487) Ilk patronaj nə vaxt aparılır?
A) Doğum evindən evə yazılandan sonra 3 gün ərzində
B) Doğum evindən evə yazılandan bir ay sonra
C) Doğum evindən evə yazılandan 10 gün sonra
D) Doğum evindən evə yazılandan bir həftə sonra
E) Doğulan kimi
Uşaq doğum evindən evə yazılandan sonra ilk 3 gün ərzində məsləhət üçün sahə tibb bacısı və həkim tərəfindən yoxlanılmalıdır ki, bu ilk patronaj adlanır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ”Bakı 2007 səh 35
488) Xardal yaxması qoyarkən nəyə fikir verilməlidir?
A) Sümük sisteminin vəziyyətinə
B) Dərinin vəziyyətinə və həssaslığına
C) Vəziyyıtinə və yaşına görə
D) Vəziyyətin ağırlığına görə
E) Sinir sisteminin vəziyyətinə
Xardal iltihabı prosesin sorulmasına kömək edir.Onun təsirindən damarlar genəlir- qan dövranı yaxşılaşır.Xardal qoyarkən dərinin vəziyyətinə və həssaslığına fikir verilməlidir.
Ədəbiyyat: Л.A.Исaева,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986, 306
489) Eksikoz dedikdə nə başa düşülür?
A) Qusma
B) A/T düşməsi
C) İshal
D) Susuzluq
E) Qan çatmamazlığı
Eksikoz susuzluqdur- bu mədə bağırsaq infeksiyalarında orqanizmin qusma və ishal nəticəsində şoxlu su itirməsi nəticəsində əmələ gəlir.
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 56
490) Uşaqlarda yalançı inaq tutması zamanı hansı əlamətlər baş verir?
A) Baş ağrısı
B) Hərarət
C) Sianoz
D) Hürücü öskürək, boğulma, tənəffüsün çətinləşməsi
E) Qusma, ishal
Yalançı inaq kəskin larinqotraxeit zamanı əmələ gəlir.Səs telləri şişir, səs yarığı daralır, nəticədə uşaqda tənəffüs çətinləşir, hürücü öskürək və boğulma olur.
Ədəbiyyat: A.A.Əyyubova .“Uşaq xəstəlikləri.” Bakı.2008,səh 205
491) Sidiklə xaric olan şəkərə görə insulin hansı miqdarda təyin olunur?
A) 2-4 qr
B) 6-8 qr
C) 5-10 qr
D) 4-5 qr
E) 10-15 qr
Şəkərli diabet xəstəliyi zamanı sidiklə ifraz olunan 4-5 qr şəkərə bir vahid insulun təyin edilir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 335
Dostları ilə paylaş: |