haqları var idi. Aristokrat kişilər isə  fədiyə 
ödəyərək özgürlüklərini qazanırdılar.  Qadınlar və çocuqlar isə əsir alınırdı. 
Əsir qadınlar savaş qəniməti olan əşya kimi qaliblər tərəfindən satılırdı. Eyni 
zamanda əsir qadınları öz çocuqlarının baxıcıları kimi saxlaya bilir, həm də 
onlarla siğə şəklində seksual ilişkiyə də girə bilirdilər. Kölə qadınlar seksual 
alət və qulluqçu kimi qullanılırdılar.”
47
 Qadınlar bu istəklərini ortaya ataraq 
həm savaşlarda  əldə edilən qənimətlərdən faydalanıb zənginləşmək istəyir, 
həm də  aşağıdakı öykünün (hekayənin) anlatdığı kimi, fəlakətli 
durumlarından qurtulmağı umurdular. Bu öykünü cahillik dövrünün 
savaşçısı Əmro ibni Yəkrub ikinci xəlifə Ömərə anlatmışdır: Ey Ömər, sənə 
bir macəranı anladacağam ki, bu günə  qədər kimsəyə söyləməmişəm. Bir 
gün biz Bənuzübeyd yağmacı qrupu olaraq Bənikənanə məntəqəsinə getdik. 
Gecə  dışarıda dolaşan bir dəstə ilə rastlandıq. Orada bir neçə at, yeməklə 
dolu bir neçə xurcun, bir neçə dəri çadır, bir neçə də keçi var idi. Biz bütün 
bunların hamısını yağmaladıq. Sonra digər çadırlardan bir az uzaqda 
nisbətən böyük bir çadıra girdim. Çadırın içində xalçanın üstündə oturmuş 
çox gözəl bir qadın gördüm. Bu gözəl qadın məni və atlılarımı gördüyündə 
ağlamağa başladı. Niyə ağladığını sorduğumda dedi: “Ona görə ağlayıram ki, 
əmim qızları bu müsibətdən qaçmışdılar, indi isə  mən özüm eyni müsibəti 
yaşamalı oldum.” Mən onun söylədiklərinə inandım və  əmisi qızlarının 
harda olduqlarını sordum. Qadın dedi: “O aşağıda, dərədədirlər.” Atlılarıma 
dedim ki, siz məni burda bəkləyin dönəcəyəm. Atımı sürətlə sürüb dərənin 
dibi görünən təpəyə vardım. Təpəyə çatdığımda aldandığımı anladım. 
Təpədə uzun və qıvrım saçlı gənc bir kişi oturmuş ayaqqabılarını yamayırdı. 
Qılıncı önündə, atı da bir kənarda idi. Məni gördüyündə ayaqqabısı ilə 
məşğul olmaqdan əl çəkib qılıncını  əlinə alıb atına mindi. Epik bir şeir 
söyləyə-söyləyə atını  mənə  tərəf sürətlə çapmağa başladı.”
48
 Bu gözəl 
qadının əri ilə Əmrunun arasında savaş başlayır və Əmro məğlub olub qaçır. 
                                                 
45
 Təbəri, Təfsir, IX kitab, s. 256. 
46
 Eyni qaynaq, VIII kitab, s. 261.  
47
 Maurice Lombard, L`islam dans sa premiere grandeur, lammarion, Paris. 1971, PP. 212ff.  
48
 Mas´udi, Les prairies d´or, p. 612. 
 
102

Ancaq daha sonrakı hücumlarında bir çox qənimətlə birlikdə bu qadını da 
qaçırmağı başarır. Bu gənc adam hadisədən xəbərdar olduğunda bir lüt ata 
minib, bir əl ağacı ilə onları təqib edir. O bir daha Əmronu yenib qadınını 
geri almağı başarır.
49
 Beləliklə, Rabia adlanan bu gənc adam bir daha öz 
qadınını  və yağmalanmış  sərvətini öz qəbiləsinə qaytarır.
50
 O zaman 
savunucusu olmayan gözəl qadının başına nələrin gəldiyini bu öyküdən 
anlamış oluruq. Ancaq hər kəs bu qadının  əri kimi qəhrəman deyildi. Adi 
kişilərlə evlənmiş olan qadınlar belə durumlarda əsir alınır, kölə olaraq 
satılırdılar.  
Yoxsulluq və ibtidai iqtisadi münasibətlər ortamında yaşayan ərəblər 
ipək paltar gördüklərində heyrətdən gözləri kəlləyə  çıxırdı. Bir müsəlman 
peyqəmbərdən soruşdu: “Əynimizdəki paltarla namaz qılmalıyıq, yoxsa 
namaz qılarkən başqa paltar geyməliyik?” Peyqəmbər dedi: “Hər kəsin 
ikinci paltarının olduğunumu sanırsan?”
51
  Ərəblər işğal etdikləri xristian 
yurdlarında onların bəzəkli paltarları qarşısında  şaşıb qalırdılar. “Ərəblər 
heyrətlə onlara baxırdılar. Çünkü ömürlərində belə  bəzəkli paltar 
görməmişdilər.”
52
 Heç bir zaman əldə edə bilməyəcəkləri zənginlikləri savaş 
yolu ilə qazandıqları üçün islamın cəhad əmrinə daha çox ehtiyac duyurdular. 
Dış dünyada yaşayan millətlərin zənginliklərini əldə etmə ehtirası ərəblərin 
daha sıx şəkildə islama sarılmasını sağlayırdı. Lakin onların bir çoxunun heç 
yazıb-oxuması da yox idi. Hətta Qurandan bir ayəni belə doğru-dürüst əzbər 
bilmirdilər. Onlara lazım olan zənginlik idi. Ac ərəblər ən qısa yolla və ən 
qısa zamanda müsəlman olmayanların var-dövlətini  ələ keçirməklə 
zənginləşirdilər. Hələ  də islamın missionunun nə olduğunu anlamayan 
zənginləşmiş saysız ərəb peyda olmuşdu. İslamın savaş yolu ilə başqalarının 
sərvətini  əldə etmə  əmri  ərəbləri qısa bir zamanda birləşdirə bildi. Bir çox 
düşmən qəbilələr daha uzaq hədəflərdəki zənginlikləri  ələ keçirmək üçün 
birləşdilər. Bu üzdən də  ərəb milləti və  ərəb kimliyinin biçimlənməsində 
islamın savaş yolu ilə  zənginləşmə metodu çox etkili oldu. Vəziyət elə 
olmuşdu ki, bir çox müsəlmanlaşmış ərəbin zənginlikləri Ərəbistanın 10 illik 
büdcəsinə  bərabər olmuşdu. Bu üzdən də belə müsəlmanların iqtisadi 
mənafeyi qadınların bərabərlik istəyini zorlayırdı. Toplumun öz həyatını, 
özəlliklə iqtisadi planda sürdürə bilməsi üçün bir çox qadınlar öz 
dirənişlərindən vaz keçdilər. Ancaq peyqəmbərin qadını Ümm-Səlmə öz 
dirənişinə davam edən bircə qadın idi. O, “Tanrı yolunda fədakarlıq” və 
peyqəmbərin amaclarını gerçəkləşdirmə adı altında qadınların da savaşa 
                                                 
49
 Eyni qaynaq, s. 614. 
50
 Eyni qaynaq.  
51
 Təbəri, Muhammed, Sceaudes prophetes, p. 309. 
52
 Eyni qaynaq.  
 
103

qatılma haqlarını savunurdu. Qadınların bir çoxu dedi: “Yazıqlar olsun ki, 
biz kişi yaranmamışıq. Kişi olsaydıq, biz də savaşa qatılıb zəngin olardıq.”
53
  
Peyqəmbər mümkün və qeyri-mümkün, təhlükə və uğurlar arasında incə bir 
tarazlıq bərqərar edən  şəxs idi. Ayrıca, o, tərəfdarlarına yaxşı  və varlı 
yaşayış müjdələyirdi. Tanrı da Məhəmməd kimi bilirdi ki, dünya nemətləri 
önəmsiz maraqlar deyildir. İslamın müjdələdiyi zənginlik, ancaq savaş yolu 
ilə mümkün idi. Qısa müddətdə müsəlmanların zənginləşməsini sağlayacaq 
başqa iqtisadi yol yox idi. Bircə yol ancaq, başqaların əlində olanları zorla 
almaq idi. İlk müsəlmanların əsas amacı yağmalama idi. Yağmalama onları 
çox qısa müddətdə  zəngin insanlara çevirirdi. İslamın müsəlman 
olmayanların mallarını halal sayması qarət və yağmalama arzusu ilə 
müsəlmanlaşanların sayını get-gedə artırırdı. Bu hadisə islamın sürətlə 
yayqınlaşmasına səbəb olurdu. Islamın dərinliyindən xəbəri olmayan ac ərəb 
qəbilələri üçün var-dövlət qazanma fürsəti  ələ keçmişdi. Bir çox yazıb-
oxuması olmayan ərəb qəbilələri üçün islam, sadəcə şəhadət kəlməsindən və 
bir də ki, namazdakı ayələrdən ibarət idi. Bunlar da cümə namazları kimi 
ümumi toplantılarda  əzbərlənmişdi. Məğlubiyətlərini hiss edən ölkələr və 
qəbilələr də əllərindəkilərini qapdırmamaq üçün yenə də islamı qəbul etmək 
zorunda qalırdılar.  Ən qısa zamanda zənginləşmənin bircə yolu var idi: 
müsəlman olmayanların var-dövlətini  ələ keçirmək. Çünkü müsəlmanların 
heç bir iqtisadi, ticari təcrübələri yox idi. Ayrıca, islama ilk iman gətirənlərin 
tam  əksəriyəti yoxsullar idi. Bu yoxsullar daha sonra qənimətlər və 
yağmalama yolu ilə  ən zəngin insanlara dönüşəcəkdilər. Bu yoxsullar 
zənginləşmək üçün savaşa hazır idilər. Çünkü onların itirəcəkləri heç bir şey 
yox idi. Ölsəydilər, bədbəxt həyatdan qurtulur, qalsaydılar məğlubların malı 
hesabına zənginləşirdilər. Onlar yalnız qazanırdılar. Cəhad adı ilə başladılan 
savaşlar heç bir ticari və istehsal təcrübələri olmayan müsəlmanların 
varlanmaları üçün böyük ümidlər və´d edirdi. Həm bu dünyada 
zənginləşirdilər həm də o dünyada islam savaşçıları olaraq cənnətlə 
müjdələnirdilər. Yəni qumsal çöllərin aqressiv ərəbləri üçün tam keçərli olan 
savaş  və yağmalama sistemi islam tərəfindən ortaya qoyulmuşdu. Bu 
ümidlər tədricən gerçəkləşdikcə müsəlmanların savaş  və yağmalama 
duyğuları inkişaf edir, qabarırdı. Müsəlman olmayan zənginləri öldürüb 
onların var-dövlətinə sahib çıxma ehtirası get-gedə artırdı. Tarixin heç bir 
dönəmində savaş duyğuları  ərəblər içində VII əsrdə olduğu kimi 
dalğalanmamışdı. Bu üzdən də bir çox səhabilər öldüklərində onların 
yüzlərcə kölələri, kəndləri, bağları, uzaq diyarlarda tarlaları qalmışdı. “Tanrı 
                                                 
53
 Təbəri, Təfsir, s. 261.  
 
104

sizlərə qovuşacağınız bolluca savaş  qənimətləri vəd etmişdir ki, buna çox 
erkən qovuşdunuz.”
54
Savaşlar yolu ilə varlanmaq və  cənnətdə yaşamaq arzuları 
müsəlmanların, hətta qətl törədərək inanclarını yaymağa məşruiyət 
qazandırırdı. Peyqəmbər hərbi rəhbər kimi yalnız barmaqsayı tərəfdarlarının 
savaş qənimətlərindən imtina etdiklərini anladı. 8-ci hicrət ilində baş verən 
Taif hadisəsi müsəlmanların zənginlik düşgünü olduqlarını ifşa etdi. Savaş 
gedərkən məğlubların düşdüyü ağır vəziyət peyqəmbəri narahat edirdi. 
Peyqəmbər məğlubların mallarını  ələ keçirmə  və  əsir alma qaydalarını 
yüngülləşdirmək istəyirdi. Ancaq müsəlmanlar peyqəmbərə qarşı üsyan 
etdilər. Eləcə də “Hənin” savaşında biri şəxsi duyğusallıq, digəri məzhəbsəl 
olmaq üzrə iki hadisə peyqəmbəri narahat etdi və  əldə edilən savaş 
qənimətlərini paylamaqdan imtina etməsinə  səbəb oldu. “Hənin” savaşı 
Məkkənin müsəlmanlar tərəfindən  ələ keçirilməsindən sonra VII hicrət 
ilində baş vermişdi.  İslama qarşı dirənən qəbilələr üçün Məkkənin düşüşü 
(süqutu) təhlükə siqnalı çalmışdı. Çünkü Məkkəni ələ keçirən müsəlmanların 
gec-tez Taifə  də  həmlə edəcəkləri bəlli idi. Taifi ələ keçirmədən Məkkəyə 
sahib olmaq mümkün deyildi. Məkkə ilə Taifin arası üç günlük piyada yol 
idi. Bir neçə kənddən ibarət olan Taif Məkkə ilə Yəmənin arasında yerləşirdi. 
Taifdə bolluca meyvə bağları, əkin yerləri və üzüm tarlaları var idi. Ayrıca, 
yetərincə də su mövcud idi. Məkkə sakinləri iqtisadi cəhətdən daima Taiflə 
irtibatda olmaq zorunda idilər. Çünkü Məkkədə nə bir bitki, nə bir tarla, nə 
bir ağac, nə  də meyvə var idi. Məkkənin meyvələrini Taif təmin edirdi. 
Məkkə  əhalisinin Taifdə bağları, xurma tarlaları var idi. Üç ay yay fəsli 
boyunca yoxsullardan başqa kimsə  Məkkədə qalmaz, Taifə gedərdi.
55
  
Şübhəsiz ki, Məkkənin nəzarətini ələ keçirən müsəlmanlar Taifi də almağa 
meylli idilər. Səqif qəbiləsinin başçısı Malik ibni Ovf Taif əhalisini 
müsəlmanlara qarşı dirənmək üçün təşkilatlandırdı. O, Havzən qəbiləsindən 
başqa bütün qəbilələrdən  əsgər yığa bildi. Havzən qəbiləsinin rəhbəri Sə´d 
ibni Bəkr idi. Peyqəmbərin çocuqluğu bu qəbiləyə tapşırılmışdı. Bu qəbilə 
yetim Məhəmmədə sahib çıxmışdi. O zaman şəhərlər arasında belə bir 
gələnək mövcud idi ki, çocuqlarını şəhərdən kənarda daha sağlıqlı mühitdə 
bir baxıcıya tapşırırdılar. Bu qəbilə Malik ibni Ovfa yardım etmədi. Onlar 
dedilər: “Məhəmmədin çocuqluğu bizim qəbilədə keçmişdir. Biz böyütdük. 
İndi ona qarşı savaşa bilmərik.” Lakin Malik onlara çox basqı yapdı  və 
sonunda bir dəstə də bu qəbilədən savaşçı ala bildi.
56
 Malik ibni Ovf 30000 
savaşçı ilə Taifi tərk edib Məkkədən iki günlük məsafəsi olan Hənin çölündə 
                                                 
54
 Quran, 48-ci surə, 30-cu ayə.  
55
 Təbəri, Muhammed, Sceaudes prophetes, p. 97. 
56
 Eyni qaynaq.  
 
105

pusquda durdu. Onun savaşçıları son nəfəslərinə  qədər Məhəmmədlə 
savaşsın deyə,  əmr verdi ki, bütün əsgərlər ailələrini və mal-davarlarını 
özləri ilə  Həninə, savaş bölgəsinə  gətirsinlər.
57
 Peyqəmbər Hənin çölündə 
düşmənin pusquda olduğu xəbərini aldı. 2000 nəfəri məkkəlilərdən ibarət 
olmaq üzrə  Həninə 12000 savaşçı göndərdi. Məkkənin idari işlərini 
səhabilərdən birinə tapşırıb özü də savaş meydanına yollandı. Çox çətin bir 
savaş başladı. Bu savaşda az qala peyqəmbər öldürüləcəkdi. Düşmən 
əsgərlərinin daha çox olmasına baxmayaraq, müsəlmanlar qalib gəldilər. 
Malik Taifə tərəf geri çəkildi, çünkü ətrafı qalalarla sarılmış olan şəhəri daha 
rahat müdafiə edəcəyini düşünürdü. Onunla bir yerdə savaşan bir neçə qəbilə 
savaşçıları ailələrini və mallarını buraxıb qaçdılar. Peyqəmbər o zamanın 
gələnəyi üzrə əmr verdi: “Fərar edən düşmən adamlarını üç gün müddətincə 
təqib edin və  hər kəsə çatsanız öldürün. Üç günlük məsafədən sonra işiniz 
olmasın.”
58 *
 Bir çox qənimət müsəlmanların əlinə keçdi. Düşmən ailələri və 
mal-davarları, dəvələri müsəlmanların qəniməti oldu. “İslam ordusu 
düşmənin bütün mal və əşyalarını topladı. Bir çox dəvə, 6000 qadın və xeyli 
əsir əsgər ələ keçirilmişdi.”
59
 Əsir qadınlardan biri Həlimənin bacılığı Əsma 
adında bir qadın idi. Həlimə peyqəmbərin dayəsi olmuş, ona süd vermişdi. 
“Peyqəmbər onu tanıdı  və gözlərindən yaş axmağa başladı. Məhəmməd 
peyqəmbər  əynindəki  əbasını  çıxarıb yerə  sərdi və  Əsmanın  əlindən tutub 
Əbanın üstündə oturtdu. Bir gün sonra ondan soruşdu: “Bizimlə qalmaq, 
yoxsa öz qəbilənə dönmək mi istərsən?”
60
 Əsma qəbiləsinə dönməyi tərcih 
etdi. Peyqəmbər onu yola salarkən, "qənimətlərdən bir dəvə, bir qoyun verdi. 
Bir qadınla bir kişi olmaq üzrə iki də kölə hədiyə etdi.”
61
 Peyqəmbərin bu 
şəkildə davranışını müsəlman savaşçılar böyük xəta hesab etdilər. Əsma da 
savaş  qəniməti sayılırdı. Bu üzdən müsəlman savaşçılar hesab edirdilər ki, 
peyqəmbər savaş qənimətinin bir parçası olan Əsmanı yalnız bağışlamamış, 
həm də ona savaş qənimətindən hədiyələr də vermişdi. Müsəlman əsgərlərə 
görə, savaşda mərhəmətin bir anlamı yoxdur. Ancaq daha ciddi bir xəta hələ 
qarşıda idi. Düşmən ordusunun rəhbəri olan Malik xəbər göndərdi ki, 
tərəfdarları ilə bir yerdə müsəlman olmaq istəyir. Bu, o anlamda idi ki, 
Malik müsəlman olduqdan sonra bütün mal-davarlarını  və qadınlarını, 
dəvələrini geri ala bilər. Malikin bu mesajı müsəlmanları rahatsız etməyə 
başlamışdı. Onlar Malikin müsəlman olmasını istəmirdilər. Çünkü 
                                                 
57
 İbni Hişam, Səyərə, IV kitab, s. 80-141. 
58
 Təbəri, Muhammed, Sceaudes prophetes, p.296. 
*
 Çingiz xanın düzənlədiyi yasada da belə bir qanun var idi. Lakin Çingiz yasasına görə qaçanı vurmaq suç 
sayılırdı. Qaçan əsgəri vuran moğul edam edilirdi.(G.G) 
59
 Eyni qaynaq. 
60
 Eyni qaynaq.  
61
 Eyni qaynaq.  
 
106

mənafeləri təhlükəyə girir, savaş  qənimətlərindən məhrum olurdular. 
Malikin verdiyi qərar şəraiti tamamı ilə dəyişdirdi. Artıq nə peyqəmbər, nə 
də müsəlmanlar  əldə edilən savaş  qənimətlərindən faydalana 
bilməyəcəkdilər. “Peyqəmbər bütün əsirləri və mal-davarları bir yerə topladı. 
Özü Məkkəyə getməyə hazırlaşdığı üçün mal-davarın və 10000 əsirin 
məsuliyətini Məsud ibni Əmroya tapşırdı.”
62
 Ancaq savaş qanunlarına görə, 
peyqəmbər ordu ilə  məsələhətləşmədən qərar verə bilməzdi. Bu üzdən 
Bənisə´d qəbiləsinə  təklif etdi ki, bu məsələ cümə namazında dartışılsın. 
Müsəlmanlar üçün bu, həyati bir aşama idi. Qənimətlər, yoxsa Tanrı 
seçənəyi ilə qarşı-qarşıya qalmışdılar. Müsəlmanlar üçün bunlardan hansı 
önəmli idi? Tanrı, yoxsa var-dövlət? “Bir gün sonra cümə namazı 
peyqəmbərin imamlığı ilə başladı. Peyqəmbər cümə namazından çıxdığında 
Havazən, Səqif və Bənisəd qəbilələri onun ayağına qapanıb əfv dilədilər. Bu 
qəbilələrin təmsilçiləri qadınlarını, var-dövlətlərini geri almaq üçün 
peyqəmbərə yalvardılar.”
63
 Mövzuyla bağlı cümə namazında qərar 
veriləcəyini bildirən peyqəmbər dedi: “Bu əsirlər və qənimətlər sadəcə mənə 
aid deyil, bütün savaşçı müsəlmanlara aiddir.”
64
 Və artırdı: “ mən öz payımı 
bağışlamağa hazıram. “Ancaq qalanları ilə bağlı islam ordusunun üzvləri 
qərar verməlidir.”
65
 Camidə  həyəcanlı bir mübahisə başladı. Sadəcə 
heyvanlar deyil, dəyəri bir neçə  dəvəyə  bərabər olan qadınlar, çocuqlar və 
əsir  əsgərlər də geri verilməli idi. Qənimətləri geri vermək istəməyən 
müsəlmanlara xitabən peyqəmbər dedi: “Siz öz haqqınızı saxlaya bilərsiniz. 
Ancaq hər kəs öz haqqından keçsə, məndən altı qoyun ala bilər.”
66
 630-cu 
ildə  cəhad fəlsəfəsi savaşda qazanılan zənginlik üçün alver vasitəsinə 
dönüşmüşdü. Belə bir durumda peyqəmbər öz missionunun gələcəyini 
qurtarmaq zorunda idi. Peyqəmbərin missionu sadəcə savaşda qənimət əldə 
etməkdən ibarət deyildi. Bu dartışmalarda Məhəmmədin peyqəmbərlik 
missionu təhlükəyə girmişdi. Peyqəmbər öz savaşçılarına necə anladacaqdı 
ki, savaşlarda yaxalanan əsirlərlə heyvanlar (dəvə, at, eşşək, qoyun, keçi) 
arasında fərq var. Qəzəvə qanununa görə, əsirlə heyvan arasında fərq yoxdur. 
Peyqəmbər bu törəni dəyişdirməyə  hələ müvəffəq ola bilməmişdi. Bir 
tərəfdən, yeni müsəlman olmuş, digər tərəfdən,  əski həyat tərzindən və 
fəlsəfəsindən hələ ayrıla bilməmiş müsəlmanların bu qədər qənimət 
qarşısında nəfsləri baş qaldırmış, hətta peyqəmbərə qarşı da sərt şəkildə çıxa 
                                                 
62
 Eyni qaynaq.  
63
 Eyni qaynaq, s.299. 
64
 Eyni qaynaq, s. 300. 
65
 Eyni qaynaq.  
66
 Eyni qaynaq.  
 
107

bilirdilər. Ən önəmli mövzu bu idi: islamı qəbul edən bir əsiri mömin olaraq 
qəbul etmək olar, yoxsa yox? 
Toplantı bir sonuca varmadan sona çatdı. Peyqəmbər bu prosesdə 
psikoloji bir yöntəmdən faydalandı. Məğlub tərəfləri camiyə  dəvət edib 
müsəlmanlarla ünsiyət qurmalarını, müsəlman olduqlarını isbatlamalarını 
istədi. Ancaq caminin dışında müsəlman  əsgərlər peyqəmbərə  qızqın idilər 
və  dərhal qənimətlərin paylanmasını  tələb edirdilər. “Savaşçı müsəlmanlar 
peyqəmbərə yaxınlaşıb dərhal qənimətlərin ordaca bölüşdürülməsini 
istədilər. Peyqəmbər onlara qənimətlərin bölüşdürüləcəyinə söz verdi. 
Müsəlmanlar isə peyqəmbəri itələyib dedilər: “Əgər qənimətləri paylamasan, 
burdan getmənə izin verməyəcəyik. Müsəlmanlar peyqəmbərin  əbasını 
dartıb üstünə bağırdılar. Çox çirkin bir səhnə ortaya çıxmışdı.”
67
 
“Peyqəmbər öz payı istisna olmaqla bütün qənimətləri əski törələr əsasında 
paylamaq zorunda qaldı.”
68
 Anlaşıldığı kimi, bir çox islam mücahidləri 
mömin olaraq öz vəzifələrinin, missionlarının fərqində olmamış, yalnız 
zənginləşmək amacı ilə savaşdıqları üçün əsir qadınları zənginləşmənin aracı 
olaraq görürdülər. Onlar üçün insan və qadın haqlarının anlamı yox idi. 
Anlamlı olan necə olursa-olsun varlanmaq idi. Bu amac üçün də islam 
onlara çox uyqun ideoloji şərait yaratmışdı. Bu səbəbdən peyqəmbərin 
bayraqdarlığını etdiyini toplumsal bərabərlik çıxmaza girmişdi. Müsəlmanlar, 
Tanrı, yoxsa zənginlik seçənəkləri qarşısında Tanrını buraxıb, zənginliyi 
tərcih etdilər. Burada hadisələrin ardıcıllığını unutmamalıyıq. Hənin savaşı 
başlarkən, islam öz qələbələrinin zirvəsində idi. Qadınlar savaş  və 
qənimətlər məsələsini daha öncə irəli sürmüşdülər. Hərbi  şəraiti nəzərə 
almazsaq, peyqəmbərin qadınlara qarşı davranışnı anlaya bilməyəcəyik. 
Hənin savaşında fateh olan peyqəmbərin öz ordusunun istəyi ilə 
hesablaşmaq zorunda qaldığına şahid olduq. Ordu üzvləri qənimətlərlə bağlı 
peyqəmbərə sərbəst davranmağa izin vermirdilərsə, onda o, necə peyqəmbər 
imiş? İqtisadi bazasını savaşın təşkil etdiyi bir şəhərdə peyqəmbərin manevr 
yapması mümkün deyildi. Gəlir qaynaqları yalnız savaşlarda qazanılan 
qənimət olan müsəlmanlar üçün peyqəmbərin Tanrısal missionu anlaşılmaz 
idi.
69
  
Ictimai bərabərliyi tətbiq etmək böyük problemlər doğurmağa 
başlamışdı. Qadınlara cənnət haqqı tanımaq da problem yaradırdı. Çünkü 
yalnız Tanrı yolunda cəhad edib savaşanlar cənnətlə müjdələnirdi. Bunun 
üçün isə erkəklərin savaşçılıqları  gərəkirdi. Erkəklərin Tanrıya ehtiyacları 
var idisə, eyni şəkildə Tanrının da erkəklərə ehtiyacı var idi. 
                                                 
67
 Eyni qaynaq, s. 301. 
68
 
ج ،ﻩﺮﻴﺳ ،مﺎﺸه ﻦﺑ
4
 ص ،
130
 
69
 William Montgomery Watt, Muhammad at Medina, Oxford university press, Oxford 1956. 
 
108

Peyqəmbərin dühası  və Tanrının böyüklüyü bu sualla qarşı-qarşıya 
idi: cinsi bərabərlik önəmlidir, yoxsa islamın davamı? Çünkü cinsi 
bərabərlik müsəlmanlar tərəfindən anlaşılmırdı. 15 əsr keçdikdən sonra hələ 
də cinsi məsələyə VII əsrin meyarları ilə yanaşırlar. Tarixçilərin yazdıqlarına 
görə, Məhəmmədin zamanında  Ərəbistan yarımadasında saxta peyqəmbər 
ortaya çıxdı. “Yəməndə Ənsa və Yəmamədə Müslimə onların ən məşhurları 
idi. Müslimə çox cazibəli və yaraşıqlı idi və çox estetik və  şairanə 
danışırdı.”
70
 Müslimə özünü Məhəmmədin rəqibi sanırdı. Məhəmmədə 
əməkdaşlıq təklifi etmişdi. O, günlərin birində  Yəmamədə bir qrup insan 
önündə dedi: “Mən də Məhəmməd kimi peyqəmbərəm. Yer kürəsinin yarısı 
mənə, digər yarısı isə Məhəmmədə aiddir.”
71
 O, daha çox milli duyğuları öz 
müxatiblərində oyatmağa çalışırdı: “Siz mənim kimi bir peyqəmbər bula 
bilməyəcəksiniz. Niyə yabancı bir peyqəmbərə tapınırsınız?”
72
Qadınlar da öz peyqəmbərliklərini duyururdular. Onlardan biri Haris 
ibni Süveydin qızı Səccah idi. Ərəb şairlər onunla bağlı olaraq deyirdilər:  
“Qadın soyundandır peyqəmbərimiz 
Erkək peyqəmbərə tapındınız siz.”
73 *
Ancaq Səccah peyqəmbərə yaraşmayan ölçüsüz işlər gördü. O, öz 
hissini cilovlaya bilməyib Müsliməyə  aşıq oldu. Bu ilişki evliliyə  qədər 
sürdü:  
Peyqəmbərliyinin başlanqıcında Səccah hiyləgər Müslimənin 
peyqəmbərlik iddiasını  rədd etdi. Ancaq daha sonra onun peyqəmbərliyini 
qəbul etdi. Bu qadın peyqəmbərlik iddiası etmədən öncə qeybdən xəbərlər 
verirdi. "Bir gün o, Müslimənin yanına gedib onunla evləndi.”
74
İslam açısından saxta peyqəmbərlər olaraq tanınan bütün bu 
peyqəmbərlər məğlub oldular. Çünkü Tanrı  və insan arasındakı  hərəkət və 
ünsiyət sənətinə sahib deyildilər. Bu saxta peyqəmbərlərin təlimatlarının tam 
tərsinə olaraq Məhəmmədin peyqəmbərlik məktəbi insanları sonsuzluğa və 
toplumu ülküçülüyə doğru yönləndirirdi.  İslamda, ancaq cinsi məsələ  həll 
olunmamış qalmışdı. 
 
 
 
 
 
                                                 
70
 Təbəri, Muhammed, Sceaudes prophetes, p. 320. 
71
 Eyni qaynaq.  
72
 Eyni qaynaq, p. 321. 
73
 Masudi, les prairies d´or, vol, 3. p. 321. 
*
 Şeirsəl tərcümə tərcüməçiyə aiddir. 
74
 Təbəri, Muhammed, Sceaudes prophetes, p. 321. 
 
109

 
 
 
 
 
 
 
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin