Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Kəskin qastrit zamanı uşaqlarda hansı əlamətlər olur?



Yüklə 261,37 Kb.
səhifə121/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   117   118   119   120   121   122   123   124   ...   248
Umumi test suallari

473) Kəskin qastrit zamanı uşaqlarda hansı əlamətlər olur?

A) Hərarətin artması


B) Epiqastral nahiyyədə ağrı,qusma
C) A/T (arterial təzyiqin ) enməsi
D) Baş ağrısı,mədə bulanması
E) A/T (arterial təzyiqin)artması
Qastirit mədənin selikli qişasının iltihabıdır,uşaqlarda ən çox qidalanmanın pozulması nəticəsində əmələ gəlir.Uşaqda epiqastral nahiyyədə ağrı,mədə bulanması,qusma,ümumi zəiflik bəzən hərarətin qalxması our.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008,səh 85


474) Anadangəlmə ürək qüsuru ilə doğulmuş uşağın görünüşü necə olur?

A) Qıcolma


B) Bayılma
C) Sianoz, təngənəfəslik, göyərmə
D) Hərarət
E) Huşsuzluq, A/T-in düşməsi
İlk gündən anadangəlmə ürək qüsuru ilə doğulmuş yüngül təngnəfəslik hiss edilir,getdikcə artır.Ağız ətrafında sianoz olur,uşaq ağlayanda göyərir.

Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008,səh 218




475) Hansı xəstəlikdə arxa boyun limfatik vəziləri palpasiya edilir?

A) Göy öskürək


B) Qızılca
C) Məxmərək
D) Su çiçəyi
E) Meningit
Məxmərək səpgi ilə müşahidə olunan infeksion xəstəliklərə aiddir.Xəstəliyin əsas xarakter siptomu arxa boyun limfatik vəzilər palpasiya edilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 səh45


476) Yeni doğulmuşlarda böyük əmgək hansı sümüklərin arasında yerləşir?

A) Ənsə və təpə sümükləri arasında


B) Yeni doğulmuşlarda normada böyük əmgək bağlanmış olur
C) Təpə və alın sümükləri arasında
D) Təpə sümükləri arasında, ölçüsü
E) Alın və ənsə sümükləri arasında
Yeni doğulmuşlarda Böyük əmgək alın və təpə sümükləri arasında yerləşir.

Ədəbiyyat: Л.A.Исaeва,,Л.К.Бaжenoвa »Детские Болезни» Moсkвa 1986 ,стр35




477) Uşaqlarda raxit hansı vitamin çatışmazlığı nəticəsində yaranır?

A) C vitamini


B) E vitamini
C) B vitamini
D) D vitamini
E) A vitamini
Vitamin orqanizmə qida vasitəsilə daxil olur, digər tərəfdən isə ultrabənövşəyi şqaların təsirindən dəridə olan vitamin D3 aktivləşərək D2 –yə çevrilir və orqanzmə daxil olur. Bu vitaminin çatışmazlığı nəticəsində raxit xəstəliyi əmələ gəlir.

Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri Bakı, 2008, səh 14.





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin