482) Təmizləyici imalə zamanı uşağın vəziyyəti necə olmalıdır?
A) Qarnı üstə
B) Sağ böyrü üstə
C) Oturaq vəziyyətdə
D) Sol böyrü və ya arxası üstə uzadılır
E) Sağ böyrü və ya arxası üstə
Təmizləyici imalə zamanı uşaq arxası üstə və ya sol böyrü üstə uzandırılır. Yeni doğulmuşlar arxası üstə, böyük uşaqlar sol böyrü üstə uzandırılır, çünki, bu vəziyyətdə rezin ucluq düz bağırsağa yaxşı daxil olur.
Ədəbiyyat: Л.A.Исaeва,,Л.К.Бaжenoвa »Детские Болезни» Moсkвa 1986, cтр 237
483) Helmintozların diaqnozu nəyə əsasən qoyulur?
A) Nəcisin bakterioloji müayinəsinə
B) Sidiyin müayinəsinə
C) Nəcisin ümumi müayinəsinə
D) Qanın müayinəsinə
E) Qanın biokimyəvi müayinəsinə
Helmintozun diaqnozu nəcisin ümumi müayinəsinə əsasən qoyulur.
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 138
484) Uşaq bayılarkən nə etməli?
A) Vitaminlər
B) Qlükoza , sulfanilamid preparatlar
C) Antibiotiklər
D) Antihistaminlər
E) Naşatır iylətmək , kofein ,mezaton , kardiamin
Bayılmada ilkin yardım olaraq xəstəni uzandırmaq ,ayaqlarını yuxarı qaldırmaq, onu sıxıcı paltardan azad etmək,naşatr iylətmək,hava gəlməsini təmin etmək,üzünə,sinəsinə soyuq su çiləmək lazımdır.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı”Paleyevin redaktəsi ilə “səh 90
485) Doğulduqdan sonra Hepatit B-yə qarşı ilk peyvənd nə vaxt vurulur?
A) İki gün sonra
B) İlk 24 saat ərzində
C) İlk 6 saat ərzində
D) Bir gün sonra
E) İlk 12 saat ərzində
Yeni doğulmuşlar arasında hepatit B-yə yoluxma hallarının qarşısını almaq üçün uşaq doğulduqdan sonra 12 saat ərzində bu xəstəliyə qarşı peyvənd vurulur.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” .Modul 2. Bakı 2010 ,səh 10
486) Yenidoğulmuşa gigiyenik vanna nə vaxt təyin olunur?
A) Göbək yarası sağaldıqdan sonra
B) Doğulandan 8 saat sonra
C) Göbək yarası sağalmamış
D) İlk patronajdan sonra
E) Doğulan kimi
Gigiyenik vannalar uşaqda dərini təmizləyir .Gügiyenik vannalar göbək ciyəsi düşdükdən 1-2 gün sonra aparılmalıdır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 ,səh 34
Dostları ilə paylaş: |