437) Kollaps nədir?
A) Böyrək çatışmazlığı
B) Qida çatışmazlığı
C) Kəskin damar çatışmazlığı
D) Mübadilə pozğunluğu
E) Qaraciyər çatışmazlığı
Kollaps arterial təzyiqin kəskin surətdə aşağı düşməsi, pereferik qan dövranının pozulması ilə müşahidə edilən, həyat üçün təhlükəli olan kəskin damar çatışmazlığıdır.
Ədəbiyyat: Л,.A.Исaevа,Л.К.Баженова.»Детские Болезни» Медицина 1986 стр218
438) Alimentar anemiyaya uşaq yaşının hansı dövründə rast gəlinir?
A) Məktəb yaşında
B) Südəmər dövrdə
C) 3 yaşdan böyük uşaqlarda
D) Yeni doğulma dövründə
E) 1-3 yaşlı uşaqlarda
Uşaqlarda erkən yaş dövründə qan yaranma prosesi çox sürətli gedir, qan yaradan orqanlar çoxlu miqdarda zülal, vitaminlər, mikroelementlər sərf edir. Ona görə də qidalanma və qulluğun pozulması infeksion amillər və s uşaqlarda tezliklə anemiyaya gətirib çıxarır.
Ədəbiyyat: Л.A.Исaeва,Л.К.Баженова.»Детские Болезни» Медицина 1986 стр 176
439) Uşaqlarda enterebiozu nə törədir?
A) Bizquyruqlar
B) Lyamblya
C) Askarid
D) Öküz soliteri
E) Trixosefolioz
Qurd invaziyaları içərisində uşaqlar arasında ən enteribioza təsadüf edilir. Xəstəliyi bizquyruq qurdlar törədir,yaşama müddəti 3,4 həftədir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 139
440) Eksudativ – kataral diatez nədir?
A) Bədən quruluşunun anomaliyasıdır
B) Sindromdur
C) Sərbəst xəstəlikdir
D) Dəri allergiyasıdır
E) Sağlam vəziyyətdir
Eksudativ-kataral, diatez erkən yaşlı uşaqlar arasında rast gəlinir və 2-3 yaşa qədər davam edir.Əsaən dəri və selikli qişalar zədələnir,belə uşaqların dili xəritəyə bənzədiyi üçün “coğrafi dil”adlanır.EKD xəstəlik deyil sindromdur, onun əmələ gəlməsində genetik faktor da rol oynayır.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 69
Dostları ilə paylaş: |