514) Yarımçıq doğulmuş uşaqlarda hansı əmgək açıq olur?
A) hamısı bağlı olur
B) böyük və kiçik
C) böyük,kiçik və yan əmgəklər
D) böyük,yan əmgəklər
E) yan əmgəklər
28 həftə ilə 38 həftə arasında doğulan,çəkisi 2500 qr-dan az ,boyu isə 45 sm-dən az olan uşaq yarımçıqdoğulmuş hesab edilir.Vəziyyəti Apqar şkalasına görə 3-cü dərəcə ilə qiymətləndirilən,çəkisi 1500 qr-dan az,boyu isə 35 sm-dən az olan yarımçıqdoğulmuş uşaqda böyük,kiçik və yan əmgəklər açıq olur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 113.
515) Yenidoğulmuşlarda ağır asfiksiya Apqar şkalasına görə necə balla qiymətləndirilir?
A) 4-5
B) 1-3
C) 9-10
D) 6-7
E) 11-12
Yenidoğulmuşlarda asfiksiyanı 3 dərəcəyə ayrılır-yüngül,orta ağır və ağır.Apqar şkalasına görə uşağın vəziyyəti 1-3 balla qiymətləndirilərsə, bu ağır asfiksiya sayılır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 119.
516) Boyunun uzunluğu neçə santimetr olan uşaq yarımçıqdoğulmuş sayılır?
A) 53
B) 50
C) 47
D) 45
E) 49
28-38 həftəliyində doğulmuş çəkisi 2500 qr-dan ,boyu 45 sm-dən kiçik olan uşaq yarımçıqdoğulmuş sayılır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 113.
517) Bişməcənin qarşısını almaq ücün yenidoğulmuşun dərisi nə ilə təmizlənir?
A) Qaynanmış su ilə
B) Poliqlükin məhlulu ilə
C) Fizioloji məhlulla
D) Steril bitki yağı ilə
E) Tetrasiklin məhlulu ilə
Yenidoğulmuşu günaşırı qaynanmış su ilə çimdirmək lazımdır.Yenidoğulmuşun dərisi çox zərif və tez zədələnən olur.Uşağı yuduqdan sonra onun dərisini steril bitki yağı ilə silmək lazımdır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 29
518) Vərəmin bütün formalarında uşaqda hansı əlamət müşahidə olunur?
A) Bəlğəmli yaş öskürək
B) Quru öskürək
C) Döşdə ağrı
D) Yüksək temperatur
E) İntoksikasiya
Vərəm xəstəliyinə uşaqlar bütün yaşlarda yoluxa bilərlər.Vərəmin bütün formalarında uşaqlarda intoksikasiya əlamətləri olur.Vərəm xəstəliyinə yoluxmuş uşaq əsəbi olur,yuxsu pozulur,zəiflik,iştahanın azalması,baş ağrısı olur.Belə xəstələrdə temperatur subfebril olur.Uşaq çox tərləyir,çəkisi az artır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 248
Dostları ilə paylaş: |