VII
31
İbini Hişam, Səyərə, II kitab, s. 302.
32
Eyni qaynaq.
33
Eyni qaynaq IV kitab, s. 302.
34
Eyni qaynaq.
35
Təbəri, Tarix, III kitab, s. 195 və İbni Hişam, Səyərə, IV kitab, s. 304.
87
Peyqəmbər və qadınlar
İslamın əsasını tövhid təşkil edir. Tövhid Tanrının birliyinə olan
mütləq inancdır. Bu mütləq inancın toplumsal biçimdə xatırlanma və
anımsayış yeri camidir. Onun peyqəmbəri də bir kişi olaraq öz məsələlərini
gizlin saxlamamış, tam tərsinə olaraq insanın cismi və ruhi ehtiyacları ilə
bağlı fikirlərini söyləmişdir. Şübhəsiz ki, bir çox din adamları dini
mətnlərdən bizim xəbərsiz qalmağımızdan sui-istifadə etmiş, caminin
quruluşunu ortadan qaldırmaq amacı ilə bizim üçün hicab düzəltmişlər.
Ancaq hər kəs bilir və Quran da söyləyir ki, “Öyüdün faydası və keçərliliyi
varsa, öyüd ver.”
1
Biz Ayişənin gülüşlərini, Ümm-Səlmənin atəşin
mübarizəsini tariximizə daşıyaraq, ölgün və ruhsuz tarixə yeni heyəcan və
ruh bağışlaya bilərik. Bu vəsilə ilə onların siyasi istəklərini islamın əfsanəvi
şəhəri Mədinədən eşidə bilərik.
Peyqəmbərin qadınları
Mutlu illər
626-ci ildə Məhəmməd peyqəmbər Ümm-Səlmə ilə evlənmək istərkən
Ayişənin içində böyük həsəd baş qaldırmışdı. Çünkü Ümm-Səlmənin
gözəlliyi haqqında çox eşitmişdi, ancaq onu ilk dəfə yaxından gördüyündə
dedi: “O, söyləniləndən və mənim təsəvvür etdiyimdən də gözəlmiş.”
2
Əsqəlani öz ünlü “Əl-isabət” adlı əsərində Ümm-Səlməni bu şəkildə təsvir
edir: “Gözəlliyi adi deyildi. Ayrıca, güclü mühakimə yetənəyi, dəqiq
dəyərləndirmə qabiliyəti var idi.”
3
Ümm-Səlmə də Məhəmməd kimi
Qüreyşin aristokratlarından idi. Ümm-Səlmənin ilk evliliyindən dörd evladı
var idi. Peyqəmbər onunla evlənmə istəyində bulunduğunda öncə qəbul
etməyib dedi: “Mən çox yaşlıyam, dörd çocuğum var. Ayrıca, məndə çox
həsəd duyğusu var.”
4
Peyqəmbər onu razı salmaq üçün dedi: “Tanrıya dua
edəcək ki, içindən həsəd duyğusunu çıxarsın.” Ümm-Səlmənin yaşı ilə bağlı
1
Quran, 87-ci surə, 9-cu ayə.
2
Əsqəlani, Əl-isabət, VIII kitab, s. 224.
3
Eyni qaynaq.
4
Eyni qaynaq, s. 223.
88
olaraq da “hər halda mən də çox gənc deyiləm, səndən daha yaşlıyam,”
5
-
dedi. Ümm-Səlmənin oğlu anasını peyqəmbərlə evllənməyə razı etdi. Ümm-
Səlmə öz son beşiyi olan Zeynəbə süd verməkdə ikən, peyqəmbərin evinə
gəlin köçdü. Peyqəmbər hər dəfə Ümm-Səlmənin evinə getdiyində onun son
beşik yavrusunu nəvaziş edirdi.
6
Ümm-Səlmə Qüreyşin aristokrat qadınlarından idi. O zaman yayqın
olan bir gələnək var idi. Ümm-Səlmə kimi gözəl və istedadlı qadınlar
yaşlandıqdan sonra öz çevrələrini təsirləndirəcək özəl imkana sahib
olurdular. Daha doğrusu gözəlliklə istedadın özünəməxsus hakimiyəti və
təsiri ortaya çıxırdı. Bu üzdən də bu kimi qadınlarla bir çox mövzular
üzərinə məsələhətləşərdilər. Peyqəmbərin ilk qadını olan Xədicədə də bu
özəllik var idi. Yəni onlar sosial və özəl həyatlarında yaradıcılıq və
yenilikçilik enerjisi ilə dolu idilər. Xədicə daha öncə iki dəfə evlənmiş və hər
evlilikdən də bir evladı olmuşdu. Xədicə özü peyqəmbərlə evlənmə
istəyində bulunmuşdu. Çünkü peyqəmbər onun idealındakı kişi timsalı idi.
Xədicəyə daha öncəki ərlərindən böyük zənginlik miras qalmışdı. Bu
zənginlikləri Xədicə öz ticari təşəbbüskarlıqları ilə daha da artırmışdı.
Hədislərdə evlilik zamanı Xədicənin 40 və Məhəmmədin 25 yaşda olduqları
söylənilir, lakin Xədicə, Məhəmməd peyqəmbərdən yeddi evlad dünyaya
gətirdiyi üçün böyük ehtimala görə bu söylənən doğru deyildir.
Güclü və özünə güvənən digər bir qadın örnəyi də Hinddir. Hind,
Məkkədə peyqəmbərə qarşı çıxan dəstənin içində idi və peyqəmbərə qarşı
olan müxalifəti gücləndirirdi. Hind o qadındır ki, peyqəmbərin əmisi Həmzə
savaşda öldüyündə Hind onun ciyərini çıxarıb yemişdi. Ona görə də onun
adı “Ciyər yeyən Hind” olaraq qalmışdı. Peyqəmbər Məkkəni fəth etdikdən
sonra onun da haqqında ölüm hökmü çıxarmışdı. Peyqəmbərin ordusu Ühüd
savaşında məğlub edildiyində Müsəlman cənazələrinin düşdüyü yerdə Hind
rəqs etmişdi. Bu əməlinə görə peyqəmbər heç vaxt onu bağışlamadı. Hind
ölülərin və yaralıların arasında dans edərkən bu şərqini söyləyirdi:
Biz dan ulduzunun gözəl qızları,
Boynumuzda parlar altun, mirvarı.
Uzun saçlarımız ətir saçmaqda,
Savaş meydanından düşmən qaçmaqda.
Bilmiş ol, bizimlə savaşsan əgər,
Səni ummadığın yenilgə bəklər.
Geriyə çəkilsən, izn var, get-get,
5
Eyni qaynaq.
6
Eyni qaynaq.
89
Əlvida, ey sevgi, sən bizi tərk et.
8
O zaman Ərəbistan qadınlarının görəvlərindən biri də savaş
meydanlarında kişiləri savaşa təşviq etmək, onlara əhval-ruhiyə vermək idi.
Hind və onun söylədiyi şərqi ölüm planları hazırlayan bir qadını
təsəvvürlərdə canlandırır. "O, islam tarixində ciyər yeyən Hind olaraq
tanınmaqdadır. Çünkü peyqəmbərin əmisi Həmzə savaşda öldükdən sonra
ind onun ciyərini çıxarıb yemişdi."
9
Hindin ifrat nifrət və kinini Əsqəlani
belə anladır: "Ühüd savaşında Hindin əmisi Şüəbəni Həmzə öldürmüşdü.
Eləcə də Hindin atası Atabe´nin də ölümündə Həmzənin əli var idi."
10
Əslində Əsqəlani Hindin islama olan nifrətini etiraf etmir. İslam onun
ailəsini məhv etdiyi üçün bir şəkildə Hindin nifrətinə bəraət qazandırır.
Hicrətin 8-ci ilində peyqəmbər Məkkəni fəth etdiyində Hindin
haqqında ölüm hökmü çıxarmışdı. Ancaq Hindin əri Əbusüfyan
peyqəmbərdən xahiş etdi ki, Hindi bağışlasın. Məhəmməd Əbusüfyanın bu
xahişini qəbul etdikdən sonra Hind, Məkkə qadınlarının biri ilə peyqəmbərin
hüzuruna gəlib iman gətirib, vəfadarlıq andı içdi. Tarixçilər tərəfindən bütün
kəlmələri ilə nəql edilən Hindin andiçməsi, məcburən təslim olan bir qadının
gülünc durumunu, həm də siyasi cəsarətini anladan bir mətndir. Hind
peyqəmbərə iman gətirsə də, heç zaman öz görüşlərini açıqca bəyan
etməkdən çəkinmədi. Peyqəmbər ona “And iç ki, bir daha zina
etməyəcəksən” söylədiyində Hind cavab verdi: “Azad bir qadın heç zaman
zina etməz.” Bu zaman Məhəmməd peyqəmbər diqqətlə Ömərə baxdı, çünkü
peyqəmbər Ömərin islama tapınmadan öncə Hindlə olan ilişkisindən
xəbərdar idi.
11
Bir çox islam tarixçisi Hindin xüsusiyətlərinin heyranı olmuş
və bir neçə tarix kitablarının səhifələrini onun həyataına həsr etmişlər.
12
İslamı ikrahla və məcburən qəbul edən qadın haqqında bu sözləri necə yaza
bilirlər? Hətta bu gün də bir çox islam mütəxəssisləri onun böyük
qabiliyətləri haqda kitablar yazırlar. “Məkkə fəth edildiyi gün Hind islamı
qəbul etdi. O qəzavət və doğru qərar verməkdə ən istedadlı qadınlardan biri
idi.”
13
Bu üzdən də peyqəmbər sadəcə olduqca gənc və bir çox mövzularla
maraqlanan Ayişənin sorduğu soruları deyil, bütün qadınların sorduğu
sorları təbii və normal qarşılayırdı. Bir gün Ümm-Səlmə peyqəmbərdən
sordu: “Nədən Quranda yalnız kişilərə xitab edilir, qadınlara xitab
8
Tabari, Mohammed, Sceau des prophetes, P. 198. (Mətnin şeir olaraq tərcümə edilişi G.G-yə aiddir.)
9
İbni Hişam, Səyərə, III kitab, s. 96.
10
Əsqəlani, Fəth-ül Bari, VIII kitab, s. 141.
11
Tabari, Mohammed, Sceau des prophetes, p. 286.
12
İbni Hişam, Səyərə, IV kitab, S. 47 və Təbəri, Tarix, III kitab, s. 121.
13
Əsqəlani, Fəth-ül Bari, VIII kitab, s. 141.
90
edilmir?”
14
Peyqəmbər susub Tanrının cavabını gözlədi. O zaman sorusu
olan hər bir qadın və kişi peyqəmbərə uğrayır, ondan istəyirdi ki, Tanrı onun
sorusunu cavablandırsın. Bir gün Ümm-Səlmə saçlarını darayıb və cavabsız
qalan sualı haqda düşünərkən, bu sorusu ilə ilgili peyqəmbərin bir ayə
zümzümə etdiyini eşitdi.
“Peyqəmbərdən sordum ki, nədən Quran bizimlə də danışmır, daima
kişilərə xitab edir? Bir gün axşam çağı saçlarımı darayarkən onun səsini
eşitdim. Saçlarımı sürətlə darayıb peyqəmbərin səsini daha yaxşı eşidəcəyim
otaqların birinə girdim. Diqqətlə qulaq asmağa başladım. Peyqəmbərdən bu
sözləri eşitdim: “Ey insanlar Tanrı deyir: “Qadın və kişi müsəlmanlar və
Tanrı buyruğuna tabe olan qadın və kişilər.” Bu tərtiblə davam etdi və
sonunda söylədi: “Tanrı hamısına bağış və ödül hazırlamışdır.”
15
Tanrının Ümm-Səlməyə olan cavabı aydın idi. Tanrı toplumun bütün
üzvlərinə cinsi ayrım yapmadan xitab etmişdir. Tanrı lütflərini əldə etmək
üçün cinsiyət bir imtiyaz deyildir. Tanrı qatında bireylərin (fərdlərin) qadın-
kişi ayrımı olmadan inanışlarına, Tanrı qatındakı sayqınlıqlarına görə
fərqlənirlər. Ümm-Səlmənin eşitdiyi çox inqilabi bir ayədir:
“Müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin
qadınlar, itaət edən kişilər və itaət edən qadınlar, doğru danışan kişilər və
doğru danışan qadınlar, Səbirli kişilər və səbirli qadınlar, Tanrıdan qorxan
kişilər və Tanrıdan qorxan qadınlar, sədəqə verən kişilər və sədəqə verən
qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, alətlərini örtən kişilər və
alətlərini örtən qadınlar, Tanrını çox xatırlayan kişilər və Tanrını çox
xatırlayan qadınlar üçün Tanrı böyük ödül hazırlamışdır.
16
Digər qadınlar da Ümm-Səlmənin bu həssasiyətini paylaşmışlarmı,
yoxsa bir aristokratın fərdi yeniliyi və bir növ üsyanımı olmuşdur? Bu,
sadəcə Ümm-Səlmənin nəfsi istəklərini yansıdan (əks etdirən) bir istək
olmuş, yoxsa Mədinənin bütün qadınları bu şəkildə düşünmüşdür?
Tarixi bəlgələr göstərir ki, Mədinədə bir çox qadınlar bu kişi
mərkəzliliyə etiraz etmişdir. Ümm-Səlmənin sual və etirazı onun nəfs
istəkləri olmamışdır, o zamanın Mədinəsindəki siyasi həyəcanlar və siyasi
problemlər Ümm-Səlmənin dilinə yansımışdır. Bəzi rəvayətlərə görə,
şəhərin bir çox qadınları ortaya çıxmışlar: “Mədinənin tanınmış
qadınlarından bir dəstə peyqəmbərin qadınlarına uğrayıb dedilər: “Tanrı
sizin adlarınızı Quranda çəkmiş, ancaq bizlərdən heç bir əsər-əlamət yoxdur.
Bizim haqqımızda söylənəcək heç bir xoş söz yoxdurmu?”
17
14
Təbəri, Təfsir, XXII kitab, s. 10.
15
Eyni qaynaq.
16
Quran, Əl-əhzab, 35.
17
Təbəri, Təfsir, XXII kitab, s. 10.
91
Ümm-Səlmə ilə həmfikir olan qadınlar Tanrı qatından öz cavablarını
aldılar. Tanrının verdiyi cavab islamöncəsi gələnəklə tam qarşı-qarşıya idi.
Bu cavab islam öncəsi qadın-kişi münasibətlərini qəbul etmirdi. Qadınlar bu
istəklərində başarılı oldular. Çünkü onların bu istəkləri üzərinə Quranda
qadınların adına Tanrı qatından bir surə gəldi. Bu surə “Nisa” (Qadınlar)
olaraq bilinir. Bu surədə qadınların irs haqqındakı statusları müəyyənləşir ki,
islamdan öncə qadınlar bu haqqa sahib deyildilər. “Nisa” surəsindəki
qadınlarla bağlı söylənənlər tam yeni qanunlar idi və kişiləri bəzi
üstünlüklərdən məhrum edirdi. Bu ayədə deyilir ki, qadın, dəvə və xurma
ağacı kimi bir miras deyildir. Tam tərsinə, qadınlar özləri dəvə və xurma
ağaclarına sahib ola bilər, sahib olduqlarını da miras olaraq buraxa bilərlər.
Qadın kişi ilə bir yerdə mövcud zənginliyə şərik ola bilər, ayrıca, bu
doğrultuda kişi ilə rəqabətə də girə bilər. “Kişilərin öz çalışmalarından
qadınların da öz çalışmalarından əldə etdikləri fayda var. Nə istəsəniz,
Tanrının rəhmətindən diləyin. Tanrı hər şeyi biləndir.”
18
Bu kiçik ayə kişilər
arasında əndişə yaratdı. Çünkü ilk dəfə olaraq onlar islamın tanrısı ilə qarşı-
qarşıya gəlirdilər. Bu ayədən öncə ancaq kişilər irs haqqına sahib idilər.
Qadınların nəinki irs aparma haqları yox idi, həm də özləri mövcud irsin bir
parçası sayılırdılar. “Bir kişi öldüyündə onun böyük oğlu dul qalmış qadının
varisi sayılırdı. Əgər bu dul qadın onun anası deyildisə, o, bu qadınla evlənə
bilər və ya onu öz qardaşı ilə, qardaşı oğlu ilə evləndirə bilərdi.”
19
Hətta bir çox səhabilər bu ayənin qadınlara tanıdığı statusu anlamaqda
zorluq çəkirdilər. Bu ayə iki baxımdan kişilərin üstün məziyətlərini azaltmış
oldu: bir tərəfdən, mövcud irsin bir parçası olmaqdan qadını çıxarmaqla
kişilərin irs malları azaldı. Digər tərəfdən isə, qadınlara mövcud irsə varis
olma haqqı tanımaqla yenə də kişilərin mal varlığını qadınlara da mənsub
etmiş oldu. Yəni qadınlar mirasa şərik oldular. İslam öncəsi ərəb kültüründə
qadınların varislik haqqı yox idi. Qadının haqqı ərinin və qadının erkək
əqrəbaları arasında bölüşdürülürdü.
İslamöncəsində bir kişinin öz atası, qardaşı, ya da oğlu ölsə idi və bu
ölənin dul qadını qalsa idi, əgər bu ölən öz vəsiyətində dul qalan qadınına bir
miras buraxsa idi, bu mirasa sahib çıxmaq üçün dul qadını bir çarşabla
bükürdülər. Bu, o qadınla evlilik anlamında idi. Bu qadınla evlənən ona irs
olaraq vəsiyət əsasında qalmış mirasa sahib olurdu. Bu dul qadınla
evlənildikdən sonra artıq o qadın ona miras olaraq qalmış var-dövlətdən
istifadə edə bilmirdi. Bu haqqı itirirdi. Ona miras qalan nə varsa, hamısı
avtomatik onunla evlənənə aid olurdu. Ancaq əgər qadın onunla evlənmək
18
Quran, 4-cü surə, 32.
19
Təbəri, Təfsir, VIII, S. 107.
92
istəyənlərdən qurtulub öz nəslinə müraciət etsə idi, o miras qadının özünə
qalırdı.”
20
Göründüyü kimi, islamöncəsi yayqın olan gələnəkdə qadın
kişilərin əlində oyuncaqdan başqa bir şey deyildi. Yəni qadın həm öz
soyundan olan kişilərin (qardaşının, atasının, əmisinin) həm də ərinin
soyundan olan (qaynatasının, qayınlarının) əlində oyuncaq idi.
Yeni islami qanun bütün bunların hamısını sorğulamağa başladı.
Çünkü islam insana (qadın və kişi olaraq) bilincli bir varlıq kimi ehtiram
göstərir. Bilinc (şüur) və seçim daima dünyada olmuşdur. Bilinc elə bir
özəllikdir ki, insan dünyada yaşadıqca, o da var olacaqdır. Kişilər bilirdilər
ki, əgər islamın qadınlarla bağlı qanunları həyata keçərsə, peyqəmbər və
onun Tanrısı qadınların digər istəkləri ilə də hesablaşmalı olacaqlar.
Özəlliklə qadınların savaşlara qatılma və savaşlardan əldə edilən
qənimətlərdən faydalanma haqlarından Tanrı və onun elçisinin hesablaşması
gərəkəcəkdi. Savaş zamanı qadınlar kənarda qalır, məğlubiyətlərdə kişilər
qətl edilir və qadınlar əsir alınırdılar. Ərəbistan quldarlıq toplumu idi, yəni
insanlar iki sinifdən birinə mənsub idi. Bu mövzu həm qadınlar, həm də
kişilər üçün keçərli idi. Savaş zamanı əsir alınan azad qadınlarla da kölə
kimi davranılırdı.
21
Quran 87-ci surənin 9-cu ayəsində deyir: “Yararlı
olacağı təqdirdə öyüd ver.” Peyqəmbərin səhabiləri qadınlarla bağlı islamın
bu yeni qanunlarını qəbul etmirdilər. Hətta belə hesab edirdilər ki, islamla
bir yerdə əski kültürün davam etməsi daha yaxşıdır, kişilərin mənafeinə
uyğun olur. Səhabilər bu qanunun dəyişdirilməsi üçün Tanrı elçisinə təzyiq
göstərdilər. Sonda bu kişi mərkəzli kültürü qoruyub saxlamaq üçün Quranın
açıq-aydın ayələrini təfsir etməyə başladılar. Bütün bunların hamısı
peyqəmbərin həyatında baş verdi. Lakin qadınlar kişilərin bu davranışlarına
seyrçi olaraq qalmadılar. Onlar kişilərin əski törələri qoruyub saxlamaqda
israrlı olduqlarını gördüklərində, dərhal peyqəmbərə uğrayıb və fikirlərini
bildirdilər.
Bu mövzu ilə bağlı ərinin durumundan peyqəmbərə şikayət edən
qadınlardan biri Ümməkcə idi. O, peyqəmbərə dedi: “Mənim ərim ölmüş,
ondan mənə qalan irsi isə vermirlər.” Ümməkcənin qaynı bu şikayətə bəraət
qazandırmaq və əski törələri davam etdirmək üçün dedi: “Qadınlar at minmir
və savaşa qatılmırlar.”
22
Bu üzdən də onlara irs çatmaz. Çünkü irs yalnız
savaşa qatılanlar və bu yolda qılınc çalanlar üçün çatmalıdır. Ümməkcənin 5
qızı var idi ki, hamısı irsdən məhrum edildilər. O zaman yalnız kişilərə irs
çatırdı. Qadınlar və çocuqlar irsdən məhrum idilər.
23
Onlar ikinci dərəcəli
20
Eyni qaynaq.
21
Enskilopediya, Qahirə, Bita, VIII kitab, s. 151.
22
Əsqəlani, Əl-isbət, VIII kitab, s. 258.
23
Təbəri, Təfsir, IX kitab, 255.
93
insan sayılırdılar, çünkü savaşa qatılmırdılar. İnsan olmanın meyarı savaş
idi. Bu kimi yoxsul toplumlarda savaş haq yolunda olmaqdan çıxmış və
zənginlik qazanmaq uğrunda gedirdi. Bu üzdən də bir çox yoxsul səhabilər
savaşlardan əldə etdikləri qənimətlər nəticəsində Ərəbistanın ən zəngin və
seçkin insanlarına dönüşmüşdülər. İslamın sürətlə yayılmasının
səbəblərindən biri də bu amil idi. Bir çox insan Tanrıya inandığı üçün deyil,
zəngin olmaq üçün müsəlman oldu, daha sonra islamı bir erkək dini olaraq
tarixə soxanlar da bu müsəlmanlar oldu. Ərəbistanda İslam yayqınlaşmağa
başladıqdan sonra zəngin olmanın yollarından biri də islam yolunda
savaşmaq və qəniymət əldə etmək idi.
Bu durumdan şikayətçi olan yalnız Ümməkcə deyildi. Bir çox
qadınlar Tanrı elçisinə müraciət edərək, yeni qanunun ciddi şəkildə tətbiq
edilməsini istəyirdilər. Kəbəşə adında bir qadının şikayəti böyük bir hadisə
yaratdı. Çünkü vəhy vasitəsi ilə onun sorunu çözülmuş oldu. Kəbəşənin
ögey oğlu Əbuqeys ibni Vəslət əski törələr əsasında ögey anasını irs olaraq
özünə mənsub əşya kimi görürdü. Kəbəşə, Tanrı elçisinə dedi: “Ey Tanrı
elçisi, mənə nə ərimdən irs buraxıldı, nə də azad şəkildə başqası ilə evlənmə
haqqım var.”
24
Əbuqeys ibni Vəslət yeni qanunun uyqulanmasını qəbul
etmirdi və atası öldükdən sonra ögey anasını özünə irs olaraq görürdü.
Ancaq zahirən Kəbəşənin başqa planları da var imiş. Qadınların kişilərə
qarşı üsyan etməsinə səbəb olan ixtilaf, cəmiyyətin gələnəksəl (ənənəvi)
təməllərini titrətmişdi. Ancaq qadınlar bir daha uğur qazandılar çünkü bir
ipdəki düyünü bıçaqla kəsərcəsinə, Nisa surəsinin 19-cu ayəsində Tanrı
onların problemini çözdü: “Ey möminlər, qadınlar özləri istəməsə, onları irs
olaraq öz əşyanız kimi görə bilməzsiniz. Onlarla zorla evlənə bilməzsiniz.”
25
Mədinə erkəkləri, özəlliklə Ənsar, bu ayədən dolayı çox üzgün oldular.
Kəbəşə gerçəkdən də mövcud törələrin ortadan qaldırılmasından yana idi.
“Yəsribdə (Mədinənin əski adı) irs məsələsi bu şəkildə idi: bir kişi
öldüyündə onun oğlu anasının sahibi olurdu. O qadının etiraz etmək haqqı
yox idi. Əgər oğul istəsə idi, atasının qadını ilə evlənə bilərdi, ancaq
evlənmək istəməsə idi, özündən daha kiçik qardaşı onunla evlənə bilərdi.
Əgər kiçik oğul az yaşlı idisə, qadın gözləməli idi ki, uşaq böyüyüb, onun
haqqında qərar vermə yaşına çatsın.”
26
Kişi, varis qadının gözəlliyindən daha çox onun mirası ilə
maraqlanırdı. Çünkü varis olan kişi, dul qadınla evlənmək istəməsəydi, onun
mirasını qadının kişi əqrəbalarına qaytarmalı idi. Əslində kişilər maddi
mənafelərini evlənməklə ört-basdır edirdilər.
24
Eyni qaynaq, VIII kitab, s. 105.
25
Quran, Nisa, 19.
26
Təbəri, Təfsir, VIII kitab, s.107.
94
Mədinəlilər kimi, qadınlarla bağlı oturuşmuş kültürə sahib olmayan
məkkəlilər, Ənsarın ənənəsinə etinasız idilər. Örnəyin, Məkkədə əzol adında
bir yöntəmdən istifadə edilirdi ki, bu da qadınlar üçün tam əsarət demək idi.
Qüreyş arasında əzol yayğın idi. Əzol nə demək idi? Bir kişi aristokrat
qadınla evlənsə idi, qadınla belə bir müqavilə bağlayırdı ki, boşansa da,
onun izni olmadan kimsə ilə evlənə bilməzdi. Bir neçə şahidin hüzurunda bu
müqaviləni hazırlayırdı. Əgər biri o qadınla evlənmək istəsəydi, anlaşmaya
görə, qadının birinci ərindən izin alması gərəkirdi. Boşanmış qadın yenidən
evlənmək üçün boşanmış ərinə pul verib onun razılığını almalı idi. Belə
olmasaydı, birinci əri qadının evlənməsinə izin vermirdi.
27
Bütün bu adət-ənənələr Quranda bir çox ayənin mövzusu olaraq
məhkum edilmişdir. Yalnız evli qadınlar bu çirkin gələnəyin (ənənənin)
qurbanı deyildirlər. Ailənin başçısı öldükdən sonra da evin gənc qızlarının
həyatı bu gələnək tərəfindən təhlükəyə girirdi. Sığınacaqları olmayan bu
qızların durumları çox çətin olurdu. Quranda yetim və bu kimi gənc qızlarla
bağlı ayələr mövcuddur. Bu ayələr onların haqlarını açıqca qorumaqdadır.
“Nisa” surəsinin 2, 3, 6, 10, 36, 127 və Bəqərə surəsinin 177 və 215-ci
ayələri qadınlarla bağlı Tanrı elçisinə göndərilmişdir. Ərəblərin çoxu bu
ayələri qəbul etmir, onları yersiz və anlamsız sayırdı. Ərəblərə görə, gənc
qızın irs aparması ağılsızlıqdan başqa bir şey deyildir. “Nisa” surəsinin 2-ci
ayəsində həm gənc qız, həm də gənc oğlanlara irs mövzusundan belə deyilir:
“Və yetimlərin mallarını özlərinə qaytarın. Çirkini təmizin yerinə
oturtmayın. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Çünkü bu, Tanrı
qatında böyük suç sayılır.”
28
İslamöncəsi dönəmdə gənc qızlar nəinki irsdən məhrum idilər, həm də
müxtəlif şəkildə cinsi sui-istifadəyə məruz qalırdılar. Qızların qəyyumu
(yetim qızların məsulu) onların ən gözəl olanları ilə zorla evlənirdi. Beləliklə
də qızların irslərinin nəzarətini öz əlinə alır və qıza başlıq da vermirdi.
Qızlardan biri çirkin idisə, bu çirkinlik onun qüsuru sayılırdı və onunla
evlənməməyə bəraət qazandırılırdı. Ayrıca bu çirkin qızın irs payını
ödəməyə də məcbur olmurdu. “Çirkin bir qızın atası ölsəydi, onun qəyyumu
bu qızın irsini ödəmirdi. Onun başqası ilə evlənməsinə də izin vermirdi.
Qızın qocalıb ölməsini bəkləyirdi ki, irsinə sahib çıxsin.”
29
İslamın gətirdiyi
irsiyət qanununa qarşı ciddi etirazlar oldu. Bu üzdən də Tanrı böyük qətiətlə
yetim qızların haqqını ödəməməyi böyük suç adlandırdı.
30
Çirkin qızın irs
haqqı bir çoxları üçün diksindirici idi. Cabir ibni Həyyanın çox çirkin və kor
27
Eyni qaynaq, s. 113.
28
Quran, Nisa, 2.
29
Təbəri, Təfsir, VIII kitab, s. 255.
30
Eyni qaynaq, s. 235.
95
əmisi qızı var idi. Bu kor və çirkin qızın atası öldükdən sonra ona çoxlu var-
dövlət irs qalmışdı. Cabir bu kor və çirkin qızla evlənmək istəmirdi.
Əmisinin mirası özünə qalsın deyə, qızın başqası ilə evlənməsinə də izin
vermirdi. Cabir bir çoxları kimi bu haqda peyqəmbərə sual verdi. Cabir kimi
əski törələrə bağlı ərəblər anlamırdılar, niyə peyqəmbər bu gələnəyi ortadan
qaldırmaq istəyir. Cabir əsəbi tərzdə peyqəmbərdən sordu: “Kor və çirkin
qız ata irsindən faydalanma haqqına sahibdirmi?” Peyqəmbər cavab verdi:
“Bəli, sahibdir” və sonra da Cabirə bu ayəni söylədi: “Qadınlarla bağlı
səndən soru sorsalar, söylə ki, Tanrı qadınlar haqqında öz qərarını vermişdir.
Onlara de ki, yetim qızların haqqını yemək, Tanrı qatında böyük suçdur.”
31
Tanrı israrla insanlara bildirir ki, peyqəmbər və onun Tanrısı öz
mənafeləri üçün bu şəkildə davranmırlar. Bu, arxasında böyük ədalət və
fədakarlıq dayanan Tanrının təqdim etdiyi yeni əxlaq nizamıdır. Tanrı
əmrləri ilə səhabilərin görüşləri arasında ixtilaf ortaya çıxdı: kişilər
qadınların da insan kimi irsdən faydalanma qanununu anlaya bilmirdilər.
Onlar bu mövzuyla ilgili Tanrı qərarını bəkləyirdilər. Bir-birlərinə dedilər:
“Bu məsələnin aydınlığa qovuşması üçün peyqəmbərin hüzuruna
varmalıyıq. Onlar peyqəmbərin hüzuruna gəlib bu haqda sorularını
sordular.”
32
Peyqəmbər onlara söylədi: “böyük Tanrı bu mövzuyla bağlı öz
qərarını insanlara duyurmuşdur. İnsanlar itaət etməlidirlər.” Ancaq Tanrının
əmrləri kişilərin mənafeyinə uyğun gəlmədiyi üçün yanlış təfsirlərlə
Tanrının buyruğunu təhrif etdilər. Daha doğrusu, erkəkmərkəzli
hakimiyətlərini sürdürmək üçün məzhəbi mətnlərdən sui-istifadə etdilər.
Dostları ilə paylaş: |