786) Hemorragik vaskulit zamanı hansı vitaminlərin təyini zəruridir?
A) Vitamin D
B) Vitamin A, C
C) Vitamin B
D) Vitamin P,P
E) Vitamin K, E
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск , 2002
787) Hemorragik diatezlərə hansı patologiya aiddir?
A) Disproteinemiya, anemiya, hemofiliya
B) Hemofiliya, anemiya
C) Dəmir-defisitli anemiya, eksikoz
D) Hemofiliya, hemorragik vaskulit, trombositopeniya
E) Anemiya, disbakterioz, trombositopeniya
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск, 2002
788) Hemolitik anemiyalar zamanı qanda nə baş verir?
A) Keçiricilik yüksəlir
B) Hemoliz
C) Aqqlyutinasiya
D) Hemopoez pozulur
E) Hemoqlobinin sintezi pozulur
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск , 2002
789) Talassemiya nədir?
A) Qanaxma nəticəsində baş verən anemiya
B) Posthemorragik anemiya
C) Hemoliz nəticəsində baş verən anemiya
D) Eritrositlərin hemoqlobin sintezinin pozulması nəticəsində yaranan eritrositlərin irsi anomaliyası
E) Defisitli anemiya
Ədəbiyyat: Əyyubova A.A, Qurbanov T.H, Axundova L.R “Uşaq xəstəlikləri”Bakı , 2000
Dostları ilə paylaş: |