478) Uşaqlarda tərləmə, ənsə nahiyəsində tükün tökülməsi hansı xəstəlik zamanı baş verir?
A) Spazmofiliya
B) Bişməcə
C) Diatezdə
D) Dəri xəstəlikləri
E) Raxit
Raxit xəstəliyi zamanı vegetativ sinir sisteminin pozğunluğu raxitin başlanğıc dövründə əmələ gəlir, Uşaq narahat olur yuxusu pozulur, çox tərləyir, başını yastığa sürtür, ənsə nahiyyəsinin tükü tökülür uşaqda yüngül oyanıqlıq baş verir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 15
479) Hipotireoz hansı üzvün funksional çatışmazlığıdır?
A) Qalxanvari vəzinin
B) Timus vəzin
C) Böyrəküstü vəzin
D) Hipofiz vəzinin
E) Mədəaltı vəzin
Hipotireoz xəstəliyinə uşaqların bütün yaş qruplarında rast gəlinir. Qalxanvari vəzin inkişaf qüsuru və tiroid hormonunun çatışmazlığı nəticəsində əmələ gəlir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 370
480) Dəmir defisitli anemiyanın kliniki əlamətləri nədir?
A) Qusma,ishal baş verir,qaraciyər böyüyür
B) Dəri quru olur qabıq verir, tük tez tökülür, uşaq təbaşir, torpaq yeyir
C) Ümumi zəiflik, stomatit, qlossit,dispepsiya əlamətləri olur
D) Dəri sarı və boz rəngdə olur, dalaq böyüyür
E) Dəri və selikli qişalar solğun, qansızmalar və s
Bətndaxili dövrdə hamiləliyin axırıncı iki ayında dəmir anadan dölə keçərək, onun orqanizmində toplanır. Ananın müəyyən xəstəlikləri (anemiyası,hamiləlik toksikozu, bətndaxili infeksiya və s.) dəmirin uşaq orqanizmində depo kimi yaranmasının pozulmasına səbəb olur. Uşaq doğulandan sonra dəmiri qida vasitəsi ilə alır. Hər iki halda dəmir çatışmazlığı dəmir- defisitli anemiyanın əmələ gəlməsinə səbəb olur. Belə uşağın dərisi quru olur, qabıq verir, tükləri tez tökülür. Uşaq torpaq, təbaşir vəs. yeyir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008,səh 301
481) Bətndaxili inkişaf dövrü neçə həftə davam edir.
A) 20-30
B) 38-40
C) 30 -35
D) 28 -30
E) 12 -16
38-40 həftəlik hamiləlik normal bətndaxili inkişaf dövrü sayılır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”.”Bakı” 2007 Səh 136
Dostları ilə paylaş: |