Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) 5 yaşlı uşağın çəkisi nə qədər olmalıdır?



Yüklə 261,37 Kb.
səhifə113/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   109   110   111   112   113   114   115   116   ...   248
Umumi test suallari

441) 5 yaşlı uşağın çəkisi nə qədər olmalıdır?

A) 20 kq
B) 15 kq


C) 23 kq
D) 18 kq
E) 25 kq
5 yaşlı uşağın çəkisi 20-22 kiloqram olmalıdır. 1 yaşda uşaq10-12 kiloqram, sonra isə hər ilə 2 kq artmalıdır. 10+ 2 x n düsturuna əsasən hesablanır.

Ədəbiyyat: Л.A.Исaevа,Л.К.Baжenova .»Детские Болезни» Мoсkвa 1986 стр 38




442) 10 yaşlı uşaqda A / T(arterial təzyiq) nəçə millimetr civə sütunu olmalıdır?

A) 80 mm/cs


B) 85 mm/cs
C) 90 mm/cs
D) 95 mm/cs
E) 100 mm/cs
A/T yeni doğulduqda 60-70 mm/cs 1 yaşda 75-80 mm/cs.10 yaşda isə 100 mm/cs-dir. 1 yaşdan sonra A/T 80+2n düsturu ilə hesablanır.

Ədəbiyyat: N.Tağıyev “Neontologiya”Bakı 2007 səh 30




443) Ödün tərkibi nədən ibarətdir?

A) Xolesterin


B) Zülal
C) Öd turşuları , xolesterin , duz , su , piqment , sidik cövhəri
D) Öd turşusu
E) Lesitin, duz , su , piqment , sidik cövhəri
Ödün tərkibi öd turşuları, xolesterin, su,duz , öd piqmentlərindən ibarətdir.

Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 139




444) Daun xəstəliyi olan uşaqların görkəmi necə olur?

A) Boyunda qanadvari büküşlər , gödək boyunluluq olur


B) Əqli inkişafın pozğunluğu , ekzema əlamətləri olur
C) Sarılıq , splenomeqaliya olur
D) Göz yarığı çəp , ovucda köndələn çatlar , ağız açıq olur , dil böyük olub ağızdan kənara çıxır
E) Qısa boyun , ayaqlarda , baldırda limfotik ödem olur
Daun autosom tipli xromosom xəstəliyi olub, 15,21,22-ci xromosom-da patologiya ilə əlaqədar olur. Bu xəstəliyi n özünəməxsus xüsusi kliniki əlamətləri olur. (kiçik göz yarığı,böyük dil, yaşlı alın yarım açıq ağız, qısa boy və s.)

Ədəbiyyat: Л.A.Исаaeва,Л.К.Бaжeнoвa.»Детские Болезни» Mockva1986 стр 560




445) Uşaqlarda zəhərlənmədə ilk yardım nədən ibarətdir?

A) Ürək qlikozidləri


B) ) Çay –su fasiləsi
C) Vitaminlər
D) Antibiotiklər
E) Mədə-bağırsağın yuyulması
Orqanizmə zəhərlərin təsiri nəticəsində əmələ gələn patoloji vəziyyət zəhərlənmədir. Zəhərlənməyə keyfiyyətsiz və köhnə qida, zəhərli bitkilər, dərman maddələri, məişət və istehsalatda tətbiq edilən kimyəvi maddələr və.s. səbəb olur. Orqanizmdən zəhəri tezliklə kənar etmək, bədəndə qalan zəhəri zərərsizləşdirmək üçün ilk növbədə mədə-bağırsağı yumaq lazımdır.

Ədəbiyyat: Л.A.Исаaeва,Л.К.Бaжeнoвa.»Детские Болезни» Moskva 1986 səh238





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin