Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Hipertermik sindrom zamanı uşağın bədən temperaturu neçə dəqiqədən bir ölçülməlidir?



Yüklə 261,37 Kb.
səhifə115/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   111   112   113   114   115   116   117   118   ...   248
Umumi test suallari

450) Hipertermik sindrom zamanı uşağın bədən temperaturu neçə dəqiqədən bir ölçülməlidir?

A) 10-15
B) 50-100


C) 90-120
D) 60-90
E) 30-60
Əgər uşağın bədən temperaturu 390 və ondan yuxarı qalxarsa bu hipertermiya sayılır. Bu zaman uşaq çox narahat olur, tənəffüs tezləşir, ürək vurğularının sayı artır, bəzən də qıcolma ola bilir.Uşağa ilk yardım edilir və 30- 60 dəqiqədən bir bədən temperaturu yoxlanılır.

Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986cтр212




451) Hemofiliya xəstəliyi zamanı uşağa əsas preparatlar necə yeridilir?

A) Damardaxili


B) Dərialtı
C) Peroral
D) Əzələdaxili
E) Dəriiçi
Hemofiliya qanın laxtalanma sisteminin pozulması nəticəsində baş verən irsi xəstəlikdir. Xəstəliyin xarakter sinptomu qansızma və qanaxmalardır ( burundan, ağızboşluğundan dişdibindən və.s). Ona görə ilk növbədə əvəzedici müalicə aparılır. Yəni qan plazma,damardaxili yeridilir.

Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. стр 260




452) Hemofiliya xəstəliyi olan uşaq soyuqlayarsa hansı dərmanı vermək olmaz?

A) Mukaltin


B) Antibiotiklər
C) Askorbin turşusu
D) Asetilsalisil turşusu
E) Dimedrol
Hemofiliya xəstəliyinin xarakter əlamətlərindən biri qansızma və qanaxmadır. Belə vəziyyətdə asetilsalisil turşusu təyin etmək olmaz. Çünki bu dərman qanı durulaşdıraraq qanaxmanı artırar.

Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. Стр.261




453) Tetanus əleyhinə anatoksin nə üçün vurulur?

A) İltihabı prosesi aradan qaldırmaq üçün


B) Aktiv immunitet yaratmaq üçün
C) Sepsisin qarşısını almaq üçün
D) Passiv immunitet yaratmaq üçün
E) Hepatit B-nin qarşısını almaq üçün
Tetanus əleyhinə anatoksin aktiv immunitet yaradaraq uşağı tetanusa yoluxmadan qoruyur. Preparat maye halda flakonda və ya 1 dozalı şpris tubiklərdə buraxılır.

Ədəbiyyat: “Təcrübə immunlaşdırma” (metodik göstərişlər) Modul 2.Bakı 2010səh 8





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin