Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Uşaqda hipoqlikemik komada ilk yardım nədən ibarətdir?



Yüklə 261,37 Kb.
səhifə120/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   116   117   118   119   120   121   122   123   ...   248
Umumi test suallari

469) Uşaqda hipoqlikemik komada ilk yardım nədən ibarətdir?

A) Spazmolitiklər


B) Vitaminlər
C) İnsulin
D) Antihistaminlər
E) Qlükoza
Hipoqlikemik koma insulin dozası çox olduqda əmələ gəlir, qanda şəkər azalır, ona görə xəstəyə şirin çay, bal vermək, venaya 50-100mm 20%-li qlukoza vurmaq lazımdır.

Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008, Səh 334




470) Yenidoğulmuşun asfiksiyası zamanı ilk yardım nədən ibarətdir?

A) Ürəyin masajı


B) Yuxarı tənəffüs yollarının keçiriciliyini bərpa etmək
C) Oksigen verilməsi
D) Ağ ciyərin süni ventilyasiyası
E) Süni tənəffüsün verilməsi
Yenidoğulmuşlarda asfiksiyanın əmələ gəlmə səbəbi müxtəlifdir. Onlardan biri uşağın ağız boşluğuna, burun udlağına yuxarı tənəffüs yollarına dölyanı mayenin sorulmasıdır.Ona görə ilk yardım yuxarı tənəffüs yollarını dölyanı mayedən təmizləməkdir.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2008,səh 33




471) Eksudativ-kataral diatezin yaranmasının əsas səbəbi hansıdır?

A) Zülal çatışmazlığı


B) Gigiyenik qaydaların pozulması
C) Vitamin çatışmazlığı
D) İnfeksion xəstəliklər
E) Fermentativ çatışmazlıq
Eksudativ – kataral diatez – konstitusiya anomaliyasidir ki , uşaglarda adi giçiglara anormal reaksiya ilə nətiçələnir Bu reaksiya dəri və selikli gişalarin zədələnməsinə və iltlhabina , su – duz mubadiləsinin pozulması ilə səçiyyəvidir. EKD-in əmələ gəlməsində irsi meyillik də rol oynayır.

Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. Bakı, 2008,səh 69




472) Eksudativ-kataral diatezin müalicəsində hansı dərmanlardan istifadə edilir?

A) Antimikrob


B) Diuretiklər
C) Hipotenziv preparatlar
D) Ürək qlükozidləri
E) Antihistamin
Eksudativ – kataral diatez allergik vəziyyət olduğu uçun , müaliçəsində antihistamin preparatlar işlədilir klaritin , tavegil , suprastin , enterosorbentler , vitaminlər təyin olunur.

Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. Bakı, 2008, səh.69





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin